"Seçicilər sanki İlham Əliyevə vəfa borcunu ödəməyə gəlmişdilər" - Çingiz Qənizadə
Tarix: 10-02-2024, 10:11 | Çap et
Azərbaycanda keçirilən növbədənkənar prezident seçkiləri artıq arxada qalıb. Bu seçkilər ölkənin gələcək inkişafının müəyyən olunması baxımından mühüm siyasi hadisədir. Azərbaycan bu dəfə də demokratik, azad, ədalətli və şəffaf seçki keçirməklə bu sahədə zəngin təcrübəsinin, həmçinin qanunvericilik bazasının olduğunu bir daha nümayiş etdirdi. Budəfəki seçkilər əvvəlkilərlə müqayisədə daha çox diqqəti cəlb edirdi. Çünki son 30 ildə ilk dəfə idi ki, seçkilər Azərbaycanın bütün ərazisində keçirilirdi. Dünya ictimaiyyətinin nəzər-diqqəti Azərbaycana, daha çox işğaldan azad edilmiş ərazilərdə keçiriləcək prezident seçkilərinə yönəlmişdi. Seçki günü həmin ərazilərdə böyük canlanma yaranmışdı. Sanki hər bir seçici Zəfər seçkisində iştirak etmək və ən layiqli namizədə səs verməyi özünə borc və şərəf bilirdi. Onlar həm də doğma ata-baba yurdlarında səs verməkdən qürur hissi keçirirdilər. Keçmiş məcburi köçkünlər öz yurdlarında seçkilərə alnıaçıq, üzüağ gedirdilər. Bunu bütün Azərbaycan vətəndaşları haqqında da demək mümkündür. Çünki biz seçkilərə qalib ölkənin vətəndaşları olaraq gedirdik.
Teleqraf.com xəbər verir ki, bu fikirləri Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə deyib.
Hüquq müdafiəçisi bildirib ki, budəfəki seçkilər əvvəlkilərlə müqayisədə daha mütəşəkkil keçirildi. Həm də yaddaşlarda əbədi qalacaq. Bunu yerli və beynəlxalq müşahidəçilərin sayı da təsdiqləyir. Təsəvvür edin ki, seçkiləri 90 mindən artıq müşahidəçi izləyib. Onların sırasında 72 beynəlxalq təşkilat və 89 ölkəni təmsil edən 790 beynəlxalq müşahidəçi olub. Bundan başqa, 109 beynəlxalq media qurumunun 216 təmsilçisi isə seçki prosesini işıqlandırıb. Müşahidəçilərin 50 mindən çoxu 19 siyasi partiyanın nümayəndəsi olub. Bundan əlavə, Azərbaycanda fəaliyyət göstərən 83 qeyri-hökumət təşkilatı da seçkilərdə müşahidələr aparıblar.
İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən 26 məntəqə 23 mindən çox, həmçinin 37 ölkədə 23 minə yaxın seçicinin 49 məntəqədə səs verdiyini deyən hüquq müdafiəçisi bu seçkilərin böyük əhəmiyyət kəsb etməsinin bir səbəbini də otuz illik həsrətdən sonra Qarabağ və Şərqi Zəngəzura – doğma yurdlarına qayıtmış keçmiş məcburi köçkünlərin, eyni zamanda, həmin ərazilərdə dövlət tərəfindən aparılan yenidənqurma və bərpa işlərində iştirak edən vətəndaşlarımızın səs vermələri ilə əlaqələndirib: “Seçicilər sanki ən layiqli namizədə - İlham Əliyevə vəfa borcunu ödəməyə gəlmişdilər. Ölkəmizin hər bir vətəndaşı çox yaxşı bilir ki, 2020-ci ilin Vətən müharibəsindən və 2023-cü ilin sentyabrında Qarabağda həyata keçirilən uğurlu antiterror tədbirlərindən sonra Azərbaycanın ərazi bütövlüyü, suverenliyi bərpa olundu və dünyada suveren ölkə kimi tanındı. Prezident İlham Əliyev Xankəndinin mərkəzində Azərbaycan Bayrağını qaldırdıqdan sonra artıq dünya ictimaiyyətinə birdəfəlik bəlli oldu ki, Qarabağ Azərbaycandır! Bu, həm Ermənistana, həm də onun havadarlarına ciddi mesaj idi. Eyni zamanda, separatizmin kökünün kəsildiyini təsdiqləyən təkzibolunmaz fakt idi. Xalqımızın otuz illik istək və arzuları artıq reallaşdı. Söz yox ki, buna qədər də əhali böyük çoşqu ilə öz ata-baba yurdlarına qayıdırdılar. Qarabağda separatizmin kökü kəsildikdən sonra keçmiş məcburi köçkünlər tam təhlükəsiz olaraq dədə-baba yurdlarına qayıtmağa başlayıblar. Bu, xoşməramlı köç bu gün də davam edir.
Komitə sədri deyib ki, xalqımızın bu Qələbədən, bu Qayıdışdan və keçmiş məcburi köçkün soydaşlarımızın isti ocaqlarına tam təhlükəsiz dönmələrindən sonra qüdrətli ordu formalaşdıran Prezidentə, Ali Baş Komandana inam və etimadı daha da artdı və Azərbaycanda İlham Əliyevə alternativ xəyala belə gətirilmədi. Fevralın 7-də xalq kütləvi şəkildə seçki məntəqələrinə gedərək Prezidentə vəfa borcunu geri qaytardı və ona olan inam və etimadı öz səsləri ilə təsdiqlədilər. Sanki həmin gün möcüzə baş vermişdi. Yaşından asılı olmayaraq, hər bir şəxs, hətta 80, 90, 100 və daha çox yaşı olan kişi və qadınlar, sağlamlığının bir qismini itirən qazilər əlil arabası ilə səsvermə məntəqələrinə gəlib ən layiqli namizədə səs verdilər. Seçkilərin nəticəsi bir daha təsdiqlədi ki, ən layiqli namizəd rəqiblərini xeyli geridə qoymuş Prezident İlham Əliyev idi.
Ç.Qənizadə bir sıra qərəzli beynəlxalq təşkilat və ermənipərəst dövlətlərdən də söhbət açıb. Deyib ki, onların bölgədə münaqişəni yenidən alovlandırmaq cəhdinin bir səbəbi də növbədənkənar prezident seçkilərinin baş tutmasına problem yaratmaq idi. İndiyədək onların bölgədə sülhə xidmət edəcək hər hansı bir addım atmalarının şahidi olmadıq. Əksinə, Fransa və Almaniyanın Azərbaycanla Ermənistan arasında münasibətlərin tənzimlənməsi prosesinə müdaxiləsi nəticəsində tərəflər arasında aparılan sülh danışıqlarının pozulması müşahidə olundu. AŞPA-nın qış sessiyasının iclasında nümayəndə heyətimizə qarşı hazırlanmış təxribat bəzi Avropa dövlətlərinin Cənubi Qafqazda sülhə mane olmaq iddiasından əl çəkmədiyini, öz riyakarlığını davam etdirdiyini bir daha göstərdi. AŞPA iclasında yaranmış vəziyyətlə əlaqədar Azərbaycan nümayəndə heyətinin assambleyanın işində iştirak etməkdən imtinası, təbii ki, tarixi Qələbəmizin, sürətli inkişafımızın həzm oluna bilməməsi idi.
Hüquq müdafiəçisi növbədənkənar prezident seçkilərini izləmiş beynəlxalq müşahidəçilərin rəylərini xatırladaraq deyib ki, həmin nümayəndələr seçkilərdən bir gün sonra açıqladıqları rəylərlə qərəzli beynəlxalq təşkilatlara, Fransa və Almaniyaya ciddi mesaj verdilər: “Həmin mesajda bildirilir ki, prezident seçkiləri demokratik, beynəlxalq standartlara uyğun, şəffaf və ədalətli şəkildə keçirilib. Vətəndaşların fəallığı, seçicilərin səsvermə başlayan andan məntəqələrə gələrək, sərbəst şəkildə öz iradələrini ifadə etmələri prosesin yaxşı təşkil olunduğunu təsdiq edir. Gənclərin və qadınların seçkiyə yüksək münasibəti və fəal qoşulması müsbət təəssürat doğurdu. İlk dəfə olaraq, seçkilər Azərbaycanın bütün suveren ərazilərində, o cümlədən işğaldan azad olunmuş ərazilərində keçirilib”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Şirvanda vəzifəli şəxs cərimələndi - Qərardan narazı qaldı
Bu gün, 19:23 |
|
|
|
• AVROSƏRSƏMLİK... və Bakıdan REAKSİYA
Bu gün, 19:21 |
|
|
|
• Yaxşı maaş verilirsə: Həkimlər niyə bölgəyə getmir? - AKTUAL
Bu gün, 19:02 |
|
|
|
• Razılaşdırılmayan iki bənd və iki tələb: Prezidentin mesajlarının şifrələri - İNCƏLƏMƏ
Bu gün, 19:00 |
|
|
|
• Dövlət qurumundan “Teymur-M” şirkətinə 12 milyon manatlıq – SİFARİŞ
Bu gün, 18:58 |
|
|
|
• Özəl, yoxsa ÖZBAŞINA bağçalar? – “İlk müəllim travması”
Bu gün, 18:52 |
|
|
|
• Elmar Məmmədyarov həbs olunan diplomatı işdən çıxarıbmış - AÇIQLAMA
Bu gün, 18:06 |
|
|
|
• İDDİA: Bank kartlarından pullar buna görə oğurlanır... - Yeni maliyyə sisteminə keçilir?
Bu gün, 18:05 |
|
|
|
• Sülh prosesini pozan addım: - Ermənistan revanş istəyir
Bu gün, 18:02 |
|
|
|
• Sabiq deputatdan qalmaqallı açıqlama: - “2-3 növ araq, konyak, şərab...”
Bu gün, 17:56 |
|
|
|
• Daha bir məhkum həbsdə ölüb
Bu gün, 17:52 |
|
|
|
• Ermənistanın dövlətsizləşdirilməsi planı var - İşxan Saqatelyan
Bu gün, 17:49 |
|
|
|
• Oğlunu əfv etdiyinə görə Baydeni qınamıram - Putin
Bu gün, 17:47 |
|
|
|
• Dövlət büdcəsindən `qoparılan` milyonlarla dollara başa gələn idman kompleksləri... - gənclərin işinə yarayırmı?
Bu gün, 17:43 |
|
|
|
• Sumqayıtda polis profilaktik tədbir keçirib - FOTO, VİDEO
Bu gün, 17:41 |
|
|
|
• Toydan çıxıb küçədə yüksək səslə musiqi qoyub, rəqs etdilər - Məhkəmə qərarı
Bu gün, 17:34 |
|
|
|
• “Kağızdan açanda ələ yapışırsa, suludursa, üzərində müxtəlif rənglər varsa...” - kolbasadan gələn BÖYÜK TƏHLÜKƏ
Bu gün, 17:25 |
|
|
|
• Putindən Vaşinqtona “duel” təklifi
Bu gün, 17:16 |
|
|
|
• İtaliyanın hərbi nümayəndə heyəti ölkəmizə səfər edib
Bu gün, 17:14 |
|
|
|
• Əliyev bunu ilk dəfə açıqladı – Paşinyanla danışıqlar zamanı…
Bu gün, 17:10 |
|
|
|
• Azərbaycanda ən çox şikayət olunan internet provayderləri - SİYAHI
Bu gün, 17:06 |
|
|
|
• Neftçala DOST filialında təmir işləri bu şirkətə - HƏVALƏ EDİLDİ
Bu gün, 17:05 |
|
|
|
• “Paşinyan iki şeyi yaxşı bacarır: - sosial şəbəkələrdə statuslar yazmaq və əraziləri vermək”
Bu gün, 17:00 |
|
|
|
• DSX əməkdaşı general-leytenant Araz Məmmədovdan şikayətçidir – ELÇİN QULİYEVƏ MÜRACİƏT
Bu gün, 17:00 |
|
|
|
• Putin niyə ELƏ DEDİ? - Elxan Şahinoğlu ŞƏRH EDİR
Bu gün, 16:42 |
|
|
|
• Dövlət qurumunun 6,3 milyon manatlıq tenderini bu şirkət – UDDU
Bu gün, 16:39 |
|
|
|
• Axı məktəblərimiz niyə bu gündə olmalıdır? - Nazirə açıq məktub
Bu gün, 16:30 |
|
|
|
• Məhkəmə bir sıra ukraynalı qaçqına Aİ-də müvəqqəti qoruma statusunun verilməsindən imtina etməyə icazə verib - KİV
Bu gün, 16:27 |
|
|
|
• Mərkəzi Bank 6 sığorta şirkətinə məcburi göstəriş verib
Bu gün, 16:24 |
|
|
|
• Bağlar massivində olay: 33 yaşlı kişi 9 yaşlı qıza qarşı əxlaqsızlıq etdi... - TƏFƏRRÜAT
Bu gün, 16:23 |
|
|
|
• Bakı-Naxçıvan-Bakı marşrutu üzrə səfər planlaşdıran sərnişinlərin nəzərinə - DİQQƏT!
Bu gün, 16:18 |
|
|
|
• Zaqatala sakinlərinin problemi nə vaxt HƏLL olunacaq? - Yararsız yollar, işləməyən avtobuslar...
Bu gün, 16:16 |
|
|
|
• Azərbaycan -Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçirilib
Bu gün, 16:07 |
|
|
|
• TƏBİB-in məsul şəxsinin gəlini faizə pul verdiyini məhkəmədə etiraf etdi - Mələk Zeynalovaya ağır cəza istənildi
Bu gün, 16:06 |
|
|
|
• "Dünya hamıya çatacaq qədər böyükdür"
Bu gün, 16:03 |
|
|
|
• Suriyada qalib hansı ölkədir? - “Nezavisimaya qazeta”
Bu gün, 16:01 |
|
|
|
• "Pulların gəlişi, bölüşdürülməsi, ümumiyyətlə, bütün detalları aydın şəkildə qeyd ediblər" - deputat
Bu gün, 15:55 |
|
|
|
• Başçıdan şəhid ailəsinə sayğısızlıq... - "Döşəməm də torpaqdır..."
Bu gün, 15:48 |
|
|
|
• "Azərbaycanın ərazi bütövlüyünün bərpası - Şəxsiyyət faktoru” kitabının Pirallahı rayonunda təqdimatı keçirildi
Bu gün, 15:38 |
|
|
|
• Vəzifəli şəxs HƏBS OLUNDU - TƏFƏRRÜAT
Bu gün, 15:34 |
|
|
|
• Nəsimi RİH-də kitab təqdimatı oldu - FOTO
Bu gün, 15:33 |
|
|
|
• 2025-ci ildə Zəngəzur dəhlizinin açılmasının şahidi olacağıq - ANONS EDİLDİ
Bu gün, 15:07 |
|
|
|
• “Ağıllı kişi silikonlu, vulqar qadına aşiq olmaz” - “Vətəndaş A”nın “Almaz”ı
Bu gün, 15:04 |
|
|
|
• Erməni politoloqdan Azərbaycanla bağlı SƏRSƏM AÇIQLAMA
Bu gün, 15:00 |
|
|
|
• Rusiya Suriyada məqsədinə nail olub - Putin
Bu gün, 14:55 |
|
|
|
• AzGerneft işçilərinin taleyi SUAL ALTINDA... - NƏ BAŞ VERİR?
Bu gün, 14:53 |
|
|
|
• 2 nəfərin öldüyü tuneli tikən şirkət 138 milyonluq tender uddu - TƏFƏRRÜAT
Bu gün, 14:10 |
|
|
|
• İsrail və Türkiyə arasında yeni SURİYA ÇATI... - Bakıdan ŞƏRH
Bu gün, 14:02 |
|
|
|
• Makron Fransası sülh prosesini əngəlləyir - FAKT BUDUR!
Bu gün, 14:00 |
|
|
|
• “RM Medicare Klinika”sında sertifikasiyadan kəsilənlər həkimlik edir - BU NƏDİ BELƏ?..
Bu gün, 13:58 |
|
|
|
|