"Əgər Tehran ABŞ ilə danışıqlar aparmaq niyyətindədirsə, Vaşinqton bu təklifə müsbət cavab verər"
Tarix: 27-05-2019, 08:16 |
Çap et
Amerika lideri Donald Tramp bildirib ki, əgər Tehran ABŞ ilə danışıqlar aparmaq niyyətindədirsə, Vaşinqton bu təklifə müsbət cavab verər.
"Report" xəbər verir ki, o bunu Yaponiya baş naziri Sindzo Abe ilə danışıqlar öncəsi deyib.
Bununla yanaşı Amerika lideri güman edir ki, İran "danışıqlar aparmaq istərdi".
"Heç kim dəhşətli şeylərin baş verməsini istəmir", — deyə CGTN Trampın sözlərini sitat gətirib.