PKK kartı kimin cibindədir? - YENİ ÇALXALANMA
Tarix: 24-10-2024, 15:22 | Çap et
 Dövlət Baxçalının Öcalanla bağlı “terrorçubaşının təcridi qaldırılırsa, gəlsin TBMM-də DEM Partiyasının qrup toplantısında danışsın, terrorun tamamilə bitdiyini və təşkilatın (PKK) ləğv edildiyini elan etsin” açıqlaması müxtəlif formalarda şərh edilsə də, özündə iki vacib məqamı ehtiva edir. 1. Bu, Baxçalının yox, Ərdoğanın - Türkiyə dövlətinin mövqeyidir; 2. Türkiyə yarım əsrlik terror probleminin həlli istiqamətində növbəti mərhələyə start verməyə çalışır; Öcalan planını Ərdoğan, yaxud AKP-dən olan hansısa rəsmi şəxs yox, məhz MHP lideri Dövlət Baxçalı açıqlamalı idi. Çünki PKK-ya qarşı mübarizə millətçi kəsimin “qırmızı xətti” olub və çağırışın AKP qanadından edilməsi millətçilərin qarşı çıxmasına, hakim ittifaqın zədələnməsinə səbəb ola bilərdi. Baxçalının danışması millətçi kəsimin tam dəstək verməsə belə, sərt reaksiyasının qarşısını almış oldu. Türkiyə siyasətində “zəlzələ effekti” yaradan Öcalan çağırışının PKK-ya qarşı mübarizə planında konkret hədəflərə hesablandığı bəllidir. Birincisi, PKK ideologiyasının Türkiyə siyasətində ləğv edilməsidir. Türkiyə terror təşkilatının məhv edilməsi istiqamətində praktiki nəticələr əldə edib, istər PKK-ya qoşulanların sayının ciddi şəkildə azalması, istər daxili və sərhəd təhlükəsizliyinin gücləndirilməsi real vəziyyəti izah edir. Hərçənd, terror təşkilatının ideologiyasının Türkiyə siyasətində davam etdiyi, keçmiş HDP lideri Dəmirtaşın terrora açıq dəstəyə görə həbs edilməsi belə bu reallığı dəyişdirmədiyi ortadadır. Öcalanın TBMM-də PKK-nın ləğv edildiyini elan etməsi, terror təşkilatına bağlı ideologiyanın siyasi müstəvidə də zəifləməsinə zəmin yarada bilər. İkincisi, AKP-MHP ittifaqının PKK və ona bağlı siyasi qüvvələri parçalamaq gedişidir. Bu kontekstdə Baxçalının “Nə Qəndil, nə də Ədirnə: ünvan İmralıdan DEM-ə uzansın, bu ağır və tarixi terror problemi ölkə gündəmindən tamamilə çıxarılsın” sözləri diqqət çəkir. MHP lideri Qəndil dedikdə PKK-nın danışıqlara, hətta Öcalana qarşı çıxan lideri Cəmil Bayakı, Ədirnə dedikdə, həbsdə olan keçmiş HDP lideri Səlahəddin Dəmirtaşı nəzərdə tutur. Buna nail olarlarsa: - “kürd məsələsi”ni Qəndilin nəzarətindən çıxara, PKK-nın siyasi müstəviyə təsirini aradan qaldıra bilərlər; - hətta plan tam effekt verməsə belə, bu, “kürd məsələsi” üzərindən siyasət aparan və terror aktı törədən qrup daxilində parçalanma yaradacaq: Türkiyə DEM və Öcalandan Qəndil və onun siyasi müstəvidəki qruplarına qarşı alternativ kimi istifadə edə biləcək; - belə bir parçalanma Türkiyə siyasətində “kürd məsələsi” ətrafındakı elektoratın da bölünməsinə səbəb ola, müxalifətin səslərini azalda, yaxud bu səsləri bölə bilər; - Və “kürd məsələsi” kartının, bunuTürkiyəyə qarşı istifadə edən kənar qüvvələrin də əlindən alınması imkanı yarana bilər; Mümkündür ki, Baxçalının çıxışından öncə Öcalan və DEM-lə müzakirələr aparılıb və müəyyən razılaşmalar əldə edilib. DEM-in TUSAŞ terroruna reaksiyası bu fikri gücləndirən detaldır. PKK-nın terror aktı törətməsi də mümkün anlaşmaya qarşı “müqavimət cəhdi”dir. Və terror aktlarının davam edəcəyi gözləntisini yaradır. Çünki DEM-Öcalan planı təkcə Qəndilin təsir rıçaqlarını zəiflətmir, həm də PKK kartından istifadə edən güclərə sərfəli deyil.
Asif Nərimanlı - "DİA-AZ"


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Zelenski anasına müraciət etdi - “... narahat olma!”
Bu gün, 02:12 |
|
|
|
• Gömrükdəki köhnə iddialar və kölgələr... - Yeni sistem də bir işə yaramırsa...
Bu gün, 01:59 |
|
|
|
• İcra başçısı rüşvət alan işçisini BELƏ QORUDU - TƏFƏRRÜAT
Bu gün, 01:53 |
|
|
|
• Çin Putinə arxa çevirdi: Rusiya lideri geri çəkilmək məcburiyyətində qalıb - ŞƏRH
Bu gün, 01:48 |
|
|
|
• Dünya qorxu içində: Hindistan-Pakistan nüvə müharibəsi olacaqmı? - AKTUAL
Bu gün, 01:44 |
|
|
|
• TDT prioritet olsa da, Cənubi Azərbaycan daha vacibdir - İNCƏLƏMƏ
Bu gün, 01:42 |
|
|
|
• "Bu proses hazırda da mərhələli şəkildə davam etdirilir" - deputat
Bu gün, 01:38 |
|
|
|
• "Məni qarşıda ağır xərçəng xəstəliyi gözləyirmiş"
Bu gün, 01:32 |
|
|
|
• “Dodağını şişirdən müğənnilər xalqı məhv ediblər”
Dünən, 23:33 |
|
|
|
• Ermənistanda Azərbaycana qarşı terror aktlarına intensiv hazırlıq gedir - VİDEO
Dünən, 23:32 |
|
|
|
• Bakıda daha bir gizli Rusiya-Almaniya görüşü – Azərbaycan qlobal dialoqların yeni ünvanına çevrilir
Dünən, 23:27 |
|
|
|
• Hindistan iyulda Ermənistana “Akash” sistemlərinin ikinci partiyasını göndərəcək
Dünən, 23:24 |
|
|
|
• Rusiyanın Ukrayna ilə sülh danışıqlarına ev sahibliyi etməyə hazırıq - Ərdoğan
Dünən, 15:57 |
|
|
|
• Trampdan Azərbaycanla bağlı mühüm tapşırıq - AÇIQLAMA
Dünən, 15:52 |
|
|
|
• Paşinyanın gizli müqaviləsi - Hamilə, uşaq, qoca və əlillər üzərində ÖLÜM SINAĞI
Dünən, 15:00 |
|
|
|
• Paşinyan müharibədə məğlub olduğu üçün belə deyir - FAKT BUDUR!
Dünən, 14:57 |
|
|
|
• “Ramiz Fətəliyev və İhsan Nəcəfov nakişi hərəkət ediblər, Elmira Axundova isə…” - Əli Ömərov
Dünən, 14:52 |
|
|
|
• Dollara tələbat artır, rəsmilər susur: Örtülü bazar - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 11:52 |
|
|
|
• Putin üçün 22 bəndlik ÇIXIŞ YOLU - “NBC News”
Dünən, 11:49 |
|
|
|
• Xanım Qafarovanın anası dünyasını dəyişib
Dünən, 11:47 |
|
|
|
• "Onkoloji xəstə üçün 811-ci növbə nə deməkdir?" - ETİRAZ
Dünən, 11:44 |
|
|
|
• Paşinyan üçün 3 kritik ssenari cızıldı – Yaxın günlərdə…
Dünən, 11:42 |
|
|
|
• Xalq artistinin keçmiş həyat yoldaşı axtarışa verildi - TƏFƏRRÜAT
Dünən, 11:40 |
|
|
|
• Qaradağda 15 yaşlı qıza restoranda toy ediblər - Hər kəs göz yumub
Dünən, 11:38 |
|
|
|
• Tramp Kəşmir probleminin həllinə çalışacaq
Dünən, 09:24 |
|
|
|
• «Gold Residence»lə KİMSƏ BACARMIR? - NARAZILIQ VAR...
Dünən, 09:22 |
|
|
|
• “Elm ocağı hara, çayxana hara?!” - BU NƏDİ BELƏ?
Dünən, 09:10 |
|
|
|
• Azərbaycanlı müğənni açıq-saçıq fotoları ilə gündəmə gəldi - FOTO
Dünən, 09:01 |
|
|
|
• “Bu, Makron rejiminin öz vətəndaşlarına qarşı ədalətsiz siyasətinin təzahürüdür” - deputat
Dünən, 08:58 |
|
|
|
• ABŞ-ın Rusiya qazı ilə bağlı hədəfi... - “Voll Strit Jurnal”
Dünən, 08:54 |
|
|
|
• Bu gün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı keçiriləcək
Dünən, 06:15 |
|
|
|
• Pakistanda 150 uçuş reysi ləğv edildi
Dünən, 06:08 |
|
|
|
• "Həbsxanada əlacsızlıqdan ağladığım o günü xatırladım"
Dünən, 02:48 |
|
|
|
• Saat hesabı qazanc: həm aylıq maaş sistemi qalır, həm də... - ARAŞDIRMA
Dünən, 02:45 |
|
|
|
• “Milyonluq saray”ın sahibi Bəxtiyar Dali çəkiliş etməməsi üçün jurnalistə pul TƏKLİF EDİBMİŞ
Dünən, 02:43 |
|
|
|
• İranı nüvəsizləşdirmək yalnız danışıqlar yolu ilə mümkündür - GƏLİŞMƏ
Dünən, 02:36 |
|
|
|
• İnformasiya “fırtınası” - AKTUAL
Dünən, 02:33 |
|
|
|
• "Hər bir sənət adamı buna fikir verməlidir"
Dünən, 02:30 |
|
|
|
• Ermənistan MN-in keçmiş sözçüsündən SƏRSƏM AÇIQLAMA - "Hitler "Böyük Ermənistan"ı qura bilərdi"
Dünən, 02:23 |
|
|
|
• "Prezident Tofiq Yaqublunu əfv edə bilər" - Qüdrət Həsənquliyev
10-05-2025, 19:08 |
|
|
|
• “Türkiyədə işləyir, niyə gəlib burada iş axtarsın ki?” - Cahangir Novruzov Azərbaycana gələcək?
10-05-2025, 19:05 |
|
|
|
• Putin hesab edir ki... - GƏLİŞMƏ
10-05-2025, 16:20 |
|
|
|
• “Paşinyana qarşı impiçment məsələsi boş və mənasızdır...” - GƏLİŞMƏ
10-05-2025, 16:16 |
|
|
|
• “Türkiyədə işləyir, niyə gəlib burada iş axtarsın ki?” - Cahangir Novruzov Azərbaycana gələcək?
10-05-2025, 15:51 |
|
|
|
• Paralimpiya çempionumuz beynəlxalq yarışlardan uzaqlaşdırıldı - QALMAQAL
10-05-2025, 15:38 |
|
|
|
• "Bu nə münasibətdir, bu nə biganəlikdir?" - ETİRAZ VAR...
10-05-2025, 15:16 |
|
|
|
• Ermənistan və 26 ölkənin səfirləri Ukrayna XİN-ə çağırıldı
10-05-2025, 15:07 |
|
|
|
• Simonyan 44 günlük müharibə barədə: - Ayağına yıxılmağa adam axtarırdım ki...
10-05-2025, 15:05 |
|
|
|
• Ukrayna Silahlı Qüvvələri dörd dəfə Kursk və Belqorod vilayətlərinə girməyə cəhd göstərib - Rusiya MN
10-05-2025, 15:02 |
|
|
|
• Mertz Rusiyanı sanksiyalarla hədələyib - “Bild”
10-05-2025, 15:00 |
|
|
|
|