Toydan çıxıb küçədə yüksək səslə musiqi qoyub, rəqs etdilər .....                     “Kağızdan açanda ələ yapışırsa, suludursa, üzərində müxtəlif rənglər varsa...” .....                     Putindən Vaşinqtona “duel” təklifi .....                     İtaliyanın hərbi nümayəndə heyəti ölkəmizə səfər edib .....                     Əliyev bunu ilk dəfə açıqladı .....                     Azərbaycanda ən çox şikayət olunan internet provayderləri .....                     Neftçala DOST filialında təmir işləri bu şirkətə .....                     “Paşinyan iki şeyi yaxşı bacarır: .....                     DSX əməkdaşı general-leytenant Araz Məmmədovdan şikayətçidir .....                     Putin niyə ELƏ DEDİ? .....                     Dövlət qurumunun 6,3 milyon manatlıq tenderini bu şirkət .....                     Axı məktəblərimiz niyə bu gündə olmalıdır? .....                     Məhkəmə bir sıra ukraynalı qaçqına Aİ-də müvəqqəti qoruma statusunun verilməsindən imtina etməyə icazə verib .....                     Mərkəzi Bank 6 sığorta şirkətinə məcburi göstəriş verib .....                     Bağlar massivində olay: 33 yaşlı kişi 9 yaşlı qıza qarşı əxlaqsızlıq etdi... .....                     Bakı-Naxçıvan-Bakı marşrutu üzrə səfər planlaşdıran sərnişinlərin nəzərinə .....                     Zaqatala sakinlərinin problemi nə vaxt HƏLL olunacaq? .....                     Azərbaycan -Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçirilib .....                     TƏBİB-in məsul şəxsinin gəlini faizə pul verdiyini məhkəmədə etiraf etdi .....                     "Dünya hamıya çatacaq qədər böyükdür" .....                     Suriyada qalib hansı ölkədir? .....                     "Pulların gəlişi, bölüşdürülməsi, ümumiyyətlə, bütün detalları aydın şəkildə qeyd ediblər" .....                     Başçıdan şəhid ailəsinə sayğısızlıq... .....                     "Azərbaycanın ərazi bütövlüyünün bərpası - Şəxsiyyət faktoru” kitabının .....                     Vəzifəli şəxs HƏBS OLUNDU .....                     Nəsimi RİH-də kitab təqdimatı oldu .....                     2025-ci ildə Zəngəzur dəhlizinin açılmasının şahidi olacağıq .....                     “Ağıllı kişi silikonlu, vulqar qadına aşiq olmaz” .....                     Erməni politoloqdan Azərbaycanla bağlı .....                     Rusiya Suriyada məqsədinə nail olub .....                     AzGerneft işçilərinin taleyi SUAL ALTINDA... .....                     2 nəfərin öldüyü tuneli tikən şirkət 138 milyonluq tender uddu .....                     İsrail və Türkiyə arasında yeni SURİYA ÇATI... .....                     Makron Fransası sülh prosesini əngəlləyir .....                     “RM Medicare Klinika”sında sertifikasiyadan kəsilənlər həkimlik edir .....                     "Ermənistan buna imkan vermir, .....                     Meyiti tapılan bloger Nərmin bu klinikada əməliyyat olunub .....                     Vergi borcu olan şirkət 12 milyonluq tenderin qalibi olub .....                     Tovuz məktəbində zəhərlənənlərin .....                     Ermənistan konstitusiyası .....                 

GÜNÜ-GÜNDƏN ÇİÇƏKLƏNƏN KORRUPSİYA
Tarix: 29-05-2012, 12:22 | Çap et
GÜNÜ-GÜNDƏN ÇİÇƏKLƏNƏN KORRUPSİYA

RAMİZ MEHDİYEVİN OĞLUNUN KANTORUNDA VƏZİYYƏT DAHA BƏRBADDIR

DİA.AZ: - Bu gün Azərbaycan bölgənin lider dövlətinə və iqtisadi cəhətdən inkişaf etmiş ölkəsinə çevrilib. Sürətli inkişaf, müasir sənaye müəssisələrinin yaradılması, yeni iş yerlərinin açılması ölkəmizə gələn immiqrantların sayının artmasına səbəb olub. Ölkələrindəki işsizlikdən bezib böyük ümidlə iş dalınca Azərbaycana üz tutanlar arasında nəinki qonşu ölkə vətəndaşları, MDB dövlətlərindən, hətta Çin, Pakistan kimi ölkələrdən insanlar da var. Hazırda ölkəmizdə 90 ölkədən 460 minə qədər miqrant yaşayır. Onların 75 faizinə qədəri kişi, qalanları isə qadın və uşaqlar təşkil edir.

DİA.AZ bildirir ki, bu miqrantların böyük əksəriyyəti Azərbaycanda əmək fəaliyyəti ilə məşğul olan insanlardır. Onlardan əməkçi miqrant statusu ilə işləyənlərin sayı isə 10 minə yaxındır.

Miqrant adı ilə gələnlərin çoxu rəsmi qeydiyyata düşmür

Rəsmi statistikaya görə, ötən il immiqrantların 77,1 faizi Rusiyadan, 8,1 faizi Qazaxıstandan, 4,3 faizi Ukraynadan gələnlər olub. Gürcüstandan və İrandan gələn əcnəbilərin sayı da çoxluq təşkil edir. Daha çox bu iki ölkədən olan şəxslər qeydiyyatsız fəaliyyət göstərirlər. Ümumiyyətlə, əməkçi miqrant adı ilə Azərbaycana gələn əcnəbilərin bir çoxu rəsmi qeydiyyata düşmür, əksəriyyəti qeyri-qanuni əsaslarla əmək fəaliyyəti ilə məşğul olurlar.

Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti isə qanunsuz miqrasiyanın aşkar edilərək qarşısının alınması istiqamətində paytaxtda və ölkənin regionlarında intensiv tədbirlər görür. Təkcə ötən həftə ərzində xidmət əməkdaşları tərəfindən respublikanın Mingəçevir, Hacıqabul, Sabirabad, həmçinin Quba, Qusar rayonlarında müvafiq yoxlamalar aparılıb. Nəticədə Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə zidd olaraq ölkə ərazisində qanunsuz yaşayan, qeyri-qanuni küçə ticarəti ilə məşğul olan, müvafiq fərdi icazə alınmadan tikinti sahəsində çalışan 167 əcnəbi vətəndaş saxlanılıb.

İşləmək üçün gələn əcnəbi aidiyyəti qurumlara müraciət etməlidir

Təkcə bu ilin aprel ayı ərzində 1.140 əcnəbi və vətəndaşlığı olmayan şəxs inzibati qanunvericiliyin tələblərinin pozduğu üçün onlardan 310 nəfərinə cərimə tətbiq edilməklə, ölkə ərazisində yaşamaları leqallaşdırılmış, 734 əcnəbi barəsində Azərbaycan Respublikası ərazisini 48 saat ərzində tərk etmə, 96 əcnəbinin isə inzibati qaydada ölkə hüdudlarından kənara çıxarılmaları barədə qərarlar qəbul edilib.

Ümumiyyətlə, Azərbaycana işləmək üçün gələn əcnəbi aidiyyəti qurumlardan xüsusi viza və icazə almalıdır. Viza əsasında ölkəmizə gələn əcnəbinin Azərbaycanda müvəqqəti olma müddəti ona verilmiş vizada göstərilən ölkədə qalma müddəti ilə müəyyən edilir. Yəni viza bir il müddətinə verilibdirsə, lakin vizada əcnəbinin ölkədə olma müddəti 30 gün göstərilibsə və müddəti uzadılmayıbsa, onda o, həmin müddət keçdikdən sonra ölkəni tərk etməlidir. Əcnəbinin ölkədə olma müddəti Dövlət Miqrasiya Xidməti tərəfindən uzadıldığı halda Xarici İşlər Nazirliyi onun vizasının müddətini uzadır.

Azərbaycan miqrantların ən çox gəldiyi ölkələrdəndir

Araşdırmalar göstərir ki, artıq Azərbaycan MDB-də miqrantların ən çox gəldiyi ölkələrdəndir. Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəsi Serhan Aktorpak bildirib ki, əgər bir vaxtlar Azərbaycandan insanlar xaricə daha çox axın edirdisə, hazırda proses tam fərqlidir: "Azərbaycan hər kəsin gözünün qarşısında sosial inkişafla bağlı nailiyyətlər əldə edir. Azərbaycan miqrantların çıxdığı ölkədən, miqrantların gəldiyi ölkəyə çevrilib. Azərbaycan Rusiya və Qazaxıstandan sonra regionda miqrantların ın çox gəldiyi 3-cü ölkədir".

İmmiqrant statusunu necə almaq olar?

Müvəqqəti yaşamaq üçün icazəni Dövlət Miqrasiya Xidməti verir. Lakin icazəni əldə etdikdən sonra əcnəbilər yaşadığı yer üzrə daxili işlər orqanlarında qeydiyyata alınmaq üçün müraciət etməli və onların ölkədə olma müddətinin artırılması ilə bağlı Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş Qərarı yaşadığı yer üzrə daxili işlər orqanlarına təqdim etməlidirlər.

Azı iki il ölkədə qanuni əsaslarla müvəqqəti yaşayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Dövlət Miqrasiya Xidməti tərəfindən daimi yaşamaq hüququ, yəni immiqrant statusu verilə bilər. Beləliklə, immiqrant statusu Dövlət Miqrasiya Xidmətinin müvafiq qərarı ilə təsdiqlənir. İmmiqrant statusu 5 il müddətinə verilir, bu müddət bitdikdən sonra 5 il müddətinə uzadıla bilər və uzadılmaların sayı məhdudlaşdırılmır.

İmmiqrant statusu alan şəxs yaşadığı yer üzrə daxili işlər orqanlarında qeydiyyata düşməlidir və bu halda o, Azərbaycan Respublikasında daimi yaşayan əcnəbinin və vətəndaşlığı olmayan şəxsin qeydiyyat vəsiqəsi ilə təmin edilir.

Ölkəyə xeyirdən çox ziyan vururlar

Əcnəbilər əsasən ticarət və xidmət sektorunda fəaliyyət göstərsələr də, tikinti sahəsində çalışanlar da var. Hadisələrin gedişi göstərir ki, yerli sahibkarlar da əcnəbi işçilərin çox olmasında maraqlıdır. Çünki onlar, yerli vətəndaşa nisbətən, əcnəbiyə daha az əmək haqqı verir və onların əməyindən ən ağır işlərdə istifadə edə bilir, bu zaman isə yerli əməkçilərin hüquqları pozulur.

Ölkə daxilində işsizlərin olduğu bir ərəfədə qeyri-leqal miqrantların sayının artması isə arzu olunan hal deyil. Qeyri-leqal miqrantlar gəldikləri ölkəyə xeyirdən çox ziyan vururlar. Onlar kriminogen durumun gərginləşməsində də az rol oynamırlar. Bunu şimal qonşumuz olan Rusiyanın timsalında aydın görmək olar. Belə ki, bu ölkədə törədilən cinayət əməllərinin təxminən yarısı məhz gəlmə qeyri-leqalların payına düşür.

Bundan başqa, qeyri-leqallar olduqları ölkələrə iqtisadi zərər də yetirir. Misal üçün 50 min insan qanuni əmək fəaliyyəti ilə məşğul deyilsə, deməli onlar, ən azından, hər biri icazəyə görə illik 1000 manat vəsait ödəməkdən yayınır. Bu, bütövlükdə 50 milyon manat vəsait deməkdir. Onların aldığı məvaciblərdən dövlət büdcəsinə köçürülməsi üçün müvafiq vergilər də tutulmalıdır.

Deməli, onlar Azərbaycan büdcəsinə 100 milyon manata qədər vergi verməkdən yayınır. Bu isə dövlət büdcəsinə külli miqdarda ziyanın vurulması deməkdir.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Toydan çıxıb küçədə yüksək səslə musiqi qoyub, rəqs etdilər - Məhkəmə qərarı
Bu gün, 17:34
“Kağızdan açanda ələ yapışırsa, suludursa, üzərində müxtəlif rənglər varsa...” - kolbasadan gələn BÖYÜK TƏHLÜKƏ
Bu gün, 17:25
Putindən Vaşinqtona “duel” təklifi
Bu gün, 17:16
İtaliyanın hərbi nümayəndə heyəti ölkəmizə səfər edib
Bu gün, 17:14
Əliyev bunu ilk dəfə açıqladı – Paşinyanla danışıqlar zamanı…
Bu gün, 17:10
Azərbaycanda ən çox şikayət olunan internet provayderləri - SİYAHI
Bu gün, 17:06
Neftçala DOST filialında təmir işləri bu şirkətə - HƏVALƏ EDİLDİ
Bu gün, 17:05
“Paşinyan iki şeyi yaxşı bacarır: - sosial şəbəkələrdə statuslar yazmaq və əraziləri vermək”
Bu gün, 17:00
DSX əməkdaşı general-leytenant Araz Məmmədovdan şikayətçidir – ELÇİN QULİYEVƏ MÜRACİƏT
Bu gün, 17:00
Putin niyə ELƏ DEDİ? - Elxan Şahinoğlu ŞƏRH EDİR
Bu gün, 16:42
Dövlət qurumunun 6,3 milyon manatlıq tenderini bu şirkət – UDDU
Bu gün, 16:39
Axı məktəblərimiz niyə bu gündə olmalıdır? - Nazirə açıq məktub
Bu gün, 16:30
Məhkəmə bir sıra ukraynalı qaçqına Aİ-də müvəqqəti qoruma statusunun verilməsindən imtina etməyə icazə verib - KİV
Bu gün, 16:27
Mərkəzi Bank 6 sığorta şirkətinə məcburi göstəriş verib
Bu gün, 16:24
Bağlar massivində olay: 33 yaşlı kişi 9 yaşlı qıza qarşı əxlaqsızlıq etdi... - TƏFƏRRÜAT
Bu gün, 16:23
Bakı-Naxçıvan-Bakı marşrutu üzrə səfər planlaşdıran sərnişinlərin nəzərinə - DİQQƏT!
Bu gün, 16:18
Zaqatala sakinlərinin problemi nə vaxt HƏLL olunacaq? - Yararsız yollar, işləməyən avtobuslar...
Bu gün, 16:16
Azərbaycan -Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçirilib
Bu gün, 16:07
TƏBİB-in məsul şəxsinin gəlini faizə pul verdiyini məhkəmədə etiraf etdi - Mələk Zeynalovaya ağır cəza istənildi
Bu gün, 16:06
"Dünya hamıya çatacaq qədər böyükdür"
Bu gün, 16:03
Suriyada qalib hansı ölkədir? - “Nezavisimaya qazeta”
Bu gün, 16:01
"Pulların gəlişi, bölüşdürülməsi, ümumiyyətlə, bütün detalları aydın şəkildə qeyd ediblər" - deputat
Bu gün, 15:55
Başçıdan şəhid ailəsinə sayğısızlıq... - "Döşəməm də torpaqdır..."
Bu gün, 15:48
"Azərbaycanın ərazi bütövlüyünün bərpası - Şəxsiyyət faktoru” kitabının Pirallahı rayonunda təqdimatı keçirildi
Bu gün, 15:38
Vəzifəli şəxs HƏBS OLUNDU - TƏFƏRRÜAT
Bu gün, 15:34
Nəsimi RİH-də kitab təqdimatı oldu - FOTO
Bu gün, 15:33
2025-ci ildə Zəngəzur dəhlizinin açılmasının şahidi olacağıq - ANONS EDİLDİ
Bu gün, 15:07
“Ağıllı kişi silikonlu, vulqar qadına aşiq olmaz” - “Vətəndaş A”nın “Almaz”ı
Bu gün, 15:04
Erməni politoloqdan Azərbaycanla bağlı SƏRSƏM AÇIQLAMA
Bu gün, 15:00
Rusiya Suriyada məqsədinə nail olub - Putin
Bu gün, 14:55
AzGerneft işçilərinin taleyi SUAL ALTINDA... - NƏ BAŞ VERİR?
Bu gün, 14:53
2 nəfərin öldüyü tuneli tikən şirkət 138 milyonluq tender uddu - TƏFƏRRÜAT
Bu gün, 14:10
İsrail və Türkiyə arasında yeni SURİYA ÇATI... - Bakıdan ŞƏRH
Bu gün, 14:02
Makron Fransası sülh prosesini əngəlləyir - FAKT BUDUR!
Bu gün, 14:00
“RM Medicare Klinika”sında sertifikasiyadan kəsilənlər həkimlik edir - BU NƏDİ BELƏ?..
Bu gün, 13:58
"Ermənistan buna imkan vermir, - heç cür şərait yaratmaq istəmir"
Bu gün, 13:11
Meyiti tapılan bloger Nərmin bu klinikada əməliyyat olunub - 5 min veribmiş
Bu gün, 13:07
Vergi borcu olan şirkət 12 milyonluq tenderin qalibi olub - AY MAŞALLAH...
Bu gün, 13:03
Tovuz məktəbində zəhərlənənlərin sayı ARTDI
Bu gün, 13:01
Ermənistan konstitusiyası niyə DƏYİŞMƏLİDİR?
Bu gün, 12:56
"Vəziyyət təhlükəli hal alır, ox Ermənistanı göstərir" - Abramyan
Bu gün, 12:51
Ermənistan Macarıstanla saziş imzalayacaq - KİV
Bu gün, 12:49
“Para” BOKT-nin İdarə Heyəti və Müşahidə Şurasının tərkibi yenilənəcək
Bu gün, 12:42
KAPİTALBANK-ın ABSURD YANAŞMASI... - AXI NİYƏ?..
Bu gün, 12:33
Brüssel onlayn platformalara nəzarəti gücləndirir - GƏLİŞMƏ
Bu gün, 12:26
Kərəm Mustafayevin niyə dindirildiyi məlum oldu - Generallar məhkəməyə çağırıldı
Bu gün, 12:22
Hava şəraitinin yağıntılı keçəcəyi gözlənilir - belə deyirlər...
Bu gün, 12:20
Sosial media dələduzluqları artıb - vətəndaşlar necə qorunsun
Bu gün, 12:14
Gənc blogerin ölümü ilə bağlı YENİ DETALLAR
Bu gün, 12:10
Bakı sakininə qarşı 60 min ABŞ dolları məbləğində dələduzluq edilib
Bu gün, 12:08
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru