Rusiya taqətdən düşür, təşəbbüs Ukraynaya keçib - İNCƏLƏMƏ...
Tarix: 27-04-2022, 08:35 | Çap et
Rusiyanın 24 fevralda Ukraynaya qarşı başlatdığı müharibənin iki ayı geridə qalıb. Bu günə olan nəticə Xerson vilayətinin işğalı, Mariupol şəhərinin nəzarətə götürülməsi və bir neçə kiçik şəhərləri ələ keçirməkdən ibarətdir. Kreml strateqlərinin ildırımsürətli qələbə strategiyası tamamilə iflasa uğrayıb. Bunu Kiyev vilayətindən geriçəkilmə və iki ayda Rusiya silahlı qüvvələrinin verdiyi itkilər də təsdiq edir.
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahından verilmiş sonuncu açıqlamaya görə, döyüşlər nəticəsində Rusiyanın 22 100 hərbçisi zərərsizləşdirilib. Bundan başqa, işğalçı ordunun 918 ədəd tankı, 2 308 ədəd zirehli döyüş maşını, 416 ədəd artilleriya sistemi, 149 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 69 hava hücumundan müdafiə sistemi, 184 ədəd hərbi təyyarəsi, 154 ədəd helikopteri, 1 643 ədəd nəqliyyat vasitəsi, 8 ədəd gəmi/kateri, 76 ədəd yanacaq çəni, 205 ədəd dronu, 31 ədəd xüsusi texnikası və 4 operativ-taktiki raket kompleksi məhv edilib. Hərbi ekspertlər hesablayırlar ki, Rusiya ordusunun bu günə qədər itirdiyi hərbi texnikanın dəyəri 21 milyard dollardan artıqdır.
Qarşıda isə müharibənin növbəti mərhələsi var. Britaniya və ABŞ strateqləri hesab edirlər ki, Ukrayna silahlı qüvvələri düşməni taqətdən saldıqdan sonra cəbhəboyu hücuma keçəcəklər. Britaniya kəşfiyyatının məlumatına görə, hazırda rus ordusunun hücumları davam etdirmək potensialı 30 faiz civarındadır və bu ehtiyatlar da qarşıdakı həftələrdə sürətlə tükənəcək. Nəticədə Qərb ölkələrinin ən müasir silahlarını əldə etmiş Ukrayna ordusu qısa müddət ərzində bütün Donbas bölgəsini nəzarətə götürə biləcək.
“Senzor.net” portalının baş redaktoru, sosial şəbəkələrdə yüzminlərlə izləyicisi olan hərbi bloqçu Yuri Butusov ötən iki ayın nəticələrini təhlil edib. O, Putin hakimiyyətinin Ukraynada qarşıya qoyduğu hədəfləri hazırkı real vəziyyətlə müqayisə edib. Bloqçu bundan sonra proseslərin inkişaf trayektoriyasına dair gözləntilərini də açıqlayıb:
Əsas inzibati mərkəzlərin – Kiyev və Xarkovun mühasirəyə alınması, ölkə idarəçiliyinin qeyri-mütəşəkkilliyinə nail olmaqla, Ukrayna rəhbərliyinin təslim olmağa məcbur edilməsi; Nəticə: məqsədlərə nail olunmadı, Ukrayna rəhbərliyi müharibəni davam etdirir, Kiyev və Xarkov etibarlı şəkildə müdafiə olunur.
11 rayon ərazisində sistemli hücumlar həyata keçirməklə, Ukrayna hərbi qüvvələrinin effektiv yerləşdirilməsi imkanlarının pozulması; Nəticə: məqsədlərə nail olunmadı, Ukrayna qüvvələrini qələbə üçün səfərbər etməyə davam edir.
NATO ölkələrinin Ukraynaya hərbi təchizat göndərməsinin qarşısını almaq üçün Kiyevdən Qərbdə və Krivoy Roqdan şimalda Ukraynaya strateji magistralların kəsilməsi; Nəticə: məqsədlərə nail olunmayıb, Ukrayna öz kommunikasiyalarını qoruyub, NATO da hərbi dəstəyini davam etdirir.
Ukraynanın Qara dəniz və Azov dənizi limanlarının tutulması, Rusiyadan Dnestryanı bölgəyə dəhlizin yaradılması; Nəticə: məqsədlərə qismən nail olundu – Azov dənizinin sahili ələ keçirildi, lakin Nikolayev və Odessa bölgələrinin müdafiəsi davam edir və əsas dəniz limanları etibarlı şəkildə qorunur.
Ukraynanın mütəşəkkil müqavimətdən əl çəkməsi üçün iqtisadiyyatı sarsıtmaq və cəmiyyəti ruhdan salmaq; Nəticə: məqsədlərə nail olunmadı, iqtisadiyyat Qərbin böyük dəstəyini aldı, cəmiyyət müharibəni qələbəyə aparır, bütün siyasi qüvvələr düşmənlə mübarizəyə köklənib.
Müdafiə sisteminin, hərbi infrastrukturun dağıdılması; Nəticə: məqsədlərə nail olunmadı, Ukrayna ordusu NATO ölkələrindən böyük hərbi yardım almağa başladı və döyüş qabiliyyətini əhəmiyyətli dərəcədə artırdı. Sənədlərlə sübut edilib ki, iki ay ərzində Rusiya 3200-dən çox hərbi texnikasını itirib və bu itkiləri kompensasiya edə bilməz.
Donetsk və Luqansk vilayətlərinin tutulması; Nəticə: məqsədlərə nail olunmadı, iki ay sonra Ukrayna Donbasın geniş ərazilərini və bir çox böyük şəhərləri müdafiə etməkdə davam edir.
Yuri Butusov qeyd edir ki, beləliklə, strateji baxımdan, Putin Ukraynada heç bir məqsədinə tam nail ola bilməyib. Onun sözlərinə görə, Rusiya bütün NATO ölkələrinin və dünyanın onlarla qat-qat artıq resursa malik dövlətlərinin dəstəyini almış Ukraynaya qarşı soyqırımı müharibəsinə cəlb olunub: “Mariupolun ələ keçirilməsi Rusiyanın strateji mövqeyini heç bir şəkildə dəyişməyəcək və yalnız daha sərt müqavimətə gətirib çıxaracaq. Ukrayna isə güzəştlərdən tamamilə imtina edəcək. Bundan başqa, Qərbin müasir silah tədarükündən sonra müharibədə texnoloji üstünlük tədricən Ukrayna tərəfinə keçəcək ki, bu da nəticədə Rusiyanın ağır itkilər verməsinə və ordusunun işğal olunmuş əraziləri saxlamaq qabiliyyətini itirməsinə səbəb olacaq”.
Y.Butusov əlavə edir ki, müharibənin davam etdirilməsi üçün Putin qismən səfərbərlik etməli olacaq. İndiki sanksiyalar şəraitində bu addım Rusiya iqtisadiyyatına daha böyük ziyan vuracaq və Rusiya cəmiyyətini ruhdan salacaq. Hərbi jurnalist əmindir ki, Ukrayna müharibədə artıq strateji təşəbbüsü ələ keçirib. “Rusiya hələ ki, bəzi taktiki uğurlara qadirdir, lakin ilkin məqsədlərinin heç birinə nail ola bilmir”, – qeyd edib.
Butusova görə, Putinin strategiyası iflasa uğrayıb və bundan sonra Ukraynanın süqut etmək şansı yoxdur: “Müharibənin uğurla davam etdirilməsi Ukraynanın mövcud maddi və insan resurslarından səriştəli istifadə etmək, planlaşdırmaq bacarığından, eləcə də xaricdən silah resursları, peşəkar hərbi kadrların cəlb edilməsinin miqyasından asılıdır”. //pressklub.az//
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Ermənistan sürpriz edə bilər – Zəngəzur dəhlizinin açılması...
Bu gün, 20:42 |
|
|
|
• “Qara qutu”nu Türkiyə mütəxəssisləri də araşdıracaq - AÇIQLAMA
Bu gün, 20:39 |
|
|
|
• İcra başçısı vətəndaşların müraciətini dinləyib
Bu gün, 20:37 |
|
|
|
• "Zümrüd hansısa insanların oyununun qurbanıdır..."
Bu gün, 20:01 |
|
|
|
• Naxçıvanda 1 milyard 500 milyonluq rüşvət – İki məşhurun həbsi…
Bu gün, 19:58 |
|
|
|
• DTX əməkdaşları ONU HƏBS ETMƏSƏYDİ... - XAİN PLANI...
Bu gün, 19:53 |
|
|
|
• Xəzər rayonunda narkopriton aşkarlanıb, 12 nəfər saxlanılıb - FOTO
Bu gün, 19:18 |
|
|
|
• Bəs Təbrizin İMAM-CÜMƏSİ NECƏ DÜŞÜNÜR? - AKTUAL
Bu gün, 19:02 |
|
|
|
• İrəvanın tək çıxış yolu və: Zəngəzur dəhlizinə “hə” demək məcburiyyəti - GƏLİŞMƏ
Bu gün, 19:00 |
|
|
|
• "Zəngəzur dəhlizi açılacaq" bəyanatının arxasında Bakının öz iradəsi dayanır
Bu gün, 18:58 |
|
|
|
• Sosial şəbəkələrdə Bakıda baş verən tragikomik hadisədən danışılır - FOTO
Bu gün, 18:55 |
|
|
|
• Dövlətə xəyanətdə ittiham olunan şəxslərə hökm oxunub - TƏFƏRRÜAT
Bu gün, 18:53 |
|
|
|
• Etiraz Rusiyanın hadisəyə gecikmiş münasibətinə və... prosesləri ört-basdır etməsinədir
Bu gün, 18:10 |
|
|
|
• Nə sən doymaq biləsən, nə səndən doyan ola... - ANIM
Bu gün, 18:07 |
|
|
|
• Nazirlikdən getdi, müşavir təyin edildi - ƏMR
Bu gün, 18:01 |
|
|
|
• Xalq artistinin qaydaları pozan qızını hansı cəza gözləyir? - VİDEO
Bu gün, 17:58 |
|
|
|
• Əməliyyat zamanı ad günü keçirilən klinika Ramiz Mehdiyevin ailə üzvlərinə məxsusdur
Bu gün, 17:54 |
|
|
|
• Yeni işğal planı açıqlandı, dünya təşvişdə: - 50 illik sənəd pozulur
Bu gün, 17:49 |
|
|
|
• Paşinyanın Bakı qarşısında götürdüyü 12 öhdəlik: - Sərkisyan açıqladı
Bu gün, 17:45 |
|
|
|
• Regional təhsil idarəsində kütləvi ixtisar... - NƏ BAŞ VERİR?
Bu gün, 17:42 |
|
|
|
• İKi şəxs “FinEx Kredit” BOKT-nin rəhbərliyini tərk edib - SİYAHI
Bu gün, 17:39 |
|
|
|
• Tiktoker "Xan" ilə bağlı YENİ MƏHKƏMƏ QƏRARI
Bu gün, 17:33 |
|
|
|
• Əməliyyat zamanı doğum gününü qeyd edən həkim işdən KƏNARLAŞDIRILDI
Bu gün, 17:31 |
|
|
|
• Qurban Qurbanov Juninyonun transferinə münasibət bildirib
Bu gün, 17:22 |
|
|
|
• DSX-İDMANÇI toqquşmasında GÖMRÜK İZİ... - İLGİNC FAKTLAR...
Bu gün, 17:21 |
|
|
|
• Ayxan Hacızadə Paşinyana CAVAB VERDİ
Bu gün, 17:03 |
|
|
|
• Şamaxıda olay: "Arvadım dedi ki, bibin oğlu mənə əxlaqsız təklif edir..." - TƏFƏRRÜAT
Bu gün, 17:02 |
|
|
|
• Şirkətdən sifarişlə göndərilən Şaxta baba SAXTA çıxdı - Bakıda şagirdlərin tədbirində QALMAQAL
Bu gün, 16:55 |
|
|
|
• ADNSU-nun rektorundan daha bir alim şikayət etdi – Qanunsuz işdən çıxarılma….
Bu gün, 16:46 |
|
|
|
• Müharibəni bu il bitirmək üçün mümkün olan hər şeyi edirəm - Zelenski
Bu gün, 16:42 |
|
|
|
• Deputat qalmaqallı görüntülərdən danışdı: - "Xoş mənzərə yaratmır"
Bu gün, 16:41 |
|
|
|
• "Azəriqaz"ın baş direktorunun müavini "Mersedes"lə ölümlə nəticələnən ağır qəza törətdi - TƏFƏRRÜAT
Bu gün, 16:39 |
|
|
|
• "İlyas İsmayılovun vəziyyəti ağır-stabildir" - Sevil Nuriyeva
Bu gün, 16:30 |
|
|
|
• Türkiyə Trampa bel bağlamalı deyil... - ÇÜNKİ...
Bu gün, 16:29 |
|
|
|
• Azadlıqdan məhrum olunan qubalı fermerin ailə üzvlərinin iddiaları əsassızdır - DİN AÇIQLADI
Bu gün, 16:26 |
|
|
|
• ABŞERONNEFT-də işçiləri İNSAN YERİNƏ QOYMURLAR... - BU DA FAKT!
Bu gün, 16:23 |
|
|
|
• Yeni qaydalar kredit faizlərini aşağı sala bilər - AKTUAL
Bu gün, 16:12 |
|
|
|
• Paşinyan Kremli şantaj edir, AB-ni isə aldatmaq istəyir
Bu gün, 16:10 |
|
|
|
• "Yeməyə yox, kefimizə soğan doğrayacağıq" - Qiymət niyə bahalaşır?
Bu gün, 15:53 |
|
|
|
• Bakıdan verilən mesaj İranı çalxaladı – “İki tərəf arasındakı münasibətlər…”
Bu gün, 15:50 |
|
|
|
• Seçki Məcəlləsindəki bu qaydalar dəyişilməlidir - Siyavuş Novruzov
Bu gün, 15:48 |
|
|
|
• “Ağstafa Sənaye Kombinatı”n rəhbərliyi dəyişdirilir, bazada yerləşən əmlak kompleksini satır
Bu gün, 15:46 |
|
|
|
• Qrelandiya sakinlərinin rəyi vacibdirsə, o zaman Donbass sakinlərinin fikrinə hörmətlə yanaşılmalıdır - Kreml
Bu gün, 15:42 |
|
|
|
• Paşinyan İranın Ali Milli Təhlükəsizlik Şurasının katibini qəbul edib
Bu gün, 15:37 |
|
|
|
• "Valideynlərim uşaq olanda dünyasını dəyişmişdi deyə, mənə bibim baxırdı"
Bu gün, 15:24 |
|
|
|
• Naxçıvanda yüksək vəzifəli şəxs qaziyə qarşı kobudluq edib - Səhiyyə müəssisələrində bazar açıblar
Bu gün, 15:17 |
|
|
|
• “Paşinyan sülh sazişi imzalamasa, seçkini uduzacaq" - Zərdüşt Əlizadə
Bu gün, 15:12 |
|
|
|
• Azərbaycan Suriyada Türkiyə ilə birgə addım atacaq - ŞƏRH
Bu gün, 15:10 |
|
|
|
• Azərbaycanlı qadınlar Tehranda dini nigahla cinsi istismara necə məruz qalıb? - TƏFƏRRÜAT
Bu gün, 15:07 |
|
|
|
• Kreml Ermənistanın həm Aİ, həm də Aİİ-nin tərkibində ola biləcəyinə şübhə ilə yanaşır
Bu gün, 15:04 |
|
|
|
|