Bəşər Əsədin həyat yoldaşının .....                     MAHMUDOVLARI VİDEOKONFRANSLA DİNDİRİBLƏR! .....                     Paşinyan Makronu iki il ərzində 5-ci dəfə Ermənistana dəvət etsə də, səfər baş tutmur .....                     “Baha getmək üçün soyunmaq lazımdır, kaş ki...” .....                     Avropa Parlamentinin riyakar qətnaməsinin arxasında Makron durur .....                     Sement ixracı bu il Azərbaycana 48 milyon dollar .....                     Polkovnik-leytenantın 14 yaşlı qızı Türkiyədə vəfat etdi .....                     Tokayev milli iqtisadiyyat nazirini vəzifəsindən azad edib .....                     "Vəsiyyət etmişəm ki, vida mərasimində məni aparanda..." .....                     Axşam.az 12 yaşında! .....                     27 il talayasan... VƏ CƏZASIZ QALASAN... .....                     “LukOyl” benzin əvəzinə su satır? .....                     Rəsul Rzanın ev muzeyini hostelə çeviriblər? .....                     İkinci şərt aradan qalxdı: Sülh üçün son tələb qaldı .....                     Ağdaşda torpaqlar qanunsuz satılır, vətəndaşa gəlincə isə... .....                     Rusiyanı, Türkiyəni, İranı gözardı edənlərin axmaq planı .....                     ABŞ Senatı büdcə haqqında qanun layihəsini gecikmə ilə qəbul edib .....                     Rus general Bakı və İrəvana nəyin mesajını verir? .....                     Bank kart kodlarını naməlum şəxslərə verməyin .....                     `Azəriqaz` yanvarın borcunu indidən yazır? .....                     AMXM-da "Füzuli eşqi" adlı tədbir keçirilib .....                     Həmin direktorun diplomu saxta imiş .....                     Bu ölkələr Ermənistanı SAVAŞA HAZIRLAYIR .....                     "Bizə heç nə demirlər, sadəcə deyirlər ki, yanvarın 1-də çıxmalısız" .....                     Amerikadan Azərbaycana görünməmiş ŞANTAJ .....                     Elm və təhsil naziri Tərtərdə vətəndaşları qəbul edib .....                     Dillər Universitetinin SEÇKİ-MEÇKİ ŞOUSU... .....                     Avropa Parlamentindən Bakıya növbəti hücum .....                     Sülh sazişinin vaxtı açıqlandı: Bu ölkədə imzalanacaq .....                     Dövlətin verdiyi mal-qara KÜTLƏVİ ŞƏKİLDƏ QIRILIR .....                     Bayram günlərində hotellərinqiyməti fantastik həddə .....                     Əliyev Rusiyanı başa saldı ki, bu, qəbuledilməzdir! .....                     İrəvan “Zəngəzur dəhlizi olmayacaq” deyir, amma olacaq, çünki... .....                     4 milyon manat necə ələ keçirilib? .....                     Güzəştli şərtlərlə yaranan pensiya hüququ... .....                     İxtisar etmək istəyirlərsə, yuxarı maaş alan müavinləri ixtisara salsınlar... .....                     Deputatımızın bahalı obyekti XARABA GÜNƏ QALDI .....                     Naxçıvanda ÜÇ DƏFƏ AZ pərakəndə ticarət dövriyyəsi... .....                     Azərbaycanda aktyor vəfat edib .....                     Qərb Azərbaycanın müstəqil siyasət həyata keçirməsinə mane olmağa çalışır .....                 

Təəccüblü və təhlükəli - Bu məlumatları kimlər və niyə tirajlayırlar?
Tarix: 19-11-2023, 12:51 | Çap et
Təəccüblü və təhlükəli
Son zamanlar nüfuzlu Qərb mediasında heyrətamiz tendensiya müşahidə olunur. Məsələn, Britaniyanın məşhur “The Telegraph” qəzeti Volodimir Zelenski ilə Ukrayna hərbçiləri arasında parçalanmadan yazır. Səbəb kimi də Rusiya ilə münaqişənin dalana dirənməsi göstərilir.

“Dayanmış hücumlar fonunda Ukraynanın siyasi və hərbi rəhbərliyi arasında adətən gizli qalan gərginlik artıq ictimaiyyətə məlum olub. Bu, hətta keçən fevralda başlanan genişmiqyaslı işğaldan sonra Ukraynanın müdafiəsinə inadla rəhbərlik edən Zelenskinin də “çat verməyə” başlaya biləcəyinə işarədir”, - deyə məqalədə bildirilir.

Qeyd olunur ki, Zelenski həmçinin döyüşlərin “dalan nöqtəyə” çatdığını deyən general Valeri Zalujnını açıq şəkildə danlayıb: “Bu həftənin əvvəlindəki çıxışında Ukrayna Prezidenti deyib: “İndi hər kəs öz səylərini ölkənin müdafiəsinə cəmləməlidir. Gücünüzü toplayın və özünüzdən razı olmayın, daxili çəkişmələrdə və ya digər problemlərdə boğulmayın”. O, fikir ayrılıqlarının ölkə üçün dəhşətli nəticələr doğuracağı barədə xəbərdarlıq edib. Prezidentin baş köməkçiləri söz savaşına qoşularaq, general Zalujnının dalana dirənməsi ilə bağlı bəyanatlarının yalnız “təcavüzkarın işini asanlaşdırdığını” və Kiyevin qərbli tərəfdarları arasında “çaxnaşma” yaratdığını vurğulayırlar”.

“Siyasətçilərin hədsiz nikbin baxışları ilə bağlı daha əvvəl mübahisə iddialarına baxmayaraq, ordu və mülki rəhbərlik arasında parçalanma 20 aydan sonra davam edir. Son beş ayda gedən döyüşlərdə Ukrayna işğal olunan ərazisinin yalnız kiçik bir hissəsini azad edib, Rusiya isə hələ də ölkə ərazisinin beşdə birinə nəzarət edir. Rəsmilər qorxurlar ki, görünən dalana dirəniş Qərb müttəfiqlərini Rusiya ilə sülh danışıqları üçün təzyiqi artırmağa və onları müharibənin dayandırılması müqabilində əraziləri təslim etməyə məcbur edə bilər. Kiyevdə bəziləri, o cümlədən cənab Zelenski daha çox narahatdır ki, müharibənin dondurulması ilə bağlı təsəvvür beynəlxalq diqqətin Ukraynadan yayınmasına səbəb ola bilər, xüsusən də İsrail ilə HƏMAS arasındakı müharibə Yaxın Şərqdə regional münaqişəyə çevrilmək təhlükəsi yartdığı bir zamanda”, - deyə nəşr yazır.

Ukraynalı general Zalujnı əksər hallarda toxunulmaz hesab olunur. Populyarlığına görə Ukrayna ordusunun baş komandiri hazırkı Prezidentə potensial siyasi rəqib kimi görünür, lakin Zalujnı bu istiqamətdə heç bir niyyətinin olmadığını bəyan edib. Lakin Prezident onun müavinlərindən birini - xüsusi təyinatlı qüvvələrin rəisini işdən çıxarıb. General-mayor Viktor Xorenko “Ukrayinskaya Pravda”ya deyib ki, o, niyə işdən çıxarıldığını bilmir və bu barədə mediadan öyrənib. General Zalujnı da bu qərardan məəttəl qalıb və “bunu izah edə bilmirəm” deyib.

Ukraynanın yeni təyin olunmuş müdafiə naziri Rustem Umerov Xorenkonun işdən çıxarılmasını tövsiyə etdiyini, lakin bunun səbəbini izah edə bilməyəcəyini, çünki bunun düşmənə Ukraynanı zəiflətmək üçün əsas verəcəyini qeyd edib.

Göründüyü kimi, Qərb media qurumları bu tipli məlumatları son günlər həvəslə tirajlayır. Amerikanın “Daily Beast” xəbər və analitik nəşri yazır ki, cəbhələrdə uğur əldə edilməməsi və xaricdən silah və pul yardımının azalması fonunda Ukrayna qoşunlarında məğlubiyyət əhval-ruhiyyəsi artır: “Ukrayna Silahlı Qüvvələrinin (USQ) hərbi qulluqçuları Qərbin dəstəyinin zəifləməsi səbəbindən Lvova qədər geri çəkilmək ehtimalından ehtiyat edirlər. USQ-nin bir döyüşçüsünün jurnalistlərə izah etdiyi kimi, bu qorxular birbaşa Ukraynanın hazırda özünü silah və sursatla müstəqil şəkildə təmin edə bilməməsi ilə bağlıdır: “ABŞ və digərlərinin dəstəyi olmasa, düşmən qoşunları bütün cəbhələrdə irəliləsə, geri çəkilməyə məcbur olacağıq. Bizim tərəfdaşlarımız var və onlardan kömək alacağıq, amma bu, çox az olacaq, ya da müharibə Lvova çatacaq””.

Materialda həmçinin göstərilir ki, cəbhənin bir sıra sektorlarında Ukrayna hərbçiləri artıq sursatdan istifadəni məhdudlaşdırmağa məcburdurlar: “Onlar Qərbin İsrailə fəal şəkildə yardım etdiyi Yaxın Şərq münaqişəsinin kəskinləşəcəyi təqdirdə bu tendensiyanın daha da pisləşəcəyindən ehtiyat edirlər”.

Belə xəbərlər haqqında nə demək olar? Nəyi göstərirlər? Bunlar real problemlərlə bağlı siqnallardır, yoxsa Qərb mediası vasitəsilə məharətlə təqdim edilmiş Rusiya təbliğatı? Ukraynanın maraqlarına bir növ informasiya hücumu dalğası varmı?

AYNA mövzunu tanınmış ukraynalı ekspertlərlə müzakirə edib.

“Doktrina” Siyasi Araşdırmalar Mərkəzinin təhlükəsizlik departamentinin rəhbəri Qleb Parfyonov:

“Cənubda hücumdan sonra bədbinlik dalğası təbiidir. Ancaq birbaşa Lvova qədər çəkilmək haqqında danışırıqsa, əlbəttə yox. Cəbhə müdafiə baxımından sabitdir və hətta Avdeyevka kimi ərazilərdə də ruslar ciddi irəliləyişlər əldə etmirlər. Bu da nədənsə xəbər verir.

Hər hansı bir dövlətdə müharibə zamanı siyasi və hərbi strategiya münaqişəsi olur və bu da normal haldır. Bunun cəmiyyətlə müzakirə olunması uzunmüddətli perspektivdə vahid strategiya və modelin işlənib hazırlanması baxımından müsbət tendensiyalar gətirə bilər.

Ayrı-ayrılıqda qeyd etmək lazımdır ki, Rusiya təbliğatı daha mürəkkəb və təhlükəli hala gəlib. Süni intellekt texnologiyalarının istifadəsi həm yüksək səviyyəli insanlara zəng etməyə, həm də insan səsindən istifadə edərək açıq saxtakarlıq etməyə imkan verir.

Məsələn, bu yaxınlarda Zalujnı adından yayılan feyk xəbər kimi. Ona görə də bunu Rusiyanın ciddi informasiya hücumu kimi xarakterizə edərdim. Məqsəd həm Ukraynanın özündə, həm də tərəfdaşlar arasında vəziyyətin sabitliyini pozmaqdır ki, onlar yardıma və mümkün perspektivlərə inamlarını itirsinlər”.

Jurnalist və bloger Roman Tsımbalyuk:

“İsraillə bütün bu paralellərin heç bir mənası yoxdur. Qərbdə Ukraynaya kömək etmək və ya kömək etməmək barədə müzakirələrin getməsi başadüşüləndir. Bu, o deməkdir ki, bütün bu məğlubiyyət hissləri fonunda yardımlar azalacaq.

Yaxşı, kömək azalacaq, müdafiəyə oturacağıq, amma kömək olsa, hücuma keçəcəyik. Bu, başadüşüləndir. Qərb silahları və sursatları olmasa, biz qalib gələ bilmərik – burada nə vətənə xəyanət var, nə də qələbə. Sadəcə Rusiyaya və onun hərbi-iqtisadi potensialına, bir də bizə baxın.

Yəni hər şey bir-biri ilə çox bağlıdır. Ona görə də hesab edirəm ki, Qərb dünyası təbii ki, o mənada maraqlıdır, amma hər şey siyasi qərarlardan asılıdır. Hələlik Avropa dirnəniş göstərir, sonrasına baxarıq. ABŞ-ın da bir gün bu mövzuda bütün mübahisələrini dayandıracağını düşünürəm.

Zalujnı ilə Zelenski arasında savaşa gəlincə, əslində heç bir savaş yoxdur. Bu, həm də obyektiv siyasi prosesdir. Nədənsə hamı yayda irəliləyəcəyimizi gözləyirdi, baxmayaraq ki, bütün hesablamalara görə bunun çətin mümkün olacağı aydın idi.

İndi isə birdən hamı faktdan sonra bu haqda danışmağa başladı. Yayda xəbərdarlıq etmişdim ki, genişmiqyaslı hücum üçün döyüş təyyarələrini gözləmək lazımdır. Amma bu, həm də siyasi qərardır. Və yenə də bizi ruhlandırırdılar: gəl, irəli, irəli get. Sonrası necə olacaq, yaşayarıq, görərik”.

Müəllif: Rauf Orucov - Mənbə: AYNA.az
Təqdim etdi: DİA-AZ.COM (ƏRSOYUN BLOQU)








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bəşər Əsədin həyat yoldaşının Moskvada xərçəngdən müalicəsi başlayıb
Bu gün, 13:01
MAHMUDOVLARI VİDEOKONFRANSLA DİNDİRİBLƏR! - Eldar Mahmudovun övladlarının 60 obyekti ilə bağlı cinayət işi
Bu gün, 12:57
Paşinyan Makronu iki il ərzində 5-ci dəfə Ermənistana dəvət etsə də, səfər baş tutmur - KİV
Bu gün, 12:50
“Baha getmək üçün soyunmaq lazımdır, kaş ki...” - Mənzurə Musayeva
Bu gün, 12:26
Avropa Parlamentinin riyakar qətnaməsinin arxasında Makron durur - deputat
Bu gün, 12:22
Sement ixracı bu il Azərbaycana 48 milyon dollar - GƏLİR GƏTİRİB
Bu gün, 12:12
Polkovnik-leytenantın 14 yaşlı qızı Türkiyədə vəfat etdi
Bu gün, 12:07
Tokayev milli iqtisadiyyat nazirini vəzifəsindən azad edib
Bu gün, 12:03
"Vəsiyyət etmişəm ki, vida mərasimində məni aparanda..."
Bu gün, 11:48
Axşam.az 12 yaşında!
Bu gün, 11:47
27 il talayasan... VƏ CƏZASIZ QALASAN... - ƏFSUS!!!
Bu gün, 11:42
“LukOyl” benzin əvəzinə su satır? - VİDEOFAKT
Bu gün, 11:34
Rəsul Rzanın ev muzeyini hostelə çeviriblər? – Oğlu danışdı
Bu gün, 11:27
İkinci şərt aradan qalxdı: Sülh üçün son tələb qaldı - GƏLİŞMƏ
Bu gün, 11:25
Ağdaşda torpaqlar qanunsuz satılır, vətəndaşa gəlincə isə... - GİLEY
Bu gün, 11:20
Rusiyanı, Türkiyəni, İranı gözardı edənlərin axmaq planı - ŞƏRH
Bu gün, 11:02
ABŞ Senatı büdcə haqqında qanun layihəsini gecikmə ilə qəbul edib - PRİME
Bu gün, 11:00
Rus general Bakı və İrəvana nəyin mesajını verir? - İNCƏLƏMƏ
Bu gün, 10:48
Bank kart kodlarını naməlum şəxslərə verməyin - DİN-dən ÇAĞIRIŞ
Bu gün, 10:38
`Azəriqaz` yanvarın borcunu indidən yazır? - AXI NİYƏ?..
Bu gün, 10:37
AMXM-da "Füzuli eşqi" adlı tədbir keçirilib - FOTO
Bu gün, 10:18
Həmin direktorun diplomu saxta imiş - 98 minlik dələduzluq
Bu gün, 10:10
Bu ölkələr Ermənistanı SAVAŞA HAZIRLAYIR - NƏ ETMƏLİ?
Bu gün, 10:08
"Bizə heç nə demirlər, sadəcə deyirlər ki, yanvarın 1-də çıxmalısız" - NARAZILIQ VAR...
Bu gün, 10:06
Amerikadan Azərbaycana görünməmiş ŞANTAJ - BU NƏDİ BELƏ?..
Bu gün, 10:03
Elm və təhsil naziri Tərtərdə vətəndaşları qəbul edib - FOTO
Bu gün, 09:59
Dillər Universitetinin SEÇKİ-MEÇKİ ŞOUSU... - ÖZBAŞINA QALIB...
Bu gün, 09:52
Avropa Parlamentindən Bakıya növbəti hücum - Sanksiya şantajının görünməyən tərəfləri
Bu gün, 09:44
Sülh sazişinin vaxtı açıqlandı: Bu ölkədə imzalanacaq - TƏFƏRRÜAT
Bu gün, 09:42
Dövlətin verdiyi mal-qara KÜTLƏVİ ŞƏKİLDƏ QIRILIR - NAZİRİN NƏZƏRİNƏ!
Bu gün, 09:18
Bayram günlərində hotellərinqiyməti fantastik həddə - “O qiymətə Avropada istirahət etmək olar”
Bu gün, 09:07
Əliyev Rusiyanı başa saldı ki, bu, qəbuledilməzdir! - Markedonov
Bu gün, 09:06
İrəvan “Zəngəzur dəhlizi olmayacaq” deyir, amma olacaq, çünki... - "...MƏCBUR OLACAQ"
Bu gün, 09:00
4 milyon manat necə ələ keçirilib? - Zeynal Usubovun da pulu gedib
Bu gün, 08:58
Güzəştli şərtlərlə yaranan pensiya hüququ... - Ekspert danışır...
Bu gün, 08:52
İxtisar etmək istəyirlərsə, yuxarı maaş alan müavinləri ixtisara salsınlar... - ETİRAZ VAR...
Bu gün, 08:49
Deputatımızın bahalı obyekti XARABA GÜNƏ QALDI - FOTO
Bu gün, 08:36
Naxçıvanda ÜÇ DƏFƏ AZ pərakəndə ticarət dövriyyəsi... - Rəqəmlər düz gəlmir, cənab Nəcəfli...
Bu gün, 08:30
Azərbaycanda aktyor vəfat edib
Bu gün, 08:27
Qərb Azərbaycanın müstəqil siyasət həyata keçirməsinə mane olmağa çalışır - deputat
Bu gün, 07:32
Zaur Hüseynov niyə işdən çıxarıldı? - İLGİNC DETALLAR
Bu gün, 07:27
İllər öncə sənətə gəlsə də...
Bu gün, 07:24
Hindistandan Bakıya silah satmaq üçün gülünc “şərt” - BU NƏDİ BELƏ?
Bu gün, 07:20
Qərb Moskvaya qarşı bu “silahı” işə salır – “Rusiyanı çökdürmək… “
Bu gün, 07:18
Kiyev rus qazını kəsir: Avropa istilik problemi ilə üz-üzə - NƏ BAŞ VERİR?
Bu gün, 03:11
Məktəblərdə istilik problemi varmı? - AKTUAL
Bu gün, 03:09
Suriyanın “açarı” kimdədir? - Türkiyədə, ya da 300 milyard dolları kim versə, onda...
Bu gün, 03:06
MİDA hamını BOĞAZA YIĞIB... - öz qaydaları ilə...
Bu gün, 03:04
"Cəmiyyət və dövlət susur deyə əxlaqsızlığın sayı artır" - - ETİRAZ
Bu gün, 02:59
'Expargo' karqoları BELƏ GECİKDİRİR - Yolda olan bağlama yenidən çeşidləməyə necə qayıtdı?
Bu gün, 02:55
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru