ƏLİ HƏSƏNOVUN STEND BİZNESİ
Tarix: 19-04-2012, 14:55 | Çap et
ƏYALƏTDƏKİ İDARƏ MÜDİRLƏRİ DAD DEYİR: ŞAMAXIDA MƏMUR ETİRAZLARI
DİA.AZ: - Məlum olduğu kimi, yerlərdə bütün icra strukturları tərəfindən yeni pultoplama kampaniyasına start verilib. Dünən bu barədə də məlumat yayaraq bildirmişdik ki, artıq Səbayel rayonunun icra hakimiyyətinin başçısı Asif Əsgərov rəsmən «yuxarıların» MƏLUM TƏLƏBİNİ yerli idarə müdirlərinin diqqətinə çatdırıb.
Belə ki, «bütün idarə və təşkilatlardakı stendlərin vəziyyəti yenidən nəzərdən keçirilməlidir» deyən Səbail rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov bildirmişdi ki, bu stendlərdə rayona və ya müvafiq qurumun shaəsinə aid olan şəkillər və ya yazılar öz əksini tapmalıdır. Onun sözlərinə görə, bununla bağlı Prezident Administrasiyası tərəfindən də müvafiq tapşırıqlar verilib:
“Məsələn, məktəbdə olan stendlərdə ulu öndər Heydər Əliyev və prezident İlham Əliyevin məktəblərdə keçirdiyi görüşlərdən olan şəkillər, onların təhsillə bağlı səsləndirdiyi fikirlər əks olunmalıdır. Bəzi hallarda məktəblərdə prezidentin xarici səfərlər və ya xarici qonaqların qəbulu zamanı çəkdirdiyi şəkillər olur ki, bu da narazılıqla qarşılanır. Bütün stendlər nəzarətdədir və müəyyən müddətdən sonra idarə və təşkilatlarda araşdırmalar aparılacaq”.
İndi isə DİA.AZ redaksiyasına əslində bu stend oyununun «yuxarıda» oturan məmurlar üçün, konkret olaraq Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov üçün gəlir mənbəyi olması barədə faktlar ötürülüb. Mötəbər mənbələrin məlumatından belə aydın olur ki, birbaşa olaraq Əli Həsənovun nəzarəti altında məmurların talanması məqsədilə stend düzəldən sexlər fəaliyyətə başlayıb və həmin yolla bütün yerli icra strukturlarının əli ilə minlərlə stendin düzəldilməsi hesabına külli miqdarda qazancın əldə edilməsi düşünülür.
Xatırladaq ki, bir müddət əvvəl PA-dan mərhum prezident Heydər Əliyevin adından sui-istifadə edən nəşrlərin müstəqil çapına qadağa qoyulmuşdu. İndi isə aydın olur ki, əslində bu qadağanı qoyan Əli Həsənov həmin gəlirli biznesi öz əlində cəmləşdirməyi düşünüb.
Onu da bildirək ki, bu arada redaksiyamıza 32 nəfər Şamaxının yerli idarə müdirinin, müəssisə rəhbərinin, məktəb direktorunun adından icra başçısı Asif Məmmədovun Əli Həsənovun sifarişi əsasında «stend oyunu» adı altında yeni talan siyasətinə start verməsindən giley-güzar edən şikayət məktubu daxil olub.
Məktubda yazılanlardan belə aydın olur ki, Şamaxı rayon icra hakimiyyətinin başçısı Asif Məmmədov 11 aprel 2012-ci il tarixdə yerli idarə müdirlərini yığaraq onlara stend öhdəliyi qoyub: «İcra başçısı cəmi 15 dəqiqəlik iclas keçirdi. Və qəti tapşırıq verərək bildirdi ki, cənab prezident İlham Əliyevin göstərişidir, bütün idarələrdə, orta məktəblərdə stendlər yenilənməlidir».
Şikayətçilər bildirir ki, stendin düzəldilməsinin də Bakıdakı məlum sexə sifariş veriləcəyini bildirən icra başçısı konkret vaxt qoyaraq pul tələb edib: «Hər bir idarə, müəssisə, bələdiyyə, məktəb, kollec və icra nümayəndəlikləri məcburi qaydada stendi hazırlatdırmalıdır. Yəni əslində stendin pulunu verməlidir. Çünki deyilənə görə, stendlər çoxdan hazırdır. Sadəcə olaraq, həmin stendlərin pulu icra başçılarının əli ilə yığılır».
Şikayətçilər bildirir ki, hər bir ünvana 2 ədəd İlham Əliyevin və iki ədəd də mərhum prezident Heydər Əliyevin şəkilləri əks olunmuş stendin pulu öhdəlik kimi qoyulub: «Beləliklə, hər bir idarə rəhbəri 4 stend üçün 2400 manat pul verməlidir. Çünki stendin birini 600 manata təklif edirlər. Deyilənə görə, əslində Bakıda bu işi təşkil edən şəxs icra başçısına 500 manatdan stendi satır. İcra başçısı da hər bir stendin üstünə 100 manat öz haqqını qoyur. Beləliklə Şamaxı üçün 950 ədəd stend tələb olunur ki, bu da 570 min manat pul deməkdir. Həmin pulun da 95 min manatı başçıya çatacaq. Pulu verməyimiz üçün də 2 gün vaxt verilib».
Hər halda, bu faktlardan da aydın olur ki, Əli Həsənov və icra başçıları indi də mərhum prezident Heydər Əliyevin və İlham Əliyevin adından öz məmurlarını talamaqla məşğuldurlar.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Tramp Türkiyədə Putin ilə görüşü istisna etməyib
Bu gün, 15:05 |
|
|
|
• “Ultra Technologies” 4,8 milyon manatlıq İT müqaviləsi qazandı - DETALLAR
Bu gün, 15:03 |
|
|
|
• İrəvan Bakı ilə dərhal sülh sazişi imzalamağa hazırdır - Ermənistan XİN
Bu gün, 14:56 |
|
|
|
• Ruslan Məmmədov İmişlinin icra başçısının müavini vəzifəsindən getdi - Deyir ki, bir ay əvvəl verdiyi qərarı indi açıqlaır...
Bu gün, 14:54 |
|
|
|
• “Nazirlik əməkdaşları 80 manata qıymırlar, maşınları bizim həyətdə saxlayırlar” - BU FAKTDIR...
Bu gün, 14:51 |
|
|
|
• Ermənistan parlamentində vitse-spiker və deputat arasında dava düşüb - KİV
Bu gün, 14:46 |
|
|
|
• "Son zəng"in səsini heç kim eşitmək istəmir: - Məktəblər niyə valideynləri borca salır?
Bu gün, 14:02 |
|
|
|
• PKK-dan tarixi qərar, şübhələr və suallar: 43 illik terror bitdi? - AKTUAL
Bu gün, 14:00 |
|
|
|
• Azərbaycanın işləməyən şərab şirkəti səhmdarlarını - YIĞINCAĞA ÇAĞIRIR
Bu gün, 13:58 |
|
|
|
• Aysun getdiyi toylardan görün nələr tələb edir: - POMİDOR-XİYAR, QƏND, ÜTÜ...
Bu gün, 13:02 |
|
|
|
• "Meyiti palatada gizlədiblər" - Əməliyyatdan sonra qadın ölümü ilə bağlı iddia
Bu gün, 13:00 |
|
|
|
• Azərbaycanda orta aylıq əməkhaqqı 40 manat 20 qəpik artıb – Rəsmi
Bu gün, 12:57 |
|
|
|
• Məhkəmə Gənc Qazilər Birliyinin sədri Hacı Vəliyev barədə QƏRAR VERDİ
Bu gün, 12:52 |
|
|
|
• Qazaxda 15 May - Beynəlxalq Ailə Gününə həsr olunmuş tədbir keçirilib
Bu gün, 12:49 |
|
|
|
• “Melissa Group” tikinti şirkətinin rəhbəri Qalib Məmmədov ev dustaqlığına buraxılıb
Bu gün, 12:42 |
|
|
|
• Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə işi ilə bağlı həbs edilən sabiq idarə rəisinin cəzası azaldılıb
Bu gün, 12:40 |
|
|
|
• Şirvan Sənaye ASC-nin səhmdarları - TOPLANIR
Bu gün, 12:37 |
|
|
|
• Mülayim şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:36 |
|
|
|
• Ziba Osmanlı Vəfa Şərifovaya söz atdı: - “Məndə olan gözəllik onda yoxdur”
Bu gün, 12:32 |
|
|
|
• Ramiz Mehdiyevin qızı “təslim olmur” - TƏFƏRRÜAT
Bu gün, 12:28 |
|
|
|
• Eşidib ki, inilti səsi gəlir... - 18 yaşlı Elgünün cinayətinin dəhşətli təfərrüatı
Bu gün, 12:27 |
|
|
|
• Kosmetoloq müştərisinin qızllarını ələ keçirib lombarda qoydu - Görünməmiş dələduzluq
Bu gün, 12:22 |
|
|
|
• Ermənistan və Almaniyanın müdafiə nazirləri tərəfdaşlığın genişləndirilməsini müzakirə ediblər
Bu gün, 12:20 |
|
|
|
• SSRİ bayrağı qaldıran sədrin qardaşı həbs edilib - YENİ FAKTLAR...
Bu gün, 12:17 |
|
|
|
• Bakıda "yüksək vəzifəli" şəxsi polis saxladı - 85 minlik DƏLƏDUZLUQ
Bu gün, 12:15 |
|
|
|
• “Tualet kağızını reklam etmək istəmirəm”
Bu gün, 12:09 |
|
|
|
• "Eldar, bu iş sənlik deyil, çıx get" - ÇAĞIRIŞ
Bu gün, 12:00 |
|
|
|
• Tramp üçün bu ölkəyə “McDonald's” maşını gətirdilər - “Fox News Digital”
Bu gün, 11:58 |
|
|
|
• SOCAR-ın SİRLİ HÜMMƏTİ... - Burada haqqı deyənlər haqqı əzənlərə qurban verilir...
Bu gün, 11:51 |
|
|
|
• "Bunun yalan, şər-böhtan olduğu sübuta yetəcək" - QALMAQAL
Bu gün, 11:25 |
|
|
|
• Ən çox şikayət olunan sığorta şirkətləri - SİYAHI
Bu gün, 11:18 |
|
|
|
• Ararat Mirzoyanı döyən şəxs barəsində üç il həbs qərarı çıxarılıb
Bu gün, 11:17 |
|
|
|
• Putini İstanbulda KİM(LƏR) GÖZLƏYİR? - Görünəni odur ki...
Bu gün, 11:12 |
|
|
|
• Rusiya-Ukrayna savaşının İstanbul DAYANACAĞI... - DAYANACAQMI?
Bu gün, 11:10 |
|
|
|
• Naxçıvan küçələrinə işıq gətirəcək - TENDERİN ÜZÜ İŞIQ GÖRMƏDİ
Bu gün, 11:06 |
|
|
|
• Üzr istəmək kifayət etməyəcək: - Nəhəng şirkətlərin Rusiyaya qayıdış şərtləri açıqlandı
Bu gün, 10:59 |
|
|
|
• Rusiya Azərbaycan qazını Gürcüstanda sıxışdırır? - ARAŞDIRMA
Bu gün, 10:57 |
|
|
|
• Tovuzda ölümlə nəticələnən kütləvi dava: İki nəfər həbs edildi - Yekun qərar verildi
Bu gün, 10:53 |
|
|
|
• "Şərur İnşaat" MTK-ya məxsus mənzilin sənədləri yoxa çıxdı
Bu gün, 10:52 |
|
|
|
• Paşinyan yeni çətir axtarır: Moskva isə yeni taktika hazırlayır - İNCƏLƏMƏ
Bu gün, 10:49 |
|
|
|
• Müxalifətin Paşinyanı yola salmaq axtarışları - Liderlərin sözü üst-üstə düşmədi
Bu gün, 10:48 |
|
|
|
• TƏBİB-in tabeliyində olan qurum lisenziyaların müddətlərinin uzadılmasına 4.8 milyon xərcləyəcək
Bu gün, 10:42 |
|
|
|
• Paşinyanı impiçmentlə devirmək mümkün deyil - Akop Aslanyan
Bu gün, 10:34 |
|
|
|
• Azərbaycanda elektron pul təşkilatının rəhbəri dəyişdirilib - BUNDAN SONRA...
Bu gün, 10:29 |
|
|
|
• Film çəkdirib pulunu vermir: İŞ MƏHKƏMƏDƏ... - AXI NİYƏ?..
Bu gün, 10:25 |
|
|
|
• Siyəzəndə dövlət tenderlərini kimlər udur? - SİYAHI
Bu gün, 10:17 |
|
|
|
• Makronun yaratdığı liderlər konseyinə Bakı dəvət olunubmu? - AKTUAL
Bu gün, 10:00 |
|
|
|
• Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin MƏHV ETDİYİ BAKI... - Şəhəri sökənlər seviləsi nəsə qoymayıblar...
Bu gün, 09:59 |
|
|
|
• Azərbaycan Dövlət Uşaq Filarmoniyasına direktor müavini təyin edildi - DOSYE
Bu gün, 09:49 |
|
|
|
• "ŞİRVANŞAH" camaatı BOĞAZA YIĞIB... - Düz 6 ildir ki...
Bu gün, 09:48 |
|
|
|
|