İSGƏNDƏR HƏMİDOVU KÖVRƏLDƏN SUAL
Tarix: 10-10-2011, 10:58 | Çap et
«BİR MİLLƏT ÜÇÜN MÜSTƏQİLLİYİN ÖNƏMİ ƏLAHİDDƏDİR»
diaaz.space: - Onu əksəriyyət tanıyır. Ondan narazı qalan da var, onu hələ də lider kimi görən də. Amma onun barəsində ümumi fikir birdir: İsgənər Həmidov Azərbaycan üçün faydalı bir şəxsiyyətdir və istənilən bir ölkə məhz bu kimi vətənsevər liderlərinin sayəsində ucalır.
Bu vaxta qədər daha çox xoş mənada dəliqanlı kimi tanınıb. Hətta yaşının üstünə yaş gəlməsinə baxmayaraq, yenə də dəliqanlılığını qoruyub saxlayıb. Yenə də «asaram, kəsərəm» deyir, yenə də milləti üçün canından keçməyə hazır olduğunu bildirir.
O da Azərbaycanın dövlət müstəqilliyinə səs verən, bu yolda özünü fəda edən istiqlalçı deputatlardan biridir. Azərbaycan müstəqilləşdi, amma o, 9 il məhbəs həyatına layiq görüldü. Deyir ki, yenə də dustaqlığa hazırdır: «Müstəqillik mənə nə verdi? Yox, incimirəm. Həbsxanada saxlandığıma görə də peşman deyiləm. Əgər Azərbaycan bütövləşərsə, ömrünün qalanını da məhbəsdə keçirməyə hazıram. Mənim üçün şəxsin çıxarım yox, DÖVLƏTİMİN, MİLLƏTİMİN MARAĞI ÜMDƏDİR»…
Biz də Azərbaycanın dövlət müstəqilliyinin 20-ci ildönümü ərəfəsində artıq siyasətdən getdiyin bəyan edən keçmiş daxili işlər naziri İsgəndər Həmidovla siyasətdən və hər şeydən danışdıq. Söhbətimizin maraqlı olduğunu təxmin edib, onu diqqətinizə çatdırırıq.
- Qarşıdan Azərbaycanın dövlət müstəqilliyinin 20-ci ildönümü gəlir. 18 Oktyabr tarixi İsgəndər Həmidov üçün - bu müstəqillik uğrunda canını risqə atmış bir millətçi lider üçün hansı anlamı daşıyır? - Mən ilk növbədə bütün Azərbaycan xalqını, xüsusən də Azərbaycanın dövlət müstəqilliyi, Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş övladlarımızın ailələrini bu mübarək tarix münasibətilə təbrik edirəm. Bu tarix, bu ildönüm, bu bayram mənim üçün müqəddəsdir və mənə görə ən gözəl bayramdır. İstənilən bir millətin ən böyük nailiyyəti onun müstəqil dövlət qurmasıdır. Bu tarix də bizim nailiyyətimizin rəsmiləşdirilməsidir. Bu tarixdə Azərbaycan türkləri tarixi ərazilərinin bir qismini rus işğalından azad edərək, öz dövlət müstəqilliklərini bərpa ediblər. Və mən ona görə xoşbəxtəm ki, Allahın yazısı ilə mən də bu proseslərin içində oldum. Arxiv sənədləri də durur. Əgər Milli Məclisin sənədlərini qaldırıb baxsanız, görəcəksiniz ki, Azərbaycanın müstəqilləşməsi məsələsini ilk olaraq o zamankı Ali Sovetdə mən qaldırmışam. Həmin vaxtı bizi fitə basan da oldu, bizi yumruqlayan da. Amma biz Azərbaycan xalqının iradəsini ifadə edən deputatlar olaraq bu prosesdən qalib ayrıla bildik. Azərbaycanın müstəqilləşməsində təbii ki, o zamankı AXC-nin böyük rolu və xidmətləri var. Bunu kimsə inkar edə bilməz. Amma bir məsələnin altını cızaraq vurğulayıram ki, Azərbaycan dövlətinin müstəqilliyinin memarı ayrı-ayrı şəxslər yox, məhz Azərbaycan xalqıdır. Biz orada xalqı təmsil edirdik və xalqın iradəsini ifadə etmişik. Və bu müstəqilliyə xalq nail oldu. Bu gün Allaha min şükürlər olsun ki, Azərbaycan müstəqildir. Bizi bu müstəqil Azərbaycanımızda döyürlər, söyürlər, həbsxanalara atırlar. Elə son olaraq da 2 aprel məhbuslarına ədalətsiz və biabırçı şəkildə hökm oxudular. Amma yenə də bizim bu gün müstəqillikdən küsməyimiz, bəzən eşidirəm, köhnə sovet rejiminə nostalji duyğulara qapılmağımız ən böyük yanlışdır. Hər halda bir insanın kölə olduğu illərin həsrətini çəkməsindən cılız heç nə ola bilməz. Bu baxımdan 18 Oktyabr tarixi mən İsgəndər Həmidov üçün heç bir dəyərlə müqayisə oluna bilməyəcək bir müqəddəs tarixdir.
- Belə bir fikir də ara-sıra səsləndirirlər ki, bəs biz bu müstəqilliyi qazanmamışıq. Sadəcə olaraq bir tarixi proses idi. SSRİ dağıldı və biz də sərbəstlik qazandıq. Yəni bu tarix müstəqillik yox, sərbəstlik qazanmağımızın tarixidir. Necə ki, Tacikistan müstəqil oldu, Azərbaycan da eləcə müstəqil olub. Həmin dönəmin ən fəal liderlərindən biri olmuş İsgəndər Həmidovun bu fikrə münasibəti… - Birincisi, elə yeri gəldiyindən Taciksitanın müstəqilliyinə toxunmaq istəyirəm. Taciklər hələ də müstəqil deyillər və bunun əksini kimsə iddia edə bilməz. Bir dövlətin ki, daxilində zorən başqa bir dövlətin silahlı qüvvələri yerləşdirilə və onun sərhədləri başqa bir ölkənin əsgərləri tərəfindən qoruna, buna necə müstəqillik deyilə bilər? Yəni taciklər günü bu gün də müstəqil deyillər. Ona görə də, Tacikistanla Azərbaycanın müqayisəsi də uğursuzdur. Gələk sualınızın məğzinə. Əgər kimsə bu fikirdəlirsə ki, Azərbaycan bir imperiyanın təbii çöküşü ilə müstəqillik qazanıb, bu ən böyük yanlışdır və ən azından 20 Yanvar şəhidlərinin ruhunun təhqiridir. Sovet imperiyası özbaşınamı dağıldı? Azərbaycan türkləri Cənubi Qafqazın ən fəal xalqı olaraq o zamanlar Baltikyanı ölkələrdə cərəyan edən olaylarla birgə SSRİ-nin çöküşündə müstəsna rol oynayıb. Bunu kimsə inkar edə, dana bilməz. Biz bu yolda torpaq itkisinə də, insan itkisinə də getdik. Və Azərbaycan müstəqil dövlətə çevrildi. Bu gün Azərbaycan hətta torpaqlarımızın 20 faizini işğal altında saxlayan Ermənistanla müqayisədə də müstəqil dövlət siyasətinə malik bir ölkədir. Ən azından rəsmi Moskvaya siyasi uzaqlıq baxımından Azərbaycan Ermənistana nisbətən daha ucqarda yerləşməsilə bunu sübutlayır. Bu sözlərin müəllifləri Şəhidlər Xiyabanında yatanların ruhundan utanmırlarmı? Neçə-neçə övladımız bu yolda şəhid oldu. Yüzlərlə insan həbsxnalara salındı. Azərbaycan xalqı müstəqilliyini bu əzablı yollrla qazanıb. Kimsə bizə müstəqilliyi xonçada gətirib verməyib. Müstəqillik verilmir, alınır. Və biz bu müstəqilliyi mübarizəmizlə, əzmimizlə qaznmışıq, haqq etmişik.
- Müstəqillik bəlkə İsgəndər Həmidov üçün ona görə əzizdir ki, Azərbaycan azad olanda sonra İsgəndər Həmidov nazir ola bildi. Yəni SSRİ qalsaydı, İsgəndər Həmidov kimi bir vətənsevərin daxili işlər naziri kimi mühüm bir posta təyinatı qeyri-mümkün idi. Belədirmi? - Əsla. Bildirim ki, mən SSRİ vaxtlarında indikindən qat-qat yaxşı və təminatlı həyat şəraitinə malik idim. Bundan əlavə, o dövr üçün çox samballı vəzifəm də var idi. Mən bir idarənin rəhbəri idim. O zamankı keçmiş «OBXS»in nəzdində mən ilk dəfə olaraq SSRİ əraziisində yaradılan korrupsiyaya qarşı mübarizə idarəsinin rəisi vəzifəsini tutmuşam. İqtisadi cinayətkarlığa qarşı baş idarənin nəzdində korrupsiya ilə mübarizə şöbəsinə rəhbərlik etmişəm. Və dövrünə görə, bu heç də kiçik vəzifə deyildi. Hətta ayrı-ayrı məmurlara, qurumlara nəzarət imkanı da yaradırdı. İndiki dillə desək, çox «gəlirli bir vəzifə» idi. Bunları ona görə xatırladıram ki, mənim müstəqillik uğrunda mübarizəyə qoşulmğımın madiyyata bağlanılmasının doğru olmadığını diqqətinizə çatdırmaq istəyirəm. Mən müstəqillik dövründə bir il nazir oldum, amma 9 il məhbəs həyatı yaşadım. Buna baxmayaraq yenə də bu tarix mənim üçün müqəddəsdir. Müstəqil olub ac qalmağa razıyam, vətnimin, millətimin kölə olduğu təqdirdə nazir postunu tutmağa razı deyiləm. Mən o zamankı Ali Sovetdə Azərbaycanın dövlət müstəqilliyinin əleyhinə gedən kommunist deputatların «əgər müstəqil olacağıqsa, Azərbaycan özü özünü təmin edə bilməyəcək, xalqımız acından öləcək» kimi arqumentlərinə də cavab verərkən bildirmişdim ki, müstəqil olub ac qalmağımız, kölə olub qızıl boşqabda yemək yeməkdən daha üstündür. Hətta bu kəlmələrim sonradn Nəriman Həsənzadənin əsərlərindən birində də yer almışdı. Azadlıq, müstəqillik gözəl bir nemətdir. Elə Corc Amadonun bir əsəri də var: «Ən gözəl nemət: AZADLIQ». Mən bu gün müstəqilliyə xor baxanları həmin əsəri oxumağa çağırıram. Hər halda, bir millət üçün müstəqilliyin önəmi əlahiddədir və təsvirolunmazdır.
- Bax, kimsə sizin bu yoldakı fədakarlığınızı inkar etmir. Yəni İsgəndər Həmidov və o zamankı AXC rəhbərliyi, AXC fəalları Azərbaycanın dövlət müstəqilliyi uğrunda həqiqətən də risqli bir mübarizə yolu keçdilər və canlarını belə qurban verənlər oldu. İndi isə tamam fərqli bir həyatı yaşayırsınız. Hətta fəda olduğunuz yolun nəticəsində sizə məhbəsi belə rəva gördülər. Yəni bağbansınız və bir ağac yetişdirirsiniz. Min bir əziyyət çəkirsiniz, onun əzablarına qatlaşırsınız. Yetişəndən sonra isə həmin ağacın budaqları ilə sizi döyürlər. Küsmürsünüz ki? - (Sual onu düşündürür, kövrəldiyi açıq-aşkar duyulur – M.Ə.) Tam səmimiyəm. Biz Azərbaycanın dövlət müstəqiliyi uğrunda mübarizə aparanda bu yolda hansısa qəniməti əldə edəcəyimizi hədəfləməmişdik. Yəni nə mən, nə də hansısa mübarizə yoldaşım düşünmürdü ki, Azərbaycan müstəqilləşər və biz nazir olarıq və yaxud da hansısa formada bundan faydalanarıq. Burada bizim əsas qazancımız elə hədəfimizə ulaşmağımız oldu. Yəni azərbaycan bir dövlət olaraq müstəqilləşdi. Bundadır məsələ. Digər tərəfdən, mən yetişdridiyimiz ağacın bəhrəsini dadmışam. 9 il türmədə yatmışam. Mənim üçün MÜSTƏQİL AZƏRBAYCAN MƏHBƏSİNDƏ YATMAQDAN GÖZƏL HEÇ NƏ YOXDUR. O dövrdə bizim hər birimiz bu arzuda idik ki, Azərbaycan müstəqil olsun, bizə nə olursa-olsun… İndi isə bir arzum var: o taylı-bu taylı Azərbaycan btüöv olsun, birləşsin. Bu nisgilə də son qoyulsun. Azərbaycanımız böyüsün. Mən elə buradan da bəyan edirəm: Əgər Azərbaycan bütövləşərsə, ömrünün qalanını da məhbəsdə keçirməyə hazıram. Mənim üçün şəxsin çıxarım yox, DÖVLƏTİMİN, MİLLƏTİMİN MARAĞI ÜMDƏDİR… Allah verdiyi ömrün yerdə qalanını da türmədə keçirməyə hazıram. Azərbaycan bir olsun. Budur hədəf…
Davamı var
Hazırladı: Murad ƏLİBƏYLİ
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Talıbovlar qayıdır: BACANAQ QOLLARINI ÇIRMALADI... - İLGİNC...
Bu gün, 19:02 |
|
|
|
• Ermənistan terrorçuların həbsi ilə bağlı əməkdaşlıq EDƏ BİLƏR - AÇIQLAMA
Bu gün, 19:00 |
|
|
|
• Texnologiyanın yeni BƏLASI: - “Deep Fake” ilə necə MÜBARİZƏ APARMALI?
Bu gün, 18:58 |
|
|
|
• 20 min manatlıq yerli avtomobili kim alır? - Ekspert danışır...
Bu gün, 18:56 |
|
|
|
• Türkiyə nümayəndə heyətinin Azərbaycana səfəri davam edir
Bu gün, 18:03 |
|
|
|
• Sumqayıt Texnologiyalar Parkı yeni şirkət yaradıb
Bu gün, 18:01 |
|
|
|
• Alternativ hərbi xidmət: - “Bu, sovetlər dövründən qalma bir sistemdir”
Bu gün, 18:00 |
|
|
|
• Bölgəmizdəki təhdidlərə cavab vermək hədəflərdən biridir - AKTUAL
Bu gün, 17:58 |
|
|
|
• "Müəllimi bu həddə çatdırmaq olmaz" - ETİRAZ
Bu gün, 17:48 |
|
|
|
• Məktəbdə QALMAQAL!: Müəllim direktoru məhkəməyə verdi - TƏFƏRRÜAT
Bu gün, 17:44 |
|
|
|
• Gömrükdə sifarişlərim saxlanılır - Kəmalə Piriyeva
Bu gün, 17:40 |
|
|
|
• Qərb İrəvanı təsir obyektinə çəkməyə çalışır - Gerasimov
Bu gün, 17:37 |
|
|
|
• Hafiz Hacıyev ayaqqabılarını “prakata” verir – Qiymət
Bu gün, 17:27 |
|
|
|
• “Azərbaycan Dəmir Yolları"na məxsus şirkətin adı dəyişdirilib
Bu gün, 17:23 |
|
|
|
• Gürcüstan arzusuna çatdımı? - Prezident iqamətgahı tərk etməsə...
Bu gün, 17:14 |
|
|
|
• ATƏT-in Minsk qrupu çoxdandır fəaliyyətsizdir və ləğv edilməlidir - ŞƏRH
Bu gün, 17:10 |
|
|
|
• Sıra Nazilə Səfərliyə gəldi... - AÇIQLAMA
Bu gün, 17:05 |
|
|
|
• İsa İsayev 2,3 milyon kapital ilə yaradılan daha 2 şirkətə rəhbərlik edəcək - DETALLAR
Bu gün, 17:03 |
|
|
|
• Daha bir estetik əməliyyat faciəsi: Baş həkim həmkarının burnunu tanınmaz hala saldı - FOTO
Bu gün, 16:57 |
|
|
|
• Suriya-Türkiyə münasibətləri strateji məzmun daşıyacaq
Bu gün, 16:53 |
|
|
|
• Ermənistan sülh əvəzinə yeni ərazi istədi – Köçəryandan iddia
Bu gün, 16:50 |
|
|
|
• Quldurluqla 127 min manat pulu ələ keçirən şəxslər həbs edilib - Polis əməliyyatı
Bu gün, 16:48 |
|
|
|
• İrəvandan Zəngəzur açıqlaması: - “Mümkün deyil”
Bu gün, 16:46 |
|
|
|
• Gəncədə məktəbli məktəblini bıçaqlayıb
Bu gün, 16:42 |
|
|
|
• Azay Möhnətovun qalmaqallı bazarında nə baş verir? - İLGİNC...
Bu gün, 16:41 |
|
|
|
• Azərbaycanın İnterpola verdiyi şəxs bu ölkədə tutuldu
Bu gün, 16:34 |
|
|
|
• "Mən hakim ola-ola 50 min manata mebel ala bilmirəm" - "İnstapower" işində maraqlı faktlar açıqlandı
Bu gün, 16:32 |
|
|
|
• Kürdəmir rayon prokuroru müavininin işinə xitam verilib
Bu gün, 16:30 |
|
|
|
• “Gecə 11-də özünü yalandan yerə yıxıb ki, ölürəm” - TƏFƏRRÜAT
Bu gün, 16:28 |
|
|
|
• Sabah MSK-da bələdiyyə seçkiləri ilə əlaqədar yaradılan işçi qrupların iclası keçiriləcək
Bu gün, 16:23 |
|
|
|
• Ramalın ayaqqabısının qiyməti ŞOK ETDİ: - “Bir evin pulu…”
Bu gün, 16:21 |
|
|
|
• Bələdiyyə seçkiləri üçün daha iki siyasi partiyanın səlahiyyətli nümayəndələri qeydə alınıb
Bu gün, 16:19 |
|
|
|
• Nazir rəisi işdən çıxardı, başqa vəzifə verdi - Yeni təyinatlar
Bu gün, 16:17 |
|
|
|
• “Binokl diplomatiyası”: Ermənistan davamlı sülhdə maraqlı deyil? - GÖRÜNƏNİ BUDUR
Bu gün, 16:13 |
|
|
|
• “Nar”ın tərəfdaşlığı ilə “Media Savadlılığı” Konfransı təşkil edildi
Bu gün, 16:12 |
|
|
|
• Nazirin köməkçisi bacısından sonra atasını da İTİRDİ
Bu gün, 16:09 |
|
|
|
• “İraqda mənə qarşı iki sui-qəsd hazırlanmışdı” - Roma Papası
Bu gün, 16:08 |
|
|
|
• “Paşinyan sülh müqaviləsi ilə bağlı prosesi ona görə uzadır ki…” - İqbal Ağazadə
Bu gün, 15:36 |
|
|
|
• Ermənilərin gözü Bakıda: Tarixi etiraf olacaq, siyahıda onlar da var - GƏLİŞMƏ
Bu gün, 15:34 |
|
|
|
• Zaxarova əsəbiləşdi: - Bu sualı İrəvana verin!
Bu gün, 15:33 |
|
|
|
• Niyə kiçik mağazalar “Card-to-Card”a üstünlük verir və vergi idarəsi bundan necə xəbər tutur? - AKTUAL
Bu gün, 15:29 |
|
|
|
• Tərtər rayonunda “Mülki müdafiə sahəsində 2024-cü ilin yekunu, 2025-ci ildə qarşıda duran vəzifələr” mövzusunda müşavirə keçirilib
Bu gün, 15:26 |
|
|
|
• Ərdoğan və Makron arasında telefon danışığı olub
Bu gün, 15:25 |
|
|
|
• Xaricə satdığımız elektrik enerjisinin dəyəri 16 qəpikdən 9 qəpiyə düşüb
Bu gün, 15:24 |
|
|
|
• Məhkəmədən Xoşqədəm Hidayətqızına daha bir QADAĞA
Bu gün, 15:22 |
|
|
|
• "Həyat yoldaşı adamı qocaldır" - Əməkdar artist
Bu gün, 15:18 |
|
|
|
• "Gold Məkan" tikinti şirkəti sakinlərin evini başlarına uçurur – ŞİRKƏT RƏHBƏRLİYİ MƏHKƏMƏ QƏRARINA MƏHƏL QOYMUR
Bu gün, 15:14 |
|
|
|
• ŞOK İDDİA: İsrail helikopteri Dəməşqə ENDİ - 20 dəqiqəlik GİZLİ ƏMƏLİYYAT
Bu gün, 15:02 |
|
|
|
• Prezident “Washington Post”, “New York Times”, “Figaro” və “Le Monde”ni “yalançı dördlük” adlandırıb
Bu gün, 14:57 |
|
|
|
• "Amerikanın səsi” və “Azadlıq radiosu” kimi əlaltı resursları vasitəsilə ölkəmizə qara yaxırlar - Prezident İlham Əliyev
Bu gün, 14:52 |
|
|
|
|