MƏHBUS BAŞ REDAKTORA NECƏ TORBA TİKİLİB?
Tarix: 23-05-2012, 15:44 | Çap et
ƏVƏZ ZEYNALLI İLƏ BAĞLI MÜZAKİRƏ BAŞLADI
Hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının həbsi ilə bağlı yaradılmış Preventiv Cavab Qrupu (PCQ) mətbuat konfransı keçirib. PCQ-nun rəhbəri Əfqan Muxtarlı baş redaktorun həsindən sonra qrupun apardığı araşdırmalar əsasında hesabat hazırladığını və bu hesabatdan keçən müddət ərzində Aralıq hesabatın hazırladığını media nümayəndələrinin diqqqətini çəkdi. Ə.Muxtarlının sözlərinə görə, bu müddət həm də Ə.Zeynallının məhkəmə prosesinin başlandığı müddəti əhatə edir. Qrup rəhbəri Ə. Zeynallının həbs müddətinin uzadılması ilə bağlı açıqlama verdi:
“Yanvarın 17-də Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin vəsatəti əsasında Nəsimi rayon Məhkəməsində «Xural» qəzetinin baş redaktoru Əvəz Zeynallının həbs müddəti 2 ay 20 gün uzadılıb. Məhkəmənin qərarına əsasən Ə. Zeynallı barədə həbsqətimkan tədbiri 2012-ci ilin aprelin 20-də başa çatacaq. Məhkəmə prosesi qapalı keçirilib. Ə. Zeynallının ailə üzvlərinə və media nümayəndələrinə məhkəmədə iştirak etmək qadağan edilib. Ə. Zeynallının vəkilləri Elçin Sadıqov və Məsum Bayramov Ə. Zeynallının həbs müddətinin uzadılmasının əsasız olduğunu bildiriblər. Vəkillərin qərardan Bakı Apelyasiya Məhkəməsinə verdikləri şikayət təmin edilməyib.”
Bu il yanvarın 23-də Nərimanov rayon məhkəməsi “Baltika-Bakı” MMC-nın baş direktoru Adam Tlexurayın ”Xural”qəzeti və onun təcridxanada olan baş redaktoru Əvəz Zeynallıya qarşı qaldırdığı 150 min manatlıq iddiasını qismən təmin etməsi və məhkəmənin Ə. Zeynallını və “Xural” qəzetini 50 min manat məbləğində cərimələnməsini qanunpozuntusu kimi qiymətləndirən Ə.Muxtarlı bildirib ki, Ə. Zeynallının vəkili Elçin Sadıqov məhkəmə barədə ona və Ə. Zeynallıya məlumat verilmədiyini söyləyib. Bundan başqa məhkəmədə cavabdeh tərəfin vəkili və yaxud nümayəndəsi iştirak etməyib: “Məhkəmə qərarından 20 gün sonra fevralın 10-da bu haqda E. Sadıqova məlumat verilib. E. Sadıqov cavabdeh tərəfin iştirakı olmadan məhkəmə qərarının çıxarılmasının qanunsuz hesab edir. Vəkil onu da qeyd edib ki, Ə. Zeynallı həbs edilmədən əvvəl “Baltika-Bakı” MMC-nin iddiası üzrə Nərimanov Rayon Məhkəməsində hazırlıq iclası keçirilib. Ə. Zeynallı hakim Sevinc Quliyevanın “Xural” qəzetinə qarşı qərəzli mövqedə olmasını əvvəllərdə qəzetə qarşı ədalətsiz qərarlar çıxardığını əsas gətirərək hakimdən imtina etmişdi. Məhkəmə Ə.Zeynallının vəsatəti əsasında təxirə salınmışdı. Preventiv Cavab Qrupu “Xural” qəzetində “Baltika -Bakı” MMC barədə dərc edilən tənqidi məqalələri araşdırıb. Məqalələrdə əsasən müəssisədə baş verən qanun pozuntuları öz əksini tapıb. “Xural” qəzetinin redaksiyasına “Baltika-Bakı” MMC-nin bir qrup əməkdaşı şikayət məktubu göndərib. “Baltika-Bakı” MMC-nin Həmkarlar İttifaqında rəsmi qeydiyyatdan keçən şikayət məktubu ölkənin bir çox qəzetlərinə göndərilib. Şikayətçilər müəssisənin rəhbəri A. Tlexurayın işçiləri təhqir etdiyini bildiriblər. Digər məqalə isə “Baltika-Bakı” MMC-nin Gürcüstana ixrac etdiyi 150 ton pivənin yararsız çıxması barədədir. Qeyd edək ki, göstərilən fakt digər mətbu orqanlarda da işıqlandırılıb və təsdiqini tapıb. “Baltika-Bakı” MMC-də yoxlamaların aparılması barədə “Xural” qəzetində dərc edilən məqalə öz təsdiqini tapıb. Preventiv Cavab Qrupu müəyyən edib ki, A. Tlexurayn Ə. Zeynallıdan tutulan cəriməni Abşeron rayonu Saray qəsəbəsində yerləşən 7 saylı İnternet məktəbinə verilməsini istəyib. Araşdırma zamanı A. Tlexurayın əvvəllər xeyriyyəçiliklə məşğul olmadığını müəyyən edib. Qeyd etmək lazımdır ki, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevdə Ə. Zeynallıdan tutulan cəriməni “Ümid” Uşaq evinin hesabına köçürülməsini istəmişdi. R. Mehdiyevində xeyriyyəçiliklə məşğul olduğu müəyyən edilməyib.” Həbsdən sonra Ə.Zeynallı haqqında qaldırılan CM-nin 213.1 (vergidənyayınma) maddəsini də PCQ rəhbəri əsassız və baş redaktorun peşə fəaliyyətini davam etdirməsi üçün ciddi təhlükə hesab etdi: “Ə. Zeynallının həbsindən sonra “Xural” qəzeti vergi yoxlamalarına cəlb edilib. Keçən il dekabrın 26 –da Ə. Zeynallının daimi qeydiyyatda olduğu ünvana Vergilər Nazirliyi yanında Audit Departamentindən məktub daxil olub. Məktubda Ə. Zeynallıdan vergi sənədlərinin departamentə təqdim edilməsi tələb olunub. “Xural” qəzetinin əməkdaşı Nizami Həsənli departamentin əməkdaşına Ə. Zeynalının həbsdə olduğunu və sənədlərin Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən müsadirə edildiyi barədə məlumat verib. Bundan sonra Vergilər Nazirliyi qəzet yayımı şirkətlərinə və “Ekspress Service” mətbəəsinə sorğu göndərək “Xural” qəzetinin tirajı və satışı barədə arayışlar əldə ediblər. Vergi yoxlamalarının gedişi barədə Ə. Zeynallıya və “Xural” qəzetinin kollektivinə məlumat verilməyib. Yoxlamalar Ə. Zeynallının vəkilinin və “Xural” qəzetinin əməkdaşlarının iştirakı olmadan aparılıb. Vəkil E. Sadıqovun verdiyi məlumata görə, Vergi Auditi Departamentində bildiriblər ki, Ə. Zeynallıya göndərdikləri məktubu şəxsən özü alıb. Bu barədə qəbizləri E. Sadıqova göstəriblər. Həmin dövrdə Ə. Zeynallı həbsdə olduğundan məktubları şəxsən alması mümkün deyil.
Preventiv Cavab Qrupu Vergi Auditi Departamentinin Ə. Zeynallı barədə qəbul etdiyi Akt əldə edib. 22 fevral 2012-ci il tarixində Vergilər Nazirliyi yanında Vergi Auditi Departamenti N 1100777026522874 saylı səyyar vergi yoxlaması barədə akt tərtib edib. Akt Ə. Zeynallının vəkili E. Sadıqova təqdim edilib. Akta əsasən vergi yoxlaması Vergi Auditi Departamentinin 09.12 2011-ci il tarixli 1100777001516962 saylı qərarına əsasən kiçik vergi xidməti müşaviri Əsgərli Şahin Məhyəddin oğlu tərəfindən aparılıb. Yoxlamalar 2008-ci ilin 1-ci rübündən 2011-ci ilin 3-cü rübünədək olan dövrü əhatə edib. Aktda qeyd edilib ki, Ə. Zeynallı 7251,20 (yeddi min iki yüz əlli bir manat 20 qəpik) manat məbləğində vəsaiti vergidən yayındırıb. Bu səbəbdən Ə. Zeynallıya qarşı 3625,20 (üç min altı yüz iyirmi beş manat altmış qəpik ) manat məbləğində maliyyə sanksiyası tətbiq edilib. Aktla tanışlıq zamanı məlum olub ki, vergi müfəttişi Əsgərli Şahin Məhyəddin oğlu Vergi Auditi Departamentinin 09.12 2011-ci il tarixli 11007770015 16962 saylı qərarını kobud sürətdə pozaraq, səlahiyyət həddini aşmaqla “Xural” qəzetinin 2011-ci ilin 4-cü rübü üçün 668, 80 (altı yüz altmış səkkiz manat səksən qəpik) manat məbləğində vergi hesablayıb. Aktla tanışlıq zamanı məlum olub ki, “Xural” qəzetinin tirajı 1200-1700 olmasına baxmayaraq müfəttiş tərəfindən şişirdilərək 2200 ədəd yazılıb. Yoxlama zamanı hər nüsxə qəzetdən əldə edilən gəlir 40 qəpik hesablanıb. Preventiv Təhqiqat Qrupu apardığı araşdırma zamanı məlum olub ki, “Xural” qəzeti 2008-ci ildə 30 qəpiyə satılıb. 2009-cü ildən “Xural” qəzeti 40 qəpiyə satılıb. 2009-cü ilin yanvar ayından etibarən yayım şirkətləri qəzetin hər satılmış nüsxəsinə görə Ə. Zeynallıya 24 qəpik ödəyib. Lakin vergi müfəttişi xalis gəliri hər nüsxə qəzet üçün 40 qəpik məbləğində hesablayıb. Vergi müfəttişi yoxlama zamanı satılmayan, Ə. Zeynallıya geri qaytarılmış qəzetləri də satılmış kimi qeyd edib. Preventiv Təhqiqat Qrupunun apardığı araşdırma zamanı məlum olub ki, “Xural” qəzeti “Qasid”, “Metro-servis”, “Azərmətbuatyayım” yayım şirkətləri tərəfindən satılıb. Həmin şirkətlər Vergi Auditi Departamentinə “Xural” qəzetinin satılmış nüsxələrinin sayı və Ə. Zeynallıya ödənilən pulun miqdarı barədə dəqiq hesabat verib. Lakin vergi yoxlamasını həyata keçirən müfəttiş yayım şirkətlərinin təqdim etdiyi qaimələrə əhəmiyyət verməyib. Preventiv Təhqiqat Qrupu müəyyən edib ki, “Xural” qəzeti “Ekspres Service” mətbəəsində çap edilib. Hər nüsxə qəzet üçün mətbəəyə 8 qəpik məbləğində pul ödənilib. Vergi müfəttişi Vergilər Məcəlləsinin tələblərini kobud şəkildə pozaraq qəzetin çap xərclərini gəlirdən çıxmayıb. Ə. Zeynallının vəkili Vergi Auditi Departamentinin yoxlamasından Bakı 1 saylı İnzibati İqtisad Məhkəməsinə apelyasiya şikayəti verib. 3 aprel 2012-ci il tarixində Ə. Zeynallıya qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1-ci maddəsi ( Xeyli miqdarda vergiləri və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma) ilə yeni ittiham irəli sürülüb. Bu barədə Preventiv Təhqiqat qrupuna Ə. Zeynalının vəkili E. Sadıqov məlumat verib. E. Sadıqovun sözlərinə görə, müstəntiqlə birlikdə Ə. Zeynallı ilə görüşüb. Müstəntiq Ə. Zeynallını ittihamla tanış edib. Ə. Zeynallı ittihamı qəbul etmədiyini və ittihamın siyasi sifarişlə qəbul edildiyini bildirib. Qeyd edək ki, Cinayət Məcəlləsinin 213.1 maddəsində, üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə min manatdan iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılması nəzərdə tutulur.
Ə. Zeynallıya qarşı yeni şikayətin verilməsi
Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində Ə. Zeynallıya qarşı növbəti şəxs yazılı şəkildə şikayət ərizəsi ilə müraciət edib. “Xural” qəzetinin direktoru Nizamı Həsənlinin verdiyi məlumata görə, Nərimanov rayon sakini Aydın Heydərov yazdığı şikayət ərizəsində 2005-ci ildə Ə. Zeynallının ondan 400 ABŞ dolları həcmində pul tələb etdiyini bildirib. Preventiv Cavab Qrupu apardığı araşdırma zamanı məlum olub ki, iş adamı A. Heydərov 2005-ci ildə Ə. Zeynallını və “Xural” qəzetini məhkəməyə verib. Lakin məhkəmə zamanı şikayət ərizəsini geri götürüb. Preventiv Cavab Qrupu apardığı araşdırma zamanı o da məlum olub ki, A. Heydərov Ə. Zeynallıdan şikayət edən Milli Dövlətçilik Partiyasının sədri və Sumqayıt maşın bazarının sahibi Sabir Tarverdiyevin xalası oğludur. İstintaq A. Heydərovla Ə. Zeynallını üzləşdirməyib”. 2012-ci ilin aprel ayının 27-də Ə. Zeynallının istintaqının rəsmi şəkildə yekunlaşdığını xatırladan Ə.Muxtarlı bildirib ki, Ə. Zeynallı vəkillərinin iştirakı ilə cinayət işi ilə tanış olub və ciddi saxtakarlqlar aşkar edib. 2012-ci ilin mayın 14-də Ə. Zeynallının işi üzrə Bakı Ağır Cinayətlərə dair Məhkəməsinin hakimi Ramella Allahverdiyevanın sədrliyi ilə hazırlıq iclası keçirilib. Hazırlıq iclası 2012-ci ilin may ayının 18-də davam etdirilib. Məhkəmə prosesində Ə. Zeynallının və vəkillərinin qaldırdığı çoxsaylı vəsatətlər hakim tərəfindən əsaslandırılmadan rədd edilib. Məhkəmə heyəti 5 dəqiqəlik müşavirədən qayıtdıqdan sonra 16 dəqiqə ərzində qəbul edilən qərarı oxuyub. Bu hal məhkəmə qərarının əvvəlcədən hazırlandığı barədə məhkəmə iştirakçılarında rəy formalaşdırıb. Əvəz Zeynallının müdafiə hüququnun məhdudlaşdırılması halları davam edib”. Ə. Zeynallının vəkili Elçin Sadıqov bildirib ki, 1 saylı Bakı İstintaq Tədqicxanasında rəhbərlik tərəfindən qanunsuzluqlar edilir. E. Sadıqov Ə. Zeynallı ilə görüşünün nəzarətçilər tərəfindən izlədildiyini, aralarında olan danışıqların dinlənildiyini və xüsusi səsyazma avadanlığı tərəfindən yazıldığını deyib. E. Sadıqov həmçinin qeyd edib ki, Ə. Zeynallı ilə görüşdən çıxdıqdan sonra nəzarətçilər tərəfindən yoxlamaya məruz qalır. Tədricxana nəzarətçiləri Ə. Zeynallının dövlət orqanlarına yazdığı müraciətlər nəzarətçilər tərəfindən müsadirə olunur. 2012-ci ilin fevral ayının 25-də E. Sadıqov növbəti dəfə yoxlamaya məruz qalıb. Vəkil bildirib ki, tədricxana rəhbərliyi Ə. Zeynalının müraciətlərini özləri tərəfindən ünvanlara çatdıracaqlarını bəhanə edərək, Ə. Zeynallının müdafiəsində mühüm rol oynaya biləcək sənədləri müsadirə ediblər. E. Sadıqovun bildirdiyinə görə, Ə. Zeynallı tədriçxana dəftərxanasından öyrənib ki, Baş Prokurorluğa, Ədliyyə Nazirliyinə, Ombusmana Milli Məclisin deputatı, hakim Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü Gülər Əhmədovanın “Xural” qəzetinin kollektivini təhdid və şantaj etməsi ilə bağlı etdiyi müraciətlər təcridxana rəhbərliyi tərəfindən ünvanına çatdırılmayıb. Vəkil E. Sadıqov onu da bildirib ki, 1 saylı Bakı İstintaq Təcridxanasının rəhbərinin hərəkətlərindən 1 saylı Bakı İnzibati İqtisad Məhkəməsinə etdiyi şikayət baxılmır. Ə. Zeynallının istintaqı yekunlaşdıqdan sonra vəkillərlə görüşünə imkan verilməyib. May ayının 2-də, 5-də, 12-də və 15 də vəkillər Bakı İstintaq Təcridxanasında Ə. Zeynallı ilə görüşmək istəkləri təcridxana rəhbəri tərəfindən qanunsuz olaraq rədd edilib. Təcridxana rəhbərinin qanunsuz hərəkətlərində Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi R. Allahverdiyevaya edilən şikayətlər cavabsız qalıb. Mehman Əliyev Ə.Zeynallıya qarşı aparılan “siyasi sifariş”in bütün Azərbaycan mətbuatına qarşı aparıldığını, əsas məqsədinsə azad sözün susdurulması olduğunu diqqətə çatdırdı. “Xural” qəzetinin direktoru NizamiHəsənli Bakı-Baltika MMC-nin – Xırdalan Pivə şirktinin “Xural” qəzetinə qarşı qaldırdığı məhkəmə iddiasını qanunsuz və əsassız hesab etdiyini söylədi: “Xural” qəzetinin redaksiyası iki dəfə yağmalanıb. Əlimizdə olan bütün sənədlər hazırda Korrupsiyaya qarşı Mübarizə İdarəsindədir. Bütün bunlara baxmayaraq növbəti məhkəmə prosesləri zamanı biz əlimizdə olan faktları ortaya qoyacıq və qəzetdə gedən materialların faktlara söykənərək dərc edildiyini sübut edəcik. Heç bir məhkəmə araşdırması aparmadan, “Xural” qəzetini 50 min manat cərimələyən hakim də, “Xirdalan Pivə”şirkətinin icraçı rəhbəri Adam Tlexuray da qanun və cəmiyyət qarşısında hesabat verməli olacaqlar. Ə.Zeynallının vəkili Mənsum Bayramov əslində cəmiyyətin bütün bəlalarının məhkəmə sisteminin müstəqil olmamasında gördü: “Məhkəmələr, hakimlər müstəqil deyillər. Onlar ya siyasi sifarişləri həyata keçirirlər, ya da şəxsi maraqları öndə tuturlar. Bu da nəticədə ölkəni uşuruma aparan bir sistemin yaranmasına xidmət edir. Bir vəkil olaraq mən bütün məhkəmə proseslərində belə hallarla qarşılaşıram”. Mətbuat konfransında o da nəzərə çatdırıldı ki, Ə.Zeynallının məhkəmə iclası mayın 31-də, saat 10.00-da Bakı Ağır Cinayətlər Məhkəməsində davam etdiriləcək və Ə.Zeynallı haqqında qaldırılan cinayət işi, aparılan istintaq materialları ilə bağlı ciddi arqument və faktlara əsaslanan çıxış edəcək.
XuralTAC
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Güzəştli şərtlərlə yaranan pensiya hüququ... - Ekspert danışır...
Bu gün, 08:52 |
|
|
|
• İxtisar etmək istəyirlərsə, yuxarı maaş alan müavinləri ixtisara salsınlar... - ETİRAZ VAR...
Bu gün, 08:49 |
|
|
|
• Deputatımızın bahalı obyekti XARABA GÜNƏ QALDI - FOTO
Bu gün, 08:36 |
|
|
|
• Naxçıvanda ÜÇ DƏFƏ AZ pərakəndə ticarət dövriyyəsi... - Rəqəmlər düz gəlmir, cənab Nəcəfli...
Bu gün, 08:30 |
|
|
|
• Azərbaycanda aktyor vəfat edib
Bu gün, 08:27 |
|
|
|
• Qərb Azərbaycanın müstəqil siyasət həyata keçirməsinə mane olmağa çalışır - deputat
Bu gün, 07:32 |
|
|
|
• Zaur Hüseynov niyə işdən çıxarıldı? - İLGİNC DETALLAR
Bu gün, 07:27 |
|
|
|
• İllər öncə sənətə gəlsə də...
Bu gün, 07:24 |
|
|
|
• Hindistandan Bakıya silah satmaq üçün gülünc “şərt” - BU NƏDİ BELƏ?
Bu gün, 07:20 |
|
|
|
• Qərb Moskvaya qarşı bu “silahı” işə salır – “Rusiyanı çökdürmək… “
Bu gün, 07:18 |
|
|
|
• Kiyev rus qazını kəsir: Avropa istilik problemi ilə üz-üzə - NƏ BAŞ VERİR?
Bu gün, 03:11 |
|
|
|
• Məktəblərdə istilik problemi varmı? - AKTUAL
Bu gün, 03:09 |
|
|
|
• Suriyanın “açarı” kimdədir? - Türkiyədə, ya da 300 milyard dolları kim versə, onda...
Bu gün, 03:06 |
|
|
|
• MİDA hamını BOĞAZA YIĞIB... - öz qaydaları ilə...
Bu gün, 03:04 |
|
|
|
• "Cəmiyyət və dövlət susur deyə əxlaqsızlığın sayı artır" - - ETİRAZ
Bu gün, 02:59 |
|
|
|
• 'Expargo' karqoları BELƏ GECİKDİRİR - Yolda olan bağlama yenidən çeşidləməyə necə qayıtdı?
Bu gün, 02:55 |
|
|
|
• Elçin Lənbəranski hüquq-mühafizə orqanlarına səsləndi - "Bu binamusları həbs edin..."
Bu gün, 02:51 |
|
|
|
• Azərbaycanda 24 illik şirkət - LƏĞV EDİLİR
Bu gün, 00:05 |
|
|
|
• Azərbaycanda 10 manat nizamnamə kapitalı olan kredit şirkəti yaradılıb
Bu gün, 00:02 |
|
|
|
• ABŞ-da Tərlan Əhmədova yüksək vəzifə verildi
Dünən, 20:30 |
|
|
|
• Zaur Hüseynov “Bakı Metropoliteni” QSC-nin sədri vəzifəsindən azad edilib, yeni təyinat olub
Dünən, 20:24 |
|
|
|
• Paşinyanın “təkliflər oyunu"
Dünən, 19:00 |
|
|
|
• Bu şirkət Ağdərədə 2,3 milyon manata 90 evi təmir edəcək - TENDER NƏTİCƏSİ
Dünən, 18:58 |
|
|
|
• ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlı TƏLƏB: - “İrəvan bunda maraqlı deyil”
Dünən, 18:00 |
|
|
|
• Hesablama Palatası Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətində nöqsanlar AŞKAR EDİB
Dünən, 17:31 |
|
|
|
• İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədrinə yeni müşavir təyin edilib - ƏMR
Dünən, 17:26 |
|
|
|
• Suriyadan sonra: İran atom bombası əldə etməyə tələsir - “Nezavisimaya qazeta”
Dünən, 17:23 |
|
|
|
• Sülh müqaviləsi şübhə altında - İNCƏLƏMƏ
Dünən, 17:19 |
|
|
|
• Bakıda iranlı narkotik tədarükçüsü ifşa olundu - Polis əməliyyatı
Dünən, 17:17 |
|
|
|
• Fərhad Əhmədovun adı “Böyük Manipulyator”a necə düşdü? - Böyük Manipulyator
Dünən, 17:14 |
|
|
|
• "Öz ölkəsində ölüm hökmü olan Qərb ölkələrinin səfirləri ölkəmizdə "beynəlxalq hüquq"dan danışır"
Dünən, 17:04 |
|
|
|
• Mədəniyyət Nazirliyinin vəzifəli şəxsi işindəki nöqsanlara görə cərimə edildi - TƏFƏRRÜAT
Dünən, 17:00 |
|
|
|
• Zəngəzur dəhlizi olmayacaqsa, Ermənistan dalan ölkəsi olaraq qalacaq
Dünən, 16:58 |
|
|
|
• "Yelo Bank"ın kritik maliyyə hesabatları - Ehtiyatlar azalıb
Dünən, 16:42 |
|
|
|
• Yaşar Əliyev illər uzunu tutduğu vəzifədən alınaraq... - YENİ TƏYİNAT
Dünən, 16:37 |
|
|
|
• Azərbaycan Qətərə yeni səfir TƏYİN EDİB
Dünən, 16:35 |
|
|
|
• Tofiq Musayev Azərbaycanın BMT yanında daimi nümayəndəsi təyin edilidi - SƏRƏNCAM
Dünən, 16:34 |
|
|
|
• Azərbaycanın Niderlanda yeni səfiri təyin edilib - FOTO
Dünən, 16:32 |
|
|
|
• Azərbaycan İndoneziyaya yeni səfir TƏYİN EDİB
Dünən, 16:31 |
|
|
|
• Cəlal Mirzəyev səfir vəzifəsindən geri çağırılıb - SƏRƏNCAM
Dünən, 16:29 |
|
|
|
• “Gədəbəyin dağ kəndlərində də kilsələr tikilsin, biz də qaz üzü görək” - SAKİNLƏR ÇARƏSİZDİR
Dünən, 16:23 |
|
|
|
• Qulu Məhərrəmliyə Prezidentin fərdi təqaüdü verilib - SƏRƏNCAM
Dünən, 16:17 |
|
|
|
• Bakıda həbsxanada MƏHKUM ÖLDÜ
Dünən, 16:13 |
|
|
|
• Prezident İlham Əliyev Mayıl Əhmədovu 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif etdi - SƏRƏNCAM
Dünən, 16:12 |
|
|
|
• Dəməşqdə mitinq – Colani administrasiyasına ETİRAZ
Dünən, 16:06 |
|
|
|
• AYNA bir “texniki" nasazlığın əlində qalıb – Problem niyə həll olunmur?
Dünən, 16:02 |
|
|
|
• Tramp Aİ-ni hədələyir, ABŞ-dan daha çox neft və qaz almağı tələb edir - "Bloomberg”
Dünən, 15:59 |
|
|
|
• “Saf Farma“-nın “əldən satış“ biznesinin gizlinləri - Şirkət vergidən belə yayınır...
Dünən, 15:57 |
|
|
|
• Fuad Nəcəfli ÖZÜNDƏN PADŞAH DÜZƏLDİR? - BU NƏDİ BELƏ?..
Dünən, 15:50 |
|
|
|
• Putin müsahibədə Əliyevdən bu iki cavabı gözləyirdi – Daniyelyan
Dünən, 15:47 |
|
|
|
|