Nazirin köməkçisi bacısından sonra .....                     “İraqda mənə qarşı iki sui-qəsd hazırlanmışdı” .....                     “Paşinyan sülh müqaviləsi ilə bağlı prosesi ona görə uzadır ki…” .....                     Ermənilərin gözü Bakıda: Tarixi etiraf olacaq, siyahıda onlar da var .....                     Zaxarova əsəbiləşdi: .....                     Niyə kiçik mağazalar “Card-to-Card”a üstünlük verir və vergi idarəsi bundan necə xəbər tutur? .....                     Tərtər rayonunda “Mülki müdafiə sahəsində 2024-cü ilin yekunu, 2025-ci ildə qarşıda duran vəzifələr” mövzusunda müşavirə keçirilib .....                     Ərdoğan və Makron arasında telefon danışığı olub .....                     Xaricə satdığımız elektrik enerjisinin dəyəri .....                     Məhkəmədən Xoşqədəm Hidayətqızına .....                     "Həyat yoldaşı adamı qocaldır" .....                     "Gold Məkan" tikinti şirkəti sakinlərin evini başlarına uçurur .....                     ŞOK İDDİA: İsrail helikopteri Dəməşqə ENDİ .....                     Prezident “Washington Post”, “New York Times”, “Figaro” və “Le Monde”ni “yalançı dördlük” adlandırıb .....                     "Amerikanın səsi” və “Azadlıq radiosu” kimi əlaltı resursları vasitəsilə ölkəmizə qara yaxırlar .....                     “Daxmamız qəzalı vəziyyətdədir, acınacaqlı durumdayıq” .....                     “Düşünməmişəm ki, ulduz aktyor çəkim, serial onun hesabına baxılsın” .....                     Ermənistan və onun havadarlarına növbəti mesaj .....                     Ermənistan bizimlə silah yarışında tab gətirməyəcək .....                     Rasim İldırım məhkəməyə cibində 20 minlə gəldi .....                     Şairə Əli Mirəliyevi pərt elədi: .....                     Yaxın Şərqdən Cənubi Qafqaza: .....                     Bakının tükənməz .....                     "Timurun əslən Azərbaycanın hansı bölgəsindən olduğunu bilmirik... .....                     Qafar Dəmirçinin rəhbərlik etdiyi şirkətlər qrupuna daxil olan MMC cərimələnir .....                     Bağlanan məktəblərin müəllimləri işsiz qalacaq? .....                     Jurnalist Əvəz Zeynallının həbs müddəti AZALDILDI .....                     ABŞ “münasib məqamda” Suriyaya hərbçilər göndərəcək .....                     Sumqayıtda daha bir olay: BU DƏFƏ BAĞÇADA... .....                     Sərkisyanın yalanı üzünə vuruldu .....                     ABŞ sürətlə Ermənistan ordusuna “yerləşir” .....                     “Starlink” Azərbaycanda fəaliyyətə başlaya bilmir .....                     "Qızılı keçirə bilsəydik 5 min manat pul alacağdıq" .....                     Tanınmışlardan nazirə CAVAB GECİKMƏDİ: .....                     Bakıda qızının faciəsinə dözməyən ata infarktdan öldü .....                     "Qarabağdan çıxmış ermənilər könüllü şəkildə, özlərinin xahişi ilə ərazilərimizi tərk ediblər" .....                     11 gündən sonra Dəməşq aeroportundan ilk uçuş həyata keçirilib .....                     Gürcüstandakı etirazlar inqilabi hərəkat deyil, çünki buna tələbat yoxdur .....                     Gecə yarımadanın bəzi yerlərində suluqar yağacaq .....                     22 yaşında qətl törətmişdi .....                 

TRAMP PUTİNƏ KRIMI TƏKLİF EDİB? – Dünya yeni ABŞ Prezidentindən nə gözləyir?
Tarix: 11-11-2024, 11:05 | Çap et
TRAMP PUTİNƏ KRIMI TƏKLİF EDİB?
Artıq xəbər verildiyi kimi, ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Tramp cümə axşamı, noyabrın 7-də Rusiya başçısı Vladimir Putinlə telefon danışığı aparıb.

“AzPolitika” xəbər verir ki, “The Washington Post”-un öz mənbələrinə istinadla yaydığı məlumata görə, Tramp və Putin Ukraynadakı müharibəni müzakirə ediblər. Qeyd olunur ki, bu, Tramp seçkilərdə qalib gələndən sonra onlar arasında baş tutan ilk telefon danışığı olub.

Mənbələrdən biri bildirib ki, Tramp Floridadakı iqamətgahından etdiyi zəng zamanı Rusiya başçısına “Ukraynada müharibəni qızışdırmamağı” tövsiyə edib və ona Vaşinqtonun Avropada böyük hərbi mövcudluğunu xatırladıb.

Nəşrin mənbələrinin bildirdiyinə görə, Putin və Tramp Avropa qitəsində sülhün zərurətindən danışıblar və Tramp “Ukraynadakı müharibənin tezliklə həllini” müzakirə etmək üçün gələcək danışıqlarda maraqlı olduğunu deyib.

Daha sonra xəbərdə iddia olunur ki, Tramp Rusiyanın ələ keçirdiyi Ukrayna ərazilərinin bir hissəsinin onun nəzarətində saxlanması ilə bağlı razılaşmanı dəstəkləyəcəyinə eyham vurub. Nəşr bunun, məsələn, Krım yarımadası ola biləcəyini qeyd edib: “Bu məsələ ilə tanış olan şəxslərin dediyinə görə, telefon danışığı zamanı o, ötəri olaraq ərazilər məsələsinə toxunub”.

Qeyd edək ki, bundan əvvəl Trampın müşaviri Brayan Lanza demişdi ki, Birləşmiş Ştatlar bundan sonra Ukraynaya “Krımı qaytarmaq” səylərində dəstək verməyəcək, çünki Ukrayna artıq Krımı itirib. O qeyd edib ki, Ukraynadakı münaqişəyə son qoyulması ABŞ üçün prioritet olacaq.

Nəşr iki mənbəyə istinadla qeyd edir ki, guya Putinə zəng barədə Ukrayna hökuməti əvvəlcədən məlumatlandırılıb və rəsmi Kiyev söhbətin aparılmasına etiraz etməyib. Nəşrin həmsöhbətlərinin sözlərinə görə, Ukrayna rəsmiləri Trampın Ukraynadakı müharibənin diplomatik yolla həlli ilə bağlı Putinlə qarşılıqlı əlaqədə olacağını çoxdan başa düşürlər. Lakin yazı dərc olunandan bir müddət sonra Ukrayna XİN bəyan etdi ki, rəsmi Kiyev Trampla Putinin telefon danışığı barədə xəbərdar edilməyib.

Materialda qeyd edilir ki, Trampın dünya liderləri, o cümlədən Putinlə ilk zəngləri Dövlət Departamentinin və ABŞ hökumətinin tərcüməçilərinin dəstəyi olmadan baş verir.

“Washington Post” həmçinin öz mənbələrinə istinadla qeyd edib ki, Ukrayna özünün ABŞ-dəki səfirini dəyişməli olacaq. Söhbət Prezidenti Volodimir Zelenskinin ABŞ-yə səfərindən sonra Nümayəndələr Palatasının spikeri, respublikaçı Mayk Consonun vəzifəsindən azad edilməsini tələb etdiyi Oksana Markarovadan gedir. Xatırladaq ki, Markarova sentyabr ayında Zelenskinin Pensilvaniyadakı hərbi sursat zavoduna səfərini təşkil etməkdə və bununla demokratların təbliğatını aparmaqda günahlandırılırdı.

Beləliklə, Qərb mətbuatına inansaq, artıq ABŞ-nin yeni seçilmiş Prezidenti dünyanın onun prezidentliyi ilə bağlı gözləntiləri istiqamətində fəaliyyətə başlayıb.

Bu məsələdə daha çox diqqət cəlb edən və sözsüz ki, dünyada yaşanan ümumi gərginliyin əsas tətikləyicisi olan Rusiyanın Ukraynaya qarşı işğalı məsələsində yeni ABŞ Prezidentinin mövqeyidir. Ukrayna məsələsi başda olmaqla, artıq Trampın prezidentliyinin müsbət nəticələrə ümidləndirən ilk əlamətləri görünməkdədir. Bunlardan ən əsası təbii ki, Putinin noyabrın 7-də (Trampla telefon danışığının olduğunun iddia edildiyi gün) “Valday” konfransında verdiyi bəyanatlardır. Həmin bəyanatlarda deyilirdi ki, Moskva Qərbi özünə düşmən hesab etmir və “heç kimlə heç kimə qarşı birləşmək fikrində deyil”. O, həmçinin Trampın Ukrayna ilə müharibəni bitirmək planını ciddi qəbul etdiyini bildirib.

Ancaq dəyişiklik siqanalı təkcə bu deyil. Məsələn, Avropa Birliyi Trampdan onunla münasibətlərində yeni mərhələyə başlamasını və təbii qazı Rusiyadan deyil, ABŞ-dən almaq istəyini bəyan edib.

Çin lideri ABŞ ilə sülh şəraitində yaşamağa çalışdığını və Amerika xalqının seçiminə hörmət etdiyini deyib.

Hətta “Taliban” da ABŞ ilə sülh razılaşması istədiklərini bəyan edib və onun adının terror təşkilatları siyahısından çıxarılmasını istəyib.

Husilər öz hərəkətlərinin sırf müdafiə xarakteri daşıdığını və gəmilərə hücumları dayandırdıqlarını bəyan ediblər.

HƏMAS Trampın seçilməsindən sonra müharibəni dərhal dayandırmağa çağırıb. Qətər isə HƏMAS rəhbərliyindən öz ərazisini tərk etmələrini tələb edib.

Meksika qeyri-qanuni mühacirlərin Amerikaya daxil olmasının qarşısını almaq üçün ABŞ ilə sərhədin möhkəmləndirilməsi məqsədilə tədbirlərə başlayıb. Nyu-Yorkda isə qeyri-qanuni miqrantların ölkədən çıxarılması üçün dörd ildir həyata keçirilməyən genişmiqyaslı əməliyyata başlamaq barədə qərar verilib.

Kriptovalyutalar indiyə qədər görünməmiş qədər bahalaşıb və fond bazarı hərəkətə gəlib.

Bunlar hələlik “isti-isti” baş verən, üzdə olan və “gözlə görünən” ilk dəyişikliklərdir. Ancaq bunun ardının gəlib-gəlməyəcəyini, gözləntilərin özünü nə dərəcədə doğruldacağını yaxın aylarda, xüsusilə də Trampın rəsmən prezidentlik səlahiyyətlərinin qüvvəyə minməsindən sonra görəcəyik.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Nazirin köməkçisi bacısından sonra atasını da İTİRDİ
Bu gün, 16:09
“İraqda mənə qarşı iki sui-qəsd hazırlanmışdı” - Roma Papası
Bu gün, 16:08
“Paşinyan sülh müqaviləsi ilə bağlı prosesi ona görə uzadır ki…” - İqbal Ağazadə
Bu gün, 15:36
Ermənilərin gözü Bakıda: Tarixi etiraf olacaq, siyahıda onlar da var - GƏLİŞMƏ
Bu gün, 15:34
Zaxarova əsəbiləşdi: - Bu sualı İrəvana verin!
Bu gün, 15:33
Niyə kiçik mağazalar “Card-to-Card”a üstünlük verir və vergi idarəsi bundan necə xəbər tutur? - AKTUAL
Bu gün, 15:29
Tərtər rayonunda “Mülki müdafiə sahəsində 2024-cü ilin yekunu, 2025-ci ildə qarşıda duran vəzifələr” mövzusunda müşavirə keçirilib
Bu gün, 15:26
Ərdoğan və Makron arasında telefon danışığı olub
Bu gün, 15:25
Xaricə satdığımız elektrik enerjisinin dəyəri 16 qəpikdən 9 qəpiyə düşüb
Bu gün, 15:24
Məhkəmədən Xoşqədəm Hidayətqızına daha bir QADAĞA
Bu gün, 15:22
"Həyat yoldaşı adamı qocaldır" - Əməkdar artist
Bu gün, 15:18
"Gold Məkan" tikinti şirkəti sakinlərin evini başlarına uçurur – ŞİRKƏT RƏHBƏRLİYİ MƏHKƏMƏ QƏRARINA MƏHƏL QOYMUR
Bu gün, 15:14
ŞOK İDDİA: İsrail helikopteri Dəməşqə ENDİ - 20 dəqiqəlik GİZLİ ƏMƏLİYYAT
Bu gün, 15:02
Prezident “Washington Post”, “New York Times”, “Figaro” və “Le Monde”ni “yalançı dördlük” adlandırıb
Bu gün, 14:57
"Amerikanın səsi” və “Azadlıq radiosu” kimi əlaltı resursları vasitəsilə ölkəmizə qara yaxırlar - Prezident İlham Əliyev
Bu gün, 14:52
“Daxmamız qəzalı vəziyyətdədir, acınacaqlı durumdayıq” - Ağdam sakinindən icra başçısına MÜRACİƏT
Bu gün, 14:49
“Düşünməmişəm ki, ulduz aktyor çəkim, serial onun hesabına baxılsın”
Bu gün, 14:45
Ermənistan və onun havadarlarına növbəti mesaj - İsrafil Kərimovun yazısı
Bu gün, 14:41
Ermənistan bizimlə silah yarışında tab gətirməyəcək - FAKT BUDUR!
Bu gün, 14:39
Rasim İldırım məhkəməyə cibində 20 minlə gəldi - TƏFƏRRÜAT
Bu gün, 14:26
Şairə Əli Mirəliyevi pərt elədi: - “Gücün çatmaz!”
Bu gün, 14:23
Yaxın Şərqdən Cənubi Qafqaza: - paytaxtlarda gözləntilər var
Bu gün, 14:00
Bakının tükənməz TIXAC DƏRDİ
Bu gün, 13:58
"Timurun əslən Azərbaycanın hansı bölgəsindən olduğunu bilmirik... - İşğalçılara qarşı döyüşdə həlak oldu...”
Bu gün, 13:11
Qafar Dəmirçinin rəhbərlik etdiyi şirkətlər qrupuna daxil olan MMC cərimələnir - TƏFƏRRÜAT
Bu gün, 13:09
Bağlanan məktəblərin müəllimləri işsiz qalacaq? - AÇIQLAMA
Bu gün, 13:07
Jurnalist Əvəz Zeynallının həbs müddəti AZALDILDI - DETALLAR
Bu gün, 13:05
ABŞ “münasib məqamda” Suriyaya hərbçilər göndərəcək
Bu gün, 13:03
Sumqayıtda daha bir olay: BU DƏFƏ BAĞÇADA... - İşdən çıxarılan işçi elə faktları açıqladı...
Bu gün, 13:02
Sərkisyanın yalanı üzünə vuruldu – “Bakı yox, siz yalvardınız ki...”
Bu gün, 12:48
ABŞ sürətlə Ermənistan ordusuna “yerləşir” - Korotçenko
Bu gün, 12:47
“Starlink” Azərbaycanda fəaliyyətə başlaya bilmir – Danışıqlar aparılıb, şirkət də yaradılıb, amma...
Bu gün, 12:46
"Qızılı keçirə bilsəydik 5 min manat pul alacağdıq" - "Duty Free"nin keçmiş əməkdaşlarının cinayət işi
Bu gün, 12:36
Tanınmışlardan nazirə CAVAB GECİKMƏDİ: - “Psixoloqa müraciət etsinlər”
Bu gün, 12:34
Bakıda qızının faciəsinə dözməyən ata infarktdan öldü
Bu gün, 12:30
"Qarabağdan çıxmış ermənilər könüllü şəkildə, özlərinin xahişi ilə ərazilərimizi tərk ediblər" - deputat
Bu gün, 12:26
11 gündən sonra Dəməşq aeroportundan ilk uçuş həyata keçirilib - TASS
Bu gün, 12:21
Gürcüstandakı etirazlar inqilabi hərəkat deyil, çünki buna tələbat yoxdur - Zurabişvili
Bu gün, 12:20
Gecə yarımadanın bəzi yerlərində suluqar yağacaq - belə deyirlər...
Bu gün, 12:19
22 yaşında qətl törətmişdi - 17 il həbs cəzası aldı
Bu gün, 12:07
Suriya erməniləri Ermənistana axışır -PKK təhlükəsi…
Bu gün, 12:06
Serj Sarkisyan, Robert Koçaryan istintaq prosesində dindirilməlidir - ÇAĞIRIŞ
Bu gün, 12:00
Nə ayağımda, nə də başqa yerimdə problem var - Afaq Bəşirqızı
Bu gün, 11:56
Azərbaycan Hərbi Dəniz Qüvvələrinə komandan təyin edilib - ƏMR
Bu gün, 11:47
"Makron hökumətinin Ermənistana tədarük etdiyi silahlar Azərbaycan üçün praktiki təhlükə yaradır" - Prezident İlham Əliyev
Bu gün, 11:40
Həbs edilən Qafar Dəmirçiyə vaxtıilə havadarlıq edən Firdovsi Əliyevi nələr gözləmir… - İLGİNC FAKTLAR...
Bu gün, 11:39
"Mingəçevir"ə dəstək olmaq istəyən şirkətin rəhbəri AFFA İcraiyyə Komitəsinin iclasında iştirak edib - AÇIQLAMA
Bu gün, 11:34
Qayınatasını və arvadını yatdığı yerdə öldürdü - Bakıda qandonduran CİNAYƏT
Bu gün, 11:33
Azərbaycandan qovulanlar Borçalıya necə yerləşdi - İranın “revanşı”
Bu gün, 11:27
1 milyon qanpulu davası: İşə adı qarışan “böyük adamlar” kimlərdir? - TƏFƏRRÜAT
Bu gün, 11:25
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru