İcra Hakimiyyəti 23 min manata yolka alır .....                     Ermənistan tezliklə bu əraziləri itirəcək .....                     Ayxan Hacızadə ABŞ səfirliyinə cavab verib .....                     “Onun missiyası Gürcüstanda xaos yaratmaqdır” .....                     Bu nazirlikdə əməliyyat keçirilir: saxlanılanlar var .....                     "Paşinyanın vaxt uzatmaq və ya vaxt "qazanmaq"la təxribata hazırlıq cəhdi .....                     Sosial şəbəkələr “yumşaq güc” amilinin əsas istifadə arenasına çevrilir .....                     “Onların məqsədi Azərbaycanda gərginlik yaratmaqdır” .....                     Polad Həşimovun anası Mübariz Mənsimovun qonağı olub .....                     ABŞ hələ də PKK-ya bağlı qruplara dəstək verir .....                     Respublika Fənn Olimpiadalarında suallarla bağlı problemlər yaşanıb .....                     Doğuşdan 15 gün sonra xərçəng xəstəsi olduğu bilindi: Müalicəsinə 60 min lazımdır .....                     Əfv və ya amnistiya olacaq? .....                     Almaniyanın fobiyası REALLIĞA ÇEVRİLİR .....                     Azərbaycanda qeyri-filiz faydalı qazıntı yataqlarından istifadə sahəsində idarəetmə təkmilləşdirilir .....                     Baydendən növbəti əfv qərarı .....                     4 gün əvvəl həbsdən çıxan Qafar Dəmirçi yenidən məhkəmə qarşısında .....                     “Xəstəliyində yanında olmadığım üçün peşmanam” .....                     “Pul qazanan qadınlar haqqında başqa sözlər deyirlər" .....                     Vəzifəli şəxs hamamda yıxılıb öldü .....                     Cavid Qurbanov hələ də HÖKM KEÇİRİR? .....                     Saleh Məmmədovun bu dəbdəbəli villasının qiyməti nə qədərdir? .....                     Jurnalistə qarşı dələduzluqda təqsirləndirilən şəxslərin .....                     Novxanıda bələdiyyə sədri Gəray Əsədov küçəsində yolu satıb .....                     Şagirdlər niyə təhsillərini davam etdirmək istəmir? .....                     Sosial müavinətlərin və təqaüdlərin məbləğləri artırılacaq .....                     Əmək pensiyasının minimum məbləği .....                     Minimum aylıq əməkhaqqının məbləği 400 manat müəyyən edilib .....                     Müharibə və qırğınlar dayanmayacaq… .....                     Ermənistan sülhlə bağlı SƏSİNİ ÇIXARMIR: .....                     “Benzində su olmur axı...” .....                     Tələbələrlə bağlı təklif etiraza səbəb oldu: .....                     Tehran sazişə elə bəndlər əlavə etmək istəyir ki... .....                     Arvadını mühasib, qardaşı oğlunu müavin təyin etdi .....                     Ramin Hacılıdan Xəzər Rayon Məhkəməsinə müraciət .....                     "17 yaşımda ağılsızlıqdan narkotik aludəçisi oldum" .....                     Əsədi devirən “türk” MOSSAD agentidir? .....                     Ərinin öldürdüyü plastik cərrahla bağlı .....                     Paşinyan gerçəkliyi xalqa açıqlasa və Azərbaycanla masa arxasına otursaydı... .....                     Taleh Qaraşovla Rövşən Rüstəmov üz-üzə… .....                 

Seçkilərin ikinci tur həyəcanı: CHP üçün çox çətin olacaq, amma... - GƏLİŞMƏ
Tarix: 17-05-2023, 08:10 | Çap et
Seçkilərin ikinci tur həyəcanı: CHP üçün çox çətin olacaq, amma...
“Millət İttifaqı” səlahiyyətliləri, anket şirkətləri, müxalif TV kanalları və sosial media fenomenlərinin “Kılıçdaroğlu birinci turda qələbə qazanacaq” proqnozu və istəyi baş tutmadı.

Tutmadığı kimi...

Ərdoğan birinci turu təxminən 2.5 milyon səs fərqi ilə bitirdi.

Və ikinci turda daha şanslı görünür.

Aylardır iqtidar hədəfi ilə ümidləndirilən müxalif seçicilər 14 may gecəsindən bəri bir məyusluq və şok yaşayır.

Hər kəs bir-birindən soruşur: necə oldu?

Düşünürəm ki, bu sualın cavabını 14 mayın siyasi xəritəsində axtarmaq gərəkdir. Kılıçdaroğlu və Ərdoğanın ən çox və ən az səs aldığı beş şəhərə baxdığımızda cavabı asanlıqla tapa bilərik.

14 mayın siyasi xəritəsi

Kılıçdaroğlu ən çox səsi sıra ilə Tunceli, Şırnak, Hakkari, Diyarbəkir və Batmandan alarkən, Bayburt, Gümüşhanə, Çankırı, Yozqat və Rizədə rəqabət apara bilmədi.

Ərdoğan isə Bayburt, Gümüşhanə, Rizə, Yozqat və çankırıda rekorda imza atdı. Ancaq Tunceli, Şırnak, Hakkari, İğdır və Diyarbəkirdə uduzdu.

Qəbul etmək lazımdır ki, Türkiyədə seçicilər hələ də şəxsə görə səs verirlər. Dolayısı ilə Yaşıllar və Sol Gələcək Partiyasından Kılıçdaroğlu verilən dəstək demoqrafik çoxluğu təşkil edən millətçi və mühafizəkarlarda basqıya yol açdığı anlaşılır.

Ərdoğanın Kılıçdaroğlunu “Kandilin namizədi” deyib qaralaması və AKP-lilərin CHP-ni terrorla əməkdaşlıqda göstərən elanlar dağıtması, PKK-çıların “Millət İttifaqını” dəstəklədiyi fikrinin gün ərzində dəfələrlə açıqlanması və HDP-lilərin Öcalanın sərbəst qalacağına dair mənasız fikirləri deməsi birləşdi. Və vətandaşın təhlükəsizlik dərdi evindəki iqtisadi problemlərə üstün gəldi.

Kılıçdaroğlu və “Millət İttifaqı” bu çirkin təbliğata cavab verə bilmədi, yaxud cavab verməyə gücü çatmadı. Təkcə Mansur Yavaş “Kandilin namizədi” fikrinə qarşı dirəniş göstərdi ki, onun da səsi bu qarışıqlıqda batdı.

AKP 15 faiz dəstəkçi itirdi

Əgər təhlükəsizlik qayğısı qalib gəlməsəydi, evlərdəki, mətbəxlərdəki “yanğın” AKP-ni iqtidardan edəcəkdi.

Əslində AKP 14 may seçkisini qazanmadı, ilk tur müxalifət tərəfindən iqtidara verildi. Çünki AKP-nin 2018-ci ildə qazandığı 42.6 faiz səs 35.2 faizə düşdü. Yəni ki, 15 faiz səs itirmiş oldu. 2009 ildə bələdiyyə seçkilərindəki 38 faizlik səsi saymasaq, ilk dəfədir ki, AKP-nin səs faizi 40-dan açağı oldu. AKP bu seçkidə 26 şəhərdə 10 faiz və daha yuxarı, 31 şəhərdə 5-10 faiz arasında, 18 şəhərdə 1-5 faiz səs itirmiş oldu. Bu hesaba görə iqtidar 75 şəhərdə səs itkisi yaşadı.

Nəticə olaraq, Ərdoğan iqtisadi böhrana, hücumlara, Ukraynadakı müharibəyə və dağıdıcı zəlzələyə baxmayaraq, səs itirsə də seçki qutusundan birinci çıxmağı bacardı.

MHP anket şirkətlərini səhv çıxararaq, Ərbakanın YRP-si beş və Hüda-Par dörd millət vəkilini parlamentdə keçirə bilməklə AKP-nin qalibiyyətini paylaşmış oldu.

İtirənlər klubu

Kim itirdi?

İlk olaraq, Kılıçdaroğlu.

Bay Kemal beş partiya liderini və iki bələdiyyə sədrini yanına çəkdiyi, HDP-nin səsini aldığı, ondan çox partiya tərəfindən dəstəkləndiyi halda Ərdoğanı məğlub edə bilmədi. Hansı ki, 14 may seçkisi Ərdoğanın ən zəif olduğu seçkidir.

“Millət İttifaqı” itirdi

Gələcək, DEVA, Səadət və Demokrat alternativ AKP-lilərdən yaranıblar. Bu üç partiyanın CHP siyahısı ilə seçkilərə qatılmaları yalnız özlərinə xeyir verdi. DEVA 15, Gələcək 11, Səadət 10 və Demokrat 3 millət vəkili yeri qazandı.

Akşener itirdi

Akşenerin “Altılı masa”da yaratdığı böhran seçicidə etibarsızlıq yaratdı. Kılıçdaroğluna məsafəli davranan İYİ-çilər MHP-yə yönəldilər. Onların bir qismi Sinan Oğana səs vermiş kimi görünürlər.

Yaşıl Sol Partiya itirdi

YSP təxminləri doğrultmayaraq 10 faizin aşağısına endi, 8.9 faiz səs aldı. Halbuki YSP səsvermədən əvvəl 15 faizə yaxın səsə iddia edirdi. YSP-nin PKK ilə üstü açılmayan əlaqələrini kürdlər də qəbul etmir. Millət vəkilliyinə namizədlərin ağızlarını açar-açmaz “Öcalanın azadlığından” danışmaları Türkiyələşmə iddiasını boşa çıxarır. Ən önəmlisi isə YSP Səlahəddin Dəmirtaş liderliyindəki təşkilatlanmanı tamamlaya bilmir. Bu arada, “Emek ve Özgürlük İttifaqı” sayəsində dörd millət vəkili mandatı qazanan Türkiyə İşçi Partiyasının YSP-dən uzaqlaşaraq itirdiyini söyləmək olar.

Anket şirkətləri itirdi

“Konda”, “MetroPoll” , “Yöneylem”, “Türkiye Raporu”, “PanoramaTR” və “Gezici” kimi sorğu şirkətlərinin proqnozları səhv çıxdı. Bu qurumlar son həftə açıqladıqları sorğu nəticələrində Kılıçdaroğlunu irəlidə göstərirdilər. Ən çox da MHP-də yanıldılar.

Müxalif media itirdi

Müxalif televiziya kanalları ölkənin yarısına arxasını dönərək, tək tərəfli yayım edərək, olanı olduğundan şişirdilmiş şəkildə göstərərək, müxalifət düşərgəsinin qələbə eyforiyasınam düçar olmasına səbəb oldular.

Çətindir, amma mümkünsüz deyil

Türkiyədə 28 mayda seçkilərin ikinci turu keçiriləcək. Müxalifət tərəfdən baxdıqda qələbə 14 may gününə baxanda çox çətindir. Görüşdüyüm CHP-çi, İYİ-çi, DEVA-çı, Gələcəkçi səlahiyyətlilər 28 maya ümidli deyillər. Çünki Kılıçdaroğlunun qazandığı 24.5 milyon səsi qoruyub yenidən seçki qutularına daşıması gərəkdir. Xüsusilə, HDP-çiləri səfərbər etməsi üçün xeyli əmək sərf etməli olacaq.

Kılıçdaroğlunun Ərdoğanı keçərək 50+1 faiz səs alması üçün Oğanın 2.8 milyonluq səsini özünə çəkməsi və ya seçkiyə gəlməyən 6 milyon seçiciyi hərəkətə gətirməsi lazımdır.

Mümkündürmü?

Mümkündür.

Bunun üçün Kılıçdaroğlunun Oğan və İncə ilə işbirliyinə getməsi lazımdır. Fəqət, Oğanın önə sürdüyü “HDP-yə məsafə qoyma” şərti Kılıçdaroğlunun əl-qolunu bağlayır.

CHP-nin bu iki həftədə seçicini narahat edən ölkənin təhlükəsizlik maraqları qayğısını qoruyacaqlarına əmin etməkdən başqa yolu yoxdur.

CHP həm “PKK ilə işbirliyi” təbliğatının boş olduğunu sübut etməlidir, həm də HDP-çilərdən gələn səsləri qorumalıdır.

Əlbəttə, çox çətindir...

Amma mümkünsüz deyil.

Müəllif: İsmayıl Saymaz – Analitik yazar.
Mənbə: Sozcu.com.tr
Azərbaycan türkcəsinə uyğunlaşdırma AYNA-ya məxsusdur.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İcra Hakimiyyəti 23 min manata yolka alır
Bu gün, 20:29
Ermənistan tezliklə bu əraziləri itirəcək – Gevondyan
Bu gün, 20:25
Ayxan Hacızadə ABŞ səfirliyinə cavab verib
Bu gün, 20:21
“Onun missiyası Gürcüstanda xaos yaratmaqdır” - ŞƏRH
Bu gün, 19:31
Bu nazirlikdə əməliyyat keçirilir: saxlanılanlar var - TƏFƏRRÜAT
Bu gün, 19:25
"Paşinyanın vaxt uzatmaq və ya vaxt "qazanmaq"la təxribata hazırlıq cəhdi Ermənistana təhlükə yaradır"
Bu gün, 19:02
Sosial şəbəkələr “yumşaq güc” amilinin əsas istifadə arenasına çevrilir - GÖRÜNƏNİ BUDUR
Bu gün, 19:00
“Onların məqsədi Azərbaycanda gərginlik yaratmaqdır” - deputat
Bu gün, 18:58
Polad Həşimovun anası Mübariz Mənsimovun qonağı olub - FOTO
Bu gün, 18:24
ABŞ hələ də PKK-ya bağlı qruplara dəstək verir - FAKT BUDUR!
Bu gün, 18:21
Respublika Fənn Olimpiadalarında suallarla bağlı problemlər yaşanıb - Uşaqların, müəllimlərin əsəbini pozurlar...
Bu gün, 18:16
Doğuşdan 15 gün sonra xərçəng xəstəsi olduğu bilindi: Müalicəsinə 60 min lazımdır - VİDEO
Bu gün, 18:14
Əfv və ya amnistiya olacaq? - AKTUAL
Bu gün, 18:11
Almaniyanın fobiyası REALLIĞA ÇEVRİLİR – Rusiyanın növbəti hədəfi KİM OLACAQ?
Bu gün, 18:10
Azərbaycanda qeyri-filiz faydalı qazıntı yataqlarından istifadə sahəsində idarəetmə təkmilləşdirilir - SƏRƏNCAM
Bu gün, 17:55
Baydendən növbəti əfv qərarı
Bu gün, 17:51
4 gün əvvəl həbsdən çıxan Qafar Dəmirçi yenidən məhkəmə qarşısında - DETALLAR
Bu gün, 17:47
“Xəstəliyində yanında olmadığım üçün peşmanam”
Bu gün, 17:45
“Pul qazanan qadınlar haqqında başqa sözlər deyirlər" - Nadir Qafarzadə
Bu gün, 17:38
Vəzifəli şəxs hamamda yıxılıb öldü - TƏFƏRRÜAT
Bu gün, 17:35
Cavid Qurbanov hələ də HÖKM KEÇİRİR? - İLGİNC İDDİALAR
Bu gün, 17:26
Saleh Məmmədovun bu dəbdəbəli villasının qiyməti nə qədərdir? - VİDEO
Bu gün, 17:19
Jurnalistə qarşı dələduzluqda təqsirləndirilən şəxslərin məhkəməsi başlayıb
Bu gün, 17:14
Novxanıda bələdiyyə sədri Gəray Əsədov küçəsində yolu satıb - sakinlər dad edir...
Bu gün, 17:11
Şagirdlər niyə təhsillərini davam etdirmək istəmir? – Səbəblər, problemlər, hüquqsuz müəllimlər…
Bu gün, 17:04
Sosial müavinətlərin və təqaüdlərin məbləğləri artırılacaq - SƏRƏNCAM
Bu gün, 16:59
Əmək pensiyasının minimum məbləği 320 manata çatdırılacaq
Bu gün, 16:58
Minimum aylıq əməkhaqqının məbləği 400 manat müəyyən edilib - SƏRƏNCAM
Bu gün, 16:57
Müharibə və qırğınlar dayanmayacaq… – 2025-ci illə bağlı bədbin proqnoz
Bu gün, 16:52
Ermənistan sülhlə bağlı SƏSİNİ ÇIXARMIR: - “Manipulyativ xarakterlidir”
Bu gün, 16:47
“Benzində su olmur axı...” - İddialara cavab
Bu gün, 16:39
Tələbələrlə bağlı təklif etiraza səbəb oldu: - “Ədalətsizlik...”
Bu gün, 16:34
Tehran sazişə elə bəndlər əlavə etmək istəyir ki... - GƏLİŞMƏ
Bu gün, 16:28
Arvadını mühasib, qardaşı oğlunu müavin təyin etdi - Sabiq sədrə elektron qolbaq taxıldı
Bu gün, 16:25
Ramin Hacılıdan Xəzər Rayon Məhkəməsinə müraciət - "Hüquqlarımdan istifadə etməyimə imkan yaradılsın"
Bu gün, 16:21
"17 yaşımda ağılsızlıqdan narkotik aludəçisi oldum"
Bu gün, 16:19
Əsədi devirən “türk” MOSSAD agentidir? – 4 dövlətlə bağlı plan pozuldu
Bu gün, 16:14
Ərinin öldürdüyü plastik cərrahla bağlı YENİ XƏBƏR
Bu gün, 16:08
Paşinyan gerçəkliyi xalqa açıqlasa və Azərbaycanla masa arxasına otursaydı... - ŞƏRH
Bu gün, 16:00
Taleh Qaraşovla Rövşən Rüstəmov üz-üzə… - Məhkəməyə gələn 3-cü şəxs kimdir?
Bu gün, 15:57
Cənubi Qafqazda yeni savaş təhlükəsi - Ermənistan odla oynayır
Bu gün, 15:55
Təzə 3 qəpiyi buraxmaq... MADDİ MARAQ baxımından da SƏRF ETMİR - ÇÜNKİ...
Bu gün, 15:39
Bakı-İrəvan danışıqları: Hakan Fidan niyə “üçüncü” dedi? - İNCƏLƏMƏ
Bu gün, 15:37
İran Azərbaycanı təbrik etdi: - Dəstəklədik!
Bu gün, 15:36
Əhali banklara inanmır: Maliyyə sektorunda problemlər - NƏ ETMƏLİ?
Bu gün, 15:32
“Azərsu”ya xlor satan “Old Line Trading Company” şirkəti cərimələndi
Bu gün, 15:30
Elza Seyidcahan “villasından, üzüm plantasiyasından, Qubadakı restoranından” DANIŞDI
Bu gün, 15:21
Xalası oğlunu qətlə yetirməkdə təqsirləndirilən şəxsin cəzası 5 il azaldılıb
Bu gün, 15:18
AYNA Sumqayıt sahibkarlarını vergidən belə yayındırır - Kart sistemi niyə ləğv edildi?
Bu gün, 15:16
“43 min diploma, 55 min də direktor olmaq üçün vermişdim” - Diplomu saxta çıxan Abdıyeva
Bu gün, 15:10
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru