Zelenski anasına müraciət etdi .....                     Gömrükdəki köhnə iddialar və kölgələr... .....                     İcra başçısı rüşvət alan işçisini BELƏ QORUDU .....                     Çin Putinə arxa çevirdi: Rusiya lideri geri çəkilmək məcburiyyətində qalıb .....                     Dünya qorxu içində: Hindistan-Pakistan nüvə müharibəsi olacaqmı? .....                     TDT prioritet olsa da, Cənubi Azərbaycan daha vacibdir .....                     "Bu proses hazırda da mərhələli şəkildə davam etdirilir" .....                     "Məni qarşıda ağır xərçəng xəstəliyi gözləyirmiş" .....                     “Dodağını şişirdən müğənnilər xalqı məhv ediblər” .....                     Ermənistanda Azərbaycana qarşı terror aktlarına intensiv hazırlıq gedir .....                     Bakıda daha bir gizli Rusiya-Almaniya görüşü .....                     Hindistan iyulda Ermənistana “Akash” sistemlərinin ikinci partiyasını göndərəcək .....                     Rusiyanın Ukrayna ilə sülh danışıqlarına ev sahibliyi etməyə hazırıq .....                     Trampdan Azərbaycanla bağlı mühüm tapşırıq .....                     Paşinyanın gizli müqaviləsi .....                     Paşinyan müharibədə məğlub olduğu üçün belə deyir .....                     “Ramiz Fətəliyev və İhsan Nəcəfov nakişi hərəkət ediblər, Elmira Axundova isə…” .....                     Dollara tələbat artır, rəsmilər susur: Örtülü bazar .....                     Putin üçün 22 bəndlik ÇIXIŞ YOLU .....                     Xanım Qafarovanın anası dünyasını dəyişib .....                     "Onkoloji xəstə üçün 811-ci növbə nə deməkdir?" .....                     Paşinyan üçün 3 kritik ssenari cızıldı .....                     Xalq artistinin keçmiş həyat yoldaşı axtarışa verildi .....                     Qaradağda 15 yaşlı qıza restoranda toy ediblər .....                     Tramp Kəşmir probleminin həllinə çalışacaq .....                     «Gold Residence»lə KİMSƏ BACARMIR? .....                     “Elm ocağı hara, çayxana hara?!” .....                     Azərbaycanlı müğənni açıq-saçıq fotoları ilə gündəmə gəldi .....                     “Bu, Makron rejiminin öz vətəndaşlarına qarşı ədalətsiz siyasətinin təzahürüdür” .....                     ABŞ-ın Rusiya qazı ilə bağlı hədəfi... .....                     Bu gün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı keçiriləcək .....                     Pakistanda 150 uçuş reysi ləğv edildi .....                     "Həbsxanada əlacsızlıqdan ağladığım o günü xatırladım" .....                     Saat hesabı qazanc: həm aylıq maaş sistemi qalır, həm də... .....                     “Milyonluq saray”ın sahibi Bəxtiyar Dali çəkiliş etməməsi üçün .....                     İranı nüvəsizləşdirmək yalnız danışıqlar yolu ilə mümkündür .....                     İnformasiya “fırtınası” .....                     "Hər bir sənət adamı buna fikir verməlidir" .....                     Ermənistan MN-in keçmiş sözçüsündən SƏRSƏM AÇIQLAMA .....                     "Prezident Tofiq Yaqublunu əfv edə bilər" .....                 

ABŞ-IN AZƏRBAYCANDA İNQİLAB PLANI
Tarix: 12-10-2011, 10:59 | Çap et
ABŞ-IN AZƏRBAYCANDA İNQİLAB PLANI

METYU BRAYZA BAKIYA NİYƏ GÖNDƏRİLİB?

2-ci hissə


Brayzanın antierməni imicinin 3 mühüm faktoru

İndi isə Metyu Brayzanın ermənilər tərəfindən sevilməməsinin üç əsas səbəbinə gələk. Bu barədə apardığımız araşdırmalar da təsdiqləyir ki, əslində Metyu Brayza ermənilərin həm də strateji düşmənidir. Çünki onun təhkim olunduğu istiqamət birbaşa olaraq ermənilərin dünya düzənindəki maraqlarını hədəfləyir. Və bu da nəticədə Brayzanın Azərbaycana səfir kimi təyin edilməsində ABŞ-dakı erməni lobbisinin əleyhdar kimi çıxış etməsini stimullaşdırıb.

Ermənilər artıq yaxşı anlayırlar ki, Metyu Brayza Azərbaycana təsadüfən təyin edilməyib və o, burada konkret olaraq bu vaxta qədərki fəaliyyətinin ən yüksək mərhələsini həyata keçirməlidir. Yəni əgər dünənə qədər Metyu Brayza hansısa prosesdə yardımçı funksiyanı həyata keçirirdisə, artıq Bakıda o, tam olaraq bir görəv sahibidir və onun yardımçıları var.

Belə bir mərhələyə yetişmiş Brayzanın Bakıdakı missiyasının özəlliyindən tam olaraq xəbərdar olan ermənilərin ABŞ lojaları 2 il ərzində bu təyinatı gecikdirə bilsələr də, bunun birdəfəlik olaraq durdurulmasına nail ola bilmədilər.

İndi isə Brayzanın ermənilər tərəfindən sevilməməsini şərtləşdirən 3 əsas şərtə diqqət yetirək.

Hələ Metyu Brayza ABŞ-ın Xarici İşlər Nazirliyinin idarə rəisinin müavini vəzifəsini tutarkən Vaşinqtondan Türkiyənin «Hürriyyət» qəzetinə belə bir açıqlama vermişdi: «Türkiyə Amerika üçün strateji bir əhəmiyyətə malik olan müttəfiqdir. Çünki Türkiyə kimi əhalisinin böyük hissəsi müsəlman olan bir ölkədə layiqliyin, demokratiyanın baltalanması bizim maraqlarımızla ziddiyyət təşkil edir və bizim çıxarlarımıza tərs düşür».

Brayza PKK terror təşkilatının qardaş Türkiyəni təhdid etməsinin qarşısının alınması məqsədilə Avropa, Türkiyə və İraqdakı mövqelərlə bağlı 3-lü fəaliyyət planını icra etdiklərini də etiraf edib. O, bildirib ki, Amerika hətta İraqdakı hakimiyyəti belə Türkiyəyə qarşı təhlükə hesab olunan PKK-nın dayaqlarının sarsıdılması üçün fəaliyyətə gəlb edib. Elə bunun nəticəsidir ki, bu gün qardaş Türkiyə istədiyi zaman İraqın şimal hissəsində antiterror əməliyyatlarını keçirməkdə sərbəstdir. Doğrudur, son zamanlar rəsm Bağdad qardaş Türkiyə iqtidarına əməliyyatların məhdudlaşdırılması ilə bağlı xəbərdarlıqlar edib. Amma yenə də Türkiyə istədiyi zaman, təhlükə hiss etdiyi an məhz Amerikanın dəstəyilə İraqın şimalında sərbəst şəkildə hərbi əməliyyatlar düzənləyə bilir.

Türkiyəyə məlumat paylaşımı yoluyla PKK-ya qarşı əməliyyatlarda dəstək verdiklərini anladan Metyu Brayza bildirir ki, paralel olaraq rəsmi Vaşinqton PKK-nın Avropadakı dayaqlarının da çökərdilməsi üçün konkret planların icrası ilə məşğuldur.

Brayzanın ermənilər tərəfindən sevilməməsinin ikinci səbəbi onun Qarabağ probleminə və qondarma erməni soyqırımına baxışlarıdır. Bu barədə Metyu Brayza öz fikirlərini çəkinmədən və açıq şəkildə dəfələrlə ifadə edib. Brayza ABŞ Dövlət konqressində qondarma erməni soyqırımının tanınması iddialarının rəsmiləşdirilməsinin əleyhinə olduğunu bildirib.

O bildirib ki, 1915-ci ildə nələrin yaşandığı tarixçilərin, sosial elmlərlə məşğul olanların işidir və bu fəaliyyətin siyasilər tərəfindən tamamlanması heç də doğru deyil. Təsadüfi deyil ki, Amerikanın dövlət başçıları da hər zaman 24 aprellə bağlı çıxışlarında bu məsələyə xüsusi olaraq diqqət yetiriblər.

Amma buna baxmayaraq Brayzanın ermənilərə məsləhətləri də var. O bildirib ki, Türkiyə ilə Ermənistanın sərhədlər açılmalı, Ermənistan Azərbaycanla da münasibətlərini qaydaya salaraq, normal dövlət əlaqələri yaratmalıdır. Bunun üçün isə Qarabağ probleminin həllində Ermənistan maraqlı olduğunu ortaya qoymalıdır.

Əslində diplomatik şəkildə ifadə olunan bu çağırışda açıq bir fikir var ki, Metyu Brayza ermənilərdən Qarabağa olan iddialarından vaz keçmələrini istəyir. Və ermənilərə anladır ki, onlar əks halda Azərbaycan və Türkiyə kimi regionun iki mühüm dövləti ilə əlaqələrdən vaz keçmiş olur. Hər halda, bu əlaqələrin Ermənistan üçün vacibliyini açıqlamaq yersizdir.

Metyu Brayzanın ermənilər tərəfindən sevilməməsinin iki əsas şərti ilə tanı olduq. Yəni ümumi anlamda ermənilər həm Türkiyəyə və həm də Azərbaycana qarşı istifadə etdikləri kartlarında Brayza ilə dil tapa bilmədiklərinin fərqindədirlər. Əsas olanı isə üçüncü şərtdir ki, burada da Ermənistandan öncə Azərbaycanın inkişafı və demokratikləşdirilməsi planının icrası yer almaqdadır.

Bu barədə apardığımız araşdırmaların yekununda ortaya çox ciddi faktlar çıxır. məlum olur ki, Metyu Brayza əslində Azərbaycana elə Enn Dörsinin diplomatik missiyasının bitməsinin ardından dərhal təyin edilməli imiş. Lakin bu təyinata qarşı məlum olduğu kimi güclü erməni lobbisi tərəfindən ciddi basqılar baş qaldırır.

Metyu Brayza Azərbaycana inqilab etmək üçün gəlib

Bunu isə redaksiyamıza diplomatik qaynaqlar ötürüb. Xatırladaq ki, bu barədə hələ əvvəllər də məlumatlar vermişdik və bildirmişdik ki, Metyu Brayzanın Ərəb Baharı ərəfəsində Bakıya gəlişi təsadüfi deyil və azərbaycan müxalifətinin tələm-tələsik şəkildə, heç bir hazırlıq olmadan, hətta ictimai rəyin tədarüklü olması belə nəzərə alınmadan meydana atılması əslində bu faktların təsdiqi kimi qəbul olunmalıdır.

Mənbələr bildirir ki, Bakıda yalnız rəsmən ABŞ-ı təmsil etməsinə baxmayaraq məhz dünya dərin dövlətinin 33 məşhur agentindən biri olması səbəbindən həm də paralel olaraq Azərbaycandakı Avropa ölkələrinin də səfirliklərini yönəltmə iqtidarına malik olan Metyu Brayzanın bu rıçaqlar hesabına Azərbaycanda çox ciddi işlərə görəvləndirildiyi faktdır.

Məlumatlarda bildirilir ki, Metyu Brayza əgər vaxtında Azərbaycana yetişə bilsəydi, o zaman proseslər tamam fərqli şəkildə olacaqdı. Bu barədə redaksiyamıa diplomatik qaynaqlardan sızan bilgilərdə deyilir:

«Plana görə, Misirdəi proseslərə paralel olaraq Azərbaycanda da dəyişiklik həyata keçirilməli idi. Yəni Tunisin ardından sıra Azərbaycan və Misirdə idi. Lakin yetərincə hazırlığın olmaması son nəticədə Azərbaycanda məxməri inqilab projesinin iflasa uğramıs ilə nəticələndi. Amma bu da o demək deyil ki, sözügedən layihədən vaz keçilib. Əksinə, layihə qüvvəsindədir və Metyu Brayzanın səfir kimi birdəfəlik təsdiqlənməsinin ardından Azərbaycada çox mühüm proseslərin start düyməsi basılacaq. Artıq bunun ilkin hazırlıqları da müşahidə olunmaqdadır. Bu gün Qərbə lazım olanı müxalifətin əsas nüvəsinin zədələnməməsidir. Bu nüvəni isə Müsavat və AXCP təşkil edir».

Məhz bu səbəbdən ermənilərin Metyu Brayzaya qarşı olduğu iddia olunur. Yəni Metyu Brayzanın görəvləndirildiyi missiya diqtə edir ki, Azərbaycan Ermənistandan əvvəl demokratikləşsin. Azərbaycan demokratikləşərsə, bu həm də ölkəmizin tam mənada güclənməsinə və inkişafına nədən olacaq. Belə qüdrətli Azərbaycan isə ermənilərin heç də marağında deyil.

Çünki Azərbaycanı inkişafdan durduran təbii ki, mövcud avtoritar rejimdir. Bu rejim dəyişikliyi baş verərsə, o zaman hər bir potensiala malik olan Azərbaycan hətta Qarabağı həqiqətən də söhbət yolu ilə ala biləcək qüdrətə qədər inkişaf yolunu qısa müddət ərzində keçmə fürsətinə malikdir. Yəni inkişafın elə bir mərhələsi yetişəcək ki, Ermənistan Qarabağa olan iddialarından bir güllə səsi eşidilmədən vaz keçə bilər.

Əldə etdiyimiz faktlar həm də bəlli edir ki, Metyu Brayzanın rəhbərliyi ilə təşkil olunacaq müqavimət hərəkatının rüşeymləri uzun illərdir ki, Azərbaycanda formalaşdırılmaqdadır: «Ola bilsin ki, bu rüşeym bu gün üzdə görünmür. Və bu gün üzdə olan şəxsləri gələcək Azərbaycan inqilabının aparıcı fiqurları kimi də bilmərrə olaraq qəbul etmək doğru deyil. Hər şey ola bilər. Yəni ABŞ-ın kimin üzərində dayanaağını zaman göstərəcək. Tək qəti olanı isə odur ki, ABŞ Azəorbaycanda dəyişiklikdə tam maraqlıdır».

Bu dəyişikliyin ABŞ-ın həm regiondakı enerji maraqları ilə, həm də İranla bağlı siyasətində vacib olduğunu bildirən mənbəmiz vurğulayır ki, əslində Metyu Brayzanın rəhbərlik edəcəyi hərəkətlənmənin yubanması ABŞ-ın dövlət maraqlarının da zaman məsələsində problemlə üzləşməsinə nədən olub.

Nə NABUCCO, nə də İran məsələsində ABŞ-ın yanında olmayan rəsm Bakının yeni bir ideya ilə əvəzlənəcəyi günün konkret hansı tarixdə baş verəcəyi konusunda da dəqiq məlumatlar yoxdur: «Dəqiq tarix də məlum deyil. Amma məlumdur ki, bu gün Avropa da, ABŞ da gözləmək fikrindən uzaqdır. Azərbaycan hakimiyyəti isə hər zaman vaxt qazanmağa çalışır. Bu vaxtın bitdiyi zaman belə Qərbin maraqlarının təmin olunmaması artıq ABŞ və Avropanın səbr kasasını daşırdıb».

Araşdırmalarımız davam edir…

«Dünya» Strateji araşdırma Qrupu










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Zelenski anasına müraciət etdi - “... narahat olma!”
Bu gün, 02:12
Gömrükdəki köhnə iddialar və kölgələr... - Yeni sistem də bir işə yaramırsa...
Bu gün, 01:59
İcra başçısı rüşvət alan işçisini BELƏ QORUDU - TƏFƏRRÜAT
Bu gün, 01:53
Çin Putinə arxa çevirdi: Rusiya lideri geri çəkilmək məcburiyyətində qalıb - ŞƏRH
Bu gün, 01:48
Dünya qorxu içində: Hindistan-Pakistan nüvə müharibəsi olacaqmı? - AKTUAL
Bu gün, 01:44
TDT prioritet olsa da, Cənubi Azərbaycan daha vacibdir - İNCƏLƏMƏ
Bu gün, 01:42
"Bu proses hazırda da mərhələli şəkildə davam etdirilir" - deputat
Bu gün, 01:38
"Məni qarşıda ağır xərçəng xəstəliyi gözləyirmiş"
Bu gün, 01:32
“Dodağını şişirdən müğənnilər xalqı məhv ediblər”
Dünən, 23:33
Ermənistanda Azərbaycana qarşı terror aktlarına intensiv hazırlıq gedir - VİDEO
Dünən, 23:32
Bakıda daha bir gizli Rusiya-Almaniya görüşü – Azərbaycan qlobal dialoqların yeni ünvanına çevrilir
Dünən, 23:27
Hindistan iyulda Ermənistana “Akash” sistemlərinin ikinci partiyasını göndərəcək
Dünən, 23:24
Rusiyanın Ukrayna ilə sülh danışıqlarına ev sahibliyi etməyə hazırıq - Ərdoğan
Dünən, 15:57
Trampdan Azərbaycanla bağlı mühüm tapşırıq - AÇIQLAMA
Dünən, 15:52
Paşinyanın gizli müqaviləsi - Hamilə, uşaq, qoca və əlillər üzərində ÖLÜM SINAĞI
Dünən, 15:00
Paşinyan müharibədə məğlub olduğu üçün belə deyir - FAKT BUDUR!
Dünən, 14:57
“Ramiz Fətəliyev və İhsan Nəcəfov nakişi hərəkət ediblər, Elmira Axundova isə…” - Əli Ömərov
Dünən, 14:52
Dollara tələbat artır, rəsmilər susur: Örtülü bazar - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 11:52
Putin üçün 22 bəndlik ÇIXIŞ YOLU - “NBC News”
Dünən, 11:49
Xanım Qafarovanın anası dünyasını dəyişib
Dünən, 11:47
"Onkoloji xəstə üçün 811-ci növbə nə deməkdir?" - ETİRAZ
Dünən, 11:44
Paşinyan üçün 3 kritik ssenari cızıldı – Yaxın günlərdə…
Dünən, 11:42
Xalq artistinin keçmiş həyat yoldaşı axtarışa verildi - TƏFƏRRÜAT
Dünən, 11:40
Qaradağda 15 yaşlı qıza restoranda toy ediblər - Hər kəs göz yumub
Dünən, 11:38
Tramp Kəşmir probleminin həllinə çalışacaq
Dünən, 09:24
«Gold Residence»lə KİMSƏ BACARMIR? - NARAZILIQ VAR...
Dünən, 09:22
“Elm ocağı hara, çayxana hara?!” - BU NƏDİ BELƏ?
Dünən, 09:10
Azərbaycanlı müğənni açıq-saçıq fotoları ilə gündəmə gəldi - FOTO
Dünən, 09:01
“Bu, Makron rejiminin öz vətəndaşlarına qarşı ədalətsiz siyasətinin təzahürüdür” - deputat
Dünən, 08:58
ABŞ-ın Rusiya qazı ilə bağlı hədəfi... - “Voll Strit Jurnal”
Dünən, 08:54
Bu gün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı keçiriləcək
Dünən, 06:15
Pakistanda 150 uçuş reysi ləğv edildi
Dünən, 06:08
"Həbsxanada əlacsızlıqdan ağladığım o günü xatırladım"
Dünən, 02:48
Saat hesabı qazanc: həm aylıq maaş sistemi qalır, həm də... - ARAŞDIRMA
Dünən, 02:45
“Milyonluq saray”ın sahibi Bəxtiyar Dali çəkiliş etməməsi üçün jurnalistə pul TƏKLİF EDİBMİŞ
Dünən, 02:43
İranı nüvəsizləşdirmək yalnız danışıqlar yolu ilə mümkündür - GƏLİŞMƏ
Dünən, 02:36
İnformasiya “fırtınası” - AKTUAL
Dünən, 02:33
"Hər bir sənət adamı buna fikir verməlidir"
Dünən, 02:30
Ermənistan MN-in keçmiş sözçüsündən SƏRSƏM AÇIQLAMA - "Hitler "Böyük Ermənistan"ı qura bilərdi"
Dünən, 02:23
"Prezident Tofiq Yaqublunu əfv edə bilər" - Qüdrət Həsənquliyev
10-05-2025, 19:08
“Türkiyədə işləyir, niyə gəlib burada iş axtarsın ki?” - Cahangir Novruzov Azərbaycana gələcək?
10-05-2025, 19:05
Putin hesab edir ki... - GƏLİŞMƏ
10-05-2025, 16:20
“Paşinyana qarşı impiçment məsələsi boş və mənasızdır...” - GƏLİŞMƏ
10-05-2025, 16:16
“Türkiyədə işləyir, niyə gəlib burada iş axtarsın ki?” - Cahangir Novruzov Azərbaycana gələcək?
10-05-2025, 15:51
Paralimpiya çempionumuz beynəlxalq yarışlardan uzaqlaşdırıldı - QALMAQAL
10-05-2025, 15:38
"Bu nə münasibətdir, bu nə biganəlikdir?" - ETİRAZ VAR...
10-05-2025, 15:16
Ermənistan və 26 ölkənin səfirləri Ukrayna XİN-ə çağırıldı
10-05-2025, 15:07
Simonyan 44 günlük müharibə barədə: - Ayağına yıxılmağa adam axtarırdım ki...
10-05-2025, 15:05
Ukrayna Silahlı Qüvvələri dörd dəfə Kursk və Belqorod vilayətlərinə girməyə cəhd göstərib - Rusiya MN
10-05-2025, 15:02
Mertz Rusiyanı sanksiyalarla hədələyib - “Bild”
10-05-2025, 15:00
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru