27 il talayasan... VƏ CƏZASIZ QALASAN... .....                     “LukOyl” benzin əvəzinə su satır? .....                     Rəsul Rzanın ev muzeyini hostelə çeviriblər? .....                     İkinci şərt aradan qalxdı: Sülh üçün son tələb qaldı .....                     Ağdaşda torpaqlar qanunsuz satılır, vətəndaşa gəlincə isə... .....                     Rusiyanı, Türkiyəni, İranı gözardı edənlərin axmaq planı .....                     ABŞ Senatı büdcə haqqında qanun layihəsini gecikmə ilə qəbul edib .....                     Rus general Bakı və İrəvana nəyin mesajını verir? .....                     Bank kart kodlarını naməlum şəxslərə verməyin .....                     `Azəriqaz` yanvarın borcunu indidən yazır? .....                     AMXM-da "Füzuli eşqi" adlı tədbir keçirilib .....                     Həmin direktorun diplomu saxta imiş .....                     Bu ölkələr Ermənistanı SAVAŞA HAZIRLAYIR .....                     "Bizə heç nə demirlər, sadəcə deyirlər ki, yanvarın 1-də çıxmalısız" .....                     Amerikadan Azərbaycana görünməmiş ŞANTAJ .....                     Elm və təhsil naziri Tərtərdə vətəndaşları qəbul edib .....                     Dillər Universitetinin SEÇKİ-MEÇKİ ŞOUSU... .....                     Avropa Parlamentindən Bakıya növbəti hücum .....                     Sülh sazişinin vaxtı açıqlandı: Bu ölkədə imzalanacaq .....                     Dövlətin verdiyi mal-qara KÜTLƏVİ ŞƏKİLDƏ QIRILIR .....                     Bayram günlərində hotellərinqiyməti fantastik həddə .....                     Əliyev Rusiyanı başa saldı ki, bu, qəbuledilməzdir! .....                     İrəvan “Zəngəzur dəhlizi olmayacaq” deyir, amma olacaq, çünki... .....                     4 milyon manat necə ələ keçirilib? .....                     Güzəştli şərtlərlə yaranan pensiya hüququ... .....                     İxtisar etmək istəyirlərsə, yuxarı maaş alan müavinləri ixtisara salsınlar... .....                     Deputatımızın bahalı obyekti XARABA GÜNƏ QALDI .....                     Naxçıvanda ÜÇ DƏFƏ AZ pərakəndə ticarət dövriyyəsi... .....                     Azərbaycanda aktyor vəfat edib .....                     Qərb Azərbaycanın müstəqil siyasət həyata keçirməsinə mane olmağa çalışır .....                     Zaur Hüseynov niyə işdən çıxarıldı? .....                     İllər öncə sənətə gəlsə də... .....                     Hindistandan Bakıya silah satmaq üçün gülünc “şərt” .....                     Qərb Moskvaya qarşı bu “silahı” işə salır .....                     Kiyev rus qazını kəsir: Avropa istilik problemi ilə üz-üzə .....                     Məktəblərdə istilik problemi varmı? .....                     Suriyanın “açarı” kimdədir? .....                     MİDA hamını BOĞAZA YIĞIB... .....                     "Cəmiyyət və dövlət susur deyə əxlaqsızlığın sayı artır" - .....                     'Expargo' karqoları BELƏ GECİKDİRİR .....                 

İsrail kəşfiyyatının uğursuz əməliyyatı ölkəyə nəyin bahasına başa gəldi? - GƏLİŞMƏ
Tarix: 5-12-2023, 05:57 | Çap et
İsrail kəşfiyyatının uğursuz əməliyyatı ölkəyə nəyin bahasına başa gəldi?
HAMAS-ın oktyabrın 7-də İsrailə hücumu çoxları üçün gözlənilməz oldu. Çünki İsrail kəşfiyyatının belə böyük miqyaslı, bir gün ərzində hazırlanmadığı məlum olan hücumdan xəbər tutmaması ağlasığmaz görünürdü. Bəziləri hətta konspirologiyaya yuvarlanaraq, Qəzzaya hücum bəhanəsi qazanmaq üçün Tel-Əvivin aksiyaya qəsdən göz yumması kimi absurd versiya irəli sürdülər.

Həqiqətən də xeyli heyrətamiz kəşfiyyat nailiyyətləri və inanılmaz əməliyyatları olan İsrail kəşfiyyatı dünyada ən güclülərdən sayılır. Amma onun da uğursuzluqları, özü də ciddi uğursuzluqları yox deyil. Bunlardan ən böyüyü HAMAS-ın hücumundan düz 50 il əvvəl baş verdi. Bir sıra məlumatlara baxmayaraq, kəşfiyyat Misirin hərbi əməliyyatlara başlamasını qaçırdı və İsrail qəfil yaxalandı.

Geniş kütlələrə çox da məlum olmayan başqa uğursuzluqlar da var. Bunlardan biri də HAMAS liderlərindən Xalid Meşala uğursuz sui-qəsd cəhdi – “Sayrus” əməliyyatıdır.

***

Fələstin problemini sülh yolu ilə həll etməyə çalışan baş nazir İshaq Rabinin qətlindən 6 ay sonra keçirilən seçkilərdə sol düşərgə məğlub oldu. Məğlubiyyətdə HAMAS terroru da ciddi rol oynadı. Solçuların sülh yolunun perspektivinə inamını itirən elektorat sağa səs verdi. Sağçıların qələbəsindən və Benyamin Netanyahunun ilk dəfə baş nazir olmasından sonra xeyli müddət terror olmadı.

1997-ci il martın 21-də kamikadze terrorçu Tel-Əvivin “Apropo” kafesində özünü partlatdı: 3 nəfər öldü, 48 nəfər yaralandı. Dörd ay sonrakı növbəti akt isə daha qanlı oldu. İyulun 30-da iki kamikadze Qüdsün Mahane Yehuda bazarında dalbadal partlayış törətdi. Nəticədə 16 nəfər öldü, 178 nəfər yaralandı.

Belə şeylərə alışmayan Netanyahu HAMAS-a ciddi qulaqburması vermək fikrinə düşdü. Götür-qoydan sonra təşkilatın liderlərindən birini öldürmək qərara alındı. HAMAS-n əsas lideri şeyx Əhməd Yasin hələ 1989-cu ildə həbs olunmuşdu və ömürlük həbs cəzası çəkirdi. Seçim Xalid Meşal ilə Musa Əbu Mərzuk arasında edildi və birinciyə üstünlük verildi. Əməliyyata “Sayrus” adı verldi.

Qərar əvvəldən səhv idi. Çünki Meşal (elə Əbu Mərzuk da) İordaniyanın paytaxtı Ammanda yaşayırdı. Bu ölkə isə 1994-cü ildə İsraillə sülh bağlayaraq, Misirdən sonra İsraili tanıyan və diplomatik münasibətlər quran ikinci ərəb dövləti olmuşdu. Tel-Əviv Ammanla münasibətlərə xüsusi önəm verirdi. Sülh müqaviləsini imzalayan İshaq Rabin hətta “Mossad”a İordaniyada kəşfiyyat əməliyyatlarını dayandırmağı tapşırmışdı. İndi isə həmin ölkədə qətl törətmək planlaşdırılırdı.

***

Mossadın “Qeysəriyyə” adlı xüsusi əməliyyatlar bölməsinin agentləri İordaniyaya gedərək, Meşal haqda məlumatı sıfırdan toplamağa başladılar. HAMAS-ın ofisi, Meşalın evi, hərəkət qrafiki, vərdişləri – hamısını öyrənmək lazım idi. Buna vaxt lazım idi, hökumət isə tələsdirirdi.\

İordaniya Livan deyildi, burada qətl törətsən belə, onu səs-küysüz həyata keçirmək lazım idi: güllədən, partlayıcıdan istifadə etmədən. Hətta qətl olduğu bilinməsə, lap yaxşı. Buna görə də zəhərdən istifadə etmək qərara alındı.

Meşal haqqında müəyyən məlumat toplanandan sonra xüsusi zəhər – güclü anestetik olan fentalinin törəməsi – hazırlandı. Həmin zəhərin bir neçə damcısının bədənin istənilən hissəsində dəriyə düşməsi nəticəsində insan əvvəlcə huşunu itirir, sonra komaya düşür, axırda ölürdü. Üstəlik, orqanizmdən tez çıxdığından yarılma zamanı aşkar etmək də mümkün deyildi. Beləcə, qurbanın ya təbii, ya da naməlum səbəbdən ölməsi qənaəti yaranacaqdı.

Zəhəri atmağın da orijinal üsulu düşünüldü. İki nəfər Meşala yaxınlaşacaq, onlardan biri içində qazlı su olan dəmir bankanı açacaq, ikincisi həmin an su tapançası kimi bir alətdən zəhəri atacaqdı. Elə təsəvvür yaranacaqdı ki, bankadakı su sıçrayıb. Mossad əməkdaşları Tel-Əviv küçələrini gəzərək düşünüləni dəfələrlə sınaqdan keçirdilər; təbii, bu zaman ziyansız maddə səpilirdi.

Mossad tələsmək istəmirdi, amma sentyabrın 4-də HAMAS növbəti terror törətdi. Qüdsün yalnız piyadalar üçün nəzərdə tutulan Ben Yəhuda küçəsində üç kamikadze partlayışı nəticəsində 8 nəfər öldü, 181 nəfər yaralandı. Bundan sonra hökumət kəşfiyyatçılardan tələsməyi tələb etdi.

Sentyabrın 25-nə təyin olunan əməliyyatda iştirak edəcək 6 agent saxta Kanada pasportu ilə Ammana gəldi. Əməliyyatın tələsik hazırlanmasını belə bir fakt da sübut edir ki, “Mossad”çılar cəmi bircə dəfə Meşalı evdən “Fələstin yardım cəmiyyəti” adlanan, əslində HAMAS-ın ofisi olan yerə qədər müşayiət etmişdilər. Onun hərdən uşaqlarını da götürməsi və özü düşəndən sonra sürücünün uşaqları məktəbə aparmasından xəbərləri yox idi.

Aksiya günü də uşaqlar maşında idi, amma şüşələr qara olduğundan onları görmək mümkün deyildi. Meşalı izləyənlərdən HAMAS ofisinə yaxınlaşması siqnalını alan iki agent də yaxınlıqda mövqe tutdular. Xalid maşından düşüb binaya tərəf gedəndə agentlər də hərəkətə keçdilər. Bu zaman maşının arxa qapısı açıldı və Xalidin qızı atasını çağırdı.

Meşal səs gələn tərəfə döndü. Fors-major vəziyyət agentləri karıxdırdı. Onlardan biri bankanı açmadı – gecikdimi, yoxsa əməliyyatın təxirə salınmalı olduğunu düşündüyündənmi, məlum deyil. İkinci agent isə zəhəri atdı, amma Xalidin başı döndüyündən boynuna düşməli olan zəhər qulağına töküldü.

Həyatının təhlükədə olduğunu anlayan HAMAS lideri maşınına tərəf qaçdı. Agentlər hadisə yerindən uzaqlaşa bildilər, amma bir qədər getdikdən sonra onları təqib edən HAMAS üzvləri tərəfindən yaxalandılar. Bəxtlərindən polis özünü tez yetirdi və onları kütlənin linçindən xilas etdi. Digər dörd nəfər isə tələsik İsrail səfirliyinə sığındı.

Tutulanlar kanadalı olmalarında israr edərək, kütlənin onlara niyə hücum etdiyini anlamadıqlarını söylədilər. Amma polisə çağırılan Kanada səfirliyinin əməkdaşı onların kanadalı olmadığını aşkar etdi. İordaniya polisi üçün işgəncəyə müraciət etməyin problem olmadığını anlayan agentlər də “Mossad” əməkdaşı olduqlarını etiraf etdilər.

Bu zaman Xalid Meşal artıq huşsuz vəziyyətdə xəstəxanada idi. Onu tənəffüs aparatına qoşmuşdular.

***

Hadisə İordaniya kralı Hüseyn bin Talalın möhkəm qəzəbinə səbəb oldu. İsraillilər onunla hesablaşmadan ölkəsində qəsd təşkil etmişdilər. Bu, təhqiramiz idi, üstəlik, ölkədə çoxları bunu kralın razılığı ilə edildiyini düşünəcəkdi. Zatən İsraillə sülh bağlamasına görə istər ölkəsində, istər ərəb dünyasında ona münasibət birmənalı deyildi.

Hüseyn sərt davranmağı qərara aldı. Bununla həm üzərinə düşə biləcək şübhələrdən qurtulacaqdı, həm də Tel-Əvivə bir daha belə davranmaması üçün dərs verəcəkdi. Dörd nəfərin gizlənildiyi səfirlik hərbi qüvvələr tərəfindən mühasirəyə alındı. İsrailə bildirildi ki, əgər Meşal ölərsə, tutulan iki nəfər də edam olunacaq.

“Mossad”ın direktoru Deni Yatom təcili Ammana gələrək vəziyyəti izah etməyə, kralı yumşaltmağa çalışdı. Amma Hüseyn bildirdi ki, ilk növbədə Meşalın həyatını xilas etmək lazımdır. Bunun üçün isə yəhudilər İordaniyaya zəhər əleyhinə zərdabı – padzəhr – verməlidirlər. Meşal ölsə, tutulanlar edam olunacaq, səfirliyə sığınanların çıxmasına da imkan verilməyəcək.

Məsələyə İsrail-İordaniya sülhünün xaç atası sayılan Bill Klinton da qarışdı və Netanyahuya vəziyyəti xilas etmək üçün bütün addımları atmağı tövsiyə etdi. Baş nazirin göstərişi ilə padzəhr Ammana aparıldı və həkimlərə verildi.

Netanyahu ölkəsinin Avropa Birliyindəki səfiri, kral Hüseynlə yaxın münasibətlərdə olan Efraim Halevini tələsik çağırdı. Haleviyə Ammana gedərək agentləri və İordaniya ilə münasibətləri xilas etmək tapşırıldı. Nazirlər Kabinetinin fövqəladə toplantısında iştirak edən Halevi sonrakı müsahibələrinin birində deyir:

“İclasda səsləndirilən bütün təkliflər qeyri-aktual idi. Diskussiyanın sonunda bildirdim ki, İordaniyaya münasibətdə elə addımlar atılmalıdır ki, ərəb dünyası bunu İsrailin iordaniyalılara kompensasiyası kimi deyil, İordaniyanın gücü kimi interpretasiya etsin”.

Netanyahu ondan nə demək istədiyini soruşanda, Halevi şeyx Əhməd Yasinin və daha bir neçə nəfər fələstinli dustağın həbsdən buraxılmasının belə bir addım ola biləcəyini deyir. Baş nazir razılaşmır. Amma ertəsi gün səhər tezdən zəng edərək razı olduğunu deyir və Halevi Ammana uçur.

Hüseyn onu dərhal qəbul etmir. Nəhayət, qəbul edəndə, şeyx Yasinin azad edilməsinin ona ərəb dünyasında necə böyük nüfuz qazandıracağını anlayaraq, razılaşır. Amma razılıq səfirliyə sığınan dörd nəfərə aid idi. Həbs olunan iki nəfərin taleyi Meşalın sağalıb-sağalmamasından asılı idi.

Halevi dörd agenti özü ilə İsrailə apardı, Əhməd Yasin və daha 70 fələstinli azad edildi. Xalid Meşal sağalanda həbsdəki iki nəfər də buraxıldı və İsrailə göndərildi. Böhran həll olunsa da, İsrail-İordaniya münasibətlərində izsiz ötüşmədi. Üstəlik, İsrail-Kanada münasibətləri də korlandı. İsrail XİN Ottavaya rəsmi üzrxahlıq etdi.

Uğursuz qəsd Xalid Meşalın nüfuzunu xeyli yüksəltdi. Amma az sonra kral Hüseyn HAMAS-ın bütün qurumlarını və üzvlərini ölkədən çıxardı. Meşal da Qətərdə məskunlaşdı. Efraim Halevi 1998-ci ildə “Mossad”ın direktoru oldu.

Şeyx Əhməd Yasin isə İkinci intifada çərçivəsində HAMAS terroru görünməmiş vüsət aldıqda 2004-cü il martın 22-də Qəzzada helikopterdən endirilən raket zərbəsi ilə öldürüldü.

Amma bütün bunlar sonra oldu və “Sayrus” əməliyyatının İsrail kəşfiyyatının ən ciddi fiaskolarından biri olması faktını dəyişmədi.

Müəllif: Yadigar Sadıqlı - Mənbə: Pressklub.az
Təqdim etdi: DİA-AZ.COM (ƏRSOYUN BLOQU)








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
27 il talayasan... VƏ CƏZASIZ QALASAN... - ƏFSUS!!!
Bu gün, 11:42
“LukOyl” benzin əvəzinə su satır? - VİDEOFAKT
Bu gün, 11:34
Rəsul Rzanın ev muzeyini hostelə çeviriblər? – Oğlu danışdı
Bu gün, 11:27
İkinci şərt aradan qalxdı: Sülh üçün son tələb qaldı - GƏLİŞMƏ
Bu gün, 11:25
Ağdaşda torpaqlar qanunsuz satılır, vətəndaşa gəlincə isə... - GİLEY
Bu gün, 11:20
Rusiyanı, Türkiyəni, İranı gözardı edənlərin axmaq planı - ŞƏRH
Bu gün, 11:02
ABŞ Senatı büdcə haqqında qanun layihəsini gecikmə ilə qəbul edib - PRİME
Bu gün, 11:00
Rus general Bakı və İrəvana nəyin mesajını verir? - İNCƏLƏMƏ
Bu gün, 10:48
Bank kart kodlarını naməlum şəxslərə verməyin - DİN-dən ÇAĞIRIŞ
Bu gün, 10:38
`Azəriqaz` yanvarın borcunu indidən yazır? - AXI NİYƏ?..
Bu gün, 10:37
AMXM-da "Füzuli eşqi" adlı tədbir keçirilib - FOTO
Bu gün, 10:18
Həmin direktorun diplomu saxta imiş - 98 minlik dələduzluq
Bu gün, 10:10
Bu ölkələr Ermənistanı SAVAŞA HAZIRLAYIR - NƏ ETMƏLİ?
Bu gün, 10:08
"Bizə heç nə demirlər, sadəcə deyirlər ki, yanvarın 1-də çıxmalısız" - NARAZILIQ VAR...
Bu gün, 10:06
Amerikadan Azərbaycana görünməmiş ŞANTAJ - BU NƏDİ BELƏ?..
Bu gün, 10:03
Elm və təhsil naziri Tərtərdə vətəndaşları qəbul edib - FOTO
Bu gün, 09:59
Dillər Universitetinin SEÇKİ-MEÇKİ ŞOUSU... - ÖZBAŞINA QALIB...
Bu gün, 09:52
Avropa Parlamentindən Bakıya növbəti hücum - Sanksiya şantajının görünməyən tərəfləri
Bu gün, 09:44
Sülh sazişinin vaxtı açıqlandı: Bu ölkədə imzalanacaq - TƏFƏRRÜAT
Bu gün, 09:42
Dövlətin verdiyi mal-qara KÜTLƏVİ ŞƏKİLDƏ QIRILIR - NAZİRİN NƏZƏRİNƏ!
Bu gün, 09:18
Bayram günlərində hotellərinqiyməti fantastik həddə - “O qiymətə Avropada istirahət etmək olar”
Bu gün, 09:07
Əliyev Rusiyanı başa saldı ki, bu, qəbuledilməzdir! - Markedonov
Bu gün, 09:06
İrəvan “Zəngəzur dəhlizi olmayacaq” deyir, amma olacaq, çünki... - "...MƏCBUR OLACAQ"
Bu gün, 09:00
4 milyon manat necə ələ keçirilib? - Zeynal Usubovun da pulu gedib
Bu gün, 08:58
Güzəştli şərtlərlə yaranan pensiya hüququ... - Ekspert danışır...
Bu gün, 08:52
İxtisar etmək istəyirlərsə, yuxarı maaş alan müavinləri ixtisara salsınlar... - ETİRAZ VAR...
Bu gün, 08:49
Deputatımızın bahalı obyekti XARABA GÜNƏ QALDI - FOTO
Bu gün, 08:36
Naxçıvanda ÜÇ DƏFƏ AZ pərakəndə ticarət dövriyyəsi... - Rəqəmlər düz gəlmir, cənab Nəcəfli...
Bu gün, 08:30
Azərbaycanda aktyor vəfat edib
Bu gün, 08:27
Qərb Azərbaycanın müstəqil siyasət həyata keçirməsinə mane olmağa çalışır - deputat
Bu gün, 07:32
Zaur Hüseynov niyə işdən çıxarıldı? - İLGİNC DETALLAR
Bu gün, 07:27
İllər öncə sənətə gəlsə də...
Bu gün, 07:24
Hindistandan Bakıya silah satmaq üçün gülünc “şərt” - BU NƏDİ BELƏ?
Bu gün, 07:20
Qərb Moskvaya qarşı bu “silahı” işə salır – “Rusiyanı çökdürmək… “
Bu gün, 07:18
Kiyev rus qazını kəsir: Avropa istilik problemi ilə üz-üzə - NƏ BAŞ VERİR?
Bu gün, 03:11
Məktəblərdə istilik problemi varmı? - AKTUAL
Bu gün, 03:09
Suriyanın “açarı” kimdədir? - Türkiyədə, ya da 300 milyard dolları kim versə, onda...
Bu gün, 03:06
MİDA hamını BOĞAZA YIĞIB... - öz qaydaları ilə...
Bu gün, 03:04
"Cəmiyyət və dövlət susur deyə əxlaqsızlığın sayı artır" - - ETİRAZ
Bu gün, 02:59
'Expargo' karqoları BELƏ GECİKDİRİR - Yolda olan bağlama yenidən çeşidləməyə necə qayıtdı?
Bu gün, 02:55
Elçin Lənbəranski hüquq-mühafizə orqanlarına səsləndi - "Bu binamusları həbs edin..."
Bu gün, 02:51
Azərbaycanda 24 illik şirkət - LƏĞV EDİLİR
Bu gün, 00:05
Azərbaycanda 10 manat nizamnamə kapitalı olan kredit şirkəti yaradılıb
Bu gün, 00:02
ABŞ-da Tərlan Əhmədova yüksək vəzifə verildi
Dünən, 20:30
Zaur Hüseynov “Bakı Metropoliteni” QSC-nin sədri vəzifəsindən azad edilib, yeni təyinat olub
Dünən, 20:24
Paşinyanın “təkliflər oyunu"
Dünən, 19:00
Bu şirkət Ağdərədə 2,3 milyon manata 90 evi təmir edəcək - TENDER NƏTİCƏSİ
Dünən, 18:58
ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlı TƏLƏB: - “İrəvan bunda maraqlı deyil”
Dünən, 18:00
Hesablama Palatası Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətində nöqsanlar AŞKAR EDİB
Dünən, 17:31
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədrinə yeni müşavir təyin edilib - ƏMR
Dünən, 17:26
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru