Azərbaycanda 10 manat sərmayə ilə yeni lizinq şirkəti .....                     “MilliKart” nizamnamə kapitalını azaldır .....                     "Robert Köçəryan, Serj Sarkisyan, Seyran Ohanyan... .....                     “Dostdan inciyərsən də, yaddan niyə inciyəsən ki?” .....                     Əgər Azərbaycana ərazi iddiamız olsaydı… .....                     BDU -da Beynəlxalq Jurnalistlər Federasiyası modelinin simulyasiya konfransı keçirilib .....                     Şirvanda vəzifəli şəxs cərimələndi .....                     AVROSƏRSƏMLİK... .....                     Yaxşı maaş verilirsə: Həkimlər niyə bölgəyə getmir? .....                     Razılaşdırılmayan iki bənd və iki tələb: Prezidentin mesajlarının şifrələri .....                     Dövlət qurumundan “Teymur-M” şirkətinə 12 milyon manatlıq .....                     Özəl, yoxsa ÖZBAŞINA bağçalar? .....                     Elmar Məmmədyarov həbs olunan diplomatı işdən çıxarıbmış .....                     İDDİA: Bank kartlarından pullar buna görə oğurlanır... .....                     Sülh prosesini pozan addım: .....                     Sabiq deputatdan qalmaqallı açıqlama: .....                     Daha bir məhkum həbsdə ölüb .....                     Ermənistanın dövlətsizləşdirilməsi planı var .....                     Oğlunu əfv etdiyinə görə Baydeni qınamıram .....                     Dövlət büdcəsindən `qoparılan` milyonlarla dollara başa gələn idman kompleksləri... .....                     Sumqayıtda polis profilaktik tədbir keçirib .....                     Toydan çıxıb küçədə yüksək səslə musiqi qoyub, rəqs etdilər .....                     “Kağızdan açanda ələ yapışırsa, suludursa, üzərində müxtəlif rənglər varsa...” .....                     Putindən Vaşinqtona “duel” təklifi .....                     İtaliyanın hərbi nümayəndə heyəti ölkəmizə səfər edib .....                     Əliyev bunu ilk dəfə açıqladı .....                     Azərbaycanda ən çox şikayət olunan internet provayderləri .....                     Neftçala DOST filialında təmir işləri bu şirkətə .....                     “Paşinyan iki şeyi yaxşı bacarır: .....                     DSX əməkdaşı general-leytenant Araz Məmmədovdan şikayətçidir .....                     Putin niyə ELƏ DEDİ? .....                     Dövlət qurumunun 6,3 milyon manatlıq tenderini bu şirkət .....                     Axı məktəblərimiz niyə bu gündə olmalıdır? .....                     Məhkəmə bir sıra ukraynalı qaçqına Aİ-də müvəqqəti qoruma statusunun verilməsindən imtina etməyə icazə verib .....                     Mərkəzi Bank 6 sığorta şirkətinə məcburi göstəriş verib .....                     Bağlar massivində olay: 33 yaşlı kişi 9 yaşlı qıza qarşı əxlaqsızlıq etdi... .....                     Bakı-Naxçıvan-Bakı marşrutu üzrə səfər planlaşdıran sərnişinlərin nəzərinə .....                     Zaqatala sakinlərinin problemi nə vaxt HƏLL olunacaq? .....                     Azərbaycan -Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçirilib .....                     TƏBİB-in məsul şəxsinin gəlini faizə pul verdiyini məhkəmədə etiraf etdi .....                 

Vahid Avropa Ordusu: olsun, olmasın? - GƏLİŞMƏ
Tarix: 3-04-2024, 00:37 | Çap et
Vahid Avropa Ordusu: olsun, olmasın?
Avropa İttifaqının (Aİ) Xarici siyasət və təhlükəsizlik üzrə Ali Nümayəndəsi Cozep Borrell CNN telekanalında çıxış edərək, Vahid Avropa Ordusunun yaradılması üçün 27 Aİ-yə üzv dövlətin silahlı qüvvələrinin buraxılması ideyasını qeyri-real adlandırıb. “Bir ordu yaratmaq üçün 27 ordunu buraxacağımıza inanmaq utopikdir”, - deyə o bildirib.

Borrell daha realist düşünməyə və Aİ ölkələri və onların vəsaitlərdən necə istifadə etdikləri arasında daha yaxşı ünsiyyət qurmağa çağırıb.

Yanvarda İtaliya Baş nazirinin müavini və xarici işlər naziri Antonio Tajani bildirmişdi ki, Aİ sülhün qorunmasında və münaqişələrin qarşısının alınmasında rol oynaya biləcək öz silahlı qüvvələrini formalaşdırmalıdır.

Martın 5-də Avropa Komissiyası silah istehsalının artırılması və üzv dövlətlər arasında daha sıx əməkdaşlığı ehtiva edən Aİ-nin yeni müdafiə sənayesi strategiyası üçün qanunvericilik təklifini təqdim edib. Strategiya üzv ölkələrdə tələbatın konsolidasiyası, ehtiyacların və mövcud imkanların davamlı qiymətləndirilməsi yolu ilə “müdafiə sənayesində (böhran vəziyyətlərinə) daimi hazırlıq mədəniyyətinin yaradılmasını” hədəfləyir.

Bununla belə, Borrell ümumavropa ordusu ideyasını qeyri-real və utopik adlandırır. Putin Rusiyasının getdikcə bütün qonşuları üçün doyumsuz iştahı olan Hitler Almaniyasının analoquna çevrildiyini nəzərə alsaq, dünyada sülhün təmin edilməsi naminə belə bir vəzifə nə dərəcədə aktualdır? Bəlkə də, əslində, Aİ-nin bütün üzv ölkələrin silahlı qüvvələrini birləşdirməsi, struktur olaraq, deyək ki, NATO daxilindəki kimi vahid komandanlıqla vahid ordu yaratması daha düzgün olardı ki, nəsə olarsa, işğalçıya müqavimət göstərə bilsin.

Burada qeyd etmək lazımdır ki, 1949-cu ildə imzalanmış Şimali Atlantika Müqaviləsini heç kim ləğv etməyib. Və onun təməl maddəsi NATO üzv ölkələrinin silahlı hücuma məruz qalan hər hansı üzv dövlətin köməyinə gəlməsini tələb edən 5-ci maddədir.

AYNA mövzunu tanınmış əcnəbi ekspertlərlə müzakirə edib.

Estoniyalı politoloq Piter Taym:

“Avropa İttifaqının Silahlı Qüvvələrı və ya Ordusu adlı hər hansı vahid strukturun yaradılmasına qətiyyən ehtiyac yoxdur. Avropa İttifaqı mövcud olduğu bütün tarix boyu suveren dövlətlərin birliyi olub, var və olacaq. Yəni heç bir mənada Aİ ölkələri hansısa federasiya və ya konfederasiyanın subyektləri deyil.

Bu, siyasi, iqtisadi, maliyyə, humanitar əməkdaşlıq birliyidir. Burada silahlı qüvvələrlə bağlı da eyni mövqe sərgilənməlidir. NATO daxilində müxtəlif ölkələrin silahlı qüvvələri ayrı-ayrılıqda mövcud olduğu kimi, onlar hər bir ölkə üçün ayrıca olmalıdır.

Yəni, söhbət Avropa İttifaqının birləşmiş qüvvələri adlandıra biləcəyimiz hansısa strukturun yaradılmasından gedirsə, mən bundan sadəcə olaraq tədbirlər kompleksini və ya NATO kimi qurulmuş hansısa strukturu başa düşürəm. Yəni, Avropa İttifaqının bütün üzvlərinin bütün silahlı qüvvələrini istifadə etmək zərurəti yaranarsa, bunun üçün artıq bəzi inkişaflar və ya strukturlar olmalıdır ki, bunun sayəsində bütün Avropa İttifaqı ölkələrinin silahlı qüvvələri koordinasiyalı və ardıcıl olaraq bəzi hərbi əməliyyatlar həyata keçirə bilər”.

Ukraynalı analitik, Dünya Siyasəti İnstitutunun direktoru Yevgen Maqda:



“Rusiyanın Ukraynaya genişmiqyaslı hücumu qlobal aktyorları necə yaşamaq və bundan sonra necə davranmaq, necə inkişaf edəcəklərini seçmək məcburiyyətində qoyub. Avropa İttifaqı öz fəallığını göstərdi, Ukrayna və digər ölkələrlə genişlənməyə dair danışıqlara hazır olduğunu göstərdi və bu, həqiqətən də vacib məqamdır.

Amma hazırda Avropa ordusunun yaradılması (yeri gəlmişkən, bu ideya yeni deyil) məncə, kifayət qədər problemlidir. Üstəlik, düşünmürəm ki, mümkün böhran vəziyyətində olan Avropa iqtisadiyyatları Ukraynaya hərbi yardımın artırılması ilə eyni vaxtda NATO-ya xərclərin artmasının və həmçinin müəyyən ayırmalar tələb edən bir Avropa ordusu yaratmağın öhdəsindən gələ bilsin.

Ona görə də məncə, Josep Borrell öz mövqeyini kifayət qədər aydın ifadə etdi. Nəzərinizə çatdırım ki, o, bir müddət Avropa İttifaqının bir sıra ölkələrində “bonsai ordularının”, yəni döyüş meydanındakı vəziyyətə həqiqətən təsir edə bilməyən orduların olduğunu etiraf etmişdi.

Orduları real təsir gücünə malik olan ölkələr - Polşa, Fransa, İngiltərə, Almaniya artıq NATO strukturlarına inteqrasiya olunub. Ona görə də başa düşməliyik ki, Aİ-də, xüsusən də Avropa Parlamentinə seçkilər ərəfəsində bu məsələdə o qədər də entuziazm olmayacaq”.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycanda 10 manat sərmayə ilə yeni lizinq şirkəti - FƏALİYYƏTƏ BAŞLAYIB
Bu gün, 00:05
“MilliKart” nizamnamə kapitalını azaldır
Bu gün, 00:02
"Robert Köçəryan, Serj Sarkisyan, Seyran Ohanyan... vətəndaşlarımızın qətlinin iştirakçıları cəzalandırılmalıdır"
Dünən, 23:34
“Dostdan inciyərsən də, yaddan niyə inciyəsən ki?” - Fərda ilə bağlı suala belə cavab verdi
Dünən, 23:30
Əgər Azərbaycana ərazi iddiamız olsaydı… - Paşinyan
Dünən, 21:40
BDU -da Beynəlxalq Jurnalistlər Federasiyası modelinin simulyasiya konfransı keçirilib - FOTO
Dünən, 21:38
Şirvanda vəzifəli şəxs cərimələndi - Qərardan narazı qaldı
Dünən, 19:23
AVROSƏRSƏMLİK... və Bakıdan REAKSİYA
Dünən, 19:21
Yaxşı maaş verilirsə: Həkimlər niyə bölgəyə getmir? - AKTUAL
Dünən, 19:02
Razılaşdırılmayan iki bənd və iki tələb: Prezidentin mesajlarının şifrələri - İNCƏLƏMƏ
Dünən, 19:00
Dövlət qurumundan “Teymur-M” şirkətinə 12 milyon manatlıq – SİFARİŞ
Dünən, 18:58
Özəl, yoxsa ÖZBAŞINA bağçalar? – “İlk müəllim travması”
Dünən, 18:52
Elmar Məmmədyarov həbs olunan diplomatı işdən çıxarıbmış - AÇIQLAMA
Dünən, 18:06
İDDİA: Bank kartlarından pullar buna görə oğurlanır... - Yeni maliyyə sisteminə keçilir?
Dünən, 18:05
Sülh prosesini pozan addım: - Ermənistan revanş istəyir
Dünən, 18:02
Sabiq deputatdan qalmaqallı açıqlama: - “2-3 növ araq, konyak, şərab...”
Dünən, 17:56
Daha bir məhkum həbsdə ölüb
Dünən, 17:52
Ermənistanın dövlətsizləşdirilməsi planı var - İşxan Saqatelyan
Dünən, 17:49
Oğlunu əfv etdiyinə görə Baydeni qınamıram - Putin
Dünən, 17:47
Dövlət büdcəsindən `qoparılan` milyonlarla dollara başa gələn idman kompleksləri... - gənclərin işinə yarayırmı?
Dünən, 17:43
Sumqayıtda polis profilaktik tədbir keçirib - FOTO, VİDEO
Dünən, 17:41
Toydan çıxıb küçədə yüksək səslə musiqi qoyub, rəqs etdilər - Məhkəmə qərarı
Dünən, 17:34
“Kağızdan açanda ələ yapışırsa, suludursa, üzərində müxtəlif rənglər varsa...” - kolbasadan gələn BÖYÜK TƏHLÜKƏ
Dünən, 17:25
Putindən Vaşinqtona “duel” təklifi
Dünən, 17:16
İtaliyanın hərbi nümayəndə heyəti ölkəmizə səfər edib
Dünən, 17:14
Əliyev bunu ilk dəfə açıqladı – Paşinyanla danışıqlar zamanı…
Dünən, 17:10
Azərbaycanda ən çox şikayət olunan internet provayderləri - SİYAHI
Dünən, 17:06
Neftçala DOST filialında təmir işləri bu şirkətə - HƏVALƏ EDİLDİ
Dünən, 17:05
“Paşinyan iki şeyi yaxşı bacarır: - sosial şəbəkələrdə statuslar yazmaq və əraziləri vermək”
Dünən, 17:00
DSX əməkdaşı general-leytenant Araz Məmmədovdan şikayətçidir – ELÇİN QULİYEVƏ MÜRACİƏT
Dünən, 17:00
Putin niyə ELƏ DEDİ? - Elxan Şahinoğlu ŞƏRH EDİR
Dünən, 16:42
Dövlət qurumunun 6,3 milyon manatlıq tenderini bu şirkət – UDDU
Dünən, 16:39
Axı məktəblərimiz niyə bu gündə olmalıdır? - Nazirə açıq məktub
Dünən, 16:30
Məhkəmə bir sıra ukraynalı qaçqına Aİ-də müvəqqəti qoruma statusunun verilməsindən imtina etməyə icazə verib - KİV
Dünən, 16:27
Mərkəzi Bank 6 sığorta şirkətinə məcburi göstəriş verib
Dünən, 16:24
Bağlar massivində olay: 33 yaşlı kişi 9 yaşlı qıza qarşı əxlaqsızlıq etdi... - TƏFƏRRÜAT
Dünən, 16:23
Bakı-Naxçıvan-Bakı marşrutu üzrə səfər planlaşdıran sərnişinlərin nəzərinə - DİQQƏT!
Dünən, 16:18
Zaqatala sakinlərinin problemi nə vaxt HƏLL olunacaq? - Yararsız yollar, işləməyən avtobuslar...
Dünən, 16:16
Azərbaycan -Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçirilib
Dünən, 16:07
TƏBİB-in məsul şəxsinin gəlini faizə pul verdiyini məhkəmədə etiraf etdi - Mələk Zeynalovaya ağır cəza istənildi
Dünən, 16:06
"Dünya hamıya çatacaq qədər böyükdür"
Dünən, 16:03
Suriyada qalib hansı ölkədir? - “Nezavisimaya qazeta”
Dünən, 16:01
"Pulların gəlişi, bölüşdürülməsi, ümumiyyətlə, bütün detalları aydın şəkildə qeyd ediblər" - deputat
Dünən, 15:55
Başçıdan şəhid ailəsinə sayğısızlıq... - "Döşəməm də torpaqdır..."
Dünən, 15:48
"Azərbaycanın ərazi bütövlüyünün bərpası - Şəxsiyyət faktoru” kitabının Pirallahı rayonunda təqdimatı keçirildi
Dünən, 15:38
Vəzifəli şəxs HƏBS OLUNDU - TƏFƏRRÜAT
Dünən, 15:34
Nəsimi RİH-də kitab təqdimatı oldu - FOTO
Dünən, 15:33
2025-ci ildə Zəngəzur dəhlizinin açılmasının şahidi olacağıq - ANONS EDİLDİ
Dünən, 15:07
“Ağıllı kişi silikonlu, vulqar qadına aşiq olmaz” - “Vətəndaş A”nın “Almaz”ı
Dünən, 15:04
Erməni politoloqdan Azərbaycanla bağlı SƏRSƏM AÇIQLAMA
Dünən, 15:00
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru