“Azərbaycan beynəlxalq sülhyaratma prosesinə töhfə verməyə qadir olduğunu sübuta yetirir” - deputat
Tarix: 30-11-2018, 08:39 | Çap et
Azərbaycan Cənubi Sudana sülhməramlı göndərir. Bununla bağlı prezident İlham Əliyevin imzası ilə Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinə layihə daxil olub. Layihədə qeyd olunub ki, 4 nəfərlik heyət BMT sülhmərmalıları missiyası tərkibində olacaq. Onlardan 3-ü zabit, 1-i isə müşahidəçi qismində təmsil olunacaq. Artıq layihə komitədə müzakirələr olunaraq plenar iclasa tövsiyə edilib.
Qeyd edək ki, 90 ilə yaxındır ki, həll edilməyən Sudan-Cənubi Sudan problemi Afrikanın ciddi problemlərindəndir. 2011-ci ildə referendumdan sonra Cənubi Sudanın müstəqilliyini elan etməsi ilə yenidən vətəndaş müharibəsinə çevrilən məsələ yerli xalqın mədəni və dini zəmində müharibəsi kimi görünsə də, tamamilə müstəmləkə ölkələrin iqtisadi mübarizəsi kimi də qəbul edilir. Əsas məsələ Sudan və Cənubi Sudan arasında qalan zəngin neft yataqlarının olduğu Muglad hövzəsi və Abyei bölgəsinin ələ keçirilmə mübarizəsidir. Cənubi Sudanın ən böyük gəliri neftdir və gəlirinin 97%-ni buradan təmin edildiyini düşünsək, Cənubi Sudan üçün neftin nə qədər önəmli olduğu aydın olar. Cənubi Sudanda 3,5 milyard barrel neft ehtiyatı və 3 trilyon kub fut həcmində təbii qaz ehtiyatı olduğu təxmin edilir. Ancaq Cənubi Sudanın çıxartdığı nefti sata bilməsi üçün Sudandan keçən boru xəttinə ehtiyacı var. Bu bir-birinə bağlı sistem də qarşıdurmanın fitilini alovlandırır. Sudana qonşu ölkələrin bu bölgədən çıxan neftin daşınması və beynəlxalq bazara göndərilməsindən pay almaq istəməsi istər Sudan, istər Cənubi Sudan üzərindəki təzyiqi artırır.
Çin Sudanın istehsal etdiyi neftin ən böyük alıcısıdır. Ölkədəki neftin demək olar ki, hamısı çinli və Malayziya firmaları tərəfindən çıxarılır. Bu səbəbdən Çin bölgədəki hər hadisənin içində olmaq istəyir. Çin buradakı nəzarətin, xüsusilə, ABŞ-ın əlinə keçməsini istəmir. ABŞ və Çinin qarşılıqlı müstəmləkəçilik ittihamları ilə böyüyən proses Fransanın da kökədən pay almaq cəhdləri ilə daha da içindən çıxılmaz hala gəlir.
Sudan və Cənubi Sudan arasındakı vətəndaş müharibəsinin acısını hər zaman olduğu kimi, məzlum xalq həyatı ilə aclıqla mübarizə apararaq çəkir. Vətəndaş müharibəsində minlərlə insanın öldüyü bilinir, ancaq dəqiq rəqəm verilmir. Ölkədə 1,5 milyon insanın evlərindən uzaqda yaşadığı, 2,5 milyon insanın da aclıq təhlükəsi ilə qarşı-qarşıya olduğu məlumdur.
BMT-nin təsirsiz siyasəti dünyadakı heç bir problemi həll edə bilmədiyi kimi, Sudan-Cənubi Sudan arasındakı qarşıdurmaları da həll edə bilmir. Bu gün Cənubi Sudanda 8500-ə qədər BMT sülhməramlıları mövcuddur. Ancaq qarşıdurmalar və qarşılıqlı hücumlar hələ də davam edir.
Sual yarana bilər ki, Afrika qitəsində gedən proseslər Azərbaycanın hansı xarakterdə maraqlarına və mənafelərinə cavab verir. Yaxud ondan irəli gələrək sualı bir qədər daha konkret qoymaq mümkündür ki, əgər hər hansı bir hərbi əməliyyatlar sülh yaradıcı xarakter daşısa da sonucunda Azərbaycanın təhlükəsizlik mənafelərinə uyğundurmu?
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Zahid Oruc “Yeni Müsavat”a bildirdi ki, “Azərbaycan nə üçün Cənubi Sudanda sülhyaratma missiyasına qatılır” sualının 3 cavabı var: “Birincisi, BMT tərəfindən üzv dövlətlərə müraciətlər edilir. İkincisi, onun humanitar-mənəvi siyasi mənası var. Üçüncü, Azərbaycan özü buradan dünyaya çox rahatlıqla təqdim edir ki, bax, Azərbaycan əsgəri gedib Afrikada sülhməramlı əməliyyatlarda iştirak edir, eynən Amerika əsgərinin də, Rusiya əsgərinin də, Fransa əsgərinin də Qarabağda bizim ölkəmizin yanında olmasını da hədəf eləyir.
Cənubi Sudana Azərbaycanın 4 hərbçisinin yola salınmasının çox mühüm dövləti mənafeyi var. Bu da ondan ibarətdir ki, biz on illərdir ki, istər BMT çərçivəsində, istərsə də NATO-nun Əfqanıstanda həyata keçirilən sülhyaratma missiyası kontekstində iştirak edirik və Azərbaycanın beynəlxalq sülhyaratma prosesinə töhfə verməyə qadir olduğunu sübuta yetiririk. İkincisi, BMT ona üzv olan dövlətlərə müraciətlərdə bulunur. Dövlətlərə xahiş edir ki, hansısa konfliktlərin həllində, sülhün daimi xarakter daşıması üçün görülən işlərdə öz rolunu oynasınlar. Mən elə hesab edirəm ki, Cənubi Sudana göndəriləcək hərbçilərimizlə bağlı Azərbaycan dövlətinin əsas götürdüyü arqumentlər bunlardan ibarətdir.
İraq, Kosovo və Əfqanıstanda sülhməramlı missiyalarda iştirak etməklə Azərbaycan təcrübə qazanıb. Həm də bunun ölkəmiz üçün siyasi üstünlükləri də əldə əsas götürülür. Cənubi Sudan, bildiyiniz kimi, 2011-ci ildə siyasi xəritəyə çıxıb. Ona qədər ümumi Sudan dövlətinin içərisində olub. Amma ona qədər 100 il ərzində aralarında çox böyük konfliktlər yaşanıb. 2011-ci ildə Cənubi Sudanı BMT tanıyıb. Bu gün isə humanitar fəlakət perspektivi qarşısında olan bir dövlətdir. Azərbaycan, məncə, daha qlobal mənada bu prosesdə iştirak eləməklə yanaşı, öz probleminə diqqəti cəlb eləməyə çalışır. Hər kəsə deməyə haqqımız olur ki, Azərbaycan özü də ərazi bütövlüyü problemini yaşayan bir dövlətdir və burada da sülhməramlı əməliyyatlara ehtiyac duyula bilər. Bu sülhyaradacı proses yalnız bir dövlətin inhisarında olmasın deyə BMT-nin Qarabağla bağlı verəcəyi qərarlar sonrakı dövrdə sülh missiyalı qüvvələr tərəfindən mütləq möhkəmləndirilməlidir. Mənim aləmimdə məsələnin mənasından biri də budur".
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Erməni diasporuna son "hədiyyə" - İNCƏLƏMƏ
Bu gün, 00:20 |
|
|
|
• "Bu siyasi əlaqələrimiz bütün qonşular üçün nümunə ola bilər..." - deputat
Bu gün, 00:18 |
|
|
|
• "Elə kişiyə cəmiyyətdə hörmət olmaz.."
Bu gün, 00:15 |
|
|
|
• Rusiya ilə hərbi əməkdaşlığa çalışacağıq - Pezeşkian
Bu gün, 00:12 |
|
|
|
• Qayıbovun fəaliyyəti TƏFTİŞ OLUNACAQ - nazir özünü hədəfə çevirib?
Bu gün, 00:05 |
|
|
|
• “Welcome back Trump”: - ümidlər, narahatlıqlar və mübahisəli təsirlər
Bu gün, 00:03 |
|
|
|
• Fransanın gizli təlimi: - kod adı “Perseus”
Bu gün, 00:02 |
|
|
|
• Qanlı 20 Yanvar faciəsindən 35 il ötür - ANIM
Bu gün, 00:00 |
|
|
|
• Zəngilan şəhər inzibati binasının tikintisinə 5,3 milyon ayrılıb
Dünən, 22:26 |
|
|
|
• Samir Abasov yenə öz ampluasında - "Hansı futbola dominant deyirsiniz?"
Dünən, 22:24 |
|
|
|
• "25 min manat verdilər getmədim"
Dünən, 22:22 |
|
|
|
• Azərbaycanda iki dövlət qurumunun ləğvinə BAŞLANILDI - DETALLAR
Dünən, 22:19 |
|
|
|
• "Bəzən bir klipə bir evin pulunu xərcləmişəm"
Dünən, 16:36 |
|
|
|
• Ermənistanda təşviş: sərhəddə yaşayan sakinlərə xəbərdarlıq edildi - "Məlumat var ki…"
Dünən, 16:35 |
|
|
|
• "Həmin şəxslər ora təhrik edilərək gətirilib" - İmişlinin sabiq deputatı
Dünən, 16:33 |
|
|
|
• Putin Pezeşkiana samovar və rəsm hədiyyə etdi
Dünən, 16:31 |
|
|
|
• İmişlidə qəzada xəsarət alan qız Bakıdakı xəstəxanaya köçürüldü - Vəziyyəti necədir?
Dünən, 16:29 |
|
|
|
• Gecə Bakı küçələrində vəlvələ salan "avtoş" həbs edildi
Dünən, 13:59 |
|
|
|
• Ermənistan maşınları yolda qaldı - SƏBƏB
Dünən, 13:55 |
|
|
|
• Bələdiyyə seçkilərini müşahidə üçün beynəlxalq müşahidəçilər tərəfindən MSK-ya müraciət daxil olmayıb
Dünən, 13:48 |
|
|
|
• "O zaman Azərbaycan hökuməti kömək üçün məhz Gürcüstana müraciət etmişdi..." - deputat
Dünən, 13:44 |
|
|
|
• Ermənistan ordusu qadınların ümidinə qalır - FAKT BUDUR!
Dünən, 13:39 |
|
|
|
• Professor Nizaməddin Şəmsizadə komaya düşüb
Dünən, 13:34 |
|
|
|
• Artıq zamanıdır: Müəyyən qaydalarla quru yol açılmalıdır - ÇAĞIRIŞ
Dünən, 13:02 |
|
|
|
• İmişlidə ictimai yerdə törətdikləri xuliqanlıq hərəkətlərinə görə bir qrup şəxs həbs edilib - DİN araşdırma aparır
Dünən, 12:52 |
|
|
|
• Dünyanın gözlədiyi gün: Konsert, ziyafət, qalmaqal bir arada
Dünən, 12:15 |
|
|
|
• Cızıq telefon, nasaz paltaryuyan, xarab ütü... – Və qarşında bağlı qapı
Dünən, 12:13 |
|
|
|
• Obamanın etdiyi vicdansızlıq idi - Lavrov
Dünən, 12:02 |
|
|
|
• HÜSEYN ABDULLAYEVİN ANASI PREZİDENTDƏN KÖMƏK İSTƏYİR - "Mənimlə görüşə taqətsiz vəziyyətdə gətirdilər..."
Dünən, 11:59 |
|
|
|
• İmişlidə qəzaya səbəb olan şəxsin 17 yaşı var imiş... - TƏFƏRRÜAT
Dünən, 11:57 |
|
|
|
• "Yas mərasimi üçün kredit götürürlər" - BU FAKTDIR!
Dünən, 11:43 |
|
|
|
• Vitali Balasanyan Bakıya məktub ünvanladı: nələr yazıb? - Başı qaçıb...
Dünən, 11:41 |
|
|
|
• Pezeşkian ondan elə bir şey xahiş etdi ki... - Putin qəzəbləndi
Dünən, 10:49 |
|
|
|
• AYNA-nın yaratdığı xaos BÖYÜYÜR - “Parkinqə giriş var, çıxış yoxdur”
Dünən, 10:45 |
|
|
|
• Sosial şəbəkələrdə 160 manata dinləmə cihazları satılır - XƏBƏRDARLIQ
Dünən, 10:35 |
|
|
|
• "Space"nin keçmiş rəhbərinə vəzifə verildi - BUNDAN SONRA...
Dünən, 10:33 |
|
|
|
• İrana zərbə halında Tehranın cavabı necə olacaq? - Karden
Dünən, 10:28 |
|
|
|
• "Bu hökumət belə bir addım atsa..." - Qriqoryan nədən qorxur?
Dünən, 10:25 |
|
|
|
• Tramp hamının planını pozub... - "Washington Post"
Dünən, 10:02 |
|
|
|
• ABŞ-də “TikTok” fəaliyyətini dayandırıb
Dünən, 09:59 |
|
|
|
• Ukrayna hərbçiləri əks-hücuma keçdi: ruslar itki verdi
Dünən, 09:40 |
|
|
|
• "İri bankların əsas problemi odur ki, acgözdürlər..." - HƏQİQƏTƏN DƏ...
Dünən, 09:37 |
|
|
|
• Overçuk işarə etdi ki, başımıza nələr gələ bilər - Qriqoryan
Dünən, 09:16 |
|
|
|
• Bakı ilə Tiflis yaxınlaşırsa... - ŞƏRH
Dünən, 09:14 |
|
|
|
• "Azərbaycanın yeni nəsli bu münaqişəni unudacaq..." - deputat
Dünən, 09:10 |
|
|
|
• ABŞ İrəvanın qarantı ola bilməz: heç xəritədə tapmırlar… - Karden
Dünən, 09:07 |
|
|
|
• “Qadınlarımız ulduz xəstəliyinə tutulub, daha rahat həyat yaşamaq istəyirlər”
Dünən, 07:11 |
|
|
|
• İrana qarşı “silah” Türkiyəyə keçir: Razılaşma pozula bilər – Yeni münaqişə anonsu
Dünən, 07:08 |
|
|
|
• Bu gün 800-ə yaxın bakalavr magistraturaya sınaq imtahanı verəcək - DİQQƏT
Dünən, 07:05 |
|
|
|
• Bayden-Paşinyan anlaşması Tramp üçün nə qədər əhəmiyyətlidir? - İNCƏLƏMƏ
Dünən, 01:43 |
|
|
|
|