MƏMURLARIN QUMARA OLAN HƏVƏSİ SÖNMƏYİB
Tarix: 15-04-2012, 11:30 | Çap et
BƏYLƏR ƏYYUBOVUN ADAMLARININ KAZİNOSUNA KİMSƏ SÖZ DEYƏ BİLMİR
DİA.AZ: - Son günlər dövlət qurumlarının qumarxanalara və əxlaqsızlıq yuvalarına qarşı mübarizəsi daha da intensiv xarakter alıb. Məlum olduğu kimi, fərqli iaşə xidmətləri təklif edən bir sıra obyektlərin araşdırmalar zamanı əslində profilinə uyğun olaraq fəaliyyət göstərmədiyi də müəyyən olunmaqdadır. Onların arasında 11 aprel tarixində Azərbaycanın Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) tərəfindən keçirilmiş nəzarət tədbirləri nəticəsində Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Gənclik küçəsi, 29 ünvanında yerləşən "Aygün City" Ticarət Mərkəzinin də adı çəkilir.
Rəsmi məlumatlarda deyilir ki, bir zamanlar şadlıq efi kimi fəaliyyət göstərən həmin ticarət mərkəzində stimullaşdırıcı lotereyanın təşkili aşkar edilib və keçirilən lotoreyanın dayandırılması barəsində göstəriş verilib.
QKDK-nın İctimaiyyətlə əlaqələr sektorundan verilən məlumata görə, Dövlət Komitəsi "Aygün City" Ticarət Mərkəzində keçirilən və gələcəkdə keçirilməsi nəzərdə tutulan bu lotereyanın qeyri-qanuni olduğunu bildirir və vətəndaşları bu lotereyada iştirakla bağlı diqqətli olmağa dəvət edir.
Qeyd edək ki, QKDK "Lotereyalar haqqında" qanuna və öz Əsasnaməsinə müvafiq olaraq, lotereyaların təşkili və keçirilməsi sahəsində münasibətlərin dövlət tənzimlənməsini həyata keçirən icra hakimiyyəti orqanı kimi bu istiqamətdə mütəmadi nəzarət tədbirlərini davam etdirir.
Diqqət yetirdinizsə, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi "Aygün City" ilə bağlı olduqca ehtiyatlı açıqlama verərək aşkarlanan faktla bağlı hansısa hüquqi ölçünün götürülməsinə şərait yaratmaq əvəzinə, məsuliyyəti vətəndaşların üzərinə yükləyir və vətəndaşlara xəbərdarlıq edilir ki, həmin obyektdə keçirilən lotoreya oyunları qanunsuzdur. Yəni bu qədər və qurum "Aygün City" ilə bağlı hansısa tədbiri görə bilmədiyini dolayı yolla etiraf da edir.
Bu da səbəbsiz deyilmiş. DİA.AZ-a daxil olan məlumatlardan aydın olur ki, əslində QKDK-nın barəsində açıqlama verdiyi "Aygün City" hakimiyyətin samballı fiqurlarından birinə məxsusdur və qurum həmin ticarət mərkəzi ilə bağlı hələ göründüyündən də artıq ehtiyatlı bir mövqe tutub. Bu barədə mötəbər mənbənin bildirdikləri:
«QKDK-nın əməkdaşları əslində "Aygün City"də qanunsuz lotoreya oyunu ilə yanaşı, həm də bir kazinonun fəaliyyətini aşkarlayıblar. Amma açıqlanan faktlar sırf olaraq lotoreya oyunu ilə bağlı olub. Kazino məsələsi isə ictimaiyyətdən gizli tutulub. Bu da birbaşa olaraq QKDK rəhbərliyinin kiminlə üzləşmələrinin təzahürüdür».
Mənbəmiz bildirir ki, "Aygün City" hakimiyyət içində çox cidd mövqeyi olan Bəylər Əyyubovun yaxın adamlarına məxsusdur və həmin ticarət mərkəzində hər gün axşam saatlarında qumar oyunları təşkil olunur və qumar masalarının arxasında heç də sıradan vətəndaşlar oturmur: «Həmin kazionun xidmətlərindən hətta çox nüfuzlu dövlət məmurları da istifadə etməkdədirlər. Sadəcə olaraq, edilən müraciət əsasında QKDK ərazidə yoxlama həyata keçirmək zorunda qalsa da, "Aygün City" ilə bağlı heç bir tədbir görə bilməyib».
Onu da bildirək ki, Bəylər Əyyubovun yaxın adamlarına məxsus olan həmin kazinoya hətta hüquq-mühafizə orqanları da yaxın düşə bilmirlər. Belə olan təqdirdə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin rəhbəri Rüfət Aslanlını anlamaq çox asandır. Daha güclülər Bəylər Əyyubovun qarşısında susursa, o nədən özünü «yandırmalıdır» ki?..
Onu da xatırladq ki, kazinoların fəaliyyətinə hələ mərhum prezident Heydər Əliyevin zamanında qadağa qoyulub və həmin ərəfədə aşkar surətdə fəaliyyət göstərən yüzlərlə qumarxananın əksəriyyəti fəaliyyətini dayandırmalı olmuşdu və onların bəzilər gizli fəaliyyətə keçmək zorunda qalmışdılar.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Tovuz məktəbində zəhərlənənlərin sayı ARTDI
Bu gün, 13:01 |
|
|
|
• Ermənistan konstitusiyası niyə DƏYİŞMƏLİDİR?
Bu gün, 12:56 |
|
|
|
• "Vəziyyət təhlükəli hal alır, ox Ermənistanı göstərir" - Abramyan
Bu gün, 12:51 |
|
|
|
• Ermənistan Macarıstanla saziş imzalayacaq - KİV
Bu gün, 12:49 |
|
|
|
• “Para” BOKT-nin İdarə Heyəti və Müşahidə Şurasının tərkibi yenilənəcək
Bu gün, 12:42 |
|
|
|
• KAPİTALBANK-ın ABSURD YANAŞMASI... - AXI NİYƏ?..
Bu gün, 12:33 |
|
|
|
• Brüssel onlayn platformalara nəzarəti gücləndirir - GƏLİŞMƏ
Bu gün, 12:26 |
|
|
|
• Kərəm Mustafayevin niyə dindirildiyi məlum oldu - Generallar məhkəməyə çağırıldı
Bu gün, 12:22 |
|
|
|
• Hava şəraitinin yağıntılı keçəcəyi gözlənilir - belə deyirlər...
Bu gün, 12:20 |
|
|
|
• Sosial media dələduzluqları artıb - vətəndaşlar necə qorunsun
Bu gün, 12:14 |
|
|
|
• Gənc blogerin ölümü ilə bağlı YENİ DETALLAR
Bu gün, 12:10 |
|
|
|
• Bakı sakininə qarşı 60 min ABŞ dolları məbləğində dələduzluq edilib
Bu gün, 12:08 |
|
|
|
• “Camış balasına 100 manat verəcəklər, o demək deyil ki, uşağı camış balasından az istəyirlər” - Aqil Abbas
Bu gün, 12:02 |
|
|
|
• Məhkəmə "Azercell"lə bağlı QƏRAR VERƏCƏK
Bu gün, 11:48 |
|
|
|
• Sabiq icra başçısının qardaşı oğulları HAKİM QARŞISINDA
Bu gün, 11:45 |
|
|
|
• Vaşinqtonun İranla bağlı acı etirafı
Bu gün, 11:40 |
|
|
|
• Rusiya-Azərbaycan sazişinin layihəsi təsdiqlənib - DETALLAR
Bu gün, 11:38 |
|
|
|
• Belə bir sui-qəsd təşkil etmək üçün Ukraynanın imkanları məhduddur
Bu gün, 11:37 |
|
|
|
• Naxçıvanda 1.6 milyon manat sərmayə ilə yeni şirkət yaradılıb - “Şahbuz Office” MMC...
Bu gün, 11:35 |
|
|
|
• ABŞ Azərbaycanın əsas ticarət tərəfdaşları sırasında 4 pillə yüksəlib
Bu gün, 11:33 |
|
|
|
• Küçədə KÜTLƏVİ DAVA: azərbaycanlı məktəblilər saxlanıldı - TƏFƏRRÜAT
Bu gün, 11:28 |
|
|
|
• Yeganə dələduzu ifşa etdi, başına iş gəldi - VİDEO
Bu gün, 11:27 |
|
|
|
• Fuad Nəcəflinin ƏCAİB STATİSTİKASI... - Rəqəmlər bir başqa... reallıq tamam başqa...
Bu gün, 11:14 |
|
|
|
• İbrahim Cəfərovu bir nəfərin idarə etdiyi 5 MMC ilə işbirliyi qurmağa sövq edən nədir - İLGİNC FAKTLAR...
Bu gün, 11:10 |
|
|
|
• Xırdalanın yolları BURMA-BURMADIR... - NARAZILIQ VAR...
Bu gün, 11:02 |
|
|
|
• Paşinyanla gizli anlaşma üzə çıxdı - 11 ölkədən 170 minlik ordu...
Bu gün, 10:56 |
|
|
|
• Azərbaycanda bloger estetik əməliyyatdan iki gün sonra öldü
Bu gün, 10:53 |
|
|
|
• Bakıda uşaq bağçasında azyaşlılara köhnə xörəklər verilir? - ARAŞDIRMALARA BAŞLANILDI
Bu gün, 10:50 |
|
|
|
• 18 yaş əsgərlik üçün tezdir? - Psixoterapevt danışdı
Bu gün, 10:43 |
|
|
|
• Azərbaycanın əsas sülh tələbləri gündəmdədir - İki şərt dəyişməyib
Bu gün, 10:38 |
|
|
|
• Erməni separatçılarının işi: məhkəməyə səfirliklər dəvət olunsun? - AKTUAL
Bu gün, 10:35 |
|
|
|
• `Azəriqaz`da yeni ixtisarlar gözlənilir... - BUNDAN SONRA...
Bu gün, 10:29 |
|
|
|
• General polkovniki Qobustan İstintaq təcridxanasına rəis təyin etdi - ƏMR
Bu gün, 10:15 |
|
|
|
• Ukrayna ordusunda döyüşən daha bir azərbaycanlı həlak oldu
Bu gün, 10:10 |
|
|
|
• Prezident Administrasiyasında yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 10:06 |
|
|
|
• Əli Vəliyev yenidən nazir müavini postuna QAYTARILIR? - İLGİNC İDDİALAR
Bu gün, 10:00 |
|
|
|
• Ədliyyə Nazirliyinin həbsdə olan sabiq şöbə rəisi ilə bağlı qərar çıxarıldı
Bu gün, 09:53 |
|
|
|
• Naxçıvanda vəzifəli şəxs cəzalandırıldı - TƏFƏRRÜAT
Bu gün, 09:48 |
|
|
|
• Siyasi partiyalara maliyyə yardımı niyə artırılır? - AÇIQLAMA
Bu gün, 09:42 |
|
|
|
• Ermənistanın yeni münaqişə planı – “Bakının ilk iki hədəfi bu olacaq”
Bu gün, 09:27 |
|
|
|
• "Bu halda korrupsiya ilə mübarizənin effektivliyi olacaq" - ŞƏRH
Bu gün, 09:25 |
|
|
|
• Ermənistan Fransa silahını rus pulu ilə alır - BU DA FAKT!
Bu gün, 09:23 |
|
|
|
• «“Vesta Construction” şirkətinin bizə yaşatdığı zülm sərhəd tanımır…» - NARAZILIQ VAR...
Bu gün, 09:18 |
|
|
|
• Sərbəst auditor Novruz Pənahov vəfat edib
Bu gün, 09:12 |
|
|
|
• Şirkətin təsis olunduğu gün kredit verildiyini bildirəndə "sən qarışma" dedi - “Şlyapa Zahid”in məhkəməsi
Bu gün, 09:09 |
|
|
|
• "Bu yaxında çökəcəksiz, hazırlıqlı olun..." - Müştərisi "Bank of Baku"ya SƏSLƏNDİ
Bu gün, 09:08 |
|
|
|
• "Bank Respublika" mənfəətini bölüşdürəcək - TOPLANTI
Bu gün, 09:01 |
|
|
|
• İlqar Abbasov NƏ İŞLƏR ÇEVİRİR... - Seçkilərdə BAŞÇI BARMAĞI...
Bu gün, 08:57 |
|
|
|
• XİN-nin sabiq müavini də həbsin bir addımlığında - NADİR HÜSEYNOVUN YÜZ MİLYONLARLA ÖLÇÜLƏN ƏMLAKI
Bu gün, 08:45 |
|
|
|
• İşlək sayğaclar 5 ildən bir niyə DƏYİŞDİRİLİR? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:39 |
|
|
|
|