İCTİMAİ PALATA PAYTAXTDAN QAÇAQ DÜŞÜR?
Tarix: 2-05-2012, 17:15 | Çap et
MÜXALİFƏT SUMQAYITDA MİTİNQ KEÇİRƏCƏK
İctimai Palatanın Sumqayıt regional şöbəsi mitinq keçirmək barədə qərar verib. Bu barədə “Yeni Müsavat”a İctimai Palatanın Sumqayıt regional şöbəsinin əlaqələndirmə şurasının üzvü, Müsavat Partiyası Sumqayıt şəhər təşkilatının sədri Fəxrəddin Abbas məlumat verib. Onun dediyinə görə, İP Sumqayıt regional şöbəsi mayın 13-də saat 15-dən 17-dək mitinq keçirilməsinə şərait yaradılması üçün Sumqayıt Şəhər İcra Hakimiyyətinə rəsmi müraciət göndərib. Müraciətdə mitinqə Nizami heykəlinin qarşısındakı meydanın, “28 may” və ya “Nərimanov” mədəniyyət evinin qarşısındakı meydanın ayrılması istənilib.
F.Abbas bildirib ki, İcra Hakimiyyəti başqa meydan təklif edəcəyi halda Əlaqələndirmə Şurası müzakirə edib dəyərləndirəcək.
F.Abbas Sumqayıtda əhalinin paytaxtdakından dəfələrlə narazı olduğunu vurğulayıb və deyib ki, mitinqə kifayət qədər insanın qatılması gözlənilir: “Sumqayıtda məmur özbaşınalığı, sahibkarların, sadə insanların mülkiyyətinin dağıdılması prosesi dözülməz həddə çatıb, rüşvətxorluq tüğyan edir, sosial narazılıq çox böyükdür. Camaatın canı boğazına yığılıb. Ona görə hesab edirik ki, mitinqə şərait yaradılsa, mitinqin təbliğatını aparmağa imkan verilsə, çox yaxşı bir mitinq olacaq”.
F.Abbas həmçinin bildirdi ki, Əlaqələndirmə Şurası mitinqdən iki gün əvvəl-mayın 11-də Sumqayıt Şəhər İcra Hakimiyyətinin qarşısında piket keçirmək barədə də qərar qəbul edib. Bununla bağlı məktub İcra Hakimiyyətinə mayın 3-də göndəriləcək: “Piketin əsas tələbi Sumqayıt şəhərində müxalifət partiyalarının yerli şöbələrinə fəaliyyət göstərmələri üçün şərait yaradılması, qərargahla təmin olunmasıdır. Sumqayıtda müxalifət qüvvələrinə heç bir şərait yaradılmır. 2011-ci il mayın 15-dən Müsavat Partiyasının Sumqayıt şəhər təşkilatının qərargahının qapısı bağlanıb. Qərargahı bu günə kimi geri ala bilmirik. Məhkəmələr bizim şikayətimizi yerinə yetirmir. Məhkəmələr ötür-ötür oyunu oynayır. Bakı İqtisad Məhkəməsi işi Sumqayıt İqtisad Məhkəməsinə göndərib. Sumqayıt İqtisad Məhkəməsi qətnamə qəbul edib Apelyasiya Məhkəməsinə göndərib ki, hələ müəyyənləşdirilsin görək işə hansı məhkəmə instansiyasında baxılmalıdır. Məsələni bu şəkildə uzadırlar. Ümid Partiyasının Sumqayıt şəhər təşkilatının qərargahını da qapatdılar. Biz qərargahsız qalandan sonra yığıncaqlarımızı KXCP-nin Sumqayıt şöbəsinin qərargahında keçirirdik. Artıq orada da buna imkan verilmir. O yerin sahibi gəlib xəbərdarlıq edib ki, burada Müsavat Partiyasının, AXCP-nin üzvləri yığışsa, geniş tədbirlər olsa obyekti onun əlindən alacaqlar. Bax belə çox pis vəziyyət yaranıb. AXCP-nin və AMDP-nin də qərargahları yoxdur. Bu gün faktiki olaraq yığıncaqlarımızı çayxanalarda keçirməyə məcbur oluruq. Piketi də bu problemlərin aradan qaldırılması tələbi ilə keçirəcəyik”.
F.Abbas mitinq keçirmək barədə qərar qəbul etdikdən sonra İctimai Palatanın Koordinasiya Şurasını məlumatlandırdıqlarını dedi: “Koordinasiya Şurası etiraz etmədi. Onu da deyim ki, biz İctimai Palatanın Sumqayıt şöbəsinin mayın 12-də sessiyasını keçirmək barədə də qərar qəbul etmişik. İcra Hakimiyyətinə məktub göndərmişdik ki, sessiyanı keçirmək üçün yer verilsin. Bizə cavab gəldi ki, sessiyanın keçirilməsi üçün zallar İcra Hakimiyyətinin balansında deyil. Mədəniyyət və Turizm Nazirliyinin Sumqayıt şöbəsinə rəsmi məktub göndərmişik. Hələ cavab verilməyib”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Azərbaycanda 10 manat sərmayə ilə yeni lizinq şirkəti - FƏALİYYƏTƏ BAŞLAYIB
Bu gün, 00:05 |
|
|
|
• “MilliKart” nizamnamə kapitalını azaldır
Bu gün, 00:02 |
|
|
|
• "Robert Köçəryan, Serj Sarkisyan, Seyran Ohanyan... vətəndaşlarımızın qətlinin iştirakçıları cəzalandırılmalıdır"
Dünən, 23:34 |
|
|
|
• “Dostdan inciyərsən də, yaddan niyə inciyəsən ki?” - Fərda ilə bağlı suala belə cavab verdi
Dünən, 23:30 |
|
|
|
• Əgər Azərbaycana ərazi iddiamız olsaydı… - Paşinyan
Dünən, 21:40 |
|
|
|
• BDU -da Beynəlxalq Jurnalistlər Federasiyası modelinin simulyasiya konfransı keçirilib - FOTO
Dünən, 21:38 |
|
|
|
• Şirvanda vəzifəli şəxs cərimələndi - Qərardan narazı qaldı
Dünən, 19:23 |
|
|
|
• AVROSƏRSƏMLİK... və Bakıdan REAKSİYA
Dünən, 19:21 |
|
|
|
• Yaxşı maaş verilirsə: Həkimlər niyə bölgəyə getmir? - AKTUAL
Dünən, 19:02 |
|
|
|
• Razılaşdırılmayan iki bənd və iki tələb: Prezidentin mesajlarının şifrələri - İNCƏLƏMƏ
Dünən, 19:00 |
|
|
|
• Dövlət qurumundan “Teymur-M” şirkətinə 12 milyon manatlıq – SİFARİŞ
Dünən, 18:58 |
|
|
|
• Özəl, yoxsa ÖZBAŞINA bağçalar? – “İlk müəllim travması”
Dünən, 18:52 |
|
|
|
• Elmar Məmmədyarov həbs olunan diplomatı işdən çıxarıbmış - AÇIQLAMA
Dünən, 18:06 |
|
|
|
• İDDİA: Bank kartlarından pullar buna görə oğurlanır... - Yeni maliyyə sisteminə keçilir?
Dünən, 18:05 |
|
|
|
• Sülh prosesini pozan addım: - Ermənistan revanş istəyir
Dünən, 18:02 |
|
|
|
• Sabiq deputatdan qalmaqallı açıqlama: - “2-3 növ araq, konyak, şərab...”
Dünən, 17:56 |
|
|
|
• Daha bir məhkum həbsdə ölüb
Dünən, 17:52 |
|
|
|
• Ermənistanın dövlətsizləşdirilməsi planı var - İşxan Saqatelyan
Dünən, 17:49 |
|
|
|
• Oğlunu əfv etdiyinə görə Baydeni qınamıram - Putin
Dünən, 17:47 |
|
|
|
• Dövlət büdcəsindən `qoparılan` milyonlarla dollara başa gələn idman kompleksləri... - gənclərin işinə yarayırmı?
Dünən, 17:43 |
|
|
|
• Sumqayıtda polis profilaktik tədbir keçirib - FOTO, VİDEO
Dünən, 17:41 |
|
|
|
• Toydan çıxıb küçədə yüksək səslə musiqi qoyub, rəqs etdilər - Məhkəmə qərarı
Dünən, 17:34 |
|
|
|
• “Kağızdan açanda ələ yapışırsa, suludursa, üzərində müxtəlif rənglər varsa...” - kolbasadan gələn BÖYÜK TƏHLÜKƏ
Dünən, 17:25 |
|
|
|
• Putindən Vaşinqtona “duel” təklifi
Dünən, 17:16 |
|
|
|
• İtaliyanın hərbi nümayəndə heyəti ölkəmizə səfər edib
Dünən, 17:14 |
|
|
|
• Əliyev bunu ilk dəfə açıqladı – Paşinyanla danışıqlar zamanı…
Dünən, 17:10 |
|
|
|
• Azərbaycanda ən çox şikayət olunan internet provayderləri - SİYAHI
Dünən, 17:06 |
|
|
|
• Neftçala DOST filialında təmir işləri bu şirkətə - HƏVALƏ EDİLDİ
Dünən, 17:05 |
|
|
|
• “Paşinyan iki şeyi yaxşı bacarır: - sosial şəbəkələrdə statuslar yazmaq və əraziləri vermək”
Dünən, 17:00 |
|
|
|
• DSX əməkdaşı general-leytenant Araz Məmmədovdan şikayətçidir – ELÇİN QULİYEVƏ MÜRACİƏT
Dünən, 17:00 |
|
|
|
• Putin niyə ELƏ DEDİ? - Elxan Şahinoğlu ŞƏRH EDİR
Dünən, 16:42 |
|
|
|
• Dövlət qurumunun 6,3 milyon manatlıq tenderini bu şirkət – UDDU
Dünən, 16:39 |
|
|
|
• Axı məktəblərimiz niyə bu gündə olmalıdır? - Nazirə açıq məktub
Dünən, 16:30 |
|
|
|
• Məhkəmə bir sıra ukraynalı qaçqına Aİ-də müvəqqəti qoruma statusunun verilməsindən imtina etməyə icazə verib - KİV
Dünən, 16:27 |
|
|
|
• Mərkəzi Bank 6 sığorta şirkətinə məcburi göstəriş verib
Dünən, 16:24 |
|
|
|
• Bağlar massivində olay: 33 yaşlı kişi 9 yaşlı qıza qarşı əxlaqsızlıq etdi... - TƏFƏRRÜAT
Dünən, 16:23 |
|
|
|
• Bakı-Naxçıvan-Bakı marşrutu üzrə səfər planlaşdıran sərnişinlərin nəzərinə - DİQQƏT!
Dünən, 16:18 |
|
|
|
• Zaqatala sakinlərinin problemi nə vaxt HƏLL olunacaq? - Yararsız yollar, işləməyən avtobuslar...
Dünən, 16:16 |
|
|
|
• Azərbaycan -Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçirilib
Dünən, 16:07 |
|
|
|
• TƏBİB-in məsul şəxsinin gəlini faizə pul verdiyini məhkəmədə etiraf etdi - Mələk Zeynalovaya ağır cəza istənildi
Dünən, 16:06 |
|
|
|
• "Dünya hamıya çatacaq qədər böyükdür"
Dünən, 16:03 |
|
|
|
• Suriyada qalib hansı ölkədir? - “Nezavisimaya qazeta”
Dünən, 16:01 |
|
|
|
• "Pulların gəlişi, bölüşdürülməsi, ümumiyyətlə, bütün detalları aydın şəkildə qeyd ediblər" - deputat
Dünən, 15:55 |
|
|
|
• Başçıdan şəhid ailəsinə sayğısızlıq... - "Döşəməm də torpaqdır..."
Dünən, 15:48 |
|
|
|
• "Azərbaycanın ərazi bütövlüyünün bərpası - Şəxsiyyət faktoru” kitabının Pirallahı rayonunda təqdimatı keçirildi
Dünən, 15:38 |
|
|
|
• Vəzifəli şəxs HƏBS OLUNDU - TƏFƏRRÜAT
Dünən, 15:34 |
|
|
|
• Nəsimi RİH-də kitab təqdimatı oldu - FOTO
Dünən, 15:33 |
|
|
|
• 2025-ci ildə Zəngəzur dəhlizinin açılmasının şahidi olacağıq - ANONS EDİLDİ
Dünən, 15:07 |
|
|
|
• “Ağıllı kişi silikonlu, vulqar qadına aşiq olmaz” - “Vətəndaş A”nın “Almaz”ı
Dünən, 15:04 |
|
|
|
• Erməni politoloqdan Azərbaycanla bağlı SƏRSƏM AÇIQLAMA
Dünən, 15:00 |
|
|
|
|