
40 YAŞLI İŞÇİ NƏTİCƏDƏ DÜNYASINI DƏYİŞİB
Bakıda metal əritmə sexində partlayış olub.
Bu barədə APA-ya Qaradağ Rayon Polis İdarəsindən bildirilib.
Hadisə Qobustan qəsəbəsində qeydə alınıb. Qəsəbə ərazisində fəaliyyət göstərən metal əritmə sexində baş verən partlayış nəticəsində orada işləyən bir nəfər – 40 yaşlı Əbülfət Əzim oğlu Rəsulov xəsarət alıb. Təcilli olaraq xəstəxanaya yerləşdirilən yaralı aldığı xəsarətdən orada dünyasını dəyişib.