Azərbaycanda 20 min manatlıq şirkət .....                     “Ömrüm boyu sayğılı nazirimə borcluyam” .....                     Həkimlər Lalə Şövkətə qadağa qoydu .....                     Xanım qeydiyyatçı klinikanın 74 minini mənimsəməkdə ittiham edilir .....                     Azərbaycan əsilli sabiq vəkilin adı daha bir dələduzluqda hallanır .....                     4 sahibkarı susuz qoydular, Aqrar Sığorta Fondu da 242 mini ödəmədi .....                     Rauf Vəliyevin işçisi ölkədən nə qədər valyuta çıxarıb? .....                     "İran Suriya itkisinin "ağrı-acı"sını .....                     Bu yağın Azərbaycana idxalı qadağan edilməlidir .....                     Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! .....                     Bakıda ölüm saçan klinika: 1 ayda 2 nəfər həyatını itirdi .....                     "Bakıya giriş ödənişli olsun" .....                     Salyanda meyiti parçalanan kişinin arvadı HARADADIR? .....                     "Mollalar özlərinin bildiyi işlərlə məşğul olmalıdırlar, siayəsət onlarlıq deyil" .....                     Nazirlik eyni adama milyonluq tender verdi .....                     Azərbaycanın Yerüstü Nəqliyyat Agentliyi Bakının altını üstünə çevirib .....                     Ermənistan Minsk qrupundan imtina edir, ya yox? .....                     “Elə zəhrimar sifət göstərirəm ki, .....                     Daha bir keçmiş hərbçiyə ƏSASSIZ İMTİNA cavabı... .....                     Burun əməliyyatından sonra vəfat edən qızın atası: .....                     Mehriban Abasquliyeva ifadə verməkdən imtina edib .....                     “Qarabağ” Juninyonun yerinə onu alır? .....                     3 evi olduğunu deyən AYSUN: .....                     Hüseynbala Mirələmovun oğlu da namizəd oldu .....                     Başqasının maşınına girib, özünü yandırdı .....                     “Müharibə başlasa, ermənilər yenə məğlub olacaqlar” .....                     Bəxtiyar Hacıyevə hökm oxunub .....                     Ərini doğrayıb kanala atdığı deyilən qadın sərbəst buraxıldı .....                     "Əbdülkərim Abedi Prezident İlham Əliyevin ünvanına səsləndirdiyi fikirlərə görə .....                     Samir Şərifov niyə işdən çıxarıldı? .....                     Gecə və səhər bəzi yerlərdə duman olacaq .....                     Gəncə sakinləri marşrut avtobusların sınıq-salxaq olmasından ŞİKAYƏTÇİDİR .....                     Nazir Kəpəzə polis rəisi təyin etdi .....                     Paşinyan Ermənistan "Titanik"ini batırır .....                     Ermənistan Aİİ-dən çıxmağı planlaşdırmır .....                     Hansı “ağıllı” düşünür ki, Bakı bunu qəbul edəcək? .....                     Zəngəzura Ermənistan nəzarət edəcək .....                     2 məşhurun yaxını dələduzluq ittihamı ilə üz-üzə .....                     Naxçıvanda “dədə-baba” qaydası təyinatlar .....                     Naxçıvan Ali Məclisində yeni təyinat .....                 

Köçəryanı hakimiyyətə qaytarmaq niyyəti - blef, yoxsa...
Tarix: 10-02-2021, 09:22 | Çap et
Köçəryanı hakimiyyətə qaytarmaq niyyəti
Qarabağ canisi, eks-prezident Robert Köçəryan Rusiyaya “duza gedirmiş” kimi səfər etdi. Ancaq onun səfərsonrası davranışları “suyu süzülə-süzülə” qayıdan şəxs təəssüratı yaradır. Ən absurdu bu idi ki, Ermənistanda Daşnaksütyun kimi mənfurların da daxil olduğu partiya daxil, bir sıra təşkilatlar Köçəryanın Moskva səfərindən “əli dolu” qayıdacağını zənn edirdilər.

Köçəryanın hakimiyyətə qayıtmaq istəyi ilə Ermənistandakı rusiyapərəst qüvvələrin də fəallaşması müşahidə olunur. İddia olunur ki, Moskvada Köçəryana vəd ediblər ki, ölkənin böhrandan çıxarılması üçün siyasi və iqtisadi yardım göstəriləcək, ordunun bərpasına dəstək veriləcək. Həmin mənbələrə görə, Ermənistan müxalifəti yaxın vaxtlarda Paşinyanın istefası tələbi ilə kütləvi küçə aksiyalarını bərpa etmək niyyətindədir. Bu arada “Vətəni xilas hərəkat”ı 18 fevrala təyin etdiyi ümumrespublika mitinqini 20 fevral tarixində keçirəcəyini açıqlayıb. Həmçinin Rusiyaya inteqrasiya tərəfdarı olanlar da yeni bir blokda birləşməyə qərar veriblər.

Ermənistana 8 il rəhbərlik etmiş R.Köçəryanın vaxtilə Rusiya prezidenti ilə dostluq əlaqələrində olması, həmçinin Vladimir Putinin İrəvana səfəri zamanı həbsdə olan Köçəryanın arvadı ilə görüşməsi Qarabağ klanında və bu klana “stavka” edənlərdə bəzi ümidlər yaratmışdı. Ancaq bunlar anlamırlar ki, 44 günlük savaşdan sonra artıq bölgədə durum, həmçinin proseslərə yanaşma bucağı köklü şəkildə dəyişib. Azərbaycan rəhbərliyinin Qarabağdakı cinayətlərə görə ittiham etdiyi caniləri - Xocalı soyqırımının əsas müəlliflərini hakimiyyətə qaytarmaq cəhdləri uğursuzluğa məhkumdur. Bunu sülhü tənzimləmə prosesində iştirak edən və müşahidəçi statusunda olanlar da gözəl anlayır. Düzdür, Köçəryan böyük siyasətə qayıtdığını elan edib - 12 ildən sonra. Ancaq hər kəs bilir ki, R.Köçəryanın hakimiyyətə qayıdışı bölgədə yeni müharibənin başlanması demək olacaq. Belə bir vəziyyət isə bir çoxlarına, heç ermənilərin özlərinə də sərfəli deyil.

Qeyd edək ki, 2008-ci ilin 1 martında Köçəryanın hakimiyyəti R.Köçəryana ötürməsinə qarşı çıxanlar gülləbaran edilmiş, nəticədə azı 10 nəfər öldürülmüşdü. İndi R.Köçəryanın müdafiəçiləri iddia edirlər ki, eks-prezidentin hakimiyyətə qayıdışını əngəlləmək üçün məhkəmə prosesi uzadılır, ancaq Köçəryanın qatil olmadığını kim bilmir ki?

Qarabağdan gələn məlumatlar isə “odun üstünə yağ tökür”. Əsasən bildirilir ki, yanvarın 1-dən Ermənistan Qarabağa xidmət keçmək üçün çağırışçı göndərməyi dayandırıb, yerli ordu isə buraxılacaq, hətta qondarma “xin” ləğv olunacaq. Bu iddialar Qarabağdakı xunta başçısı tərəfindən təkzib edilsə də, Qarabağ ətrafında yeni oyun başladığı aydındır. Paşinyanın komandası da bunu anlayıb və erkən seçki ideyasından vaz keçib. Ümumiyyətlə, Köçəryanın seçki yolu ilə hakimiyyətə gəlmək şansı varmı? Axı ordu Köçəryan-Sərkisyan dövründə korrupsiya yuvası olub və məğlubiyyətdə onların da payı var. Prezident İlham Əliyev də bunu dəfələrlə vurğulayıb. Əgər belə bir vəziyyət reallaşarsa, Köçəryan qayıdarsa, Ermənistan-Azərbaycan münasibətlərində nələr dəyişə bilər?

Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov “Yeni Müsavat”a bildirdi ki, Ermənistanda R.Köçəryanın nüfuzu və siyasi imici yüksək səviyyədə deyil: “Onun Moskvada olduğu zaman verdiyi müsahibə revanşa həsr olunmuşdu. Ermənistan rəhbərliyini tənqid edərkən Köçəryan özü haqda az qala ”xilaskar" obrazını yaratmaq istəmişdi. Sanki məğlubiyyəti aradan götürməyə belə, hazırdır. Revanş ideyası erməni cəmiyyətinin bir hissəsi üçün bəlkə də cəlbedici olacaq. Amma sual yarana bilər: Köçəryan revanş üçün hansı yollardan, nədən istifadə edə bilər? Demək olar ki, heç bir imkan qalmayıb. Bu baxımdan onun qayıdışı və siyasi uğur qazanması mümkün görünmür. Bu, şəxsən məndə şübhə yaradır". Diplomat bildirdi ki, Nikol Paşinyanın müharibədən sonra belə nüfuzu heç də aşağı deyil: “İkincisi də Paşinyan indi hansı ideyanı cəmiyyətə çatdıracaq? Təbii ki, Qərbə getməyi. Artıq Ermənistanın siyasi yükü yoxdur - yəni Qarabağ məsələsi. Rusiya ilə onları birləşdirən bir şey də yoxdur. Çünki Qarabağ yoxdur. Deməli, Qərbə yönəlik siyasət davam etdiriləcək. Vəziyyəti düzəltmək üçün yeganə yoldur. Köçəryanın qayıdışı bir növ deklarasiya şəklində baş verir. Nəticədə köhnə ideyanın bu və ya digər şəkildə devalvasiyasına gətirib çıxaracaq”.

Deputat Arzu Nağıyev isə bildirdi ki, Köçəryanın hakimiyyətə gəlməsi, ümumiyyətlə, inandırıcı görünmür: “Onun ”zühur" etməsi də, sadəcə olaraq, Rusiyanın xeyir-duası və Paşinyanı əvəz etmək üçün yeni bir namizədin tapılmamasından irəli gəlir. Məlumdur ki, Qərb Paşinyanı dəstəkləyir. Eyni zamanda həm Rusiya, həm də Qərb başa düşürlər ki, Azərbaycanın təkidi ilə əvvəl-axır Köçəryan və Sərkisyan beynəlxalq məhkəmələrdə cavab verməli olacaqlar. Paşinyan isə ən uzağı son iki ildəki əməllərinə görə cavabdehdir. Bundan başqa, Köçəryan nə qədər özünü birləşmiş müxalifətə lider kimi sırımağa çalışsa da, bunu Ermənistan elitası qəbul etmir. Artıq onsuz da “Qarabağ klanı” ilə yerlilər arasında dərin uçurum var. Manukyan da bu uçurumu aradan qaldıra bilmədi, Vanesyanı da cəmiyyət qəbul etmədi. Mən düşünmürəm ki, Rusiya tam şəkildə Köçəryanı dəstəkləsin. Əgər diqqətlə izləsək görərik ki, onun müsahibə verdiyi müxbir belə ermənidir və Nijde kimi bir faşisti dəstəkləyir. Deməli, bu, diasporanın istəyidir və burada da, sadəcə olaraq, cənab Putinlə “dostluq” məsələsini meyar götürməyə çalışırlar". A.Nağıyev qeyd etdi ki, Paşinyan istefa verməyə tələsmir və ermənilər də bunu istəmir: “İstəyənlər isə o qədər ciddi vətəndaş dəstəyi olmayanlardır. Bunu artıq Ter-Petrosyanın da bəyanatında gördük. Bundan başqa, Paşinyan seçkilərin olmayacağını da bəyan etdi. Bu gün Paşinyan və onun komandası ABŞ prezidenti cənab Baydenin də münasibətini səbirsizliklə gözləyirlər və eyni zamanda başa düşürlər ki, Bayden təklikdə ABŞ demək deyil və Azərbaycanla çox ciddi tərəfdaşdırlar. Qarabağdan gələn məlumatlar isə əsasən qızışdırıcı mövqe sərgiləyən qüvvələrlə bağlıdır. Fikir verəndə hiss edilir ki, əsasən Araik kimi, Balasanyan kimi quldurbaşıların mövqeləri, bəyanatları və sülhməramlıların onlarla guya əlbir olmaları kontekstindən verilir”. Deputat digər məqama da diqqət çəkdi: “Türkiyə amili çox vacib olduğu üçün mütəmadi olaraq onu da gündəmə gətirirlər. Düşünürəm ki, ən ciddi daxili və xarici siyasəti mərhələli şəkildə cənab Prezident İlham Əliyev başda olmaqla, Azərbaycan hakimiyyəti aparır. Mərhələli şəkildə məqsədə nail olmaq kimi siyasət həyata keçirilir. Bunun da sonunun demoqrafik dəyişikliklər və böyük köçlə nəticələnəcəyi əminliyi var və belə də olacaq. Bu isə bütün deyilən və yayılan şayiələrin sonu olacaq. Təbii ki, hərbi əməliyyatlardan sonra ən ciddi məsələ diplomatik, informasiya, iqtisadi və demoqrafik məsələlərdir”.

Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov “Yeni Müsavat”a bildirdi ki, Ermənistanda ciddi şəkildə ideoloji inqilabın şahidi olmaqdayıq: “Bu mübarizədə əslində qalib tərəf qərbyönlü Paşinyan tərəfdarları olsa da, müharibədən sonra bu ölkədə Rusiyanın güclənməsi siyasi səhnədə Paşinyanın və qərbpərəstlərin təklənməsinə gətirib çıxarıb. Bu kontekstdə Köçəryanın Moskvadan qayıtmasından sonra özünə əmin şəkildə seçkilərdə iştirak edəcəyini və qalib gələcəyini bildirməsi də onu deməyə əsas verir ki, Rusiyadakı erməni diasporası, oliqarxiya da nəyin bahasına olursa-olsun Paşinyanın hakimiyyətdən getməsi üçün hər şeyi edəcək”.

Bu yerdə qeyd edək ki, R.Köçəryan hələ özünü 1 mart 2008-ci il cinayətlərinə görə Ermənistan məhkəməsindən xilas edə bilmir, o ki qaldı Ermənistanda hakimiyyətə gəlib ölkəni xilas edə bilsin. Fevralın 9-da İrəvanda Köçəryan və digərlərinin məhkəmə prosesi davam etdirilib, vəsatətlər müzakirə olunub. Məhkəmə prosesinin bundan sonra qapalı keçirilməsi barədə qərar verilib.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycanda 20 min manatlıq şirkət - LƏĞV OLUNUR
Bu gün, 15:46
“Ömrüm boyu sayğılı nazirimə borcluyam” - Qazi Məğrur Bədəlsoy Vilayət Eyvazova TƏŞƏKKÜR ETDİ
Bu gün, 15:43
Həkimlər Lalə Şövkətə qadağa qoydu - OĞLU DANIŞDI
Bu gün, 15:39
Xanım qeydiyyatçı klinikanın 74 minini mənimsəməkdə ittiham edilir - TƏFƏRRÜAT
Bu gün, 15:37
Azərbaycan əsilli sabiq vəkilin adı daha bir dələduzluqda hallanır - TASS
Bu gün, 15:30
4 sahibkarı susuz qoydular, Aqrar Sığorta Fondu da 242 mini ödəmədi - QALMAQAL
Bu gün, 15:26
Rauf Vəliyevin işçisi ölkədən nə qədər valyuta çıxarıb? - İLGİNC FAKTLAR...
Bu gün, 15:24
"İran Suriya itkisinin "ağrı-acı"sını Azərbaycan və Türkiyədən siyasi yolla çıxarmağa çalışır"
Bu gün, 15:22
Bu yağın Azərbaycana idxalı qadağan edilməlidir - Ekspert xəbərdarlıq edir
Bu gün, 15:16
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...
Bu gün, 15:14
Bakıda ölüm saçan klinika: 1 ayda 2 nəfər həyatını itirdi - FOTO
Bu gün, 15:06
"Bakıya giriş ödənişli olsun" - Akif Nağıdan TƏKLİF
Bu gün, 15:05
Salyanda meyiti parçalanan kişinin arvadı HARADADIR? – Yeni DETALLAR
Bu gün, 15:03
"Mollalar özlərinin bildiyi işlərlə məşğul olmalıdırlar, siayəsət onlarlıq deyil" - deputat
Bu gün, 15:02
Nazirlik eyni adama milyonluq tender verdi - İLGİNC...
Bu gün, 15:00
Azərbaycanın Yerüstü Nəqliyyat Agentliyi Bakının altını üstünə çevirib – DETALLAR
Bu gün, 14:00
Ermənistan Minsk qrupundan imtina edir, ya yox? – Baş nazir aparatından ziddiyətli açıqlamalar
Bu gün, 13:42
“Elə zəhrimar sifət göstərirəm ki, camaat mənimlə tanış olmağa qorxur”
Bu gün, 13:37
Daha bir keçmiş hərbçiyə ƏSASSIZ İMTİNA cavabı... - "Aylarla çöllərdə qala bilmirəm..."
Bu gün, 13:31
Burun əməliyyatından sonra vəfat edən qızın atası: - "Həkim günahkardı, təkid edib..."
Bu gün, 13:22
Mehriban Abasquliyeva ifadə verməkdən imtina edib - Perinatal Mərkəzdə baş verən yanğınla bağlı məhkəmə
Bu gün, 13:20
“Qarabağ” Juninyonun yerinə onu alır?
Bu gün, 13:15
3 evi olduğunu deyən AYSUN: - “Buna görə kirayədə qalırıq”
Bu gün, 13:12
Hüseynbala Mirələmovun oğlu da namizəd oldu - FOTO
Bu gün, 13:06
Başqasının maşınına girib, özünü yandırdı - YENİ DETALLAR AÇIQLANDI
Bu gün, 13:04
“Müharibə başlasa, ermənilər yenə məğlub olacaqlar” - Rusiyalı politoloq
Bu gün, 12:59
Bəxtiyar Hacıyevə hökm oxunub - 10 İL...
Bu gün, 12:56
Ərini doğrayıb kanala atdığı deyilən qadın sərbəst buraxıldı - TƏFƏRRÜAT
Bu gün, 12:47
"Əbdülkərim Abedi Prezident İlham Əliyevin ünvanına səsləndirdiyi fikirlərə görə məsuliyyət daşıyır və üzr istəməlidir"
Bu gün, 12:44
Samir Şərifov niyə işdən çıxarıldı? - Yeni nazirdən GÖZLƏNTİLƏR
Bu gün, 12:39
Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Bu gün, 12:36
Gəncə sakinləri marşrut avtobusların sınıq-salxaq olmasından ŞİKAYƏTÇİDİR - "...burda vəziyyət ürəkaçan deyil"
Bu gün, 12:33
Nazir Kəpəzə polis rəisi təyin etdi - ƏMR
Bu gün, 12:27
Paşinyan Ermənistan "Titanik"ini batırır - FAKT BUDUR!
Bu gün, 12:10
Ermənistan Aİİ-dən çıxmağı planlaşdırmır -Papoyan
Bu gün, 12:08
Hansı “ağıllı” düşünür ki, Bakı bunu qəbul edəcək? – Abramyan
Bu gün, 12:08
Zəngəzura Ermənistan nəzarət edəcək - Çaxoyan BELƏ DEYİR...
Bu gün, 12:04
2 məşhurun yaxını dələduzluq ittihamı ilə üz-üzə - MƏHKƏMƏ İŞİ
Bu gün, 11:57
Naxçıvanda “dədə-baba” qaydası təyinatlar - DƏLİXANADIR, VALLAH...
Bu gün, 11:53
Naxçıvan Ali Məclisində yeni təyinat - SƏRƏNCAM
Bu gün, 11:51
Qazaxda icra başçısı yeni asfalt örtüyü vurulmuş küçələrdə görülmüş işlərlə tanış olub
Bu gün, 11:48
Naxçıvanda təhsilin evini elə yıxıblar ki... - Müəllimlər də narazıdır... valideynlər də...
Bu gün, 11:45
"Musiqini zina, tərbiyəsizlik, əxlaqsızlıqla əlaqələndirməyin heç bir dini əsası yoxdur" - deputat
Bu gün, 11:42
Sakinlər Nərimanov icra hakimiyyətinə QARŞI... - DETALLAR
Bu gün, 11:40
"Bu münasibətlər zamanın sınağından keçib" - Razi Nurullayev
Bu gün, 11:38
Palata UNEC-də yoxlama apardı - Nəticələr AÇIQLANDI
Bu gün, 11:33
İrəvandan açıqlama: Zəngəzur dəhlizinə nəzarət... - KİV
Bu gün, 11:30
KAPİTAL BANK-dan total narazılıq olsa da... - Nə dinləyən var... nə də həll edən...
Bu gün, 11:26
Rusiya 2024-cü ildə İspaniyanın ikinci ən böyük qaz tədarükçüsü olub - “Enagás”
Bu gün, 11:09
Prokuror gənc sevgilisini öldürən qadına AĞIR CƏZA İSTƏDİ
Bu gün, 11:04
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru