"PROKUROR HAFİZ BABAYEV MƏNİ "QURBAN" VERDİ"
Tarix: 22-03-2012, 16:34 | Çap et
GORANBOYUN KEÇMİŞ BÖYÜK MÜSTƏNTİQİ PREZİDENTDƏN KÖMƏK İSTƏYİR DİA.AZ: - Keçən günlərdə Azərbaycan Respublikası Baş Prokurorunun 25 aprel 2011-ci il tarixli 10/40-1/83k saylı əmri ilə prokurorluq orqanlarından xaric edilən Əhməd Fərhadovun sözügedən əmrin ləğv edilməsi üçün qaldırdığı iddia ilə bağlı verilən məhkəmə qərarlarını qeyri-obyektiv hesab etdiyi barədə məlumat vermişdik. Belə ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakim Azad İmanov) 24 oktyabr 2011-ci il tarixli qətnaməsindən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verən Ə.Fərhadovun şikayəti təmin olunmadığından (hakim Əli Rüstəmov) o, əlavə kassasiya şikayəti verməyə hazırlaşır. Redaksiyamıza müraciət edən Ə.Fərhadov əlavə kassasiya şikayəti təmin olunmayacağı təqdirdə Avropa Məhkəməsinə müraciət edəcəyini bildirdi. Ə.Fərhadov əlavə kassasiya şikayətinin obyektiv araşdırılaraq pozulmuş hüququnun bərpası üçün dövlət başçısından kömək istəyir. Şikayətçinin redaksiyamıza təqdim etdiyi müraciətdə bildirilir ki, o, 24 may 2011-ci il tarixdə Bakı şəhəri Səbail rayon Məhkəməsində Azərbaycan Respublikası Baş Prokuroru Z.Qaralovun onun prokurorluq orqanlarından xaric edilməsi barədə vermiş olduğu 25 aprel 2011-ci il tarixli 10/40-1/83k saylı əmrin ləğv edilməsi və onun Goranboy rayon Prokurorluğunun böyük müstəntiqi vəzifəsinə bərpa edilməsi üçün qaldırmış olduğu mülki iddia işinin məhkəmə baxışı 3 ay davam etməklə məhkəmə baxışında əmrin qanunsuz və əsassız olması haqda kifayət qədər sübutlar olmasına baxmayaraq, işə baxan hakim Elşad Şamayev iş üzrə 22 avqust 2011-ci ildə ədalətsiz qətnamə çıxararaq iddianı rədd edib. Şikayətçinin yazdığına görə, onun hüquqlarının kobud surətdə pozulması məhkəmədə təsdiq olunsa da, hakim E.Şamayev tərəfindən qanunsuz və əsassız qətnamə çıxarıldığına görə hüquqlarının müdafiəsi və pozulmuş hüquqlarının bərpası üçün Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qətnaməsi ilə Səbail rayon Məhkəməsinin qətnaməsi qüvvədə saxlanılıb. Ə.Fərhadov isə həm qətnamənin, həm də əmrin qanunsuz və əsassız olduğunu təsdiq edən aşağıdakı dəlillərli gətirir: (Əvvəli ötən sayda) “Saxtakarlığı edənlər Baş Prokurordan özlərini sığorta etmək və mənə qarşı əsassız ittihamlar hazırlamaq niyyəti ilə etmişlər. Belə ki, Baş Prokurorluğa göndərilən məlumatda AR CM-nin 29, 149.1-ci maddəsi ilə cinayət işi başlanılmasının zəruriliyi və buna dəlalət edən əsaslar göstərildiyi halda, prokuror H.Babayev CM-nin 157.2-ci maddəsi ilə cinayət işi başlamışdı. Bu uyğunsuzluq prokurorun Baş Prokurorluğu aldatması qənaətinə gəlmək üçün kifayət edirdi və buna görə də H.Babayev ciddi cəzalandırılmalı idi. O, zərbəni özündən kənarlaşdırmaq üçün əlaltıları ilə birlikdə məni “qurban” verdi. Səbail rayon Məhkəməsinin qətnaməsində göstərilir: “Məhkəmə araşdırması zamanı təsdiq olunmuş sənədlərlə və tərəflərin izahatları ilə həmçinin müəyyən olunmuşdur ki, Baş Prokurorun əmrində göstərilmiş nöqsanların biri, yəni S.Məmmədovanın həmkəndlisi E.Abbasov tərəfindən zorlanmağa cəhd edilməsi faktı üzrə əsassız olaraq cinayət işinin Azərbaycan Respublikası CM-nin 157.2-ci maddəsi ilə başlanması halında iddiaçının təqsiri olmamışdır. Əksinə, müəyyən olunmuşdur ki, Goranboy rayon Prokurorluğunun sabiq böyük müstəntiqi, hazırkı iş üzrə iddiaçı Əhməd Fərhadov tərəfindən aparılmış araşdırma nəticəsində onun tərəfindən Azərbaycan Respublikası CM-nin 29, 149.1-ci maddəsi ilə cinayət işinin başlanılması barədə qərar layihəsi və Azərbaycan Respublikası Baş Prokurorluğunun Prokurorluqda istintaqa nəzarət idarəsinə məlumat layihələri hazırlanmış, lakin rayon prokuroru Hafiz Babayev tərəfindən həmin sənədlərdə dəyişiklik edilərək, cinayət işi CM-nin 157.2-ci maddəsi ilə başlanmış və özü tərəfindən imzalanmış arayış Baş Prokurorluğa göndərilmişdir”. Hakim üçün hakimlik fəaliyyətində bundan böyük saxtakarlıq ola bilməz. Məhkəmə prosesində həmin məktubun H.Babayev tərəfindən xidməti yoxlama aparılan zaman dəyişdirilməsi barədə tərəfimdən məhkəməyə kifayət qədər tutarlı sübutlar təqdim etməyimə və cavabdehin izahatı ilə də bu, təsdiqini tapmasına baxmayaraq, hakim E.Şamiyev bunlara məqsədyönlü şəkildə göz yummuşdur. Hakim E.Şamiyev şahid qismində dindirilmələri üçün məhkəmə iclasına dəvət edilmələrindən ötrü verdiyim vəsatətlərin heç birini təmin etmədi. Bakı Apellyasiya Məhkəməsinin hakimi A.İmanovun sədrliyi ilə məhkəmə heyəti isə bu barədə vəsatətimi hətta müzakirəyə çıxarmadı. H.Babayevin xidməti yoxlama zamanı vermiş olduğu izahatı tələb etmədilər. çünki H.Babayev izahatında güya material üzrə AR CM-nin 157.2-ci maddəsi ilə cinayət işini mənim məruzəm əsasında başladığını qeyd etmişdir. Hakim göz deşən bu fakta ona görə göz yumub ki, o, H.Babayevi və onunla əlbir olan Baş Prokurorluğun məsul vəzifəli şəxslərini onların əməlində AR CM-nin 308.2 və 313-cü maddələrinin tərkib əlamətləri olduğu halda, cinayət məsuliyyətindən kənarda qoymaq istəmişdir. O ki qaldı mərhum E.Abbasovun qohumlarının məndən şikayət etmələrinə, Goranboy rayon Prokurorluğunda qeyd olunan cinayət işinin istintaqında prokurorun bu maxinasiyalarına birbaşa etirazım isə həmin şəxslərin E.Abbasovun qohumlarını öyrədib şikayətlərini mənə ünvanlamalarının əsasını təşkil etmişdir. Mən xidməti yoxlama zamanı əleyhimə əsassız faktların toplanıldığını və komissiya üzvlərinin cəzalandırılmağım üçün göstəriş icra etdiklərini, rayon prokurorunun özünü sığorta etdirmək üçün diqqəti mənim üzərimdə cəmlətdiyini, sənədləri saxtalaşdırdığını bilib baş verənlərlə bağlı ailəmdə danışandan sonra anam Xalidə Fərhadova 2011-ci ilin mart ayının sonlarında ölkə prezidentinə ərizə yazmışdır. Həmin ərizə Baş Prokurorluğa daxil olan kimi mənim cəzalandırılmağım barədə göstəriş verilmişdir. Onlar saxtakarlıq edilməsi faktını bildiyim üçün əmri daha da genişləndirmək, ona dolğunluq vermək, məni susdurmaq, əmri “əsaslandırmaq” üçün ora sonradan əsassız xüsusatlar daxil etmişlər. Əmrdə göstərilir: “Q.Şükürovun 18.10.2010-cu il tarixdə vət. Ş.Qurbanovanın evinə daxil olaraq ona qarşı zor tətbiq edib xəsarət yetirməsi barədə müraciəti üzrə AR CM-nin 157.1-ci maddəsi ilə başlanılmaqla Ə.Fərhadovun icraatına verilmiş cinayət işi üzrə də kobud qanun pozuntularına yol verilərək, tam və hərtərəfli istintaq aparılmamış, obyektiv qərar qəbul edilməsi üçün zəruri olan bir sıra xüsusatlar ətraflı araşdırılmadan təqsirləndirilən şəxsin əməli düzgün tövsif olunmamış, ona daha yüngül maddə ilə ittiham verilməklə əməlində Azərbaycan Respublikası CM-nin 29, 149.1-ci maddəsinin əlamətlərinin olub-olmaması məsələsi tam araşdırılmamışdır. Ə.Fərhadov tərəfindən cinayət işinin istintaqı zamanı dindirilmiş şahidlərə Azərbaycan Respublikası CPM-nin 19, 26, 95-ci maddələrində nəzərdə tutulan hüquqları həmin maddələr, sadəcə, sadalanmaqla formal olaraq izah olunması, 23.12.2010-cu il tarixli qərarla Ş.Qurbanova zərərçəkmiş şəxs qismində tanınsa da, onun hüquq və vəzifələrinin izah olunmasına dair protokol tərtib olunmaması, təqsirləndirilən və zərərçəkmiş şəxslərə etiraz edilə bilən şəxslərin siyahısının təqdim olunmaması kimi ciddi prosessual pozuntulara yol verilmişdir. Cinayət işi 23.02.2011-ci il tarixdə Goranboy rayon Məhkəməsi tərəfindən təqsirləndirilən şəxsə AR CM-nin 29, 149.1 və 221.2.1-ci maddələri ilə ağır ittihamın irəli sürülməsi üçün AR CPM-nin 318-ci maddəsinə əsasən rayon prokurorluğuna qaytarılmışdır. Həmin cinayət işi 02.03.2011-ci ildə prokurorluğa daxil olmaqla icrası prokuror tərəfindən Ə.Fərhadova həvalə edilmiş, lakin müstəntiq tərəfindən işin icraata qəbul edilməsinə dair qərar qəbul edilmədən istintaq hərəkətləri aparılmışdır”. Əvvəla, Ş.Qurbanovanın şikayəti uzun müddət aidiyyət pozulmaqla rayon polis şöbəsində araşdırılmış, prokuror tərəfindən həmin materialın vaxtında rayon prokurorluğunun icraatına götürülmsi üçün tədbir görülməmiş, 4 noyabr 2010-cu il tarixdə başlanmış cinayət işi icraatıma qəbul edilmiş, 18 noyabr-23 dekabr 2010-cu il tarixlərdə isə əmrlə məzuniyyətdə olmuşam. Yoxlayıcılar mənim məzuniyyətdə olduğum 36 gün ərzində digər müstəntiqin nə iş gördüyünü araşdırmamışlar. Məzuniyyətdən qayıdan kimi iş yenidən icraatıma verilməklə rayon prokurorunun göstərişi əsasında Q.Şükürova AR CM-nin 157.2-ci maddəsi ilə ittiham elan olunmuşdur. 27.12.2010-cu il tarixdə iş üzrə ittiham aktı rayon prokuroru tərəfindən təsdiq edilməklə iş aidiyyəti üzrə Goranboy rayon Məhkəməsinə göndərilmişdir. Yəni istintaq aparıldığı 53 günün cəmi 17 günü iş mənim icraatımda olmuşdur. Azərbaycan Respublikası Prokurorluğu işçilərinin Etik davranış Kodeksinin 21-ci maddəsinə əsasən, “Prokurorluq işçisi birbaşa və ya yuxarı rəhbərinin qanuna uyğun olan və səlahiyyətləri daxilində qəbul etdiyi yazılı əmri, sərəncamı və ya verdiyi şifahi tapşırıqları yerinə yetirməyə borcludur”. Mən də onun tapşırığını icra etmişəm. İkincisi, şahidlər təkcə qeyd olunan cinayət işi üzrə yox, mənim istintaqını aparmış olduğum bütün digər cinayət işləri üzrə Baş Prokurorluğun tərtib etmiş olduğu dindirmə protokolu formasına əsasən, dindirilmiş, şahidlərin hüquq və vəzifələri isə onlara AR CPM-nin müvafiq maddələrinə əsasən, tam izah edilmiş və yalnız bundan sonra dindirmələr aparılmışdır. İstintaqını apardığım və məhkəmədə baxılmış bütün cinayət işlərində bu sahədə heç bir qüsur və ya qanunsuzluq, prosessual qayda pozğunluğu aşkar edilməmişdir. Digər tərəfdən, AR CPM-nin 230.1.6-cu maddəsinə əsasən, şahidin dindirilməsi protokolunda “şahidə onun hüquqlarının, vəzifələrinin və məsuliyyətinin izah edilməsi barədə qeyd” göstərilir. CPM qanundur. O, özfəaliyyətə və subyektiv fikirlərə əsaslana bilməz. “Prokurorluq orqanlarında istifadə olunan blank formalarının nümunələrinin təsdiq edilməsi haqqında” Baş Prokurorun 23.08.2001-ci il tarixli 08/119 nömrəli əmrində deyilir: “Tabe prokurorluqlar tərəfindən təsdiq edilmiş nümunələrdən kənara çıxan fərdi qaydada hazırlanmış blanklardan istifadə edilməsi qadağan edilsin”. Bu hal zərərçəkmişə də hüquq və vəzifələrinin izah edilməsinə aiddir. Ş.Qurbanova zərərçəkmiş şəxs qismində tanınan kimi ona hüquq və vəzifələri izah edilməklə bu barədə qərarda qeyd aparılmış və hüquq və vəzifələrinin tam siyahısını əks etdirən həm zərərçəkmişin özü, həm də müstəntiq tərəfindən imzalanmaqla bildiriş verilmiş, onun bir surəti isə cinayət işinə əlavə olunmuşdur. Onun hüqüq və vəzifələrinin protokolla izah edilməli olması barədə CPM-də heç bir qeyd yoxdur. Burada zərərçəkmişin hansı hüquqları və ya hansı prosessual qayda “kobud” surətdə pozulmuşdur? üçüncüsü, təqsirləndirilən və ya zərərçəkmiş şəxsə etiraz edilə bilən şəxslərin siyahısının təqdim olunmaması isə sırf yalandır.Təqsirləndirilən şəxsə protokolla bu siyahı,yəni ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror və istintaqı aparan müstəntiq təqdim olunmuş, zərərçəkmişə isə həmin şəxslərə etiraz etmək hüququnun olması izah edilməklə bildiriş verilmişdir. Dördüncüsü, güya cinayət işi məhkəmədən rayon prokurorluğuna qaytarılandan sonra icraata qəbul etmə qərarı yazılmadan istintaq hərəkətləri aparmağımla bağlı qeydlər də sırf yalandır. Cinayət işinin materiallarının siyahısında bu qərar qeyd olunmaqla cinayət işinə də əlavə olunmuşdur. Beşincisi, iş üzrə keçirilmiş üzləşdirmə əmrdə qeyd olunduğu kimi səthi yox, çox ətraflı aparılmışdır. Buna əmin olmaq üçün üzləşdirmə protokoluna baxmaq kifayət edər. Ən başlıcası isə, mən 8 aprel 2011-ci il tarixdə bülletenə çıxmaqla cinayət işini tikilmiş vəziyyətdə prokurora təqrirlə təhvil vermişəm. Bundan yalnız 5 ay keçəndən sonra Q.Şükürov yenidən məhkəmə məsuliyyətinə verilmişdir. Şəxsi araşdırmalarımla müəyyən etmişəm ki, cinayət işi müstəntiq T.Abbasovun icraatında olarkən 2010-cu ilin noyabr ayında iş üzrə onun qərarı ilə əlavə məhkəmə-tibb ekspertizası təyin edilmiş və MTE və PA Birliyinin Goranboy rayon şöbəsinin rəisi V.Novruzov tərəfindən müvafiq rəy verilmişdir. Lakin müstəntiq rəyi qəbul etməyə dair ekspertzada kitaba imza edib rəyi alsa da, sonra onu prokurorun göstərişi ilə geri qaytarmışdır. Ekspert isə rəyi şəxsən prokuror H.Babayevə versə də, onun tərəfindən gizlədilmiş və cinayət işi mənə məzuniyyətdən qayıdarkən təhvil verilərkən materialların içərisində rəy olmamışdır. Hazırda da həmin rəy cinayət işinə bu günə kimi əlavə olunmamışdır. Digər tərəfdən, 2011-ci ilin aprel ayında iş prokuror köməkçisi F.Vəliyevin icraatına veriləndən sonra zərərçəkmiş rayon prokurorluğuna dəvət edilərək Q.Şükürov tərəfindən zorlanmağa cəhd edilmədiyi barədə barışıq ərizəsi alınmışdır”. (Davamı var) Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlı TƏLƏB: - “İrəvan bunda maraqlı deyil”
Bu gün, 18:00 |
|
|
|
• Hesablama Palatası Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətində nöqsanlar AŞKAR EDİB
Bu gün, 17:31 |
|
|
|
• İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədrinə yeni müşavir təyin edilib - ƏMR
Bu gün, 17:26 |
|
|
|
• Suriyadan sonra: İran atom bombası əldə etməyə tələsir - “Nezavisimaya qazeta”
Bu gün, 17:23 |
|
|
|
• Sülh müqaviləsi şübhə altında - İNCƏLƏMƏ
Bu gün, 17:19 |
|
|
|
• Bakıda iranlı narkotik tədarükçüsü ifşa olundu - Polis əməliyyatı
Bu gün, 17:17 |
|
|
|
• Fərhad Əhmədovun adı “Böyük Manipulyator”a necə düşdü? - Böyük Manipulyator
Bu gün, 17:14 |
|
|
|
• "Öz ölkəsində ölüm hökmü olan Qərb ölkələrinin səfirləri ölkəmizdə "beynəlxalq hüquq"dan danışır"
Bu gün, 17:04 |
|
|
|
• Mədəniyyət Nazirliyinin vəzifəli şəxsi işindəki nöqsanlara görə cərimə edildi - TƏFƏRRÜAT
Bu gün, 17:00 |
|
|
|
• Zəngəzur dəhlizi olmayacaqsa, Ermənistan dalan ölkəsi olaraq qalacaq
Bu gün, 16:58 |
|
|
|
• "Yelo Bank"ın kritik maliyyə hesabatları - Ehtiyatlar azalıb
Bu gün, 16:42 |
|
|
|
• Yaşar Əliyev illər uzunu tutduğu vəzifədən alınaraq... - YENİ TƏYİNAT
Bu gün, 16:37 |
|
|
|
• Azərbaycan Qətərə yeni səfir TƏYİN EDİB
Bu gün, 16:35 |
|
|
|
• Tofiq Musayev Azərbaycanın BMT yanında daimi nümayəndəsi təyin edilidi - SƏRƏNCAM
Bu gün, 16:34 |
|
|
|
• Azərbaycanın Niderlanda yeni səfiri təyin edilib - FOTO
Bu gün, 16:32 |
|
|
|
• Azərbaycan İndoneziyaya yeni səfir TƏYİN EDİB
Bu gün, 16:31 |
|
|
|
• Cəlal Mirzəyev səfir vəzifəsindən geri çağırılıb - SƏRƏNCAM
Bu gün, 16:29 |
|
|
|
• “Gədəbəyin dağ kəndlərində də kilsələr tikilsin, biz də qaz üzü görək” - SAKİNLƏR ÇARƏSİZDİR
Bu gün, 16:23 |
|
|
|
• Qulu Məhərrəmliyə Prezidentin fərdi təqaüdü verilib - SƏRƏNCAM
Bu gün, 16:17 |
|
|
|
• Bakıda həbsxanada MƏHKUM ÖLDÜ
Bu gün, 16:13 |
|
|
|
• Prezident İlham Əliyev Mayıl Əhmədovu 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif etdi - SƏRƏNCAM
Bu gün, 16:12 |
|
|
|
• Dəməşqdə mitinq – Colani administrasiyasına ETİRAZ
Bu gün, 16:06 |
|
|
|
• AYNA bir “texniki" nasazlığın əlində qalıb – Problem niyə həll olunmur?
Bu gün, 16:02 |
|
|
|
• Tramp Aİ-ni hədələyir, ABŞ-dan daha çox neft və qaz almağı tələb edir - "Bloomberg”
Bu gün, 15:59 |
|
|
|
• “Saf Farma“-nın “əldən satış“ biznesinin gizlinləri - Şirkət vergidən belə yayınır...
Bu gün, 15:57 |
|
|
|
• Fuad Nəcəfli ÖZÜNDƏN PADŞAH DÜZƏLDİR? - BU NƏDİ BELƏ?..
Bu gün, 15:50 |
|
|
|
• Putin müsahibədə Əliyevdən bu iki cavabı gözləyirdi – Daniyelyan
Bu gün, 15:47 |
|
|
|
• Azərbaycanda 3600 manata bayramı qeyd edənlər var - "Tələbat olacaqsa, qiyməti daha da qaldıracaqlar..."
Bu gün, 15:41 |
|
|
|
• 32 yaşlı Səmra çılpaq şəkli ilə gündəmdə - FOTO
Bu gün, 15:37 |
|
|
|
• Bayramqabağı əfv sərəncamı gözlənilir? - AÇIQLAMA
Bu gün, 15:35 |
|
|
|
• İndiyə qədər belə müəllim-şagird gərginliyi olmayıb: - Bu düşmənçilik haradandır?
Bu gün, 15:06 |
|
|
|
• Rusiyanın NATO ilə müharibə aparacaq qədər gücü yoxdur - FAKT BUDUR!
Bu gün, 15:03 |
|
|
|
• Mingəçevirdə sərxoş kişi qonşu evinə girdi: "Hamamdan təzə çıxmışdım..." – Şok təfərrüat
Bu gün, 15:01 |
|
|
|
• Ağalı kənd məktəbinə yeni direktor təyin olunub - ƏMR
Bu gün, 14:58 |
|
|
|
• BU NƏDİ BELƏ: Təbii qazın olduğu kəndlərdə məktəbləri odunla qızdırırlar - NAZİRİN NƏZƏRİNƏ!
Bu gün, 14:56 |
|
|
|
• Rəşad Məcid: Tənqiddə kor-təbii yanaşma yolverilməzdir: - Bundan bütöv jurnalistika itirir
Bu gün, 14:52 |
|
|
|
• Oruc Zalovun polkovnik oğlu Gömrükdəki vəzifəsindən çıxarıldı - ƏMR
Bu gün, 14:48 |
|
|
|
• Nikolun söz oyunu arxasındakı İLGİNC səbəb
Bu gün, 14:45 |
|
|
|
• Müharibə tezliklə bitməyəcək – Yeni ərazi iddiaları var
Bu gün, 14:02 |
|
|
|
• Fransanın Azərbaycana batırmaq istədiyi dişləri artıq sınıb - ŞƏRH
Bu gün, 14:00 |
|
|
|
• Siyasətçilər Yeni ili harada qarşılayacaq? - "Onlar Dubaya getsin, mənim yolka almağa pulum yoxdur..."
Bu gün, 13:58 |
|
|
|
• “Doğru xəbərlə dezinformasiyanı ayırd etmək səbir, tənqidi yanaşma və məlumatlılıq tələb edir” - Vüqar Zifəroğlu
Bu gün, 13:10 |
|
|
|
• Azərbaycanda 10 manat sərmayə ilə daha bir audit şirkəti - FƏALİYYƏTƏ BAŞLAYIB
Bu gün, 13:08 |
|
|
|
• “Sosial şəbəkədə hamı məni söyür"
Bu gün, 13:06 |
|
|
|
• “Aqressiyalaşan” MƏKTƏBLƏR – Valideynlərin yalnış tərbiyəsi, yoxsa müəllimlərin metodikasızlığı?
Bu gün, 12:56 |
|
|
|
• "E-Kredit" BOKT-a yaxın iki yeni şirkət yaradılıb
Bu gün, 12:53 |
|
|
|
• Azərbaycanlılar hakimiyyətə qarşı ETİRAZA QALXDI - FOTO
Bu gün, 12:45 |
|
|
|
• Erməni hərbi cinayətkarların işinə baxacaq hakim MƏLUM OLDU
Bu gün, 12:38 |
|
|
|
• Paşinyan saman çöpündən yapışır: amma nə vaxtadək? - GƏLİŞMƏ
Bu gün, 12:32 |
|
|
|
• Bəzi yerlərdə qısamüddətli yağıntılı olacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:31 |
|
|
|
|