KƏMALƏDDİN HEYDƏROV PULLARI YEYİR
Tarix: 15-04-2012, 12:22 |
Çap et
VƏTƏNDAŞ İSƏ MAL-QARASINI SATMAQ ZORUNDA QALIR
Sabirabad rayonunun Muğangəncəli kəndinin sakini Rasimə Nağıyeva 2010-ci il daşqınından sonra ona yardım göstərilməsindən imtina edilməsi ilə bağlı prezident İlham Əliyevə müraciət edib.
Beş uşaq anası olan 59 yaşlı R.Nağıyeva bildirib ki, hələ 2003-cü ildə daşqın zamanı onun evi dağılıb. Lakin dövlət evin bərpasında ona yardım göstərməyib. “Mən yeni ev tikmək üçün mal-qaranı satmalı oldum”, - o yazır.
R.Nağıyeva ailəsi ilə birlikdə yeni evi tikib və 2010-cu ildə baş vermiş növbəti daşqına kimi oğlu, gəlini və dörd nəvəsi ilə birlikdə orada yaşayıb.
R.Nağıyeva bildirib ki, kənddə daha miqyaslı daşqına yola verməmək üçün su kollektora tərəf yönəldilib. Nəticədə kollektorun yaxınlığındakı evinə zərər dəyib və qəza vəziyyətinə düşüb.
Yardımla bağlı yerli orqanlara müraciətlər müsbət nəticə verməyib.
Onu da bildirək ki, Rasimə Nağıyeva kimi zərərçəkmişlərə dövlət büdəcəsindən milyonlarla yardım ayrılıb. Və görünür ki, həmin pullar bu kimi problemlərin aradan qaldırılmasına birbaşa məsul olan fövqəladə hallar naziri Kəmaləddin Heydərov başda olmaqla, əlaqədar qurumların rəhbərləri tərəfindən həzm-rabedən keçirilib. əgər belə olmasaydı, vətəndaş dövlətin qayğısını hiss edərdi, daha dövlətin görməli olduğu işi övladarının ruzisi olan mal-qarasını sataraq özü həll etməyə çalışmazdı.