Gömrükdəki köhnə iddialar və kölgələr... .....                     İcra başçısı rüşvət alan işçisini BELƏ QORUDU .....                     Çin Putinə arxa çevirdi: Rusiya lideri geri çəkilmək məcburiyyətində qalıb .....                     Dünya qorxu içində: Hindistan-Pakistan nüvə müharibəsi olacaqmı? .....                     TDT prioritet olsa da, Cənubi Azərbaycan daha vacibdir .....                     "Bu proses hazırda da mərhələli şəkildə davam etdirilir" .....                     "Məni qarşıda ağır xərçəng xəstəliyi gözləyirmiş" .....                     “Dodağını şişirdən müğənnilər xalqı məhv ediblər” .....                     Ermənistanda Azərbaycana qarşı terror aktlarına intensiv hazırlıq gedir .....                     Bakıda daha bir gizli Rusiya-Almaniya görüşü .....                     Hindistan iyulda Ermənistana “Akash” sistemlərinin ikinci partiyasını göndərəcək .....                     Rusiyanın Ukrayna ilə sülh danışıqlarına ev sahibliyi etməyə hazırıq .....                     Trampdan Azərbaycanla bağlı mühüm tapşırıq .....                     Paşinyanın gizli müqaviləsi .....                     Paşinyan müharibədə məğlub olduğu üçün belə deyir .....                     “Ramiz Fətəliyev və İhsan Nəcəfov nakişi hərəkət ediblər, Elmira Axundova isə…” .....                     Dollara tələbat artır, rəsmilər susur: Örtülü bazar .....                     Putin üçün 22 bəndlik ÇIXIŞ YOLU .....                     Xanım Qafarovanın anası dünyasını dəyişib .....                     "Onkoloji xəstə üçün 811-ci növbə nə deməkdir?" .....                     Paşinyan üçün 3 kritik ssenari cızıldı .....                     Xalq artistinin keçmiş həyat yoldaşı axtarışa verildi .....                     Qaradağda 15 yaşlı qıza restoranda toy ediblər .....                     Tramp Kəşmir probleminin həllinə çalışacaq .....                     «Gold Residence»lə KİMSƏ BACARMIR? .....                     “Elm ocağı hara, çayxana hara?!” .....                     Azərbaycanlı müğənni açıq-saçıq fotoları ilə gündəmə gəldi .....                     “Bu, Makron rejiminin öz vətəndaşlarına qarşı ədalətsiz siyasətinin təzahürüdür” .....                     ABŞ-ın Rusiya qazı ilə bağlı hədəfi... .....                     Bu gün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı keçiriləcək .....                     Pakistanda 150 uçuş reysi ləğv edildi .....                     "Həbsxanada əlacsızlıqdan ağladığım o günü xatırladım" .....                     Saat hesabı qazanc: həm aylıq maaş sistemi qalır, həm də... .....                     “Milyonluq saray”ın sahibi Bəxtiyar Dali çəkiliş etməməsi üçün .....                     İranı nüvəsizləşdirmək yalnız danışıqlar yolu ilə mümkündür .....                     İnformasiya “fırtınası” .....                     "Hər bir sənət adamı buna fikir verməlidir" .....                     Ermənistan MN-in keçmiş sözçüsündən SƏRSƏM AÇIQLAMA .....                     "Prezident Tofiq Yaqublunu əfv edə bilər" .....                     “Türkiyədə işləyir, niyə gəlib burada iş axtarsın ki?” .....                 

ETİBAR ƏLİYEV DANIŞMAĞA HAZIRLAŞIR
Tarix: 30-04-2012, 16:35 | Çap et
ETİBAR ƏLİYEV DANIŞMAĞA HAZIRLAŞIR

HƏBSDƏ OLAN BANKİRİN SƏBR KASASI DAŞIB

DİA.AZ: - «Texnikabank» ASC ətrafında baş verənlər və Etibar Əliyevlə bağlı cərəyan edən proseslər artıq bir müddətdir ki, ölkə mətbuatının gündəmini zəbt edib. Məsələ ilə bağlı əldə etdiyimiz ən son məlumatlara görə, hazırda bankda ümumi vəziyyət kritik olduğundan «Texnikabank»ın əmanətçiləri ciddi təlaş içindədirlər. Çünki Etibar Əliyevin rəhbərlik etdiyi müddətdə həyata keçirilmiş müəmmalı bank əməliyyatları üzündən bu gün «Texnikabank» iflasın astanasına yaxınlaşıb.

DİA.AZ-a daxil olan son məlumatlara görə Azərbaycan Beynəlxalq Bankının İdarə Heyəti sədrinin müavini, baş maliyyə direktoru İsmayılov Rövşən İsmayıl oğlu «Texnikabank» ASC-nin Müşahidə Şurasının yeni sədri vəzifəsinə təyin olunub. Özü ilə birlikdə 10 nəfərlik kollektivlə bankın rəhbərliyinə gələn Rövşən İsmayılov tez bir zamanda Etibar Əliyevin və digərlərinin səhvlərini düzəltməyi planlaşdırır. Bu barədə məlumat verən mənbənin sözlərinə görə, yeni rəhbərlik artıq bu istiqamətdə bir sıra ciddi addımlar atmağa müvəffəq olub: «Məsələn, qısa vaxt ərzində aparılmış araşdırmalardan sonra məhz Etibar Əliyevin göstərişilə bankdan 200 min manatlıq obyekt üçün nə az, nə çox düz 1 milyon manat pulun kredit verildiyi məlum olub. Həmçinin, bu zaman müştərilərdən «şapka» alındığı da müəyyənləşdirilib. Bu cür faktlar yüzlərlədir.»

Sözügedən araşdırma zamanı həmçinin, Etibar Əliyevin bir neçə il ərzində həyata keçirdiyi digər qanunsuz bank əməliyyatları da ifşa olunub. Bununla bağlı məlumat verən mənbə bildirir ki, Etibar Əliyev və «TexnikaBank»ın bir neçə filialının rəhbəri Bakı şəhərindəki kimsəsizlərin - «bomj»ların adından istifadə edərək külli miqdarda qazanc əldə ediblər: «Məlum olub ki, kimsəsiz insanlar ilk əvvəl normal görüntüyə gətiriliblər. Yəni onlar üzləri qırxılıb, hamam qəbul edib bahalı geyimlərlə təmin olunduqdan sonra adlarına şirkətlər, MMC-lər təsis edilib. Bunun ardından həmin kimsəsizlər şirkət rəhbəri kimi «Texnikabank»ın filiallarında təqdim olunaraq müxtəlif sənədləri imzalayıblar. Nəticədə təxminən, 10 milyon manata yaxın vəsait mənimsənilib və ayrı-ayrı məmurların qeyri-qanuni yollarla əldə etdikləri pullar «təmizə çıxarılıb». Artıq bu işlə bağlı kifayət qədər cidd faktlar ortaya çıxıb. Həm də məlum olub ki, hüquq-mühafizə orqanları zamanında bu işlərdən bəzilərinin izinə düşsə də, həmin kimsəsiz insanlar günahkar kimi təqdim olunub və məsuliyyətə gəlb ediliblər». Mənbənin sözlərinə görə, hazırda 30-dan artıq kimsəsiz şəxs ayrı-ayrı cəzaçəkmə müəssisələrində şirkət sahibi kimi cəza çəkirlər: «Onların bəzilərinin ifadələri də alınıb və məlum olub ki, bu adamların ümumiyyətlə, bəziləri heç yazı yaza bilmirlər. Lakin «Texnikabank»ın sənədlərində həmin şəxslər az qala dövriyyəsi 4-5 milyon dollar olan şirkətlərin sahibləri kimi təqdim olunublar».

Etibar Əliyevin ən yaxın müttəfiqi «KredAqro» BOKT-un sabiq sədri, hal-hazırda «MolBulak» BOKT-un rəhbəri olan Eldar Cəfərovdan bu günlərdə izahat alındığını deyən mənbənin sözlərinə görə, çox güman ki, o Etibar Əliyevlə bağlı məlumatı olduğu bütün məsələlərə aydınlıq gətirib: «Ehtimal etmək olar ki, o, Etibar Əliyevin əleyhinə izahat verib. Onların bir çox ortaq biznesləri var. Bunlar «İnvest» BOKT, «Finans» Texnoloji BOKT, «Omini» Bank Olmayan Kredit Təşkilatları (hər birində hər iki şəxsin yaxın adamlarına aid 100 minlərlə səhmlər var), Tovuz rayonu Düz-Qırıqlı kəndi ərazisində «Ocaq» şadlıq sarayıdır (Eldar Cəfərov və Etibar Əliyevin anası həmin kənddəndir). Türkiyə və rusiyadaki biznesləri, Bakıda şərik tikinti biznesi və ən əsası yeni yaranmış «MolBulak» BOKT-dəki Etibar Əliyevin səhmlərinin həcmi araşdırılan məsələlərdəndir. Bununla yanaşı, Eldar Cəfərovun «KredAqro» BOKT-un direktoru işlədiyi vaxt Etibar Əliyevlə birlikdə etdiyi maxinasiyalar, əsasən ölmüş şəxslərin adına kreditlər rəsmiləşdirərək «Texnikabank»a məxsus «Alfa» Sigorta təşkilatı vasitəsilə mənimsəmələr və filial ofislərinin tikintisində olan yeyintilərin miqdarı da hal-hazırda araşdırılır».

Artıq Etibar Əliyevin danışmağa başladığını və istintaqda bütün məsələlərə aydınlıq gətirəcəyini deyən mənbənin sözlərinə görə, bu işdə bir neçə nüfuzlu nazirlərin adı hallanır: «Himayədarlarının ona arxa durmadığını görən Etibar Əliyev artıq danışmağa qərar verib. O, bu işdə əli olan hamının adını çəkəcək. Etibar Əliyev kimlərlə əlbir olduğunu, kimlərə, nəvaxt və nə qədər pul verdiyini, həmçinin himayədarlarının kimlər olduğunu bəyan edəcək. Hələlik məlum olan odur ki, bu işdə, yəni bankdakı böyük pulların itkin düşməsində kənd təsərrüfatı naziri İsmət Abasov başda olmaqla, bir neçə nazir və məmurun adı hallanır. Deyilənə görə, məhz onlar külli miqdarda vəsaitin «Texnikabank»dan itkin düşməsinə səbəb olublar. Odur ki, artıq Etibar Əliyevin susmaq fikri yoxdur. O, hələ də çoxlarına qaranlıq qalan bir çox mətləblərə aydınlıq gətirəcək».










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Gömrükdəki köhnə iddialar və kölgələr... - Yeni sistem də bir işə yaramırsa...
Bu gün, 01:59
İcra başçısı rüşvət alan işçisini BELƏ QORUDU - TƏFƏRRÜAT
Bu gün, 01:53
Çin Putinə arxa çevirdi: Rusiya lideri geri çəkilmək məcburiyyətində qalıb - ŞƏRH
Bu gün, 01:48
Dünya qorxu içində: Hindistan-Pakistan nüvə müharibəsi olacaqmı? - AKTUAL
Bu gün, 01:44
TDT prioritet olsa da, Cənubi Azərbaycan daha vacibdir - İNCƏLƏMƏ
Bu gün, 01:42
"Bu proses hazırda da mərhələli şəkildə davam etdirilir" - deputat
Bu gün, 01:38
"Məni qarşıda ağır xərçəng xəstəliyi gözləyirmiş"
Bu gün, 01:32
“Dodağını şişirdən müğənnilər xalqı məhv ediblər”
Dünən, 23:33
Ermənistanda Azərbaycana qarşı terror aktlarına intensiv hazırlıq gedir - VİDEO
Dünən, 23:32
Bakıda daha bir gizli Rusiya-Almaniya görüşü – Azərbaycan qlobal dialoqların yeni ünvanına çevrilir
Dünən, 23:27
Hindistan iyulda Ermənistana “Akash” sistemlərinin ikinci partiyasını göndərəcək
Dünən, 23:24
Rusiyanın Ukrayna ilə sülh danışıqlarına ev sahibliyi etməyə hazırıq - Ərdoğan
Dünən, 15:57
Trampdan Azərbaycanla bağlı mühüm tapşırıq - AÇIQLAMA
Dünən, 15:52
Paşinyanın gizli müqaviləsi - Hamilə, uşaq, qoca və əlillər üzərində ÖLÜM SINAĞI
Dünən, 15:00
Paşinyan müharibədə məğlub olduğu üçün belə deyir - FAKT BUDUR!
Dünən, 14:57
“Ramiz Fətəliyev və İhsan Nəcəfov nakişi hərəkət ediblər, Elmira Axundova isə…” - Əli Ömərov
Dünən, 14:52
Dollara tələbat artır, rəsmilər susur: Örtülü bazar - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 11:52
Putin üçün 22 bəndlik ÇIXIŞ YOLU - “NBC News”
Dünən, 11:49
Xanım Qafarovanın anası dünyasını dəyişib
Dünən, 11:47
"Onkoloji xəstə üçün 811-ci növbə nə deməkdir?" - ETİRAZ
Dünən, 11:44
Paşinyan üçün 3 kritik ssenari cızıldı – Yaxın günlərdə…
Dünən, 11:42
Xalq artistinin keçmiş həyat yoldaşı axtarışa verildi - TƏFƏRRÜAT
Dünən, 11:40
Qaradağda 15 yaşlı qıza restoranda toy ediblər - Hər kəs göz yumub
Dünən, 11:38
Tramp Kəşmir probleminin həllinə çalışacaq
Dünən, 09:24
«Gold Residence»lə KİMSƏ BACARMIR? - NARAZILIQ VAR...
Dünən, 09:22
“Elm ocağı hara, çayxana hara?!” - BU NƏDİ BELƏ?
Dünən, 09:10
Azərbaycanlı müğənni açıq-saçıq fotoları ilə gündəmə gəldi - FOTO
Dünən, 09:01
“Bu, Makron rejiminin öz vətəndaşlarına qarşı ədalətsiz siyasətinin təzahürüdür” - deputat
Dünən, 08:58
ABŞ-ın Rusiya qazı ilə bağlı hədəfi... - “Voll Strit Jurnal”
Dünən, 08:54
Bu gün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı keçiriləcək
Dünən, 06:15
Pakistanda 150 uçuş reysi ləğv edildi
Dünən, 06:08
"Həbsxanada əlacsızlıqdan ağladığım o günü xatırladım"
Dünən, 02:48
Saat hesabı qazanc: həm aylıq maaş sistemi qalır, həm də... - ARAŞDIRMA
Dünən, 02:45
“Milyonluq saray”ın sahibi Bəxtiyar Dali çəkiliş etməməsi üçün jurnalistə pul TƏKLİF EDİBMİŞ
Dünən, 02:43
İranı nüvəsizləşdirmək yalnız danışıqlar yolu ilə mümkündür - GƏLİŞMƏ
Dünən, 02:36
İnformasiya “fırtınası” - AKTUAL
Dünən, 02:33
"Hər bir sənət adamı buna fikir verməlidir"
Dünən, 02:30
Ermənistan MN-in keçmiş sözçüsündən SƏRSƏM AÇIQLAMA - "Hitler "Böyük Ermənistan"ı qura bilərdi"
Dünən, 02:23
"Prezident Tofiq Yaqublunu əfv edə bilər" - Qüdrət Həsənquliyev
10-05-2025, 19:08
“Türkiyədə işləyir, niyə gəlib burada iş axtarsın ki?” - Cahangir Novruzov Azərbaycana gələcək?
10-05-2025, 19:05
Putin hesab edir ki... - GƏLİŞMƏ
10-05-2025, 16:20
“Paşinyana qarşı impiçment məsələsi boş və mənasızdır...” - GƏLİŞMƏ
10-05-2025, 16:16
“Türkiyədə işləyir, niyə gəlib burada iş axtarsın ki?” - Cahangir Novruzov Azərbaycana gələcək?
10-05-2025, 15:51
Paralimpiya çempionumuz beynəlxalq yarışlardan uzaqlaşdırıldı - QALMAQAL
10-05-2025, 15:38
"Bu nə münasibətdir, bu nə biganəlikdir?" - ETİRAZ VAR...
10-05-2025, 15:16
Ermənistan və 26 ölkənin səfirləri Ukrayna XİN-ə çağırıldı
10-05-2025, 15:07
Simonyan 44 günlük müharibə barədə: - Ayağına yıxılmağa adam axtarırdım ki...
10-05-2025, 15:05
Ukrayna Silahlı Qüvvələri dörd dəfə Kursk və Belqorod vilayətlərinə girməyə cəhd göstərib - Rusiya MN
10-05-2025, 15:02
Mertz Rusiyanı sanksiyalarla hədələyib - “Bild”
10-05-2025, 15:00
Azərbaycan mühüm vasitəçi kimi - Strateji görüş nöqtəsi
10-05-2025, 14:00
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru