Avropanın Çindən gözləntisi nədir? - İNCƏLƏMƏ
Tarix: 7-05-2024, 11:20 | Çap et
Çin lideri Si Cinpin Avropa turnesinə Fransadan başlayıb. Bundan sonra Si Cinpin Çinin Avropadakı dost dövlətlərinə - Serbiya və Macarıstana keçəcək. Çin lideri səfər boyu o ölkələri seçib ki, Pekinin siyasətinə qarşı sərt mövqedən çıxış etməyərək, Avropaya uzanan “bir kəmər, bir yol” layihəsinə dəstək verirlər. Misal üçün Çin liderinin İtaliyaya səfəri nəzərdə tutulmayıb. Çünki, İtaliya “bir kəmər, bir yol” layihəsindən çıxdığını bəyan edib. Çin lideri Parisdə Fransa prezidenti Emmanuel Makron və Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayenlə üçtərəfli görüş keçirib. Emmanuel Makron və Ursula fon der Lyayen Si Cinpinlə ticarət və investisiya mövzularını müzakirə ediblər. Paris və Brüssel hesab edirlər ki, Çin dövlət investisiyaları hesabına Avropaya ixrac etdiyi məhsullarını qiymətini aşağı endirir ki, bu da qeyri-bərabər rəqabət yaradır. ABŞ və Avropa dövlətləri illərdir Çinin bu siyasətindən şikayət edirlər. Dəyişən heç nə yoxdur. Misal üçün Çin elektromobillərin istehsalına dövlət subsidiyası ayırır. Nəticədə Çin istehsalı elektromobillərin qiyməti ucuzlaşır, Avropada istehsal olunan elektromobillər isə rəqabətdə geri qalırlar. Çünki Avropa dövlətləri elektromobillərin istehsalına subsidiya ayırmırlar, bu azad iqtisadiyyatın tələblərinə ziddir. Çinin maliyyə imkanları çox olduğundan müxtəlif istehsal sahələrini subsidiya edir və bununla dünyaya ucuz mallar ixrac edir. Emmanuel Makron Si Cinpinlə 3 mövzunu ayrıca müzakirə edib. Birinci mövzu Yaxın Şərqdəki gərginliyə aid olub. Bu məsələdə ortaq mövqe bildirilib, həm Paris, həm də Pekin müstəqil Fələstin dövlətinin 1967-ci il sərhədlərində yaradılmasını dəstəkləyib. İkinci mövzu İranın nüvə proqramına aid olub. Liderlər İranın nüvə probleminin sülh yolu ilə həllinə tərəfdar olduqlarını bildiriblər. Emmanuel Makron və Si Cinpin problemin diplomatiya və siyasi tədbirlərlə həllinin əhəmiyyətini vurğulayıblar. Liderlər ölkələrinin İranın nüvə probleminin siyasi və diplomatik yolla həllinə kömək etmək üçün səy göstərəcəklərini təsdiqləyiblər. Fransa İrana qarşı sərt sanksiyaların tərəfdarı olsa da, Tehranla gizli əməkdaşlığını davam etdirir. Ermənistanın silahlandırılması məsələsində Fransa və İranın mövqeyi eynidir. İranın nüvə silahını əldə etməsi də Parisi o qədər də narahat etmir. Bu məsələdə isə Parislə Pekinin mövqeyi eynidir. Üçüncü mövzu Rusiya-Ukrayna müharibəsi olub. Avropa dövlətləri Çin liderinin Kremlə təsir etməsini istəyir. Si Cinpin müharibənin dayandırılması üçün Kremlə təsir etmək fikrində deyil. Si Cinpinin Fransaya səfəri zamanı etirazla da üzləşib. Si Cinpinin Parisdə hərəkət etdiyi yollarda müstəqil Tibet və Sincan tərəfdarları etiraz aksiyaları keçirib, yol boyu körpülərdə şüarlar asıblar. Tibet və Sincan tərəfdarları Çində insan haqlarının pozulmasına etiraz ediblər. Etirazçılar Parsin mərkəzi küçərlərində Pekinin siyasəti əleyhinə şüarlar səsləndiriblər. Avropa İttifaqının 2021-ci ilin martında Sincandakı vəziyyətlə əlaqədar bəzi Çin rəsmilərinə və şirkətlərinə qarşı məqsədyönlü sanksiyalar tətbiq etməsi Pekinin sərt reaksiyalarına səbəb olmuşdu. “Human Rights Watch” təşkilatı Fransa prezidentini Çin liderinə insan haqları mövzularını açıq şəkildə müzakirə etməyə çağıraraq, Çində siyasi məhbusların azad edilməsinə çağırıblar. Aydındır ki, Makron bu mövzuları detallı şəkildə Si Cinpinlə müzakirə etməyib. Pekin insan haqları mövzularını müzakirəyə maraq gəstərmir.
“Atlas” Araşdırmalar Mərkəzi diaaz.space
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Əgər Azərbaycana ərazi iddiamız olsaydı… - Paşinyan
Bu gün, 21:40 |
|
|
|
• BDU -da Beynəlxalq Jurnalistlər Federasiyası modelinin simulyasiya konfransı keçirilib - FOTO
Bu gün, 21:38 |
|
|
|
• Şirvanda vəzifəli şəxs cərimələndi - Qərardan narazı qaldı
Bu gün, 19:23 |
|
|
|
• AVROSƏRSƏMLİK... və Bakıdan REAKSİYA
Bu gün, 19:21 |
|
|
|
• Yaxşı maaş verilirsə: Həkimlər niyə bölgəyə getmir? - AKTUAL
Bu gün, 19:02 |
|
|
|
• Razılaşdırılmayan iki bənd və iki tələb: Prezidentin mesajlarının şifrələri - İNCƏLƏMƏ
Bu gün, 19:00 |
|
|
|
• Dövlət qurumundan “Teymur-M” şirkətinə 12 milyon manatlıq – SİFARİŞ
Bu gün, 18:58 |
|
|
|
• Özəl, yoxsa ÖZBAŞINA bağçalar? – “İlk müəllim travması”
Bu gün, 18:52 |
|
|
|
• Elmar Məmmədyarov həbs olunan diplomatı işdən çıxarıbmış - AÇIQLAMA
Bu gün, 18:06 |
|
|
|
• İDDİA: Bank kartlarından pullar buna görə oğurlanır... - Yeni maliyyə sisteminə keçilir?
Bu gün, 18:05 |
|
|
|
• Sülh prosesini pozan addım: - Ermənistan revanş istəyir
Bu gün, 18:02 |
|
|
|
• Sabiq deputatdan qalmaqallı açıqlama: - “2-3 növ araq, konyak, şərab...”
Bu gün, 17:56 |
|
|
|
• Daha bir məhkum həbsdə ölüb
Bu gün, 17:52 |
|
|
|
• Ermənistanın dövlətsizləşdirilməsi planı var - İşxan Saqatelyan
Bu gün, 17:49 |
|
|
|
• Oğlunu əfv etdiyinə görə Baydeni qınamıram - Putin
Bu gün, 17:47 |
|
|
|
• Dövlət büdcəsindən `qoparılan` milyonlarla dollara başa gələn idman kompleksləri... - gənclərin işinə yarayırmı?
Bu gün, 17:43 |
|
|
|
• Sumqayıtda polis profilaktik tədbir keçirib - FOTO, VİDEO
Bu gün, 17:41 |
|
|
|
• Toydan çıxıb küçədə yüksək səslə musiqi qoyub, rəqs etdilər - Məhkəmə qərarı
Bu gün, 17:34 |
|
|
|
• “Kağızdan açanda ələ yapışırsa, suludursa, üzərində müxtəlif rənglər varsa...” - kolbasadan gələn BÖYÜK TƏHLÜKƏ
Bu gün, 17:25 |
|
|
|
• Putindən Vaşinqtona “duel” təklifi
Bu gün, 17:16 |
|
|
|
• İtaliyanın hərbi nümayəndə heyəti ölkəmizə səfər edib
Bu gün, 17:14 |
|
|
|
• Əliyev bunu ilk dəfə açıqladı – Paşinyanla danışıqlar zamanı…
Bu gün, 17:10 |
|
|
|
• Azərbaycanda ən çox şikayət olunan internet provayderləri - SİYAHI
Bu gün, 17:06 |
|
|
|
• Neftçala DOST filialında təmir işləri bu şirkətə - HƏVALƏ EDİLDİ
Bu gün, 17:05 |
|
|
|
• “Paşinyan iki şeyi yaxşı bacarır: - sosial şəbəkələrdə statuslar yazmaq və əraziləri vermək”
Bu gün, 17:00 |
|
|
|
• DSX əməkdaşı general-leytenant Araz Məmmədovdan şikayətçidir – ELÇİN QULİYEVƏ MÜRACİƏT
Bu gün, 17:00 |
|
|
|
• Putin niyə ELƏ DEDİ? - Elxan Şahinoğlu ŞƏRH EDİR
Bu gün, 16:42 |
|
|
|
• Dövlət qurumunun 6,3 milyon manatlıq tenderini bu şirkət – UDDU
Bu gün, 16:39 |
|
|
|
• Axı məktəblərimiz niyə bu gündə olmalıdır? - Nazirə açıq məktub
Bu gün, 16:30 |
|
|
|
• Məhkəmə bir sıra ukraynalı qaçqına Aİ-də müvəqqəti qoruma statusunun verilməsindən imtina etməyə icazə verib - KİV
Bu gün, 16:27 |
|
|
|
• Mərkəzi Bank 6 sığorta şirkətinə məcburi göstəriş verib
Bu gün, 16:24 |
|
|
|
• Bağlar massivində olay: 33 yaşlı kişi 9 yaşlı qıza qarşı əxlaqsızlıq etdi... - TƏFƏRRÜAT
Bu gün, 16:23 |
|
|
|
• Bakı-Naxçıvan-Bakı marşrutu üzrə səfər planlaşdıran sərnişinlərin nəzərinə - DİQQƏT!
Bu gün, 16:18 |
|
|
|
• Zaqatala sakinlərinin problemi nə vaxt HƏLL olunacaq? - Yararsız yollar, işləməyən avtobuslar...
Bu gün, 16:16 |
|
|
|
• Azərbaycan -Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçirilib
Bu gün, 16:07 |
|
|
|
• TƏBİB-in məsul şəxsinin gəlini faizə pul verdiyini məhkəmədə etiraf etdi - Mələk Zeynalovaya ağır cəza istənildi
Bu gün, 16:06 |
|
|
|
• "Dünya hamıya çatacaq qədər böyükdür"
Bu gün, 16:03 |
|
|
|
• Suriyada qalib hansı ölkədir? - “Nezavisimaya qazeta”
Bu gün, 16:01 |
|
|
|
• "Pulların gəlişi, bölüşdürülməsi, ümumiyyətlə, bütün detalları aydın şəkildə qeyd ediblər" - deputat
Bu gün, 15:55 |
|
|
|
• Başçıdan şəhid ailəsinə sayğısızlıq... - "Döşəməm də torpaqdır..."
Bu gün, 15:48 |
|
|
|
• "Azərbaycanın ərazi bütövlüyünün bərpası - Şəxsiyyət faktoru” kitabının Pirallahı rayonunda təqdimatı keçirildi
Bu gün, 15:38 |
|
|
|
• Vəzifəli şəxs HƏBS OLUNDU - TƏFƏRRÜAT
Bu gün, 15:34 |
|
|
|
• Nəsimi RİH-də kitab təqdimatı oldu - FOTO
Bu gün, 15:33 |
|
|
|
• 2025-ci ildə Zəngəzur dəhlizinin açılmasının şahidi olacağıq - ANONS EDİLDİ
Bu gün, 15:07 |
|
|
|
• “Ağıllı kişi silikonlu, vulqar qadına aşiq olmaz” - “Vətəndaş A”nın “Almaz”ı
Bu gün, 15:04 |
|
|
|
• Erməni politoloqdan Azərbaycanla bağlı SƏRSƏM AÇIQLAMA
Bu gün, 15:00 |
|
|
|
• Rusiya Suriyada məqsədinə nail olub - Putin
Bu gün, 14:55 |
|
|
|
• AzGerneft işçilərinin taleyi SUAL ALTINDA... - NƏ BAŞ VERİR?
Bu gün, 14:53 |
|
|
|
• 2 nəfərin öldüyü tuneli tikən şirkət 138 milyonluq tender uddu - TƏFƏRRÜAT
Bu gün, 14:10 |
|
|
|
• İsrail və Türkiyə arasında yeni SURİYA ÇATI... - Bakıdan ŞƏRH
Bu gün, 14:02 |
|
|
|
|