“Psixi pandemya”nı yaradan ÜST-nin özüdür - NƏ ETMƏLİ?
Tarix: 13-05-2024, 08:39 | Çap et
Qarşıda dünyanı yeni pandemiya gözləyir. Həm də bu pandemiya hər hansı virus pandemiyası deyil, psixi pandemiya olacaq. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının Avropa üzrə regional direktoru Hans Kluge öz çıxışında bildirib. H.Kluge psixi sağlamlıq problemlərini “növbəti pandemiya” adlandırıb. Bunun da səbəbləri var. Pandemiyada müasir gənclər də təcrid vəziyyətində idilər və bu, onların psixi sağlamlığına da təsir etdi. Gənclərdə narahatlığın artması və yuxu problemi özünü göstərir. "Medicina" xəbər verir ki , artıq 149 ölkə ilə "epidemiya sazişi" imzalanması işləri gedir. Çünki psixi narahatlıqlar epidemiya həddinə gəlib. Avropa Birliyi ölkələrində hər 6 nəfərdən 1-nin narahatlıq və yuxu problemi yaşadığı bildirilir. H.Kluge növbəti pandemiyaya hazırlıq üçün ölkələrin əlaqəli şəkildə hərəkət etmələri və qoruyucu vasitələr də daxil, məlumatların da paylaşılması zərurətini vurğulayıb.
Psixoloq Azad İsazadə “Sherg.az”a açıqlamasında qeyd etdi ki, “psixi pandemya”nın yaranmasında əsas günahkar ÜST-nin özüdür: - Bu məlumatın içində hardasa həqiqət var. Pandemiya hamını sarsıtdı. Depressiyalar, panikalar, həyəcan artmışdı, qorxu çoxalmışdı. Amma səbəb pandemiya yox, elə ÜST-nin özü idi. Onlar yaratdılar bu panikanı. Sonra özləri də təsdiqlədi. Tibb üzrə alimlər də təsdiqlədilər ki, pandemiyanın özü yox, karantin, pandemiya ətrafında gedən söz-söhbətlər insanlara nə qədər mənfi təsir etdi. ÜST bunu boynuna almalıdır. Sonra vaksin – peyvəndlənmə tələb etdilər. O peyvəndlərin güvənli olduğunu ÜST özü təsdiqlədi. Amma sonra məlum oldu ki, bəzi vaksinlər insanlara mənfi təsir edib, tromb yaradıb. Bundan həyatını itirən insanlar oldu. O peyvəndlərdən milyonlarla insan istifadə edib. Bu da bir tərəfdən panikanı, qorxunu çoxaldır ki, bəlkə məndə də ola bilər, görəsən, mənə pis təsir etməyəcək ki? İnsanlar bu fikirlə dolaşır. Psixoloji mənfi təsirlərin ola biləcəyini nəzərə almamış, əhalini pandemiya ilə qorxudub, indi də psixoloji pandemiyadan danışmaq gülməlidir. Bu vəziyyəti, ümumiyyətlə, beynəlxalq tibb elmi üzrə alimlərin fikrini, pandemiyanın hansı mənfi təsirlər yarada biləcəyini nəzərə almadan insanlara belə bir mənfi təsir göstərəndən sonra indi deyirlər, psixoloji pandemiya yarada bilər.
A.İsazadə bildirdi ki, təəssüf ki, ölkəmizdə pandemiyanın insanlarda hansı mənfi fəsadlar yaratdığına dair heç bir tədqiqat, araşdırma aparılmayıb: - Belə bir tədqiqat aparılsaydı, bilinərdi insanlar nədən əziyyət çəkir və səbəbləri nədir. Ona görə də narahatlıq, yuxusuzluq kimi problemlər adi nevroz hadisəsi kimi müalicə olunur. Əsəbi, nevroz spektrində rast gəlinən hallar kimi. Bu əlamətlərə pandemiya vaxtı da rast gəlinirdi. Birində aqressiya, qorxu, həyəcan, yuxusuzluq, digərində əksinə, çox yatmaq. Burada fərdilik rol oynayır. İnsanlar hamısı eyni hal keçirmir. Müxtəlif hallar olur. Fərdilik olduğu üçün mütəxəssislərə müraciət olunmalıdır ki, hər bir insana düşdüyü vəziyyətə uyğun müalicə təyin edilsin və ya məsləhət verilsin. Ümumilikdə isə deyə bilərəm ki, normal yuxu bütün hallarda ən vacib məsələdir. Yuxusuzluq həmişə anormal vəziyyətlər yaradır, gərginliyə, əsəb və stressə səbəb olur. Həmçinin insanların bir-biriylə ünsiyyət qurması, söhbət etməsi, bölüşməsi vacibdir. Psixi sarsıntıları özünə qapanma, ətrafdan təcrid olunma, dost-tanışla ünsiyyətdən qaçmalar yarada bilir. İnsanlar arasında ünsiyyət, görüşmək, söhbət etmək çox vacibdir. Təəssüf ki, son illərdə insanlar özlərini təcrid edib. Telefonda, internetdə keçirdikləri zamanın üçdə birini ailə üzvlərinə, qohumlara, dostlara ayırmırlar. Bundan əvvəl niyə belə deyildi, niyə bu qədər stres, sarsıntı yox idi, çünki insanlar sevinci də, kədəri də paylaşırdılar. Paylaşdıqca sevinc çoxalır, kədər azalır, deyirlər, əsas bax budur.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Şirvanda vəzifəli şəxs cərimələndi - Qərardan narazı qaldı
Bu gün, 19:23 |
|
|
|
• AVROSƏRSƏMLİK... və Bakıdan REAKSİYA
Bu gün, 19:21 |
|
|
|
• Yaxşı maaş verilirsə: Həkimlər niyə bölgəyə getmir? - AKTUAL
Bu gün, 19:02 |
|
|
|
• Razılaşdırılmayan iki bənd və iki tələb: Prezidentin mesajlarının şifrələri - İNCƏLƏMƏ
Bu gün, 19:00 |
|
|
|
• Dövlət qurumundan “Teymur-M” şirkətinə 12 milyon manatlıq – SİFARİŞ
Bu gün, 18:58 |
|
|
|
• Özəl, yoxsa ÖZBAŞINA bağçalar? – “İlk müəllim travması”
Bu gün, 18:52 |
|
|
|
• Elmar Məmmədyarov həbs olunan diplomatı işdən çıxarıbmış - AÇIQLAMA
Bu gün, 18:06 |
|
|
|
• İDDİA: Bank kartlarından pullar buna görə oğurlanır... - Yeni maliyyə sisteminə keçilir?
Bu gün, 18:05 |
|
|
|
• Sülh prosesini pozan addım: - Ermənistan revanş istəyir
Bu gün, 18:02 |
|
|
|
• Sabiq deputatdan qalmaqallı açıqlama: - “2-3 növ araq, konyak, şərab...”
Bu gün, 17:56 |
|
|
|
• Daha bir məhkum həbsdə ölüb
Bu gün, 17:52 |
|
|
|
• Ermənistanın dövlətsizləşdirilməsi planı var - İşxan Saqatelyan
Bu gün, 17:49 |
|
|
|
• Oğlunu əfv etdiyinə görə Baydeni qınamıram - Putin
Bu gün, 17:47 |
|
|
|
• Dövlət büdcəsindən `qoparılan` milyonlarla dollara başa gələn idman kompleksləri... - gənclərin işinə yarayırmı?
Bu gün, 17:43 |
|
|
|
• Sumqayıtda polis profilaktik tədbir keçirib - FOTO, VİDEO
Bu gün, 17:41 |
|
|
|
• Toydan çıxıb küçədə yüksək səslə musiqi qoyub, rəqs etdilər - Məhkəmə qərarı
Bu gün, 17:34 |
|
|
|
• “Kağızdan açanda ələ yapışırsa, suludursa, üzərində müxtəlif rənglər varsa...” - kolbasadan gələn BÖYÜK TƏHLÜKƏ
Bu gün, 17:25 |
|
|
|
• Putindən Vaşinqtona “duel” təklifi
Bu gün, 17:16 |
|
|
|
• İtaliyanın hərbi nümayəndə heyəti ölkəmizə səfər edib
Bu gün, 17:14 |
|
|
|
• Əliyev bunu ilk dəfə açıqladı – Paşinyanla danışıqlar zamanı…
Bu gün, 17:10 |
|
|
|
• Azərbaycanda ən çox şikayət olunan internet provayderləri - SİYAHI
Bu gün, 17:06 |
|
|
|
• Neftçala DOST filialında təmir işləri bu şirkətə - HƏVALƏ EDİLDİ
Bu gün, 17:05 |
|
|
|
• “Paşinyan iki şeyi yaxşı bacarır: - sosial şəbəkələrdə statuslar yazmaq və əraziləri vermək”
Bu gün, 17:00 |
|
|
|
• DSX əməkdaşı general-leytenant Araz Məmmədovdan şikayətçidir – ELÇİN QULİYEVƏ MÜRACİƏT
Bu gün, 17:00 |
|
|
|
• Putin niyə ELƏ DEDİ? - Elxan Şahinoğlu ŞƏRH EDİR
Bu gün, 16:42 |
|
|
|
• Dövlət qurumunun 6,3 milyon manatlıq tenderini bu şirkət – UDDU
Bu gün, 16:39 |
|
|
|
• Axı məktəblərimiz niyə bu gündə olmalıdır? - Nazirə açıq məktub
Bu gün, 16:30 |
|
|
|
• Məhkəmə bir sıra ukraynalı qaçqına Aİ-də müvəqqəti qoruma statusunun verilməsindən imtina etməyə icazə verib - KİV
Bu gün, 16:27 |
|
|
|
• Mərkəzi Bank 6 sığorta şirkətinə məcburi göstəriş verib
Bu gün, 16:24 |
|
|
|
• Bağlar massivində olay: 33 yaşlı kişi 9 yaşlı qıza qarşı əxlaqsızlıq etdi... - TƏFƏRRÜAT
Bu gün, 16:23 |
|
|
|
• Bakı-Naxçıvan-Bakı marşrutu üzrə səfər planlaşdıran sərnişinlərin nəzərinə - DİQQƏT!
Bu gün, 16:18 |
|
|
|
• Zaqatala sakinlərinin problemi nə vaxt HƏLL olunacaq? - Yararsız yollar, işləməyən avtobuslar...
Bu gün, 16:16 |
|
|
|
• Azərbaycan -Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçirilib
Bu gün, 16:07 |
|
|
|
• TƏBİB-in məsul şəxsinin gəlini faizə pul verdiyini məhkəmədə etiraf etdi - Mələk Zeynalovaya ağır cəza istənildi
Bu gün, 16:06 |
|
|
|
• "Dünya hamıya çatacaq qədər böyükdür"
Bu gün, 16:03 |
|
|
|
• Suriyada qalib hansı ölkədir? - “Nezavisimaya qazeta”
Bu gün, 16:01 |
|
|
|
• "Pulların gəlişi, bölüşdürülməsi, ümumiyyətlə, bütün detalları aydın şəkildə qeyd ediblər" - deputat
Bu gün, 15:55 |
|
|
|
• Başçıdan şəhid ailəsinə sayğısızlıq... - "Döşəməm də torpaqdır..."
Bu gün, 15:48 |
|
|
|
• "Azərbaycanın ərazi bütövlüyünün bərpası - Şəxsiyyət faktoru” kitabının Pirallahı rayonunda təqdimatı keçirildi
Bu gün, 15:38 |
|
|
|
• Vəzifəli şəxs HƏBS OLUNDU - TƏFƏRRÜAT
Bu gün, 15:34 |
|
|
|
• Nəsimi RİH-də kitab təqdimatı oldu - FOTO
Bu gün, 15:33 |
|
|
|
• 2025-ci ildə Zəngəzur dəhlizinin açılmasının şahidi olacağıq - ANONS EDİLDİ
Bu gün, 15:07 |
|
|
|
• “Ağıllı kişi silikonlu, vulqar qadına aşiq olmaz” - “Vətəndaş A”nın “Almaz”ı
Bu gün, 15:04 |
|
|
|
• Erməni politoloqdan Azərbaycanla bağlı SƏRSƏM AÇIQLAMA
Bu gün, 15:00 |
|
|
|
• Rusiya Suriyada məqsədinə nail olub - Putin
Bu gün, 14:55 |
|
|
|
• AzGerneft işçilərinin taleyi SUAL ALTINDA... - NƏ BAŞ VERİR?
Bu gün, 14:53 |
|
|
|
• 2 nəfərin öldüyü tuneli tikən şirkət 138 milyonluq tender uddu - TƏFƏRRÜAT
Bu gün, 14:10 |
|
|
|
• İsrail və Türkiyə arasında yeni SURİYA ÇATI... - Bakıdan ŞƏRH
Bu gün, 14:02 |
|
|
|
• Makron Fransası sülh prosesini əngəlləyir - FAKT BUDUR!
Bu gün, 14:00 |
|
|
|
• “RM Medicare Klinika”sında sertifikasiyadan kəsilənlər həkimlik edir - BU NƏDİ BELƏ?..
Bu gün, 13:58 |
|
|
|
|