İraqı qarışdıran ayətullah Kazım əl-Hairi kimdir? - ARAŞDIRMA
Tarix: 30-08-2022, 12:47 | Çap et
İddialara görə, Müqtəda əs-Sədrin siyasətdən çəkilmə qərarını şərtləndirən və İraqda İrana bağlı şiələrlə İraqa bağlı şiələri qarşı-qarşıya gətirən əsas səbəblərdən biri dünən İranda yaşayan İraq şiələrinin təqlidi-mərciilərindən biri Ayətullah Kazım əl-Hairinin öz statusundan imtina etməsi olub. Bildirilir ki, Kazım əl Hairi bazar günü gözlənilmədən səhhətində yaranan problemləri əsas gətirərək bu qərara gəldiyini açıqlayıb. O, öz bəyanatında tərəfdarlarını və “bütün möminləri İslam İnqilabının ali rəhbəri, böyük Ayətullah Seyid Əli Xameneiyə itaət etməyə və ona sadiq qalmağa” çağırıb. Ayətullah həmçinin İraq şiələrinə Nəcəf məktəbinə deyil, Quma itaət etməyi məsləhət görüb. Bununla da ara qarışıb dəftər itib.
Hairinin bu bəyanatından sonra Müqtəda əs-Sədr Twitter səhifəsində paylaşdığı bəyanatında siyasətdən çəkildiyini bildirməklə qalmayıb, üstüörtülü şəkildə Ayətullah Kazım Hüseyn əl-Hairini də tənqid edib. Bəyanatında Hairinin mərcilikdən çəkilmə qərarını öz iradəsi ilə vermədiyini iddia edən Sədr dolayısıyla İranı ona təzyiq göstərməkdə günahlandırıb.
Əslində Müqtəda əs-Sədr haqsız da deyil. Məsələ burasındadır ki, İraq şiələri arasında böyük nüfuzu olan Hairinin bu qərarı şiəlik tarixində bir ilk sayıla bilər. Bu zamanadək mərci mövqeyindən imtina edən heç bir din liderinə rast gəlinməyib və belə bir qərar vermək məntiqli də görünmür. Çünki mərcilik hansısa vəzifə deyil ki, ondan istefa verəsən və tərəfdarlarını başqa birinin dalınca getməyə çağırasan.
Üstəlik, əgər doğrudan da məsələ Hairinin sağlamı ilə bağlıdırsa, onun “möminləri itaətə səslədiyi” Xamaneyinin də vəziyyəti qənaətbəxş deyil. Hətta İran dini liderinin yataq xəstəsi olduğu, yerini övladına ötürmək istədiyi barədə söz-söhbətlər dolaşır. Odur ki, Hairi daha sağlam dini lider əvəzinə niyə iraqlıları xəstə birinə itaətə çağrır?
Ən əsası, niyə İraq şiələri öz Nəcəflərini qoyub Quma itaət etməlidir? Axı Nəcəfin hövzəsinin tarixi yeri gələndə Qumdan da qədimdir və İraq şiələrinin ruhunda bir az ərəb millətçiliyi də var. Müqtəda əs-Sədr və tərəfdarlarında isə milli şüur daha qabarıq şəkildə özünü göstərir.
Müqtəda əs-Sədrin əvvəldən iranpərəst partiyaların əleyhinə olduğunu nəzərə alan bir çox müşahidəçilər Hairinin bu qərarını onun legitimliyini şübhə altına alınması üçün verdiyini düşünürlər. Nədən ki, Sədrin ən yaxın adamı Hairidir və bu ayətullah onun atası Məhəmməd Bəkir əs-Sədrin tələbəsi olub. Məhəmməd əs-Sədrin ölümündən sonra bu mənəvi postuna yüksəlib. Müqtəda əs-Sədri isə özünün təmsilçisi kimi İraqa göndərib. Dolayısıyla Hairi təqlid olunan mərcilik statusundan istefa edərsə, məntiqlə, Müqtəda əs-Sədr də öz təmsilçiliyindən çəkilməlidir. Görünür, İranın bu planına adekvat cavab verən Müqtəda dünən “siyasətdən tamamən çəkildiyini, atasının məzarı, Sədr ailəsinin tarixi əsərləri və muzeyi xaric bütün təsisatları bağlamaq qərarına gəldiyini” bəyan etdi.
Bəs, Müqtəda əs-Sədri yarı yolda buraxan və öz qərarı ilə İraqda vətəndaş müharibəsinin qapısını aralayan Ayətullah Kazım Hüseyn əl Hairi kimdir?
Hairi 1938-ci ildə Kərbəlada anadan olub.
İraq rejimlərinə qarşı qurulan “Əl Dava” Partiyasının ali liderlərindən olan Hairi 1970-ci illərdə sürgünə göndərilib. Daha sonra İrana köçərək Qum şəhərində məskunlaşan Hairi, Müqtəda əs-Sədrin atası Məhəmməd Baqir əs-Sədrin tələbəsi və varisi hesab olunur. Əl-Hairi İranda yaşadığı üçün bu vəzifəni tam icra edə bilməyib və öz təmsilçiliyini ustadının oğlu Müqtədaya tapşırıb.
Əl-Hairi ilə Müqtəda əs-Sədrin arasında fikir ayrılıqları İraqın ABŞ tərəfindən işğalından sonra başlayıb. Hairi ABŞ əleyhinə bir çox fətvaların müəllifidir. Prinsipcə, Müqtəda əs-Sədr də işğalın ilk illərində anti-amerikan mövqeyi ilə seçilirdi. O zamanlar Müqtəda əs-Sədrin radikal mövqeyindən Nəcəf hövzəsinin rəhbəri Sistaniyə qarşı faydalanan Hairi və İran rejimi daha sonra onun ərəb millətçiliyi damarının ağır basmasıyla Həşdi-Şabiyə qarşı çıxmasıni bəyənməməyə başladı. Xüsusilə son zamanlar İraqda yaşayan sünniləri və kürdləri öz ətrafına toplayan Müqtəda İranpərəst qüvvələri ölkədən süpürüb atmaq işinə girişdi. Beləcə, onun tədricən Hairinin təsir dairəsindən çıxdığı sezilirdi. Hairi də öz təmsilçisinin bu mövqeyi ilə razılaşmır, onun əleyhinə fikirlər səsləndirirdi. O, hətta Müqtəda əs-Sədri “Amerika əleyhdarlığı adı altında Nəcəfdə şiə nizamını və iyerarxiyasını zəiflətdiyinə” görə açıq tənqid də etmişdi.
Görünən budur ki, təmsilçisinin bu “özbaşınalıqları” Qumda məskunlaşan Hairinin də mövqeyini laxladırdı. Amma ona qarşı daha sərt çıxmaq imkanı da yox idi. Çünki özü İranda, Müqtəda əs-Sədr isə İraqda fəaliyyət göstərirdi. Digər tərəfdən, Hairinin öz ustadının “dəcəl oğlunu” tamamilə silməsi də mümkün deyildi və ona yaraşmazdı. Ən əsası isə, Müqtəda əs-Sədr bir çox məsələlərdə tamamilə haqlı idi. Onun xüsusilə İraqdakı İrana bağlı hökumətləri korrupsiyada günahlandırması şiəli-sünnili bütün xalq nəzdində daha çox tərəfdar toplayırdı.
Anlaşılan budur ki, bir sıra obyektiv amilləri nəzərə alan Kazım Hüseyn əl-Hairi sonunda mümkün olmayanın ən “müşkülünü” seçməyə qərar verdi: öz səlahiyyətlərindən İran dini lideri Xamaneinin xeyrinə geri çəkilmək və İraq möminlərini Quma itaətə çağırmaq.
Sözsüz ki, Hairinin bu çağırışı Nəcəf üləmasını də işinə gəlmir. Odur ki, İraqda ən güclü şiə qanadı sayılan Sistani tərəfdarlarının da Müqtəda əs-Sədri dəstəkləyəcəyi açıqdır. Həmçinin İrançı hökumətlərdən cana yığılan sünnilər və Bərzaniyə bağlı kürdlər də bu hərəkatı dəstəkləyə bilərlər. Üstəlik, Müqtəda əs-Sədrin İrana qarşı mövqeyi Körfəz ölkələrinin, xüsusilə Səudiyyə Ərəbistanının da maraqlarına uyğundur və həmin ölkələrin artıq qaçılmaz olduğu şübhə doğurmayan vətəndaş müharibəsində Sədrin tərəfini tutacağı, ondan maddi-mənəvi hər cür dəstəyi əsirgəməyəcəyi aydındır. Bu isə İraqın uzun illər boyu vətəndaş müharibəsi poliqonuna çevrilməsi deməkdir.
Son olaraq onu da qeyd edək ki, bu gün Yaxın Şərq ölkələrinin harasında İran varsa, orda mütləq vətəndaş müharibəsinin getməsi təəccüblü deyil. Çünki bu ölkə İslam dünyasına ancaq məzhəb müharibəsinin əsas nüvəsini – siyasi şiəçiliyi yaymaqla məşğuldur. İraqdakı son gərginliyin digər Yaxın Şərq ölkələrindəki münaqişələrdən yeganə fərqi isə odur ki, burada təkcə məzhəb müharibəsi deyil, həm də şiə-şiə qarşıdurması yaşanır.
Ovqat.com
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• ABŞ və Qərb Qafqazın enerji marşrutlarını ələ keçirməyə çalışır: - Rusiya isə Gürcüstana qoşun yeritmək bəhanəsi axtarır
Bu gün, 21:03 |
|
|
|
• Əfqanıstan XİN başçısının müavini Azərbaycanın bu ölkədəki səfirini qəbul edib - FOTO
Bu gün, 20:58 |
|
|
|
• Suriyanın keçid hökumətinin xarici işlər naziri Azərbaycana səfərə dəvət olunub
Bu gün, 20:56 |
|
|
|
• AZAL-ın təyyarəsindən sağ çıxan sərnişin: - Nələr danışdı?
Bu gün, 20:04 |
|
|
|
• Tokayev təyyarə qəzası zamanı yardım göstərən bir sıra qurumların əməkdaşlarını təltif edib - Bizim də onlara təşəkkür borcumuz var...
Bu gün, 20:01 |
|
|
|
• Rusiyanın təyyarə qəzası zamanı etdiyi ikinci böyük səhv - AKTUAL
Bu gün, 19:27 |
|
|
|
• Keçmiş rəis dünyasını dəyişib
Bu gün, 19:24 |
|
|
|
• Fransaya casusluqda ittiham olunan şəxsin məhkəməsi başlayıb - TƏFƏRRÜAT
Bu gün, 19:21 |
|
|
|
• Azərbaycanda Rusiya vətəndaşlarının müvəqqəti qalma müddəti ilə bağlı qaydalar dəyişib - BUNDAN SONRA...
Bu gün, 19:20 |
|
|
|
• İlham Əliyev təyyarə qəzasına görə Rusiyadan kompensasiya tələb edib - Rusiya KİV
Bu gün, 19:17 |
|
|
|
• İndi Tokayev üzr istəməlidir ki, təyyarə onun ərazisinə düşüb? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 19:00 |
|
|
|
• Əsədin adamları Suriyanın şimal-qərbində gizlənir - Yeni hakimiyyətə müqavimət göstərirlər
Bu gün, 18:04 |
|
|
|
• Tramp və Mask Qrenlandiya və Kanadanı satın ala bilərlər - Medvedev
Bu gün, 18:00 |
|
|
|
• Lavrov “hazırıq” dedi: Gözlənilən proses başlayır – İki tələb var
Bu gün, 17:57 |
|
|
|
• Azərbaycanda həbsdə olan “Oleq Bakinski”nin istintaqı başa çatdı - TƏFƏRRÜAT
Bu gün, 17:55 |
|
|
|
• Tiktoker Zəhra ev dustaqlığına buraxıldı
Bu gün, 17:53 |
|
|
|
• Hər birimizi sarsıdan təyyarə qəzası ciddi surətdə araşdırılır - ŞƏRH
Bu gün, 17:48 |
|
|
|
• Mən bir təyyarə qanadıyam... - Aktau limanında...
Bu gün, 17:46 |
|
|
|
• Təyyarə qəzasında xəsarət alan bələdçilər “Rəşadət” ordeni ilə təltif edilib - SƏRƏNCAM
Bu gün, 17:43 |
|
|
|
• Təyyarə qəzasında həlak olan ekipaj üzvlərinə Azərbaycanın Milli Qəhrəmanı adı verilib - SƏRƏNCAM
Bu gün, 17:41 |
|
|
|
• “Spark”ın rəhbəri dəyişdi - BUNDAN SONRA...
Bu gün, 17:22 |
|
|
|
• Xırdalanda kişi özünü körpüdən atıb
Bu gün, 17:16 |
|
|
|
• "Azərbaycan təyyarəsinin pilotları möcüzə göstərdi" - "Bild"in şərhi
Bu gün, 17:05 |
|
|
|
• “Təyyarənin içərisində insan qışqırığını eşitdik” - Azərbaycanlıları xilas edən polis
Bu gün, 16:57 |
|
|
|
• İlham Əliyev ilə Vladimir Putin qəza ilə bağlı məsələlərin müzakirəsini davam etdiriblər - TELEFON ZƏNGİ
Bu gün, 16:52 |
|
|
|
• Təyyarə qəzası zamanı pilotlar və ekipaj üzvləri böyük qəhrəmanlıq göstəriblər - İsrafil Kərimovun yazısı
Bu gün, 16:49 |
|
|
|
• Psixoloqlarla “Koqnitiv Davranış Terapiyası” mövzusunda təlim keçirilib
Bu gün, 16:47 |
|
|
|
• Bakıda müalicəsi davam edən aviaqəza yaralılarının kimliyi məlum olub - SİYAHI
Bu gün, 16:46 |
|
|
|
• "HaberGlobal"da Rusiyanın təyyarəyə eniş icazəsi verməyənləri cəzalandırması istənilib - VİDEO
Bu gün, 16:44 |
|
|
|
• Rusiyanın vurduğu təyyarələr: - Prezidentdən tutmuş sıravi insanlaradak..
Bu gün, 16:20 |
|
|
|
• Trampdan gözləntilər: - Hansı sürpizlər olacaq?
Bu gün, 16:19 |
|
|
|
• Təyyarənin ərazisinə enməsinə Rusiya niyə icazə verməyib? - ŞƏRH
Bu gün, 16:17 |
|
|
|
• Cənubi Koreyada təyyarə qəzası ilə əlaqədar yeddi günlük matəm elan edilib
Bu gün, 16:05 |
|
|
|
• “İmralı missiyası” iflasa uğradı – Öcalanla görüşdə PKK lideri nə açıqlayıb?
Bu gün, 16:05 |
|
|
|
• Göygöl sakini “Global Mining” şirkətini İTTİHAM EDİR - "Aliment ödəyirəm..."
Bu gün, 16:01 |
|
|
|
• Cənubi Koreyada qəzaya uğramış təyyarənin qara qutuları tapılıb
Bu gün, 16:00 |
|
|
|
• ABŞ-dan inanılmaz: - Zurabişvilini “tanımağa” hazırlaşır
Bu gün, 15:59 |
|
|
|
• SEPAH-ın Suriyadakı komandiri tutuldu - "MOUZE"
Bu gün, 15:54 |
|
|
|
• Prezident başda olmaqla, bütün Azərbaycan xalqı bizi tək qoymadı - Hökümə Əliyevanın qardaşı
Bu gün, 15:52 |
|
|
|
• Əvvəl 50 qəpik idi, indi 5 manat oldu - AÇIQLAMA
Bu gün, 15:51 |
|
|
|
• "Mən çarəsiz, övladı ruhi xəstə, ailə vəziyyəti dözülməz bir vəziyyətdə yaşayan Azərbaycan vətəndaşıyam..." - MÜRACİƏT
Bu gün, 15:44 |
|
|
|
• Bakı ilə Qroznı arasında HAVA ƏLAQƏSİ BƏRPA OLUNMAYACAQ - "Çox güman ki, yox..."
Bu gün, 15:41 |
|
|
|
• Azərbaycan Rusiyanın Dövlətlərarası Aviasiya Komitəsinin qəzanı araşdırmasından imtina edib - "Ona görə biz..."
Bu gün, 15:32 |
|
|
|
• Qəzanı quşlarla və ya qaz balonunun partlaması kimi qələmə vermək ağılsızlıq və vicdansızlıqdır - Prezident
Bu gün, 15:30 |
|
|
|
• İlk üç gün ərzində Rusiyadan cəfəng versiyalardan başqa heç nə eşitməmişik - İlham Əliyev təyyarə qəzası barədə
Bu gün, 15:27 |
|
|
|
• Prezident Qazaxıstana təşəkkür edib: - Əsl dostluq, qardaşlıq belə olar
Bu gün, 15:26 |
|
|
|
• Azərbaycan Prezidenti təyyarə qəzası ilə bağlı sual kimi qalan məsələləri sadalayıb
Bu gün, 15:15 |
|
|
|
• "Bu gün ekipaj üzvlərinin təltifi ilə bağlı mənim Sərəncamım olacaq" - dövlət başçısı
Bu gün, 15:10 |
|
|
|
• "Rusiya tərəfi məsələni ört-basdır etmək istəyir" - İlham Əliyev
Bu gün, 15:09 |
|
|
|
• "Yerdən açılan atəş nəticəsində təyyarənin quyruq hissəsi böyük dərəcədə zədələnib" - prezident İlham Əliyev
Bu gün, 15:06 |
|
|
|
|