Türkiyədə NƏ BAŞ VERDİ... NİYƏ BAŞ VERDİ? - GƏLİŞMƏ
Tarix: 2-04-2024, 09:44 | Çap et
Türkiyədə keçirilən bələdiyyə seçkilərində seçki qutularının 99.81 faizi açılıb. İlkin nəticələrə görə, ölkənin hakim Ədalət və İnkişaf Partiyası (AK Parti) 35,49 faiz səslə müxalif Cumhuriyyət Xalq Partiyasının (CHP) gerisində qalır. CHP-nin topladığı səs faizi 37.74-dür. Üçüncü yerdə isə 6.19 faizlə Yenidən Refah Partiyası qərarlaşıb.
Səsvermə prosesi zamanı seçicilərin aktivliyi 74,88 faiz səviyyədə olub. Gözlənildiyi kimi, əksər böyükşəhər bələdiyyələrində CHP-nin namizədləri qalib gəlib. İstanbulun bələdiyiyyə sədrliyi postunda Əkrəm İmamoğlu, Ankaranın bələdiyyə sədrliyi postunda isə Mansur Yavaş qalıb.
Nəticələrə əsasən demək olar ki, bu bələdiyyə seçkilərinin qalibi müxalif CHP-dir. Hakim AKP-nin sədri, Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan dünənki çıxışında partiyasının yerli idarəetmə orqanlarına keçirilən seçkilərdə məğlub olduğunu etiraf edib və bildirib ki, səhvlərdən nəticə çıxarılacaq. Bununla yanaşı, Ərdoğan Türkiyə demokratiyasının qazandığını söyləyib.
Müxalif CHP-nin sədri Özgür Özəl seçkilərlə bağlı çıxışında partiyalarını dəstəklədiyi üçün xalqa təşəkkür edib, daha çox çalışacaqlarına, xalqa xidmət edəcəklərinə söz verib.
Bu bələdiyyə seçkilərinin Türkiyə tarixində önəmli rol oynayacağını bildirən analitiklər hesab edirlər ki, hakim AKP CHP-yə məğlub olmaqla “qan itirmiş” oldu və bu nəticələr gələcək parlament və prezident seçkilərinə də öz təsirlərini göstərəcək. Ekspertlər hesab edirlər ki, bələdiyyə seçkilərində uğur qazanan CHP-nin gələn seçkilərdə Türkiyə iqtidarı olacağına inam çoxdur.
CHP-nin mətbu orqanı “Cumhuriyyet” qəzetinin analitiki Orxan Bursalı seçkiləri şərh edən məqaləsində yazıb ki, ölkədə böyük bir dəyişiklik yaşanır: “Ölkəni, cəmiyyəti hər mənada iflasa sürükləmiş iqtidarın yaratdığı vəziyyətə vətəndaşlar etiraz etdilər. Bu seçkilər xalqın CHP-ni birinci partiya postuna yüksəltməkdə olduğunu göstərir. “Millət İttifaqı”nın parçalanmış olmasına baxmayaraq, seçicilər ağıllı davrandı, hazırkı iqtidara dərs vermək məqsədilə CHP-ni seçdilər”.
“Məlumdur ki, əvvəlki dövrdə İmamoğlu ve Yavaş böyük işlər gördülər, bacarıqlı bələdiyyəçilik ortaya qoydular. Keçən seçkilərdə qalib olan CHP-li digər böyükşəhər bələdiyyə başqanları, rayon və qəsəbə bələdiyyə sədrləri də yaxşı fəaliyyətləri ilə seçicidə özlərinə qarşı etibar yaratdılar. Eyni zamanda, CHP içindəki dəyişiklik, partiyanın sədri Özgür Özəlin uğurlu seçki fəaliyyəti, kütlə arasında etibar qazanması da bu seçkilərdə qalib olmağa səbəb oldu. Sonunda seçici “CHP idarə edə bilər” dedi”, - deyə Bursalı qeyd edib.
Analitik hesab edir ki, bugünkü tablo hakim AKP-nin yıxılan, yıxılmaqda olan bir partiya görüntüsünü yaradır: “Bu seçkidə AKP sədri, Prezident Ərdoğan, AKP-dən olan nazirlər uduzmuş oldular. Demək olar ki, CHP 2028-ə doğru “yürüş məşəlini” yandırdı. Bələdiyyə seçkilərini qazanan CHP qarşıdakı dörd ildə yaxşı fəaliyyət göstərərək iqtidara gəlmək şanslarını çox artırdı. İndi CHP rəhbərliyinin üzərinə bu yöndə böyük iş düşür. Əslində Özəl və silahdaşları bu “yürüş məşəlinin” bayraqdarlığını edə biləcəklərini sübut etdilər. Hesab edirəm ki, Özəl, İmamoğlu və Yavaş daxil, CHP yaxın gələcəyi müəyyənləşdirəcək”.
“AKP-nin taleyinə gəlincə, Ərdoğan müəmmalı siyasətçidir, tam proqnozlaşdırmaq çətindir. İndiki çətin iqtisadi vəziyyətdən ölkəni çıxarmaları çox çətindir. Seçki nəticələrinə əsasən demək olar ki, Ərdoğanın yeni Anayasa müzakirəsi ideyası da arxivə getdi. Hər halda AKP-nin gördüyü “qırmızı kartı” necə dəyərləndirəcəyi maraqla gözlənilir”, - analitik məqaləsini yekunlaşdırıb.
Hakim AKP-yə yaxınlığı ilə seçilən “Sabah” qəzetinin köşə yazarı Yavuz Donat isə seçki ilə bağlı yazısında qeyd edib ki, bu seçkidə Türkiyə demokratiyası qazanmış oldu: “Tərtəmiz, hiyləsiz, davasız bir seçki oldu. 61 milyondan çox seçici səs verdi ki, bu, hər zamankı kimi yüksək göstəricidir. Seçkini qazanan da var, məğlub olan da, bu da təbii seçki nəticəsidir. Tabloya baxarkən tək şey demək olar – qazanan demokratiyadır”.
“Həftələrlə hər kəs danışdı, ağır seçki kampanyası oldu. Nəzərə almaq lazımdır ki, bir il tamam olmadan ölkəmizdə üç dəfə seçki keçirildi – 14 may 2023-də prezident və parlament seçkiləri, 28 may 2023-dı prezident seçkilərinin ikinci turu və 31 mart 2024-ce ildə bələdiyyə seçkiləri. Türkiyə seçki yorğunudur. İndi siyasətin qılınclarını toprağa basdırmaq zamanıdır, görüləcək çox iş var. Bu işlərə konsantrasiya olmaq lazımdır”, - yazar qeyd edib.
Y.Donat deyib ki, məğlubiyyət yetimdir: “Qüsuru gəlin etmək istəyiblər, kimsə onunla evlənmək istəməyib. Seçki nəticələri bəlli olduqdan sonra kimsə “bu nəticələrdə mənim də günahım var” demədi, deməyəcək də... Hər zaman belədir, hər kəs qalibiyyətə ortaq olur, məğlubiyyət zamanı qüsuru başqasında axtarır. Məşhur atalar sözündə deyildiyi kimi – “Qələbənin yüz atası var, məğlubiyyət isə yetimdir”. Məğlub olanlar günahı özlərində axtarmalıdırlar”.
“Dünən dünəndə qaldı, artıq yeni şeyler deməyin zamanıdır. Həftələrdir ki hər şey danışıldı, bitdi. Dünəni dünəndə qoyub gələcəyə baxmaq lazımdır. Çoxlu problemlər var, həm içəridə, həm xaricdə. Məncə, didişməyi bir kənara qoyub problemləri həll etmək üçün fəaliyyətə başlamaq lazımdır. Bundan sonra Türkiyənin qarşısında seçkisiz 4 il var. İqtisadi çətinlik, işsizlik, bahalıq, xarici siyasətdə gərginliklər, ətrafımızda od çəmbəri mövcuddur. Artıq söz yarışına son vermək, problemlərin həlli üçün yarışa başlamaq lazımdır”, - deyə “Sabah”ın yazarı vurğulayıb.
ayna.az
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Azərbaycanda 10 manat sərmayə ilə yeni lizinq şirkəti - FƏALİYYƏTƏ BAŞLAYIB
Bu gün, 00:05 |
|
|
|
• “MilliKart” nizamnamə kapitalını azaldır
Bu gün, 00:02 |
|
|
|
• "Robert Köçəryan, Serj Sarkisyan, Seyran Ohanyan... vətəndaşlarımızın qətlinin iştirakçıları cəzalandırılmalıdır"
Dünən, 23:34 |
|
|
|
• “Dostdan inciyərsən də, yaddan niyə inciyəsən ki?” - Fərda ilə bağlı suala belə cavab verdi
Dünən, 23:30 |
|
|
|
• Əgər Azərbaycana ərazi iddiamız olsaydı… - Paşinyan
Dünən, 21:40 |
|
|
|
• BDU -da Beynəlxalq Jurnalistlər Federasiyası modelinin simulyasiya konfransı keçirilib - FOTO
Dünən, 21:38 |
|
|
|
• Şirvanda vəzifəli şəxs cərimələndi - Qərardan narazı qaldı
Dünən, 19:23 |
|
|
|
• AVROSƏRSƏMLİK... və Bakıdan REAKSİYA
Dünən, 19:21 |
|
|
|
• Yaxşı maaş verilirsə: Həkimlər niyə bölgəyə getmir? - AKTUAL
Dünən, 19:02 |
|
|
|
• Razılaşdırılmayan iki bənd və iki tələb: Prezidentin mesajlarının şifrələri - İNCƏLƏMƏ
Dünən, 19:00 |
|
|
|
• Dövlət qurumundan “Teymur-M” şirkətinə 12 milyon manatlıq – SİFARİŞ
Dünən, 18:58 |
|
|
|
• Özəl, yoxsa ÖZBAŞINA bağçalar? – “İlk müəllim travması”
Dünən, 18:52 |
|
|
|
• Elmar Məmmədyarov həbs olunan diplomatı işdən çıxarıbmış - AÇIQLAMA
Dünən, 18:06 |
|
|
|
• İDDİA: Bank kartlarından pullar buna görə oğurlanır... - Yeni maliyyə sisteminə keçilir?
Dünən, 18:05 |
|
|
|
• Sülh prosesini pozan addım: - Ermənistan revanş istəyir
Dünən, 18:02 |
|
|
|
• Sabiq deputatdan qalmaqallı açıqlama: - “2-3 növ araq, konyak, şərab...”
Dünən, 17:56 |
|
|
|
• Daha bir məhkum həbsdə ölüb
Dünən, 17:52 |
|
|
|
• Ermənistanın dövlətsizləşdirilməsi planı var - İşxan Saqatelyan
Dünən, 17:49 |
|
|
|
• Oğlunu əfv etdiyinə görə Baydeni qınamıram - Putin
Dünən, 17:47 |
|
|
|
• Dövlət büdcəsindən `qoparılan` milyonlarla dollara başa gələn idman kompleksləri... - gənclərin işinə yarayırmı?
Dünən, 17:43 |
|
|
|
• Sumqayıtda polis profilaktik tədbir keçirib - FOTO, VİDEO
Dünən, 17:41 |
|
|
|
• Toydan çıxıb küçədə yüksək səslə musiqi qoyub, rəqs etdilər - Məhkəmə qərarı
Dünən, 17:34 |
|
|
|
• “Kağızdan açanda ələ yapışırsa, suludursa, üzərində müxtəlif rənglər varsa...” - kolbasadan gələn BÖYÜK TƏHLÜKƏ
Dünən, 17:25 |
|
|
|
• Putindən Vaşinqtona “duel” təklifi
Dünən, 17:16 |
|
|
|
• İtaliyanın hərbi nümayəndə heyəti ölkəmizə səfər edib
Dünən, 17:14 |
|
|
|
• Əliyev bunu ilk dəfə açıqladı – Paşinyanla danışıqlar zamanı…
Dünən, 17:10 |
|
|
|
• Azərbaycanda ən çox şikayət olunan internet provayderləri - SİYAHI
Dünən, 17:06 |
|
|
|
• Neftçala DOST filialında təmir işləri bu şirkətə - HƏVALƏ EDİLDİ
Dünən, 17:05 |
|
|
|
• “Paşinyan iki şeyi yaxşı bacarır: - sosial şəbəkələrdə statuslar yazmaq və əraziləri vermək”
Dünən, 17:00 |
|
|
|
• DSX əməkdaşı general-leytenant Araz Məmmədovdan şikayətçidir – ELÇİN QULİYEVƏ MÜRACİƏT
Dünən, 17:00 |
|
|
|
• Putin niyə ELƏ DEDİ? - Elxan Şahinoğlu ŞƏRH EDİR
Dünən, 16:42 |
|
|
|
• Dövlət qurumunun 6,3 milyon manatlıq tenderini bu şirkət – UDDU
Dünən, 16:39 |
|
|
|
• Axı məktəblərimiz niyə bu gündə olmalıdır? - Nazirə açıq məktub
Dünən, 16:30 |
|
|
|
• Məhkəmə bir sıra ukraynalı qaçqına Aİ-də müvəqqəti qoruma statusunun verilməsindən imtina etməyə icazə verib - KİV
Dünən, 16:27 |
|
|
|
• Mərkəzi Bank 6 sığorta şirkətinə məcburi göstəriş verib
Dünən, 16:24 |
|
|
|
• Bağlar massivində olay: 33 yaşlı kişi 9 yaşlı qıza qarşı əxlaqsızlıq etdi... - TƏFƏRRÜAT
Dünən, 16:23 |
|
|
|
• Bakı-Naxçıvan-Bakı marşrutu üzrə səfər planlaşdıran sərnişinlərin nəzərinə - DİQQƏT!
Dünən, 16:18 |
|
|
|
• Zaqatala sakinlərinin problemi nə vaxt HƏLL olunacaq? - Yararsız yollar, işləməyən avtobuslar...
Dünən, 16:16 |
|
|
|
• Azərbaycan -Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçirilib
Dünən, 16:07 |
|
|
|
• TƏBİB-in məsul şəxsinin gəlini faizə pul verdiyini məhkəmədə etiraf etdi - Mələk Zeynalovaya ağır cəza istənildi
Dünən, 16:06 |
|
|
|
• "Dünya hamıya çatacaq qədər böyükdür"
Dünən, 16:03 |
|
|
|
• Suriyada qalib hansı ölkədir? - “Nezavisimaya qazeta”
Dünən, 16:01 |
|
|
|
• "Pulların gəlişi, bölüşdürülməsi, ümumiyyətlə, bütün detalları aydın şəkildə qeyd ediblər" - deputat
Dünən, 15:55 |
|
|
|
• Başçıdan şəhid ailəsinə sayğısızlıq... - "Döşəməm də torpaqdır..."
Dünən, 15:48 |
|
|
|
• "Azərbaycanın ərazi bütövlüyünün bərpası - Şəxsiyyət faktoru” kitabının Pirallahı rayonunda təqdimatı keçirildi
Dünən, 15:38 |
|
|
|
• Vəzifəli şəxs HƏBS OLUNDU - TƏFƏRRÜAT
Dünən, 15:34 |
|
|
|
• Nəsimi RİH-də kitab təqdimatı oldu - FOTO
Dünən, 15:33 |
|
|
|
• 2025-ci ildə Zəngəzur dəhlizinin açılmasının şahidi olacağıq - ANONS EDİLDİ
Dünən, 15:07 |
|
|
|
• “Ağıllı kişi silikonlu, vulqar qadına aşiq olmaz” - “Vətəndaş A”nın “Almaz”ı
Dünən, 15:04 |
|
|
|
• Erməni politoloqdan Azərbaycanla bağlı SƏRSƏM AÇIQLAMA
Dünən, 15:00 |
|
|
|
|