"Son 7-8 ayda Fransanın ölkəmizə qarşı təzyiqləri intensiv hal alıb" - ŞƏRH
Tarix: 22-02-2024, 08:11 | Çap et
Politoloq Oqtay Qasımov bununla bağlı “Cebhe.info”-nun suallarını cavablandırıb.
Həmin müsahibəni təqdim edirik.
- Oqtay müəllim, Ermənistanın Baş naziri Nikol Paşinyanın Fransaya rəsmi səfərinin arxasında hansı məqsədlər dayanır?
- Əlbəttə ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın Münxen Təhlükəsizlik Konfransından sonra Fransaya səfər etməsi maraq doğurur. Baxmayaraq ki, bu səfərin məqsədi ilə bağlı yayılan məlumat çox da inandırıcı görsənmir. Bildirilib ki, Paşinyanın Fransaya səfər etməkdə məqsədi bu ölkədə yaşamış hansısa ermənin dənf mərasimində iştirak etməkdir. Amma bu qədər də ciddi təsir bağışlamır.
Çox güman ki, Nikol Paşinyan səfər zamanı Fransa Prezidenti Emmanuel Makron və Fransanın digər yüksək rütbəli rəsmiləri ilə görüşəcək. Paşinyan Makron ilə görüşündə, şübhəsiz ki, Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Almaniya Kansleri Olaf Şoltsun vasitəçiliyi ilə keçirilən Azərbaycan-Ermənistan görüşə barədə məlumat verəcək.
Həmçinin Paşiyan Makronun təlimatlarını da dinləyəcək. Heç kəsə sirr deyil ki, Paşinyan Fransanın diktəsi ilə hərəkət edir. Fransanın Cənubi Qafqazdakı geosiyasi maraqları göz önündədir. Rəsmi Paris regionda, xüsusilə Azərbaycanla Ermənistan arasında sülhün bərqərar olunmamasında və gərginliyin uzun müddət qalmasında maraqlıdır.
Parisdə hesab edirlər ki, iki ölkə arasında gərginliyin intensivləşməsi Fransanın regionda təsir imkanlarının artırmasına imkan yaradacaq. Fransa hər vəchlə bu istiqamətdə addımlar atmağa çalışır.
Təbii ki, Fransanın Cənubi Qafqazla bağlı əsas geostrateji və geosiyasi maraqları Ermənistanı tam olaraq ələ keçirmək və Ermənistan üzərindən regionda öz mövqeyini möhkəmləndirmək, o cümlədən Zəngəzur dəhlizinə nəzarət etmək məqsədi daşıyır. Eyni zamanda Fransa Mərkəzi Asiyadakı uran ehtiyatlarına maraq göstərir və bu regiondan idxal edəcəyi uranı Cənubi Qafqaz üzərindən öz ərazisinə daşımaq niyyəti güdür.
Bildirim ki, bu səfər zamanı Ermənistan Baş naziri Nikol Paşinyan və Fransa Prezidenti Emmanuel Makron arasında keçirləcək görüşdə ikitərəfli hərbi əməkdaşlığın perspektivləri, eləcə də Azərbaycan-Ermənistan sülh prosesi də müzakirə predmenti olacaq.
- Necə düşünürsünüz, sülh prosesinin intensivləşdiyi bir zamanda Makron Paşinyana Azərbaycana qarşı növbəti təxribatların törədilməsi ilə bağlı təlimat verə bilər?
- Hazırda Fransa Azərbaycana qarşı düşmənçilik siyasəti yürüdür. Son dövrlərdə rəsmi Paris müxtəlif mexanizmlərdən istifadə etməklə Azərbaycanı təzyiqlər altında saxlamağa çalışır. 44 günlük Vətən müharibəsində də buna şahidi olmuşuq. Amma son 7-8 ayda Fransanın ölkəmizə qarşı təzyiqləri intensiv hal alıb.
Avropanın müxtəlif institutlarında səsləndirilən anti-Azərbaycan bəyanatları, hətta Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycanla bağlı ədalətsiz qərarı buna sübutdur. Fransanın burada rolu danılmazdır. Fransa, habelə Azərbaycanda keçiriləcək beynəlxalq konfranslara da kölgə salır.
Bu baxımdan Fransanın hərbi-siyasi rəhbərliyinin Ermənistan hakimiyyətinə Azərbaycana qarşı təxribatların törədilməsi ilə bağlı göstərişlər verməsi istisna deyil.
- Nikol Paşinyan bir tərəfdən Rusiya, digər tərəfdən isə Qərblə, xüsusilə ABŞ və Fransa ilə hərbi-təhlükəsizlik sahəsində münasibətlər qurmağa çalışır. Belə demək olarmı, Paşinyan Fransanı Ermənistanın təhlükəsizliyinə zamin duran müttəfiq ölkə kimi görmək istəyir?
- Təbii ki, Ermənistan hakimiyyətinin Rusiyaya qarşı şantaj xarakterli bəyanatları davam edir. Bunun əsas səbəbi odur ki, Ermənistan tərəfi 44 günlük Vətən müharibəsi və ondan sonrakı dövrdə İrəvan Rusiyanın onun əvəzinə Azərbaycanla savaşmasını istəyirdi. Amma bu, baş vermədi.
Bu səbəbdən Ermənistan onun təhlükəsizliyinə zamin duracaq alternativ ölkə axtarışına çıxıb. Ancaq İrəvan onu da yaxşı bilir ki, Rusiyanın təsir dairəsindən qopub, başqa ölkənin təsir dairəsinə keçmək o qədər də asan deyil. Buna baxmayaraq, Ermənistan ABŞ, Avropa İttifaqı və Fransa ilə münasibətləri möhkəmləndirməyə çalışır.
Onu da nəzərə almaq lazımdır ki, Nikol Paşinyanın hakimiyyətə gəlməsində Qərb dairələrinin çox ciddi rolu olub. Bu baxımdan Paşinyanın bu siyasəti anlaşılandır.
- Nə zamansa, Fransanın Ermənistanda hərbi bazasının əsasının qoyulması ehtimal olunur?
- Bildirim ki, qlobal dünyada ciddi siyasi dəyişikliklər baş verməkdədir. Dünyada yeni nizamın qurulmasına yönələn proseslərin yaşanmasına şahidi oluruq. Qeyd edim ki, hazırda davam edən Rusiya-Ukrayna müharibəsi Cənubi Qafqazda siyasi proseslərə ciddi şəkildə təsir edir. Bu müharibə nəticəsində regionla bağlı bir çox məsələlər özünü büruzə verəcək.
Fransanın Ermənistanda hərbi bazasının olub-olmayacağı ilə bağlı məsələyə gəlincə, yaxın gələcəkdə bunun baş verməsi qeyri-mümkündür. Xatırladım ki, 2012-ci ildə İrəvan ilə Moskva arasında imzalanan müttəfiqlik müqaviləsinə görə, rus hərbçilərinin Ermənistanda qalma müddəti 2044-ci ilə qədərdir. Məhz bunun mümkün olub-olmaması beynəlxalq və regional səviyyədə baş verəcək proseslərdən asılıdır.
- Ümumiyyətlə, Rusiya, Fransa, hətta İranın Ermənistanda birgə fəaliyyət göstərməsi nə dərəcədə mümkündür? Yəni, bu üç ölkə birlikdə Ermənistandan Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə edə bilər?
- Rusiya, Fransa və İranın bir araya gəlib Ermənistanda birgə fəaliyyət göstərməsi real görünmür. Doğrudur, bu üç ölkədən hər biri zamanla Ermənistandan bu və ya digər şəkildə Azərbaycana qarşı təzyiq alətə kimi istifadə etməyə çalışıblar, bundan sonra da çalışacaqlar.
Amma nəzərə almalıyıq ki, 200 il ərzində Cənubi Qafqaza hökmranlıq edən Rusiya regionda güc mərkəzi olaraq qalmaqdadır və regiondakı öz mövqeyini hər hansı ölkə ilə bölüşmək istəmir. Rusiyanın Ermənistanda hərbi bazası var, bu ölkənin sərhəd ərazilərinin təhlükəsizliyini rus hərbçiləri nəzarət edir, habelə Ermənistanın bütün iqtisadi və enerji sektorları rus şirkətlərinin nəzarəti altındadır. Demək olar ki, Ermənistan iqtisadiyyatı tamamilə Rusiyadan asılıdır.
Bu baxımdan Fransanın Cənubi Qafqazda, ən əsası da Ermənistanda möhkəmlənmək üçün imkanları çox məhduddur. O ki qaldı İrana, təbii ki, Tehran hər zaman Ermənistanı dəstəkləyib. İran Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsindən heç də məmnun olmayıb.
Bildirim ki, Fransanın Cənubi Qafqazda yerləşməsi NATO-nun regionda olması anlamına gələ bilər. Hesab edirəm ki, Rusiya və İran Fransanın Ermənistanda təsir imkanlarının artmasında maraqlı olmayacaqlar. Daha doğrusu, hər ikisi buna mane olacaqlar. Ona görə ki, Rusiya və İran özünü Cənubi Qafqazda aparıcı güc mərkəzləri hesab edir, həmçinin regiona üçüncü bir qüvvənin gəlməsi Azərbaycan üçün də məqbul deyil.
Qeyd edim ki, bu yaxınlarda İran İslam Respublikasının Prezidenti İbrahim Rəisi Ermənistan Baş nazirinin müavini Mher Qriqonyanla görüşündə üçüncü qüvvələrin regiona gəlməsinin əlehinə olduğunu erməni tərəfinin diqqətinə çatdırıb.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Şirvanda vəzifəli şəxs cərimələndi - Qərardan narazı qaldı
Bu gün, 19:23 |
|
|
|
• AVROSƏRSƏMLİK... və Bakıdan REAKSİYA
Bu gün, 19:21 |
|
|
|
• Yaxşı maaş verilirsə: Həkimlər niyə bölgəyə getmir? - AKTUAL
Bu gün, 19:02 |
|
|
|
• Razılaşdırılmayan iki bənd və iki tələb: Prezidentin mesajlarının şifrələri - İNCƏLƏMƏ
Bu gün, 19:00 |
|
|
|
• Dövlət qurumundan “Teymur-M” şirkətinə 12 milyon manatlıq – SİFARİŞ
Bu gün, 18:58 |
|
|
|
• Özəl, yoxsa ÖZBAŞINA bağçalar? – “İlk müəllim travması”
Bu gün, 18:52 |
|
|
|
• Elmar Məmmədyarov həbs olunan diplomatı işdən çıxarıbmış - AÇIQLAMA
Bu gün, 18:06 |
|
|
|
• İDDİA: Bank kartlarından pullar buna görə oğurlanır... - Yeni maliyyə sisteminə keçilir?
Bu gün, 18:05 |
|
|
|
• Sülh prosesini pozan addım: - Ermənistan revanş istəyir
Bu gün, 18:02 |
|
|
|
• Sabiq deputatdan qalmaqallı açıqlama: - “2-3 növ araq, konyak, şərab...”
Bu gün, 17:56 |
|
|
|
• Daha bir məhkum həbsdə ölüb
Bu gün, 17:52 |
|
|
|
• Ermənistanın dövlətsizləşdirilməsi planı var - İşxan Saqatelyan
Bu gün, 17:49 |
|
|
|
• Oğlunu əfv etdiyinə görə Baydeni qınamıram - Putin
Bu gün, 17:47 |
|
|
|
• Dövlət büdcəsindən `qoparılan` milyonlarla dollara başa gələn idman kompleksləri... - gənclərin işinə yarayırmı?
Bu gün, 17:43 |
|
|
|
• Sumqayıtda polis profilaktik tədbir keçirib - FOTO, VİDEO
Bu gün, 17:41 |
|
|
|
• Toydan çıxıb küçədə yüksək səslə musiqi qoyub, rəqs etdilər - Məhkəmə qərarı
Bu gün, 17:34 |
|
|
|
• “Kağızdan açanda ələ yapışırsa, suludursa, üzərində müxtəlif rənglər varsa...” - kolbasadan gələn BÖYÜK TƏHLÜKƏ
Bu gün, 17:25 |
|
|
|
• Putindən Vaşinqtona “duel” təklifi
Bu gün, 17:16 |
|
|
|
• İtaliyanın hərbi nümayəndə heyəti ölkəmizə səfər edib
Bu gün, 17:14 |
|
|
|
• Əliyev bunu ilk dəfə açıqladı – Paşinyanla danışıqlar zamanı…
Bu gün, 17:10 |
|
|
|
• Azərbaycanda ən çox şikayət olunan internet provayderləri - SİYAHI
Bu gün, 17:06 |
|
|
|
• Neftçala DOST filialında təmir işləri bu şirkətə - HƏVALƏ EDİLDİ
Bu gün, 17:05 |
|
|
|
• “Paşinyan iki şeyi yaxşı bacarır: - sosial şəbəkələrdə statuslar yazmaq və əraziləri vermək”
Bu gün, 17:00 |
|
|
|
• DSX əməkdaşı general-leytenant Araz Məmmədovdan şikayətçidir – ELÇİN QULİYEVƏ MÜRACİƏT
Bu gün, 17:00 |
|
|
|
• Putin niyə ELƏ DEDİ? - Elxan Şahinoğlu ŞƏRH EDİR
Bu gün, 16:42 |
|
|
|
• Dövlət qurumunun 6,3 milyon manatlıq tenderini bu şirkət – UDDU
Bu gün, 16:39 |
|
|
|
• Axı məktəblərimiz niyə bu gündə olmalıdır? - Nazirə açıq məktub
Bu gün, 16:30 |
|
|
|
• Məhkəmə bir sıra ukraynalı qaçqına Aİ-də müvəqqəti qoruma statusunun verilməsindən imtina etməyə icazə verib - KİV
Bu gün, 16:27 |
|
|
|
• Mərkəzi Bank 6 sığorta şirkətinə məcburi göstəriş verib
Bu gün, 16:24 |
|
|
|
• Bağlar massivində olay: 33 yaşlı kişi 9 yaşlı qıza qarşı əxlaqsızlıq etdi... - TƏFƏRRÜAT
Bu gün, 16:23 |
|
|
|
• Bakı-Naxçıvan-Bakı marşrutu üzrə səfər planlaşdıran sərnişinlərin nəzərinə - DİQQƏT!
Bu gün, 16:18 |
|
|
|
• Zaqatala sakinlərinin problemi nə vaxt HƏLL olunacaq? - Yararsız yollar, işləməyən avtobuslar...
Bu gün, 16:16 |
|
|
|
• Azərbaycan -Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçirilib
Bu gün, 16:07 |
|
|
|
• TƏBİB-in məsul şəxsinin gəlini faizə pul verdiyini məhkəmədə etiraf etdi - Mələk Zeynalovaya ağır cəza istənildi
Bu gün, 16:06 |
|
|
|
• "Dünya hamıya çatacaq qədər böyükdür"
Bu gün, 16:03 |
|
|
|
• Suriyada qalib hansı ölkədir? - “Nezavisimaya qazeta”
Bu gün, 16:01 |
|
|
|
• "Pulların gəlişi, bölüşdürülməsi, ümumiyyətlə, bütün detalları aydın şəkildə qeyd ediblər" - deputat
Bu gün, 15:55 |
|
|
|
• Başçıdan şəhid ailəsinə sayğısızlıq... - "Döşəməm də torpaqdır..."
Bu gün, 15:48 |
|
|
|
• "Azərbaycanın ərazi bütövlüyünün bərpası - Şəxsiyyət faktoru” kitabının Pirallahı rayonunda təqdimatı keçirildi
Bu gün, 15:38 |
|
|
|
• Vəzifəli şəxs HƏBS OLUNDU - TƏFƏRRÜAT
Bu gün, 15:34 |
|
|
|
• Nəsimi RİH-də kitab təqdimatı oldu - FOTO
Bu gün, 15:33 |
|
|
|
• 2025-ci ildə Zəngəzur dəhlizinin açılmasının şahidi olacağıq - ANONS EDİLDİ
Bu gün, 15:07 |
|
|
|
• “Ağıllı kişi silikonlu, vulqar qadına aşiq olmaz” - “Vətəndaş A”nın “Almaz”ı
Bu gün, 15:04 |
|
|
|
• Erməni politoloqdan Azərbaycanla bağlı SƏRSƏM AÇIQLAMA
Bu gün, 15:00 |
|
|
|
• Rusiya Suriyada məqsədinə nail olub - Putin
Bu gün, 14:55 |
|
|
|
• AzGerneft işçilərinin taleyi SUAL ALTINDA... - NƏ BAŞ VERİR?
Bu gün, 14:53 |
|
|
|
• 2 nəfərin öldüyü tuneli tikən şirkət 138 milyonluq tender uddu - TƏFƏRRÜAT
Bu gün, 14:10 |
|
|
|
• İsrail və Türkiyə arasında yeni SURİYA ÇATI... - Bakıdan ŞƏRH
Bu gün, 14:02 |
|
|
|
• Makron Fransası sülh prosesini əngəlləyir - FAKT BUDUR!
Bu gün, 14:00 |
|
|
|
• “RM Medicare Klinika”sında sertifikasiyadan kəsilənlər həkimlik edir - BU NƏDİ BELƏ?..
Bu gün, 13:58 |
|
|
|
|