“Ultra Technologies” 4,8 milyon manatlıq İT müqaviləsi qazandı .....                     İrəvan Bakı ilə dərhal sülh sazişi imzalamağa hazırdır .....                     Ruslan Məmmədov İmişlinin icra başçısının müavini vəzifəsindən getdi .....                     “Nazirlik əməkdaşları 80 manata qıymırlar, maşınları bizim həyətdə saxlayırlar” .....                     Ermənistan parlamentində vitse-spiker və deputat arasında dava düşüb .....                     "Son zəng"in səsini heç kim eşitmək istəmir: .....                     PKK-dan tarixi qərar, şübhələr və suallar: 43 illik terror bitdi? .....                     Azərbaycanın işləməyən şərab şirkəti səhmdarlarını .....                     Aysun getdiyi toylardan görün nələr tələb edir: .....                     "Meyiti palatada gizlədiblər" .....                     Azərbaycanda orta aylıq əməkhaqqı 40 manat 20 qəpik artıb .....                     Məhkəmə Gənc Qazilər Birliyinin sədri Hacı Vəliyev barədə .....                     Qazaxda 15 May - Beynəlxalq Ailə Gününə həsr olunmuş tədbir keçirilib .....                     “Melissa Group” tikinti şirkətinin rəhbəri Qalib Məmmədov .....                     Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə işi ilə bağlı həbs edilən .....                     Şirvan Sənaye ASC-nin səhmdarları .....                     Mülayim şimal-qərb küləyi əsəcək .....                     Ziba Osmanlı Vəfa Şərifovaya söz atdı: .....                     Ramiz Mehdiyevin qızı “təslim olmur” .....                     Eşidib ki, inilti səsi gəlir... .....                     Kosmetoloq müştərisinin qızllarını ələ keçirib lombarda qoydu .....                     Ermənistan və Almaniyanın müdafiə nazirləri tərəfdaşlığın genişləndirilməsini müzakirə ediblər .....                     SSRİ bayrağı qaldıran sədrin qardaşı həbs edilib .....                     Bakıda "yüksək vəzifəli" şəxsi polis saxladı .....                     “Tualet kağızını reklam etmək istəmirəm” .....                     "Eldar, bu iş sənlik deyil, çıx get" .....                     Tramp üçün bu ölkəyə “McDonald's” maşını gətirdilər .....                     SOCAR-ın SİRLİ HÜMMƏTİ... .....                     "Bunun yalan, şər-böhtan olduğu sübuta yetəcək" .....                     Ən çox şikayət olunan sığorta şirkətləri .....                     Ararat Mirzoyanı döyən şəxs barəsində üç il həbs qərarı çıxarılıb .....                     Putini İstanbulda KİM(LƏR) GÖZLƏYİR? .....                     Rusiya-Ukrayna savaşının İstanbul DAYANACAĞI... .....                     Naxçıvan küçələrinə işıq gətirəcək .....                     Üzr istəmək kifayət etməyəcək: .....                     Rusiya Azərbaycan qazını Gürcüstanda sıxışdırır? .....                     Tovuzda ölümlə nəticələnən kütləvi dava: İki nəfər həbs edildi .....                     "Şərur İnşaat" MTK-ya məxsus mənzilin sənədləri yoxa çıxdı .....                     Paşinyan yeni çətir axtarır: Moskva isə yeni taktika hazırlayır .....                     Müxalifətin Paşinyanı yola salmaq axtarışları .....                 

PREZİDENTİN GÖSTƏRİŞİNİ SATIN ALANLAR
Tarix: 11-04-2012, 12:10 | Çap et
PREZİDENTİN GÖSTƏRİŞİNİ SATIN ALANLAR

HAKİMİYYƏT İÇİNDƏ BU YÖNDƏ CİDDİ MƏMUR ŞƏBƏKƏSİ FORMALAŞIB

DİA.AZ: - Oliqarxlar biznes maraqların Təxminən 1 il əvvəl, 2011-ci il martın 9-da Bakı Şəhər İcra Hakimiyyətində keçirilən müşavirədə prezident İlham Əliyev paytaxtda «qanunsuz tikildiyi» iddia edilən və buna görə sənədləşdirilməmiş evlərin qeydiyyata alınmasına dair müvafiq qurumlara tapşırıq verdi. Həmin toplantıda prezidentin çıxışından bir hissəni olduğu kimi diqqətinizə çatdırırıq: «Bakıda evlərin qeydiyyata alınması problemi var. Ancaq biz elə etməliyik ki, bu problem həll olunarkən xoşagəlməz halların qarşısını tam şəkildə ala bilək. O evlər qeydiyyata alınmalıdır. Hacıbala Abutalıbova göstəriş vermişəm, bu məsələnin həlli üçün şəffaf mexanizm işlənilməlidir ki, biz burada korrupsiyanı, rüşvətxorluğu tamamilə aradan götürək. Yoxsa, xoşniyyətli bir təşəbbüs yenə də bəzi adamların tamahkarlığı ucbatından bizə ancaq problemlər gətirə bilər. Ona görə bu mexanizm işlənilməlidir, çox ciddi təftiş aparılmalıdır ki, hansı evlər qeydiyyata alınmalıdır, o evlər necə tikilib? Gələcəkdə də qanunsuz evlərin tikintisinə yol verilməməlidir».

Prezident bu çıxışı paytaxt ətrafı qəsəbələrdə yaşayan 100 minlərlə insanı neçə illərdir düşündürən bir problemin teziklə həll olunacağına ümid yaratdı. Ancaq bu tapşırıq bir ildir icra olunmur. Halbuki Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Hacıbala Abutalıbov, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin (DTXK) sədri Qərib Məmmədov və başqaları prezidentin tapşırığını qısa müddətdə icra edəcəklərini bildirirdilər. Müşavirədən cəmi 20 gün sonra Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini Dövlətxan Dövlətxanov bildirmişdi ki, evlərin qeydiyyatı mexanizmi hazırlanır və yaxın vaxtlarda qanun layihəsi də razılaşdırılmaq üçün aidiyyətli qurumlara göndəriləcək.

Maraqlıdır ki, müşavirəyə qədər «əllərində külüng» sökməklə məşğul olanların da, mövqelərində dəyişiklik yaranmışdı. Məsələn, bu gün heç kimə güzəşt edilməyəcəyini deyən Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev müşavirədən sonra qurumun balansındakı ərazilərdə tikilən qanunsuz evləri sökməyə yox, yenilərinin tikilməsinin qarşısını almağa çalışdığını bəyan etmişdi. Amma nə yazıq ki, prezidentin bu vədinin icrası da antikorrupsiya kampaniyası kimi cəmi bir neçə ay sürdü. Sonradan bütün qurumlar sənədin gecikməsinin məsuliyyətini bir-birinin üzərinə atmağa başladı.

BŞİH-dən iddia edilir ki, bu qurum sənədsiz evlərin qeydiyyata alınması mexanizminin hazırlanmasına dair ölkə başçısının tapşırığını yerinə yetirib. Hacıbala Abutalıbovun rəhbərliyi altında paytaxtın 11 rayonunun icra hakimiyyəti başçılarının iştirakı ilə «qanunsuz» evlərin siyahısının hazırlanması ilə bağlı xüsusi müşavirə keçirilib, təkliflər hazırlanıb. Ötən ilin avqustun əvvəlində sənəd razılaşdırılmaq üçün Əmlak Məsələləri üzrə Dövlət Komitəsinə (ƏMDK) təqdim olunub.

DTXK sədri Qərib Məmmədov da rəhbərlik etdiyi qurumun üzərinə düşən vəzifələri yerinə yetirdiyini, qanunsuz tikililərin sənədləsdirilməsi barədə qanun layihəsi hazırlandığını bildirib. Hətta ötən ilin payızında qanun layihəsinin müvafiq qurumlara təqdim olunduğunu və parlamentin müzakirəsinə veriləcəyini deyib.

DİA.AZ bildirir ki, komitə sədri ad çəkməsə də, qanun layihəsinin ƏMDK-da ilişdiyini ehtimal etmək olar. Çünki təkliflərin qanunun tələblərinə uyğunlaşdırılması və yekun sənəd halına gətirilməsi ƏMDK-nə tapşırılıb. Məhz Kərəm Həsənov yekun sənədi hazırlayaraq Prezident Administrasiyasına təqdim eməlidir.

Ancaq müvafiq qurumlar təkliflərini 8 aydır ki, ƏMDK-ya təqdim etsə də yekun sənəd hazırlanmır. Kərəm Həsənov faktiki olaraq prezidentin tapşırığını icra etmir və ya icrasını ləngidir. Səbəbini isə ƏMDK-dan Hacıbala Abutalıbovun quruma göndərdiyi sənədi başdansovdu hazırlaması ilə izah edirlər. Hər halda ƏMDK-nın mətbuat xidmətinin rəhbərinin dediklərindən belə anlaşılır.

Ən acınacaqlısı isə odur ki, vətəndaşlar «vəd edilən zamanı» gözləsə də, dövlət qurumları gözləmək istəmir. Hər halda paytaxtda başlayan söküntü bunu söyləməyə əsas verir.

Maraqlı məqam ondan ibarətdir ki, söküntü işlərində də prezidentin tapşırığına əməl edilmir.

Belə ki, prezident qanunsuz tikilən evlərin günahının vətəndaşlarda olmadığnı, yerli icra hakimiyyətləri tərəfindən buna şərait yaradıldığını bildirərək, sökülən evlərə görə, ədalətli kompensasiya verilməsini tələb etmişdi.

Yeri gəlmişkən elə bir il öncəki toplantıda İlham Əliyevin səsləndirdiyi başqa bir fikri xatırlatmaq yerinə düşər: «Orada yaşayan insanların yaşayış problemləri həll olunmalıdır. Onlara oradan köçürülərkən lazımi səviyyədə kompensasiya ödənilməlidir ki, orada yaşayanlar razı olsunlar.» Ancaq yalnız öz maraqlarını güdən məmurlar nə qanunsuz tikililəri sənədləşdirmək, nə də ədalətli kompensasiya ödəməklə sökmək tapşırığını yerinə yetirirlər.

Qeyd edək ki, sənədstiz evlərin tikintisində adıçəkilən məmurların birbaşa iştirakı da istisna deyil. Hər halda qanunsuz tikililər probleminin 2008-ci ildən sonra yada düşməsi təsadüfi saymaq olmaz. Belə ki, 2007-ci il noyabrın 1-dən sonra bələdiyyələrin torpaq satmasına rəsmən qadağa qoyulub. Bu qərar absurd olsa da, həmin vaxta qədər bələdiyyələr paytaxtda bütün əraziləri satıb qurtardığından ekspertlər onun formal xarakter daşıdığını bildirirdilər. Ancaq sonradan məlum oldu ki, bu qərar bələdiyyələr vasitəsilə satılan torpaqları qanunsuz adlandıraraq, yenidən satışa çıxarılmasına hesablanıb.

Belə ki, bələdiyyələr həmin torpağı satarkən də ərazi hansı dövlət qurumuna məxsus olubsa, onun rəhbərinin haqqını çatdırıb. Yəni, sərəncam Neft Şirkətinin balansında olan əraziyə verilirsə, alınan haqda onun da payı nəzərdə tutulur. Bundan əlavə bələdiyyə torpağı verərkən bir neçə orqana da vətəndaşı soymaq üçün imkan yaradır. Qərarda fərdi ev tikintisinin ən azı 4-5 qurumla razılaşdırılması və ya onların xəbərdar edilməsi nəzərdə tutulur. Bu da o deməkdir ki, vətəndaş bələdiyyədən və icra hakimiyyətindən başqa ən azı 4-5 instansiyanı da «razı» salmalıdır. Onların içərisində ərazinin aid olduğu dövlət qurumu da, nə qədər qəribə olsa da, polis də var. Azərbaycan absurdlarından biri də polis orqanlarında rəis müavinlərindən birinin tikinti məsələlərini kurasiya etməsidir. Əgər doğrudan da sərəncam qanunidirsə, deməli, bələdiyyədən bu haqda polis bölməsinə göndərilən sənəd sonuncunun tikintiyə müdaxiləsini istisna etməlidir. Amma əksinə, sərəncamın surətini alan polis vətəndaşın ərazidə tikintiyə başlamasına və divarı qaldırmasına «dözüb» birdən ortaya çıxır və təpiklə vurub yenicə hörülmüş divarı uçurur. Və ardınca «bu tikinti qanunsuzdur, bura Neft Şirkətinindir» və ya «elektrik xəttinin altındadı» deyib vətəndaşı «xərac» ödəməyə məcbur edir. Beləliklə, Azərbaycanda hər fərdi ev tikənə azı 5-6 pulyığan düşür. Və qanunsuz adlandırılan 500 min evin sahibləri də bu ünvanları «razı salıblar».

Sadəcə, satmağa torpaq qalmadığından bu qurumların rəhbərləri həmin əraziləri yenidən satmaq, ya da vətəndaşlardan əlavə pul yığmaq üçün bu metodu düşünüblər.

Eyni zamanda bu planın arxasında vətəndaşların evlərinin köçürülməsi adıyla ayrılan kompensasiyaların məbləği dəfələrlə şişirdilərək dövlətdən külli miqdarda pul alıb mənimsəmək niyyətinin dayanması da istisna deyil. Məsələ ondadır ki, vətəndaşları köçürmək üçün kompensasiya verilməlidir. Ancaq həmin kompensasiyalar ya verilmir, ya da çox cüzi hissəsi verilir. Deməli, sənədləşdirilərək mənimsənilir.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Ultra Technologies” 4,8 milyon manatlıq İT müqaviləsi qazandı - DETALLAR
Bu gün, 15:03
İrəvan Bakı ilə dərhal sülh sazişi imzalamağa hazırdır - Ermənistan XİN
Bu gün, 14:56
Ruslan Məmmədov İmişlinin icra başçısının müavini vəzifəsindən getdi - Deyir ki, bir ay əvvəl verdiyi qərarı indi açıqlaır...
Bu gün, 14:54
“Nazirlik əməkdaşları 80 manata qıymırlar, maşınları bizim həyətdə saxlayırlar” - BU FAKTDIR...
Bu gün, 14:51
Ermənistan parlamentində vitse-spiker və deputat arasında dava düşüb - KİV
Bu gün, 14:46
"Son zəng"in səsini heç kim eşitmək istəmir: - Məktəblər niyə valideynləri borca salır?
Bu gün, 14:02
PKK-dan tarixi qərar, şübhələr və suallar: 43 illik terror bitdi? - AKTUAL
Bu gün, 14:00
Azərbaycanın işləməyən şərab şirkəti səhmdarlarını - YIĞINCAĞA ÇAĞIRIR
Bu gün, 13:58
Aysun getdiyi toylardan görün nələr tələb edir: - POMİDOR-XİYAR, QƏND, ÜTÜ...
Bu gün, 13:02
"Meyiti palatada gizlədiblər" - Əməliyyatdan sonra qadın ölümü ilə bağlı iddia
Bu gün, 13:00
Azərbaycanda orta aylıq əməkhaqqı 40 manat 20 qəpik artıb – Rəsmi
Bu gün, 12:57
Məhkəmə Gənc Qazilər Birliyinin sədri Hacı Vəliyev barədə QƏRAR VERDİ
Bu gün, 12:52
Qazaxda 15 May - Beynəlxalq Ailə Gününə həsr olunmuş tədbir keçirilib
Bu gün, 12:49
“Melissa Group” tikinti şirkətinin rəhbəri Qalib Məmmədov ev dustaqlığına buraxılıb
Bu gün, 12:42
Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə işi ilə bağlı həbs edilən sabiq idarə rəisinin cəzası azaldılıb
Bu gün, 12:40
Şirvan Sənaye ASC-nin səhmdarları - TOPLANIR
Bu gün, 12:37
Mülayim şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:36
Ziba Osmanlı Vəfa Şərifovaya söz atdı: - “Məndə olan gözəllik onda yoxdur”
Bu gün, 12:32
Ramiz Mehdiyevin qızı “təslim olmur” - TƏFƏRRÜAT
Bu gün, 12:28
Eşidib ki, inilti səsi gəlir... - 18 yaşlı Elgünün cinayətinin dəhşətli təfərrüatı
Bu gün, 12:27
Kosmetoloq müştərisinin qızllarını ələ keçirib lombarda qoydu - Görünməmiş dələduzluq
Bu gün, 12:22
Ermənistan və Almaniyanın müdafiə nazirləri tərəfdaşlığın genişləndirilməsini müzakirə ediblər
Bu gün, 12:20
SSRİ bayrağı qaldıran sədrin qardaşı həbs edilib - YENİ FAKTLAR...
Bu gün, 12:17
Bakıda "yüksək vəzifəli" şəxsi polis saxladı - 85 minlik DƏLƏDUZLUQ
Bu gün, 12:15
“Tualet kağızını reklam etmək istəmirəm”
Bu gün, 12:09
"Eldar, bu iş sənlik deyil, çıx get" - ÇAĞIRIŞ
Bu gün, 12:00
Tramp üçün bu ölkəyə “McDonald's” maşını gətirdilər - “Fox News Digital”
Bu gün, 11:58
SOCAR-ın SİRLİ HÜMMƏTİ... - Burada haqqı deyənlər haqqı əzənlərə qurban verilir...
Bu gün, 11:51
"Bunun yalan, şər-böhtan olduğu sübuta yetəcək" - QALMAQAL
Bu gün, 11:25
Ən çox şikayət olunan sığorta şirkətləri - SİYAHI
Bu gün, 11:18
Ararat Mirzoyanı döyən şəxs barəsində üç il həbs qərarı çıxarılıb
Bu gün, 11:17
Putini İstanbulda KİM(LƏR) GÖZLƏYİR? - Görünəni odur ki...
Bu gün, 11:12
Rusiya-Ukrayna savaşının İstanbul DAYANACAĞI... - DAYANACAQMI?
Bu gün, 11:10
Naxçıvan küçələrinə işıq gətirəcək - TENDERİN ÜZÜ İŞIQ GÖRMƏDİ
Bu gün, 11:06
Üzr istəmək kifayət etməyəcək: - Nəhəng şirkətlərin Rusiyaya qayıdış şərtləri açıqlandı
Bu gün, 10:59
Rusiya Azərbaycan qazını Gürcüstanda sıxışdırır? - ARAŞDIRMA
Bu gün, 10:57
Tovuzda ölümlə nəticələnən kütləvi dava: İki nəfər həbs edildi - Yekun qərar verildi
Bu gün, 10:53
"Şərur İnşaat" MTK-ya məxsus mənzilin sənədləri yoxa çıxdı
Bu gün, 10:52
Paşinyan yeni çətir axtarır: Moskva isə yeni taktika hazırlayır - İNCƏLƏMƏ
Bu gün, 10:49
Müxalifətin Paşinyanı yola salmaq axtarışları - Liderlərin sözü üst-üstə düşmədi
Bu gün, 10:48
TƏBİB-in tabeliyində olan qurum lisenziyaların müddətlərinin uzadılmasına 4.8 milyon xərcləyəcək
Bu gün, 10:42
Paşinyanı impiçmentlə devirmək mümkün deyil - Akop Aslanyan
Bu gün, 10:34
Azərbaycanda elektron pul təşkilatının rəhbəri dəyişdirilib - BUNDAN SONRA...
Bu gün, 10:29
Film çəkdirib pulunu vermir: İŞ MƏHKƏMƏDƏ... - AXI NİYƏ?..
Bu gün, 10:25
Siyəzəndə dövlət tenderlərini kimlər udur? - SİYAHI
Bu gün, 10:17
Makronun yaratdığı liderlər konseyinə Bakı dəvət olunubmu? - AKTUAL
Bu gün, 10:00
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin MƏHV ETDİYİ BAKI... - Şəhəri sökənlər seviləsi nəsə qoymayıblar...
Bu gün, 09:59
Azərbaycan Dövlət Uşaq Filarmoniyasına direktor müavini təyin edildi - DOSYE
Bu gün, 09:49
"ŞİRVANŞAH" camaatı BOĞAZA YIĞIB... - Düz 6 ildir ki...
Bu gün, 09:48
Dövlət Gömrük Komitəsinin tenderi ləğv edildi
Bu gün, 09:28
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru