Sement ixracı bu il Azərbaycana 48 milyon dollar .....                     Polkovnik-leytenantın 14 yaşlı qızı Türkiyədə vəfat etdi .....                     Tokayev milli iqtisadiyyat nazirini vəzifəsindən azad edib .....                     "Vəsiyyət etmişəm ki, vida mərasimində məni aparanda..." .....                     Axşam.az 12 yaşında! .....                     27 il talayasan... VƏ CƏZASIZ QALASAN... .....                     “LukOyl” benzin əvəzinə su satır? .....                     Rəsul Rzanın ev muzeyini hostelə çeviriblər? .....                     İkinci şərt aradan qalxdı: Sülh üçün son tələb qaldı .....                     Ağdaşda torpaqlar qanunsuz satılır, vətəndaşa gəlincə isə... .....                     Rusiyanı, Türkiyəni, İranı gözardı edənlərin axmaq planı .....                     ABŞ Senatı büdcə haqqında qanun layihəsini gecikmə ilə qəbul edib .....                     Rus general Bakı və İrəvana nəyin mesajını verir? .....                     Bank kart kodlarını naməlum şəxslərə verməyin .....                     `Azəriqaz` yanvarın borcunu indidən yazır? .....                     AMXM-da "Füzuli eşqi" adlı tədbir keçirilib .....                     Həmin direktorun diplomu saxta imiş .....                     Bu ölkələr Ermənistanı SAVAŞA HAZIRLAYIR .....                     "Bizə heç nə demirlər, sadəcə deyirlər ki, yanvarın 1-də çıxmalısız" .....                     Amerikadan Azərbaycana görünməmiş ŞANTAJ .....                     Elm və təhsil naziri Tərtərdə vətəndaşları qəbul edib .....                     Dillər Universitetinin SEÇKİ-MEÇKİ ŞOUSU... .....                     Avropa Parlamentindən Bakıya növbəti hücum .....                     Sülh sazişinin vaxtı açıqlandı: Bu ölkədə imzalanacaq .....                     Dövlətin verdiyi mal-qara KÜTLƏVİ ŞƏKİLDƏ QIRILIR .....                     Bayram günlərində hotellərinqiyməti fantastik həddə .....                     Əliyev Rusiyanı başa saldı ki, bu, qəbuledilməzdir! .....                     İrəvan “Zəngəzur dəhlizi olmayacaq” deyir, amma olacaq, çünki... .....                     4 milyon manat necə ələ keçirilib? .....                     Güzəştli şərtlərlə yaranan pensiya hüququ... .....                     İxtisar etmək istəyirlərsə, yuxarı maaş alan müavinləri ixtisara salsınlar... .....                     Deputatımızın bahalı obyekti XARABA GÜNƏ QALDI .....                     Naxçıvanda ÜÇ DƏFƏ AZ pərakəndə ticarət dövriyyəsi... .....                     Azərbaycanda aktyor vəfat edib .....                     Qərb Azərbaycanın müstəqil siyasət həyata keçirməsinə mane olmağa çalışır .....                     Zaur Hüseynov niyə işdən çıxarıldı? .....                     İllər öncə sənətə gəlsə də... .....                     Hindistandan Bakıya silah satmaq üçün gülünc “şərt” .....                     Qərb Moskvaya qarşı bu “silahı” işə salır .....                     Kiyev rus qazını kəsir: Avropa istilik problemi ilə üz-üzə .....                 

ABŞ İranı bombalamır, çünki… - Tehran rejiminin xaricdəki qolları kəsilir
Tarix: 2-12-2023, 00:41 | Çap et
ABŞ İranı bombalamır, çünki…
Dünya ictimaiyyətini bu sual da maraqlandırır: ABŞ İranı niyə vurmur?

Bu suala cavab axtaranlar haqsız deyillər. Çünki başqaları ilə müqayisədə ABŞ İrana daha çox dözüm nümayiş etdirirmiş kimi görünür. İraqa 3 dəfə, Suriyaya bir dəfə, Əfqanıstana dəfələrlə hücumlar olub. Bu ölkələrin İranla aşağı-yuxarı əlaqəsi var. Ancaq Tehran hakimiyyəti hədəfdən kənarda qalır.

İrana ilk hücumu bəziləri 2001-ci il sentyabrın 11-də ABŞ-də törədilən məlum terror hadisələrindən sonra gözləyirdi. Ancaq bu baş vermədi.

ABŞ-nin başçılıq etdiyi qüvvələr Əfqanıstanda hərbi əməliyyat keçirərək, Taliban hökumətini devirib, yerinə Həmid Karzayı və komandasını gətirdilər.

2021-ci ildə isə ABŞ və müttəfiqlərinin Əfqanıstandan çıxması Talibanın yenidən hakimiyyətə gəlməsi ilə nəticələndi.

2003-cü ilin martında Səddam Hüseynə qarşı keçirilən beynəlxalq aksiyadan sonra hamını “İraqdan sonra İrandırmı” sualının cavabı maraqlandırırdı. Ancaq həmin hadisələr zamanı Tehran rejiminin lideri ayətullah Seyid Əli Xamənei beynəlxalq koalisiya ilə birlikdə Səddam Hüseynə qarşı mübarizəyə hazır olduğunu bildirmişdi. Onun bu canfəşanlığı səmimi qəbul edilmədi. Bununla belə, İran İraqın vurulması üçün səmasını beynəlxalq koalisiyaya açıq elan etmişdi.

Sonrakı illərdə İŞİD terrorçu qruplaşması Suriya və İraq ərazisində fəallaşdı. Suriyada Bəşşar Əsəd rejiminin devrilməsi istiqamətində əməliyyat keçirildi. Tehran rejimi bu əməliyyat zamanı Bəşşar Əsədi müdafiə etdi. İŞİD-in İraqdakı fəaliyyəti zamanı İran bu ölkədə Həşdi-Şəbi adı qüvvəni yaratmaqla ölkədə mövqeyini və gücünü möhkəmlədib.

Bundan başqa, Pakistan və Əfqanıstan vətəndaşlarından ibarət Zeynəbiyyun, Fatimiyyun kimi siyasi-silahlı qruplaşmalarla da Suriyada fəallığını artırıb. Yəməndəki husi qiymaçılarının fəaliyyətində İranın danılmaz rolu var.

HAMAS-İsrail müharibəsində İrana qarşı hərbi əməliyyatların başlaması məsələsi yenidən müxtəlif səviyyələrdə müzakirə olunur.

Bu müharibəyə İran hakimiyyətinin yardım və dəstək verdiyi görünməz deyil. Elə İranın ali rəhbəri Seyid Əli Xamənei ilə HAMAS Siyasi Bürosunun sədri İsmayıl Həniyə arasında Tehran keçirilən görüşü yada salmaq kifayətdir. Həmin görüşdə Tehran rejiminin başçısı HAMAS-ı müdafiə etdiklərini birmənalı şəkildə bildirib. Bu görüşdən sonra İran İnqilab Keşikçiləri Qvardiyası “Qüds” qolunun komandanı İsmayıl Kaaninin “HAMAS-ı müqavimət hərəkatını hər tərəfli müdafiə edəcəyik” kimi verdiyi bəyanatı da məlum müharibədə Tehranın imzasının olduğunu göstərir.

“The Jerusalem Post”un bu yaxınlarda çıxan sayında “Amerika İranı bombalamalıdır” başlıqlı məqalə dərc olunub. Yazıda sual olunur: “İsraili nüvə bombası ilə məhv etmək niyyətində olan İranla necə davranırsınız? Bunun qarşısını almağın bir yolu var: Amerikanın İrana qabaqlayıcı zərbə endirməsi”.

Bildirilib ki, İsrail öz ölkəsinə qarşı qabaqlayıcı hücuma məruz qalıb: “Bu, İranın nümayəndəsi HAMAS tərəfindən həyata keçirilib”. Qəzetin yazdığına görə, bu müharibədə İran silahlarından istifadə edilir: “Bu, Tehran tərəfindən maliyyələşdirilərək həyata keçirilən tarixin ən dəhşətli qətliamıdır”.

İsrail Xarici İşlər Nazirliyi bildirib ki, Qəzza zolağında keçirilən əməliyyat nəticəsində HAMAS-ın İran hökumətindən aldığı 1,5 milyon dollar nağd pul müsadirə edilib.

Tehran rejimi son 40 ildən çox müddət ərzində Livanda “Hizbullah”, Fələstində “İslami-Cihad” təşkilatı, HAMAS, İraqda “Həşdi-Şəbi”, Yəməndə husi qiyamçıları və başqalarını maliyyələşdirərək, dövlət büdcəsindən və başqa maliyyə mənbələrdən milyonlarla dollar xərcləyib.

Bunlar da ABŞ-yə İranı bombalamaq üçün əsas ola bilərdi. Çünki Ağ ev terrorçuluğa qarşı mübarizəni və onu dəstəkləyənləri əsas hədəflərindən sayır.

Son bir neçə həftədə İraq və Suriyadakı İranyönlü silahlı qruplaşmalar ABŞ-nin bu ölkələrdəki hərbi bazalarına 40-dan çox hücum edib.

Rəsmi Vaşinqton əsgər və hərbçilərinin sağlamlığının vacibliyini daim vurğulayıb. ABŞ Milli Təhlükəsizlik Şurasının sözçüsü və strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi noyabrın 27-də ölkəsinin bölgədəki mövqelərinə hücumların davam etdirilməsi ehtimalı və ABŞ-ın bu hücumlara cavab verəcəyi ilə bağlı suala cavab olaraq bildirib: “Keçmişdə biz İraqdakı və Suriyadakı ABŞ qüvvələrinə qarşı təhdidlərə güclə cavab verdik. Bundan sonra da belə təhdidlərə lazımi cavab verəcəyik”. O qeyd edib ki, ABŞ-nin Kəngər (Ərəb, Bəsrə, Fars) və Ədən körfəzlərində qüvvələri mövcuddur.

Bu halda İranyönümlülərin Suriya və İraqda keçirdiyi əməliyyatlarda hərbçilərinin həyatlarına edilən qətllərin qisasını almaq üçün də ABŞ əməliyyat keçirə, İran ərazisinə bomba ata bilərdi. Bu günlərdə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi Tehran hakimiyyətinin nüvə sahəsində fəaliyyətinin şəffaf olmadığını və tələblərə cavab vermədiyini yenidən açıqlayıb.

Bu kimi faktlar Ağ evin İran ərazisini bombalamaq üçün əlində kifayət qədər əsas olduğunu göstərir. Ancaq bir çoxunun gözlədiyi hadisə baş vermir – dünyanın supergücü İranı bombalamır. Fikrimizcə, bu faktlar belə bir aksiyanın başlamasına yetərli sayılmır.

İran açıq şəkildə yaxın və uzaq dövlətlərə müharibə edəcəyi, atom silahına malik olacağı, İnqilab Keşikçiləri Qvardiyası dünya birliyi tərəfindən terrorçu təşkilat (hələ ki ABŞ və İsrail onu terrorçu təşkilat sayır) elan olunacağı, Tehran rejiminin qonşular və beynəlxalq güclər üçün ciddi təhlükə yaradacağı, BMT nizamnaməsinin sərhədlərlə bağlı müddəasını pozacağı halda ABŞ onun ərazisini bombalaya və ölkədə hərbi əməliyyatlar keçirə bilər. Bu kimi hallarda əməliyyatın reallaşması üçün çoxsaylı əsaslar da tapmaq mümkündür.

Bu məsələdə əsas amillərdən biri də Çinin himayədarlıq etməsidir.

Tehran rejimi İranın bütün bölgə və kəndlərinə, sərhəddən şəhərədək dövlətin bütün ərazisinə nəzarət edir. Onun nəzarətindən çıxan heç bir kənd belə yoxdur. Başqa sözlə, bu rejim ölkəyə hələ nəzarət edə bilir. Odur ki, İranın belə tezliklə bombalanacağı ehtimal olunmur. Ancaq onun xaricdəki qol-budağının budanması Tehran rejiminin ömrünü azaldır. Budama başa çatdıqdan sonra gözlənilənlər, proqnozlaşdırılanlar daha bəsit şəkildə baş verə bilər.

Müəllif: Sədrəddin Soltan - Mənbə: Pressklub.az
Təqdim etdi: DİA-AZ.COM (ƏRSOYUN BLOQU)








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Sement ixracı bu il Azərbaycana 48 milyon dollar - GƏLİR GƏTİRİB
Bu gün, 12:12
Polkovnik-leytenantın 14 yaşlı qızı Türkiyədə vəfat etdi
Bu gün, 12:07
Tokayev milli iqtisadiyyat nazirini vəzifəsindən azad edib
Bu gün, 12:03
"Vəsiyyət etmişəm ki, vida mərasimində məni aparanda..."
Bu gün, 11:48
Axşam.az 12 yaşında!
Bu gün, 11:47
27 il talayasan... VƏ CƏZASIZ QALASAN... - ƏFSUS!!!
Bu gün, 11:42
“LukOyl” benzin əvəzinə su satır? - VİDEOFAKT
Bu gün, 11:34
Rəsul Rzanın ev muzeyini hostelə çeviriblər? – Oğlu danışdı
Bu gün, 11:27
İkinci şərt aradan qalxdı: Sülh üçün son tələb qaldı - GƏLİŞMƏ
Bu gün, 11:25
Ağdaşda torpaqlar qanunsuz satılır, vətəndaşa gəlincə isə... - GİLEY
Bu gün, 11:20
Rusiyanı, Türkiyəni, İranı gözardı edənlərin axmaq planı - ŞƏRH
Bu gün, 11:02
ABŞ Senatı büdcə haqqında qanun layihəsini gecikmə ilə qəbul edib - PRİME
Bu gün, 11:00
Rus general Bakı və İrəvana nəyin mesajını verir? - İNCƏLƏMƏ
Bu gün, 10:48
Bank kart kodlarını naməlum şəxslərə verməyin - DİN-dən ÇAĞIRIŞ
Bu gün, 10:38
`Azəriqaz` yanvarın borcunu indidən yazır? - AXI NİYƏ?..
Bu gün, 10:37
AMXM-da "Füzuli eşqi" adlı tədbir keçirilib - FOTO
Bu gün, 10:18
Həmin direktorun diplomu saxta imiş - 98 minlik dələduzluq
Bu gün, 10:10
Bu ölkələr Ermənistanı SAVAŞA HAZIRLAYIR - NƏ ETMƏLİ?
Bu gün, 10:08
"Bizə heç nə demirlər, sadəcə deyirlər ki, yanvarın 1-də çıxmalısız" - NARAZILIQ VAR...
Bu gün, 10:06
Amerikadan Azərbaycana görünməmiş ŞANTAJ - BU NƏDİ BELƏ?..
Bu gün, 10:03
Elm və təhsil naziri Tərtərdə vətəndaşları qəbul edib - FOTO
Bu gün, 09:59
Dillər Universitetinin SEÇKİ-MEÇKİ ŞOUSU... - ÖZBAŞINA QALIB...
Bu gün, 09:52
Avropa Parlamentindən Bakıya növbəti hücum - Sanksiya şantajının görünməyən tərəfləri
Bu gün, 09:44
Sülh sazişinin vaxtı açıqlandı: Bu ölkədə imzalanacaq - TƏFƏRRÜAT
Bu gün, 09:42
Dövlətin verdiyi mal-qara KÜTLƏVİ ŞƏKİLDƏ QIRILIR - NAZİRİN NƏZƏRİNƏ!
Bu gün, 09:18
Bayram günlərində hotellərinqiyməti fantastik həddə - “O qiymətə Avropada istirahət etmək olar”
Bu gün, 09:07
Əliyev Rusiyanı başa saldı ki, bu, qəbuledilməzdir! - Markedonov
Bu gün, 09:06
İrəvan “Zəngəzur dəhlizi olmayacaq” deyir, amma olacaq, çünki... - "...MƏCBUR OLACAQ"
Bu gün, 09:00
4 milyon manat necə ələ keçirilib? - Zeynal Usubovun da pulu gedib
Bu gün, 08:58
Güzəştli şərtlərlə yaranan pensiya hüququ... - Ekspert danışır...
Bu gün, 08:52
İxtisar etmək istəyirlərsə, yuxarı maaş alan müavinləri ixtisara salsınlar... - ETİRAZ VAR...
Bu gün, 08:49
Deputatımızın bahalı obyekti XARABA GÜNƏ QALDI - FOTO
Bu gün, 08:36
Naxçıvanda ÜÇ DƏFƏ AZ pərakəndə ticarət dövriyyəsi... - Rəqəmlər düz gəlmir, cənab Nəcəfli...
Bu gün, 08:30
Azərbaycanda aktyor vəfat edib
Bu gün, 08:27
Qərb Azərbaycanın müstəqil siyasət həyata keçirməsinə mane olmağa çalışır - deputat
Bu gün, 07:32
Zaur Hüseynov niyə işdən çıxarıldı? - İLGİNC DETALLAR
Bu gün, 07:27
İllər öncə sənətə gəlsə də...
Bu gün, 07:24
Hindistandan Bakıya silah satmaq üçün gülünc “şərt” - BU NƏDİ BELƏ?
Bu gün, 07:20
Qərb Moskvaya qarşı bu “silahı” işə salır – “Rusiyanı çökdürmək… “
Bu gün, 07:18
Kiyev rus qazını kəsir: Avropa istilik problemi ilə üz-üzə - NƏ BAŞ VERİR?
Bu gün, 03:11
Məktəblərdə istilik problemi varmı? - AKTUAL
Bu gün, 03:09
Suriyanın “açarı” kimdədir? - Türkiyədə, ya da 300 milyard dolları kim versə, onda...
Bu gün, 03:06
MİDA hamını BOĞAZA YIĞIB... - öz qaydaları ilə...
Bu gün, 03:04
"Cəmiyyət və dövlət susur deyə əxlaqsızlığın sayı artır" - - ETİRAZ
Bu gün, 02:59
'Expargo' karqoları BELƏ GECİKDİRİR - Yolda olan bağlama yenidən çeşidləməyə necə qayıtdı?
Bu gün, 02:55
Elçin Lənbəranski hüquq-mühafizə orqanlarına səsləndi - "Bu binamusları həbs edin..."
Bu gün, 02:51
Azərbaycanda 24 illik şirkət - LƏĞV EDİLİR
Bu gün, 00:05
Azərbaycanda 10 manat nizamnamə kapitalı olan kredit şirkəti yaradılıb
Bu gün, 00:02
ABŞ-da Tərlan Əhmədova yüksək vəzifə verildi
Dünən, 20:30
Zaur Hüseynov “Bakı Metropoliteni” QSC-nin sədri vəzifəsindən azad edilib, yeni təyinat olub
Dünən, 20:24
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru