Putinə arxadan zərbə, yoxsa Qərbə “icazəli yaxınlaşma” – Tokayevdən qəfil dönüş
Tarix: 2-05-2022, 11:01 | Çap et
Qazaxıstanda 9 May Qələbə Gününə həsr olunan hərbi parad keçirilməyəcək. Bununla bağlı Qazaxıstan hökuməti məlumat yayıb. Bildirilib ki, buna səbəb büdcə vəsaitlərinə qənaət etmək, eləcə də digər problemlərin həlli ilə bağlı yaranan zərurətdir.
İddialara görə, Tokayev hökuməti Ukraynaya hərbi təcavüzdən sonra Rusiyaya qarşı yönələn sanksiyalardan yayınmaq üçün belə bir addım atıb. Nəzərə alanda ki, Rusiyaya qarşı sanksiyalar fonunda Prezident Tokayev də özünə təhlükə hiss edir, bu xüsusda onun Qərbə yaxınlaşmaq üçün Rusiyadan uzaqlaşmaq kursu götürdüyü istisna olunmur.
Xatırladaq ki, Ukraynaya təcavüzdən iki ay öncə məhz Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) dəstəyi ilə kütləvi etirazlara qalxan Qazaxıstan vətəndaşlarına qarşı repressiyalar həyata keçirildi və nəticədə Tokayev hakimiyyətdə qala bildi.
Bu arada Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiya və Belarusun “Suveren Dövlətlər İttifaqı” yaradacaqlarını, gələcəkdə digər postsovet ölkələrinin də bu sırada yer alacağını deyib. Lukaşenko hələ Ukraynaya qarşı hərbi müdaxilənin ilk günlərindən ölkəsinin Moskvanın yanında yer aldığını deyərək, Qazaxıstanın da bu sırada yer almalı olduğunu bildirmişdi. Tokayev hökumətinin Rusiya ilə soyuq münasibətləri həm də bu amillə izah olunur. DİA.AZ xəbər verir ki, AYNA mövzu ətrafında “Turan” İnformasiya Agentliyinin direktoru, politoloq Mehman Əliyevlə həmsöhbət olub.
- Qazaxıstan hökuməti rəsmi olaraq bəyan etdi ki, Qələbə Gününə həsr olunan hərbi parad keçirilməyəcək. Bu qərar Rusiya KİV-lərində sərt tənqid və təhdidlərə səbəb olub...
- Ukraynaya hərbi təcavüzdən sonra Rusiyaya qarşı beynəlxalq koalisiya yarandı. Məhz bu hərbi müdaxilədən sonra bütün dünyanın nəzəri Rusiyanın əleyhinə yönəldi. Şimal qonşumuza qarşı tətbiq olunan çoxvektorlu sanksiyalar, netf-qaz embarqolarının gündəmə gəlməsi Moskvanı çətin duruma salıb. Rusiya işğal siyasəti nəticəsində Ukraynada hərbi gücünü itirir, hərbçilərini qurban verir, hərbi texnikası sıradan çıxır, lakin heç bir əhəmiyyətli nəticə əldə etməyib. Məlum embarqolar rus iqtisadiyyatında böyük problemlər və hakimiyyət daxilində fikir ayrılıqları yaradır. Əhalinin kütləvi şəkildə Putin rejiminə qarşı etirazlara qalxacağı ehtimalları mövcuddur.
Belə bir təklənmiş durumda heç bir ölkə adının Rusiya ilə yanaşı çəkilməsini istəmir, onunla həmrəylik nümayiş etdirmir. Daxildən dəstəyi olmayan hökumətlər isə bundan daha çox təşviş keçirir və hər fürsətdə müstəqil siyasət yürütdüyünü nümayiş etdirməyə çalışır. Qazaxıstanın Qələbə Günü ilə bağlı məlum qərarı da əslinə bu məqsədə xidmət edir. Tokayev görür ki, Rusiya kifayət qədər zəifləyib və onunla birlikdə olmaq özünün hakimiyyətinə təhlükə vəd edir, bu baxımdan müstəqil siyasət yürütdüyünü nümayiş etdirir.
- Belə iddialar da var ki, Kreml özü Tokayevin Qərbə “icazəli yaxınlaşmasında” maraqlıdır və bununla bağlı gələcək planlar qurub...
- Qazaxıstan Rusiya ilə müttəfiq dövlətdir və bu siyasətindən imtina etməyib. İmtina etməsi də gözlənilmir. Qazaxıstanın Qərbə “icazəli yaxınlaşması” Moskvaya nə verəcək? Əgər burada Rusiyanın hər hansı marağı yoxdursa, niyə buna getsin ki?! Mövcud şəraitdə belə bir marağın konturları aydın deyil. Lakin bu ehtimal da istisna edilmir. Böyük siyasətdə hər şey mümkündür. Region kifayət qədər həssas mərhələyə qədəm qoyub. Qərb Putin rejiminin devrilməsinə nail olmaq niyyətini gizlətmir. Düzdür, Rusiya böyük ölkədir və buna nail olmaq üçün zamana ehtiyac var. Belə bir gedişat Moskvanın dəstəklədiyi Tokayev kimilər üçün də təhükəli ola bilər. Bu baxımdan müəyyən diplomatik gedişlər edir. Strateji mənada isə Rusiya ilə ilə münasibətləri davam etdirməyə məhkumdur. Çünki Rusiya həm də Qazaxıstanın ən böyük iqtisadi tərəfdaşıdır.
- Belarus Prezidenti Aleksandr Lukaşenko “Suveren Dövlətlər İttifaqı” yaradacaqlarını bəyan edir. Bəlkə, elə buna görə, Tokayev əl-ayağa düşüb?
- İlk növbədə onu qeyd edim ki, Belarus xalqı Lukaşenkonu dəstəkləmir. Son prezident seçkiləri zamanı o, hakimiyyətdən getməyin bir addımlığında idi. Yalnız Moskvanın dəstəyi ilə sonda öz hakimiyyətini qoruya bildi. Təsəvvür edin ki, Belarus xalqı inqilab yolu ilə onu devirsəydi, nə baş verəcəkdi? Heç şübhəsiz, Rusiya Belarusa qarşı da təcavüz siyasətini işə salacaqdı. Bu gün belaruslar ukraynalılarla birlikdə Mosvanın işğalçılıq siyasətinə qarşı mübarizə aparacaqdılar. Onun yalnız bir məqsədi var - nəyin bahasına olursa-olsun, öz hakimiyyətini qorumaq. Hansı “Suveren Dövlətlər İttifaqı”ndan danışır? Onun Rusiya ilə birlikdə görmək istədiyi ölkələrin əksəriyyətinə qarşı Kreml işğalçılıq siyasəti yürüdür. Ukrayna Böyük Vətən müharibəsində ən çox itki verən sovet dövlətlərindən biridir. Bu gün Rusiya ukraynalılara qarşı təcavüzə yol verir, hər gün minlərlə günahsız insanı qətlə yetirir. Lukaşenko istəyir ki, bütün potsovet ölkələri Belarusun gününə düşsün. Bu arzusu isə gözündə qalacaq. Çünki buna heç kim getməyəcək - nə Qazaxıstan, nə Azərbaycan, nə Özbəkistan, nə də digərləri.
- Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzü davam edir. Sizcə, tərəflər anlaşa biləcəkmi, yoxsa bu müharibə hələ uzun müddət davam edəcək?
- Təcavüzə qədər Rusiyada iqtisadi böhran hökm sürürdü. Son üç ildə isə daha da dərinləşmişdi. Vəziyyət Kremli radikal dəyişikliklərə təhrik edirdi. Bu, cəmiyyətdən gələn sosial sifariş olsa da, Putin komandası bunun qarşısını özünməxsus üsullarla almağa çalışırdı. Həbslər, şərləmək, sərbəst toplaşmaq azadlığınının pozulması, müxalifət fəallarının həbsi və s. Görəndə ki, artıq repressiv yollar köməyə çatmır, müharibə variantını seçdilər. Əks halda daxildə təlatümlər qaçılmaz olacaqdı. Rusiya daxildən etirazlara “hamilə” idi, buna görə Ukraynaya hücum etdi.
Burada bir məqamı unutmaq lazım deyil ki, Qərb Ukraynaya dəstək versə də, Rusiyada sabitliyin pozulmasında maraqlı deyil. Çünki anlayır ki, daxili inqilablar, anarxik vəziyyət nüvə silahının işə düşməsi riskini artıra bilər. Rusiya çalışacaq ki, Ukrayna Donetsk və Luqanskın SSRİ zamanında mövcud olan vilayətləri səviyyəsində müstəqilliyini tanısın. Təbii ki, hər şey göründüyü kimi deyil və bu amili nəzərdən qaçırmaq olmaz.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Ermənistan sürpriz edə bilər – Zəngəzur dəhlizinin açılması...
Bu gün, 20:42 |
|
|
|
• “Qara qutu”nu Türkiyə mütəxəssisləri də araşdıracaq - AÇIQLAMA
Bu gün, 20:39 |
|
|
|
• İcra başçısı vətəndaşların müraciətini dinləyib
Bu gün, 20:37 |
|
|
|
• "Zümrüd hansısa insanların oyununun qurbanıdır..."
Bu gün, 20:01 |
|
|
|
• Naxçıvanda 1 milyard 500 milyonluq rüşvət – İki məşhurun həbsi…
Bu gün, 19:58 |
|
|
|
• DTX əməkdaşları ONU HƏBS ETMƏSƏYDİ... - XAİN PLANI...
Bu gün, 19:53 |
|
|
|
• Xəzər rayonunda narkopriton aşkarlanıb, 12 nəfər saxlanılıb - FOTO
Bu gün, 19:18 |
|
|
|
• Bəs Təbrizin İMAM-CÜMƏSİ NECƏ DÜŞÜNÜR? - AKTUAL
Bu gün, 19:02 |
|
|
|
• İrəvanın tək çıxış yolu və: Zəngəzur dəhlizinə “hə” demək məcburiyyəti - GƏLİŞMƏ
Bu gün, 19:00 |
|
|
|
• "Zəngəzur dəhlizi açılacaq" bəyanatının arxasında Bakının öz iradəsi dayanır
Bu gün, 18:58 |
|
|
|
• Sosial şəbəkələrdə Bakıda baş verən tragikomik hadisədən danışılır - FOTO
Bu gün, 18:55 |
|
|
|
• Dövlətə xəyanətdə ittiham olunan şəxslərə hökm oxunub - TƏFƏRRÜAT
Bu gün, 18:53 |
|
|
|
• Etiraz Rusiyanın hadisəyə gecikmiş münasibətinə və... prosesləri ört-basdır etməsinədir
Bu gün, 18:10 |
|
|
|
• Nə sən doymaq biləsən, nə səndən doyan ola... - ANIM
Bu gün, 18:07 |
|
|
|
• Nazirlikdən getdi, müşavir təyin edildi - ƏMR
Bu gün, 18:01 |
|
|
|
• Xalq artistinin qaydaları pozan qızını hansı cəza gözləyir? - VİDEO
Bu gün, 17:58 |
|
|
|
• Əməliyyat zamanı ad günü keçirilən klinika Ramiz Mehdiyevin ailə üzvlərinə məxsusdur
Bu gün, 17:54 |
|
|
|
• Yeni işğal planı açıqlandı, dünya təşvişdə: - 50 illik sənəd pozulur
Bu gün, 17:49 |
|
|
|
• Paşinyanın Bakı qarşısında götürdüyü 12 öhdəlik: - Sərkisyan açıqladı
Bu gün, 17:45 |
|
|
|
• Regional təhsil idarəsində kütləvi ixtisar... - NƏ BAŞ VERİR?
Bu gün, 17:42 |
|
|
|
• İKi şəxs “FinEx Kredit” BOKT-nin rəhbərliyini tərk edib - SİYAHI
Bu gün, 17:39 |
|
|
|
• Tiktoker "Xan" ilə bağlı YENİ MƏHKƏMƏ QƏRARI
Bu gün, 17:33 |
|
|
|
• Əməliyyat zamanı doğum gününü qeyd edən həkim işdən KƏNARLAŞDIRILDI
Bu gün, 17:31 |
|
|
|
• Qurban Qurbanov Juninyonun transferinə münasibət bildirib
Bu gün, 17:22 |
|
|
|
• DSX-İDMANÇI toqquşmasında GÖMRÜK İZİ... - İLGİNC FAKTLAR...
Bu gün, 17:21 |
|
|
|
• Ayxan Hacızadə Paşinyana CAVAB VERDİ
Bu gün, 17:03 |
|
|
|
• Şamaxıda olay: "Arvadım dedi ki, bibin oğlu mənə əxlaqsız təklif edir..." - TƏFƏRRÜAT
Bu gün, 17:02 |
|
|
|
• Şirkətdən sifarişlə göndərilən Şaxta baba SAXTA çıxdı - Bakıda şagirdlərin tədbirində QALMAQAL
Bu gün, 16:55 |
|
|
|
• ADNSU-nun rektorundan daha bir alim şikayət etdi – Qanunsuz işdən çıxarılma….
Bu gün, 16:46 |
|
|
|
• Müharibəni bu il bitirmək üçün mümkün olan hər şeyi edirəm - Zelenski
Bu gün, 16:42 |
|
|
|
• Deputat qalmaqallı görüntülərdən danışdı: - "Xoş mənzərə yaratmır"
Bu gün, 16:41 |
|
|
|
• "Azəriqaz"ın baş direktorunun müavini "Mersedes"lə ölümlə nəticələnən ağır qəza törətdi - TƏFƏRRÜAT
Bu gün, 16:39 |
|
|
|
• "İlyas İsmayılovun vəziyyəti ağır-stabildir" - Sevil Nuriyeva
Bu gün, 16:30 |
|
|
|
• Türkiyə Trampa bel bağlamalı deyil... - ÇÜNKİ...
Bu gün, 16:29 |
|
|
|
• Azadlıqdan məhrum olunan qubalı fermerin ailə üzvlərinin iddiaları əsassızdır - DİN AÇIQLADI
Bu gün, 16:26 |
|
|
|
• ABŞERONNEFT-də işçiləri İNSAN YERİNƏ QOYMURLAR... - BU DA FAKT!
Bu gün, 16:23 |
|
|
|
• Yeni qaydalar kredit faizlərini aşağı sala bilər - AKTUAL
Bu gün, 16:12 |
|
|
|
• Paşinyan Kremli şantaj edir, AB-ni isə aldatmaq istəyir
Bu gün, 16:10 |
|
|
|
• "Yeməyə yox, kefimizə soğan doğrayacağıq" - Qiymət niyə bahalaşır?
Bu gün, 15:53 |
|
|
|
• Bakıdan verilən mesaj İranı çalxaladı – “İki tərəf arasındakı münasibətlər…”
Bu gün, 15:50 |
|
|
|
• Seçki Məcəlləsindəki bu qaydalar dəyişilməlidir - Siyavuş Novruzov
Bu gün, 15:48 |
|
|
|
• “Ağstafa Sənaye Kombinatı”n rəhbərliyi dəyişdirilir, bazada yerləşən əmlak kompleksini satır
Bu gün, 15:46 |
|
|
|
• Qrelandiya sakinlərinin rəyi vacibdirsə, o zaman Donbass sakinlərinin fikrinə hörmətlə yanaşılmalıdır - Kreml
Bu gün, 15:42 |
|
|
|
• Paşinyan İranın Ali Milli Təhlükəsizlik Şurasının katibini qəbul edib
Bu gün, 15:37 |
|
|
|
• "Valideynlərim uşaq olanda dünyasını dəyişmişdi deyə, mənə bibim baxırdı"
Bu gün, 15:24 |
|
|
|
• Naxçıvanda yüksək vəzifəli şəxs qaziyə qarşı kobudluq edib - Səhiyyə müəssisələrində bazar açıblar
Bu gün, 15:17 |
|
|
|
• “Paşinyan sülh sazişi imzalamasa, seçkini uduzacaq" - Zərdüşt Əlizadə
Bu gün, 15:12 |
|
|
|
• Azərbaycan Suriyada Türkiyə ilə birgə addım atacaq - ŞƏRH
Bu gün, 15:10 |
|
|
|
• Azərbaycanlı qadınlar Tehranda dini nigahla cinsi istismara necə məruz qalıb? - TƏFƏRRÜAT
Bu gün, 15:07 |
|
|
|
• Kreml Ermənistanın həm Aİ, həm də Aİİ-nin tərkibində ola biləcəyinə şübhə ilə yanaşır
Bu gün, 15:04 |
|
|
|
|