Bəşər Əsədin həyat yoldaşının .....                     MAHMUDOVLARI VİDEOKONFRANSLA DİNDİRİBLƏR! .....                     Paşinyan Makronu iki il ərzində 5-ci dəfə Ermənistana dəvət etsə də, səfər baş tutmur .....                     “Baha getmək üçün soyunmaq lazımdır, kaş ki...” .....                     Avropa Parlamentinin riyakar qətnaməsinin arxasında Makron durur .....                     Sement ixracı bu il Azərbaycana 48 milyon dollar .....                     Polkovnik-leytenantın 14 yaşlı qızı Türkiyədə vəfat etdi .....                     Tokayev milli iqtisadiyyat nazirini vəzifəsindən azad edib .....                     "Vəsiyyət etmişəm ki, vida mərasimində məni aparanda..." .....                     Axşam.az 12 yaşında! .....                     27 il talayasan... VƏ CƏZASIZ QALASAN... .....                     “LukOyl” benzin əvəzinə su satır? .....                     Rəsul Rzanın ev muzeyini hostelə çeviriblər? .....                     İkinci şərt aradan qalxdı: Sülh üçün son tələb qaldı .....                     Ağdaşda torpaqlar qanunsuz satılır, vətəndaşa gəlincə isə... .....                     Rusiyanı, Türkiyəni, İranı gözardı edənlərin axmaq planı .....                     ABŞ Senatı büdcə haqqında qanun layihəsini gecikmə ilə qəbul edib .....                     Rus general Bakı və İrəvana nəyin mesajını verir? .....                     Bank kart kodlarını naməlum şəxslərə verməyin .....                     `Azəriqaz` yanvarın borcunu indidən yazır? .....                     AMXM-da "Füzuli eşqi" adlı tədbir keçirilib .....                     Həmin direktorun diplomu saxta imiş .....                     Bu ölkələr Ermənistanı SAVAŞA HAZIRLAYIR .....                     "Bizə heç nə demirlər, sadəcə deyirlər ki, yanvarın 1-də çıxmalısız" .....                     Amerikadan Azərbaycana görünməmiş ŞANTAJ .....                     Elm və təhsil naziri Tərtərdə vətəndaşları qəbul edib .....                     Dillər Universitetinin SEÇKİ-MEÇKİ ŞOUSU... .....                     Avropa Parlamentindən Bakıya növbəti hücum .....                     Sülh sazişinin vaxtı açıqlandı: Bu ölkədə imzalanacaq .....                     Dövlətin verdiyi mal-qara KÜTLƏVİ ŞƏKİLDƏ QIRILIR .....                     Bayram günlərində hotellərinqiyməti fantastik həddə .....                     Əliyev Rusiyanı başa saldı ki, bu, qəbuledilməzdir! .....                     İrəvan “Zəngəzur dəhlizi olmayacaq” deyir, amma olacaq, çünki... .....                     4 milyon manat necə ələ keçirilib? .....                     Güzəştli şərtlərlə yaranan pensiya hüququ... .....                     İxtisar etmək istəyirlərsə, yuxarı maaş alan müavinləri ixtisara salsınlar... .....                     Deputatımızın bahalı obyekti XARABA GÜNƏ QALDI .....                     Naxçıvanda ÜÇ DƏFƏ AZ pərakəndə ticarət dövriyyəsi... .....                     Azərbaycanda aktyor vəfat edib .....                     Qərb Azərbaycanın müstəqil siyasət həyata keçirməsinə mane olmağa çalışır .....                 

Xoşbəxt gələcəyə doğru: Siz hazır, onlar razı olmalıdır - GƏLİŞMƏ
Tarix: 14-11-2023, 06:31 | Çap et
Xoşbəxt gələcəyə doğru: Siz hazır, onlar razı olmalıdır
Avropa Komissiyası Ukraynanın Avropa İttifaqına (Aİ) daxil olması prosesinə başlamağı tövsiyə edir. Bu barədə “Bloomberg”ə məlumatlı mənbələr bildiriblər. Onlar Ukraynanın müharibə zamanı üzləşdiyi çətinlikləri nəzərə alaraq, Komissiyanın bundan imtina etməsinin siyasi baxımdan qeyri-mümkün olacağını qeyd ediblər.

Rəsmi tövsiyə verildikdən sonra Aİ liderləri qərarı dekabrda dövlət başçılarının görüşündə təsdiq etməli olacaqlar. Baxmayaraq ki, mənbələrin qeyd etdiyi kimi, bəzi ölkələrin, o cümlədən Macarıstanın mövqeyi hələ də aydınlaşdırılmalıdır.

Agentliyin həmsöhbətləri vurğulayıblar ki, sənəd təsdiq edildikdə, Ukrayna korrupsiyaya qarşı mübarizəni əhatə edən uzun islahatlar prosesinə başlayacaq.

Ümumilikdə, Aİ-yə daxil olmağa hazırlıq qanunun aliliyi, iqtisadiyyat və milli azlıqların müdafiəsi də daxil olmaqla, 30-dan çox sahədə islahatlar tələb edəcək. Həmsöhbətlərdən birinin vurğuladığı kimi, Aİ-nin vəzifəsi Kiyevə bloka qoşulmaq üçün “qısa yollarının” olmayacağını göstərməkdir.

“Bloomberg”in mənbələrə istinadən yazdığı kimi, ABŞ-dan dəstəyin azaldığını hiss edən, bloka qoşulmaq üzrə danışıqların başlanması Prezident Volodimir Zelenskinin mövqeyini gücləndirəcək. Nəşr qeyd edir ki, Aİ üçün Ukraynanın üzvlüyü blokun yeni üzvləri qəbul etmək və qərar qəbuletmə mexanizmini uyğunlaşdırmaq qabiliyyətini sınayacaq.

Sentyabr ayında Avropa Komissiyasının sədri Ursula fon der Leyen Aİ-ni 30-dan çox ölkəyə genişlənməyə hazırlaşmağa çağırıb. Onun sözlərinə görə, bu, “Avropanın strateji maraqlarına” uyğundur.

“Ukraynanın gələcəyi bizim birliyimizdədir. Bəzilərinin ölkələri bir-bir əzməyə çalışdığı bir dünyada biz avropalı dostlarımızı tərk edə bilmərik”, - deyə fon der Leyen Ukraynanın Aİ-yə daxil olmasının zəruriliyini izah edib.

O, Avropa Parlamentinə illik mesajında diqqətə çatdırıb ki, daha böyük blokun fəaliyyətini təmin etmək üçün Avropa Komissyası onun fəaliyyətini müəyyən edən əsas siyasətləri təhlil etməyə və yenidən nəzərdən keçirməyə başlayacaq.

Ukrayna Aİ-yə namizəd statusunu 2022-ci ilin iyununda alıb. Deməli, söhbət yaxın zamanda Ukraynanın qoşulması prosesinin başlanmasından gedir.

Bu xəbəri nə dərəcədə irəliləyiş hesab etmək olar? Bunun müharibə edən Ukraynaya hansı üstünlükləri var? Müharibə şəraitində onun Aİ-yə qəbul olunma ehtimalı nə qədərdir?

AYNA-nın suallarını tanınmış ukraynalı ekspertlər cavablandırıblar.

Təhlükəsizlik və müdafiə məsələləri üzrə ekspert Oleq Starikov:

“Ukrayna öz Konstitusiyasında Avropa İttifaqına üzvlük və Avro-Atlantik inteqrasiyanı onilliklər ərzində inkişafının fundamental geosiyasi vektorları kimi müəyyən edib. Əvvəldən bilirdik ki, bu, asan olmayacaq, lakin genişmiqyaslı işğaldan və demək olar ki, iki il davam edən fəal hərbi əməliyyatlardan sonra islahatların vacibliyi və vaxtında olması daha da aydınlaşdı.

Ukrayna dövlətinin yaşadığı və düşmənlə mübarizə apardığı vaxtda Aİ ölkələrindən heç biri hələ də belə bir şəraitdə islahatlar yolu keçməyib. 2022-ci ilin ortalarında ölkəmizin öz vətəndaşlarının şüurunda böyük dönüş yaşandı - müharibə Avropa qitəsindəki qonşularımızın əsl simasını göstərdi - kim bizim dostumuzdur, kim müttəfiqimizdir, kim müttəfiqimiz deyil.

Reallıqlara, eləcə də 2022-ci il iyunun 23-də Brüsseldə təsdiq edilmiş Aİ üzvlüyünə namizədin yol xəritəsi əsasında Ukrayna Prezidenti, Hökuməti və Ali Radası üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsinə yönəlmiş qanun layihələri hazırlayır.

Ölkədə hərbi vəziyyətin hökm sürdüyü, müharibənin getdiyi bir vaxtda bizdən əvvəl heç kim “bu gün üçün” rejimində islahatlar aparmayıb. İndi Ukrayna müdafiə, siyasi, iqtisadi, sosial və humanitar sahələrdə onlarla islahatların eyni vaxtda həyata keçirilməsi üçün niyyətlərin, qüvvələrin və hərəkətlərin cəmləşməsinin nümunəsinə çevrilib. Və bütün çətinliklərə, müharibəyə, iqtisadiyyatın tənəzzülünə, Rusiya Federasiyası qoşunlarının Ukrayna ərazisini işğal etməsinin özü ilə gətirdiyi sosial problemlərə, davam etmək istəyən kiçik bir idarəçi təbəqənin daxili müqaviməti, dövlət büdcəsində parazitlik etmək istəklərinə baxmayaraq, Kiyevin siyasəti onu göstərir ki, Ukrayna Avropaya doğru mühüm addımlar atır.

Ali Radada bu ilin sentyabrında Ukraynanı, sözün əsl mənasında, Avropa İttifaqının üzvü statusuna yaxınlaşdıran bir sıra qanun layihələri səsə qoyulub. Belə ki, Zelenski Avropa komissarlarının israrla tələb etdiyi məmurlar tərəfindən öz gəlir və xərclərinin məcburi və açıq bəyan edilməsi haqqında qanunu imzalayıb.

Əslində biz hökumət qarşısında şəffaflığı bərpa etdik və korrupsiyaya qarşı mübarizəni davam etdirməyə hazır olduğumuzu göstərdik. Bəli, belə bir qanun 2022-ci ilin fevralına qədər qüvvədə idi, lakin hərbi vəziyyət şəraitində Bəyannamələrin Reyestrinə giriş bağlandı. İndi bu məhdudiyyət aradan qaldırılıb və Ukrayna ən çətin şəraitdə belə, sistemli korrupsiyaya qarşı mübarizə aparır: buna misal olaraq oliqarx İqor Kolomoyskinin işini göstərmək olar.

Bundan əlavə, Ali Rada “Siyasi cəhətdən əhəmiyyətli şəxslərin - PEP-in (рolitically exposed persons) maliyyə monitorinqi haqqında” 9269 nömrəli qanun layihəsinin dəyişdirilmiş variantını əsas kimi qəbul edib, “once pep-forever pep” müddəasını geri qaytarıb. Və bu, Ukrayna üçün korrupsiya ilə ən yüksək səviyyədə mübarizə yolunda daha bir addımdır.

Ötən həftə yol xəritəsi çərçivəsində milli azlıqlar haqqında 9610 saylı qanun layihəsi qəbul edilib. Biz bunu sentyabrın sonuna qədər qəbul etməyi öz üzərimizə götürdük və indi o, imza üçün Volodimir Zelenskiyə göndərilib.

Bu və bir sıra digər qanunvericilik təşəbbüsləri Ukrayna dövləti tərəfindən Aİ ilə əməkdaşlıq çərçivəsində həyata keçirilib və Ukrayna ilə Aİ arasında gələcək yaxınlaşma üzrə Avropa Komissiyası ilə danışıqlar prosesinin əsasını təşkil edəcək. Biz Ukrayna və Avropa İttifaqının qanunvericilik bazasını uyğunlaşdırmaq üçün keçilməli olan titanik işdən və yolun mürəkkəbliyindən xəbərdarıq.

“Ev tapşırığı” siyahısında Aİ qanunvericiliyinin daha iki minə yaxın aktı var ki, biz onları Ukraynanın hüquqi sahəsində həyata keçirməyə borcluyuq. Biz bilirik ki, 27 Aİ ölkəsinin hər biri ilə ayrılıqda danışıqlar aparacağıq və Aİ-yə daxil olmağımızla bağlı çərçivə sazişi memorandumları bağlayacağıq. Xüsusilə davam edən hərbi əməliyyatlar və dövlətin iqtisadi gücünün zəifləməsi şəraitində bu prosesin mürəkkəb və uzun sürdüyünü bilirik. Biz Aİ-yə tamhüquqlu üzvlük yolunda mühüm irəliləyişlər əldə edirik ki, bizim bədxahlarımız gələcəkdə buna göz yuma bilməyəcəklər.

Ukrayna öz inkişafının geosiyasi seçimi, sivilizasiya seçimi yolundan dönməyəcək. İnkişaf etmiş iqtisadiyyatı, yüksək sosial standartları, səmərəli hüquq və məhkəmə sistemi, güclü müdafiə sektoru olan dövlət olmaq bizim məqsədimizdir”.

“Doktrina” Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri Yaroslav Bojko:

“Ümumiyyətlə, Aİ-yə daxil olmaq iki amildən asılı olan məsələdir: birincisi, Aİ ölkələri rəhbərliyinin Ukraynanı qəbul etmək üçün siyasi istəyi, ikincisi, Aİ standartlarına uyğun olaraq standartlaşdırma qanunvericiliyinin və iqtisadi əlaqələrin böyük və əziyyətli işi.

Ukrayna üçün ən vacib siqnallar Aİ-nin bizi siyasi nöqteyi-nəzərdən qəbul etməyə hazır olmasıdır. Aİ tərəfindən belə bir addım əhəmiyyətli stimul kimi görünür.

Vaxt haqqında danışmaq hələ çox çətindir, amma əsas odur ki, Ukrayna bütün lazımi standartları qəbul etdikdən sonra Aİ-də tez qərarın mümkünlüyü ilə bağlı siyasi konsensus formalaşsın.

Ukrayna üçün bu, müəyyən dərəcədə müharibə başa çatdıqdan sonra iqtisadi və infrastrukturun bərpası proseslərinin maliyyələşdirilməsi üçün uzunmüddətli və keyfiyyətli prosesin təminatıdır. Əslində, bu, ukraynalıların xoşbəxt gələcəyə ümid edə biləcəyi konkret nümunədir”.

Müəllif: Rauf Orucov - Mənbə: AYNA.az
Təqdim etdi: DİA.AZ (Ərsoyun Bloqu)








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bəşər Əsədin həyat yoldaşının Moskvada xərçəngdən müalicəsi başlayıb
Bu gün, 13:01
MAHMUDOVLARI VİDEOKONFRANSLA DİNDİRİBLƏR! - Eldar Mahmudovun övladlarının 60 obyekti ilə bağlı cinayət işi
Bu gün, 12:57
Paşinyan Makronu iki il ərzində 5-ci dəfə Ermənistana dəvət etsə də, səfər baş tutmur - KİV
Bu gün, 12:50
“Baha getmək üçün soyunmaq lazımdır, kaş ki...” - Mənzurə Musayeva
Bu gün, 12:26
Avropa Parlamentinin riyakar qətnaməsinin arxasında Makron durur - deputat
Bu gün, 12:22
Sement ixracı bu il Azərbaycana 48 milyon dollar - GƏLİR GƏTİRİB
Bu gün, 12:12
Polkovnik-leytenantın 14 yaşlı qızı Türkiyədə vəfat etdi
Bu gün, 12:07
Tokayev milli iqtisadiyyat nazirini vəzifəsindən azad edib
Bu gün, 12:03
"Vəsiyyət etmişəm ki, vida mərasimində məni aparanda..."
Bu gün, 11:48
Axşam.az 12 yaşında!
Bu gün, 11:47
27 il talayasan... VƏ CƏZASIZ QALASAN... - ƏFSUS!!!
Bu gün, 11:42
“LukOyl” benzin əvəzinə su satır? - VİDEOFAKT
Bu gün, 11:34
Rəsul Rzanın ev muzeyini hostelə çeviriblər? – Oğlu danışdı
Bu gün, 11:27
İkinci şərt aradan qalxdı: Sülh üçün son tələb qaldı - GƏLİŞMƏ
Bu gün, 11:25
Ağdaşda torpaqlar qanunsuz satılır, vətəndaşa gəlincə isə... - GİLEY
Bu gün, 11:20
Rusiyanı, Türkiyəni, İranı gözardı edənlərin axmaq planı - ŞƏRH
Bu gün, 11:02
ABŞ Senatı büdcə haqqında qanun layihəsini gecikmə ilə qəbul edib - PRİME
Bu gün, 11:00
Rus general Bakı və İrəvana nəyin mesajını verir? - İNCƏLƏMƏ
Bu gün, 10:48
Bank kart kodlarını naməlum şəxslərə verməyin - DİN-dən ÇAĞIRIŞ
Bu gün, 10:38
`Azəriqaz` yanvarın borcunu indidən yazır? - AXI NİYƏ?..
Bu gün, 10:37
AMXM-da "Füzuli eşqi" adlı tədbir keçirilib - FOTO
Bu gün, 10:18
Həmin direktorun diplomu saxta imiş - 98 minlik dələduzluq
Bu gün, 10:10
Bu ölkələr Ermənistanı SAVAŞA HAZIRLAYIR - NƏ ETMƏLİ?
Bu gün, 10:08
"Bizə heç nə demirlər, sadəcə deyirlər ki, yanvarın 1-də çıxmalısız" - NARAZILIQ VAR...
Bu gün, 10:06
Amerikadan Azərbaycana görünməmiş ŞANTAJ - BU NƏDİ BELƏ?..
Bu gün, 10:03
Elm və təhsil naziri Tərtərdə vətəndaşları qəbul edib - FOTO
Bu gün, 09:59
Dillər Universitetinin SEÇKİ-MEÇKİ ŞOUSU... - ÖZBAŞINA QALIB...
Bu gün, 09:52
Avropa Parlamentindən Bakıya növbəti hücum - Sanksiya şantajının görünməyən tərəfləri
Bu gün, 09:44
Sülh sazişinin vaxtı açıqlandı: Bu ölkədə imzalanacaq - TƏFƏRRÜAT
Bu gün, 09:42
Dövlətin verdiyi mal-qara KÜTLƏVİ ŞƏKİLDƏ QIRILIR - NAZİRİN NƏZƏRİNƏ!
Bu gün, 09:18
Bayram günlərində hotellərinqiyməti fantastik həddə - “O qiymətə Avropada istirahət etmək olar”
Bu gün, 09:07
Əliyev Rusiyanı başa saldı ki, bu, qəbuledilməzdir! - Markedonov
Bu gün, 09:06
İrəvan “Zəngəzur dəhlizi olmayacaq” deyir, amma olacaq, çünki... - "...MƏCBUR OLACAQ"
Bu gün, 09:00
4 milyon manat necə ələ keçirilib? - Zeynal Usubovun da pulu gedib
Bu gün, 08:58
Güzəştli şərtlərlə yaranan pensiya hüququ... - Ekspert danışır...
Bu gün, 08:52
İxtisar etmək istəyirlərsə, yuxarı maaş alan müavinləri ixtisara salsınlar... - ETİRAZ VAR...
Bu gün, 08:49
Deputatımızın bahalı obyekti XARABA GÜNƏ QALDI - FOTO
Bu gün, 08:36
Naxçıvanda ÜÇ DƏFƏ AZ pərakəndə ticarət dövriyyəsi... - Rəqəmlər düz gəlmir, cənab Nəcəfli...
Bu gün, 08:30
Azərbaycanda aktyor vəfat edib
Bu gün, 08:27
Qərb Azərbaycanın müstəqil siyasət həyata keçirməsinə mane olmağa çalışır - deputat
Bu gün, 07:32
Zaur Hüseynov niyə işdən çıxarıldı? - İLGİNC DETALLAR
Bu gün, 07:27
İllər öncə sənətə gəlsə də...
Bu gün, 07:24
Hindistandan Bakıya silah satmaq üçün gülünc “şərt” - BU NƏDİ BELƏ?
Bu gün, 07:20
Qərb Moskvaya qarşı bu “silahı” işə salır – “Rusiyanı çökdürmək… “
Bu gün, 07:18
Kiyev rus qazını kəsir: Avropa istilik problemi ilə üz-üzə - NƏ BAŞ VERİR?
Bu gün, 03:11
Məktəblərdə istilik problemi varmı? - AKTUAL
Bu gün, 03:09
Suriyanın “açarı” kimdədir? - Türkiyədə, ya da 300 milyard dolları kim versə, onda...
Bu gün, 03:06
MİDA hamını BOĞAZA YIĞIB... - öz qaydaları ilə...
Bu gün, 03:04
"Cəmiyyət və dövlət susur deyə əxlaqsızlığın sayı artır" - - ETİRAZ
Bu gün, 02:59
'Expargo' karqoları BELƏ GECİKDİRİR - Yolda olan bağlama yenidən çeşidləməyə necə qayıtdı?
Bu gün, 02:55
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru