Erməni diasporuna son "hədiyyə" .....                     "Bu siyasi əlaqələrimiz bütün qonşular üçün nümunə ola bilər..." .....                     "Elə kişiyə cəmiyyətdə hörmət olmaz.." .....                     Rusiya ilə hərbi əməkdaşlığa çalışacağıq .....                     Qayıbovun fəaliyyəti TƏFTİŞ OLUNACAQ .....                     “Welcome back Trump”: .....                     Fransanın gizli təlimi: .....                     Qanlı 20 Yanvar faciəsindən 35 il ötür .....                     Zəngilan şəhər inzibati binasının tikintisinə 5,3 milyon ayrılıb .....                     Samir Abasov yenə öz ampluasında .....                     "25 min manat verdilər getmədim" .....                     Azərbaycanda iki dövlət qurumunun ləğvinə BAŞLANILDI .....                     "Bəzən bir klipə bir evin pulunu xərcləmişəm" .....                     Ermənistanda təşviş: sərhəddə yaşayan sakinlərə xəbərdarlıq edildi .....                     "Həmin şəxslər ora təhrik edilərək gətirilib" .....                     Putin Pezeşkiana samovar və rəsm hədiyyə etdi .....                     İmişlidə qəzada xəsarət alan qız Bakıdakı xəstəxanaya köçürüldü .....                     Gecə Bakı küçələrində vəlvələ salan "avtoş" həbs edildi .....                     Ermənistan maşınları yolda qaldı .....                     Bələdiyyə seçkilərini müşahidə üçün beynəlxalq müşahidəçilər tərəfindən .....                     "O zaman Azərbaycan hökuməti kömək üçün məhz Gürcüstana müraciət etmişdi..." .....                     Ermənistan ordusu qadınların ümidinə qalır .....                     Professor Nizaməddin Şəmsizadə komaya düşüb .....                     Artıq zamanıdır: Müəyyən qaydalarla quru yol açılmalıdır .....                     İmişlidə ictimai yerdə törətdikləri xuliqanlıq hərəkətlərinə görə bir qrup şəxs həbs edilib .....                     Dünyanın gözlədiyi gün: Konsert, ziyafət, qalmaqal bir arada .....                     Cızıq telefon, nasaz paltaryuyan, xarab ütü... .....                     Obamanın etdiyi vicdansızlıq idi .....                     HÜSEYN ABDULLAYEVİN ANASI PREZİDENTDƏN KÖMƏK İSTƏYİR .....                     İmişlidə qəzaya səbəb olan şəxsin 17 yaşı var imiş... .....                     "Yas mərasimi üçün kredit götürürlər" .....                     Vitali Balasanyan Bakıya məktub ünvanladı: nələr yazıb? .....                     Pezeşkian ondan elə bir şey xahiş etdi ki... .....                     AYNA-nın yaratdığı xaos BÖYÜYÜR .....                     Sosial şəbəkələrdə 160 manata dinləmə cihazları satılır .....                     "Space"nin keçmiş rəhbərinə vəzifə verildi .....                     İrana zərbə halında Tehranın cavabı necə olacaq? .....                     "Bu hökumət belə bir addım atsa..." .....                     Tramp hamının planını pozub... .....                     ABŞ-də “TikTok” fəaliyyətini dayandırıb .....                 

Suriya hökuməti İdlibdə əməliyyata hazırlaşır, Putin razılıq verəcəkmi...
Tarix: 20-11-2018, 09:42 | Çap et
Suriya hökuməti İdlibdə əməliyyata hazırlaşır, Putin razılıq verəcəkmi...
Noyabrın 10-da ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya aviasiyasının Fəratın şərq sahilində yerləşən Hacin şəhərinə endirdiyi hava zərbələri nəticəsində 26 nəfər həyatını itirib. Bu barədə Suriya mediası İnsan Haqları Müşahidə Evi məlumat yayıb. Məlumatda bildirilir ki, koalisiya təyyarələri İŞİD-in ön mövqelərinə hücum etsələr də, dinc vətəndaşların evlərini bombalayıblar.

Ancaq amerikalılar məlumatı təsdiq etmir. Vaşinqton mülki itkilərin olmadığını, hava zərbələrinin əsasən İŞİD mövqelərinə endirildiyini bəyan edib.

Lakin bu ittihamlar ilk dəfə deyil. Oktyabrın 24-də koalisiya aviasiyası Deyr əz-Zor vilayətində məscidi bombalamışdı. Bu məsələ xeyli böyüdükdən sonra ABŞ ordusunun nümayəndəsi polkovnik Şon Rayan deyib ki, koalisiyanın oktyabrın 24-də endirdiyi zərbə İŞİD-ə məxsus olan və kürdlərə qarşı hücumda istifadə olunan nöqtələrə edilib. Belə nöqtələrdən biri də sözügedən məscid olub. ABŞ Quru qoşunları komandanlığının qiymətləndirməsinə görə, zərbə endirilən zaman məsciddə yalnız İŞİD yaraqlıları olub.

Qeyd edək ki, hazırda Suriyanın şərq rayonlarında çöllük bölgələrdə hələ də İŞİD-in nəzarətində olan kiçik bölgələr var və burada zaman-zaman ABŞ-ın himayə etdiyi kürd silahlıları ilə toqquşmalar baş verir. Çünki bu bölgə Suriyada neft və qaz istehsal olunan əsas yerdir və bu baxımdan indi bütün tərəflər bu bölgəyə nəzarət etməyə çalışır. Bu ilin fevralında da Rusiyaya məxsus silahlılar məhz burada ABŞ koalisiyası ilə rus “Vaqner” qrupunun silahlıları arasında toqquşma baş vermiş və yüzdən çox rus silahlısı öldürülmüşdü.

Hazırda Suriya ordusu da ölkənin şərqindəki İŞİD mövqelərinə qarşı kiçik miqyasda əməliyyatları davam etdirir. Belə görünür ki, kürdlər ABŞ ordusunun (Beynəlxalq İŞİD əleyhinə koalisiya - K.R.) dəstəyi ilə Deyr əz-Zor və ətrafındakı İŞİD nöqtələrini ələ keçirmək və bölgədə möhkəmlənməyə çalışırlar. Çünki hazırda Dəməşq gücləri İdlib ətrafında qalıb. Deyr əz-Zor isə bütün parametrləri ilə ABŞ ordusu və kürdlərin əsas maraq dairəsindədir. Çünki indi hər kəsə aydındır ki, İdlib ətrafında sular durulduqdan sonra Suriya hakimiyyəti üzünü kürdlərə tərəf çevirəcək.

Bu arada ötən həftə Londonda dərc olunan ərəb dilli “Ray əl-Yaum” qəzeti Suriya hökumət qüvvələrini İdlib ətrafına topladığını yazıb. Qəzet mənbələrə istinadən yaxın günlərdə İdlibdə əməliyyatların başlaya biləcəyini iddia edir.

Məsələ ondadır ki, son həftələrdə Soçi anlaşmasının icrası yubadılır. Eləcə də bölgəyə yerləşən Suriya ordusu qüvvələrinə hücumların sayı artıb. Rusiya XİN isə silahlı qrupların İdlibdə atəşkəslə bağlı müvafiq Rusiya-Türkiyə anlaşmasına riayət olunmadığını, silahlıların hökumət qüvvələrini təxribata çəkdiyini qeyd edib.

Bu barədə İran XİN rəhbərinin bir neçə gün əvvəl Moskva səfərində də müzakirələr aparılıb. Ərəb mənbələri isə hazırda İran və Suriya hökumətlərinin Rusiyanı İdlibdə əməliyyatın keçirilməsinə inandırmağa çalışdığını yazır. Əsas arqument isə qarşı tərəfin, yəni Türkiyənin və silahlı qrupların müvafiq öhdəlikləri icra etmədiyi ilə bağlıdır.

Yeri gəlmişkən, noyabrın 19-da İstanbula, “Türk axını” layihəsinin açılış mərasiminə gələn Rusiya prezidentinin günortadan sonra Soçiyə uçacağı bildirilir. Rusiya prezidentinin burada ordu komandanlığı ilə müzakirələr aparacağı, silahlı qüvvələrin yenidən qurulması istiqamətində qərarlar qəbul edəcəyi bildirilir. Ehtimal ki, Putin İstanbulda və daha sonra Soçidə Suriya məsələsi, xüsusən də İdlibin taleyi ilə bağlı müzakirələr aparacaq. Ankaranın İdlib atəşkəsi ilə bağlı öhdəlikləri yerinə yetirməsini istəyəcək. Türkiyə hakimiyyəti isə hələlik görünən odur ki, İdlibdəki fərqli ölkələrin təsiri altında olan silahlı qruplarla anlaşa bilmir. Ötən gün Türkiyə ordusunun Suriyada nəzarət etdiyi bölgələrdə qarət və ordudan yayınma hallarına qarşı mübarizə məqsədilə reydlər başlatdığı haqda xəbərlər yayılıb. Ehtimal ki, pərakəndə, əsasən maraq qruplarından formalaşan və fərqli ölkələrin təsiri altında olan bu silahlı qruplar Türkiyənin İdlibdəki siyasətinə problem yaratmağa başlayıb. İndi Ankaranın qarşısında dayanan əsas vəzifə ilk növbədə bu qrupları nəzarət altına almaq, tabe olmayan qrupları isə kənarlaşdırmaq və mümkün qədər sürətli şəkildə atəşkəs anlaşmasının icrasını təmin etməkdir. Əks təqdirdə Ankaranın İdlibdəki planları pozula bilər. Çünki hazırda hərbi və siyasi baxımdan xeyli güclənən və getdikcə regionda daha çox ölkə ilə əlaqələrini qaydaya salan Bəşər Əsəd qarşısında İdlib əsas maneələrdən birinə çevrilib.
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Erməni diasporuna son "hədiyyə" - İNCƏLƏMƏ
Bu gün, 00:20
"Bu siyasi əlaqələrimiz bütün qonşular üçün nümunə ola bilər..." - deputat
Bu gün, 00:18
"Elə kişiyə cəmiyyətdə hörmət olmaz.."
Bu gün, 00:15
Rusiya ilə hərbi əməkdaşlığa çalışacağıq - Pezeşkian
Bu gün, 00:12
Qayıbovun fəaliyyəti TƏFTİŞ OLUNACAQ - nazir özünü hədəfə çevirib?
Bu gün, 00:05
“Welcome back Trump”: - ümidlər, narahatlıqlar və mübahisəli təsirlər
Bu gün, 00:03
Fransanın gizli təlimi: - kod adı “Perseus”
Bu gün, 00:02
Qanlı 20 Yanvar faciəsindən 35 il ötür - ANIM
Bu gün, 00:00
Zəngilan şəhər inzibati binasının tikintisinə 5,3 milyon ayrılıb
Dünən, 22:26
Samir Abasov yenə öz ampluasında - "Hansı futbola dominant deyirsiniz?"
Dünən, 22:24
"25 min manat verdilər getmədim"
Dünən, 22:22
Azərbaycanda iki dövlət qurumunun ləğvinə BAŞLANILDI - DETALLAR
Dünən, 22:19
"Bəzən bir klipə bir evin pulunu xərcləmişəm"
Dünən, 16:36
Ermənistanda təşviş: sərhəddə yaşayan sakinlərə xəbərdarlıq edildi - "Məlumat var ki…"
Dünən, 16:35
"Həmin şəxslər ora təhrik edilərək gətirilib" - İmişlinin sabiq deputatı
Dünən, 16:33
Putin Pezeşkiana samovar və rəsm hədiyyə etdi
Dünən, 16:31
İmişlidə qəzada xəsarət alan qız Bakıdakı xəstəxanaya köçürüldü - Vəziyyəti necədir?
Dünən, 16:29
Gecə Bakı küçələrində vəlvələ salan "avtoş" həbs edildi
Dünən, 13:59
Ermənistan maşınları yolda qaldı - SƏBƏB
Dünən, 13:55
Bələdiyyə seçkilərini müşahidə üçün beynəlxalq müşahidəçilər tərəfindən MSK-ya müraciət daxil olmayıb
Dünən, 13:48
"O zaman Azərbaycan hökuməti kömək üçün məhz Gürcüstana müraciət etmişdi..." - deputat
Dünən, 13:44
Ermənistan ordusu qadınların ümidinə qalır - FAKT BUDUR!
Dünən, 13:39
Professor Nizaməddin Şəmsizadə komaya düşüb
Dünən, 13:34
Artıq zamanıdır: Müəyyən qaydalarla quru yol açılmalıdır - ÇAĞIRIŞ
Dünən, 13:02
İmişlidə ictimai yerdə törətdikləri xuliqanlıq hərəkətlərinə görə bir qrup şəxs həbs edilib - DİN araşdırma aparır
Dünən, 12:52
Dünyanın gözlədiyi gün: Konsert, ziyafət, qalmaqal bir arada
Dünən, 12:15
Cızıq telefon, nasaz paltaryuyan, xarab ütü... – Və qarşında bağlı qapı
Dünən, 12:13
Obamanın etdiyi vicdansızlıq idi - Lavrov
Dünən, 12:02
HÜSEYN ABDULLAYEVİN ANASI PREZİDENTDƏN KÖMƏK İSTƏYİR - "Mənimlə görüşə taqətsiz vəziyyətdə gətirdilər..."
Dünən, 11:59
İmişlidə qəzaya səbəb olan şəxsin 17 yaşı var imiş... - TƏFƏRRÜAT
Dünən, 11:57
"Yas mərasimi üçün kredit götürürlər" - BU FAKTDIR!
Dünən, 11:43
Vitali Balasanyan Bakıya məktub ünvanladı: nələr yazıb? - Başı qaçıb...
Dünən, 11:41
Pezeşkian ondan elə bir şey xahiş etdi ki... - Putin qəzəbləndi
Dünən, 10:49
AYNA-nın yaratdığı xaos BÖYÜYÜR - “Parkinqə giriş var, çıxış yoxdur”
Dünən, 10:45
Sosial şəbəkələrdə 160 manata dinləmə cihazları satılır - XƏBƏRDARLIQ
Dünən, 10:35
"Space"nin keçmiş rəhbərinə vəzifə verildi - BUNDAN SONRA...
Dünən, 10:33
İrana zərbə halında Tehranın cavabı necə olacaq? - Karden
Dünən, 10:28
"Bu hökumət belə bir addım atsa..." - Qriqoryan nədən qorxur?
Dünən, 10:25
Tramp hamının planını pozub... - "Washington Post"
Dünən, 10:02
ABŞ-də “TikTok” fəaliyyətini dayandırıb
Dünən, 09:59
Ukrayna hərbçiləri əks-hücuma keçdi: ruslar itki verdi
Dünən, 09:40
"İri bankların əsas problemi odur ki, acgözdürlər..." - HƏQİQƏTƏN DƏ...
Dünən, 09:37
Overçuk işarə etdi ki, başımıza nələr gələ bilər - Qriqoryan
Dünən, 09:16
Bakı ilə Tiflis yaxınlaşırsa... - ŞƏRH
Dünən, 09:14
"Azərbaycanın yeni nəsli bu münaqişəni unudacaq..." - deputat
Dünən, 09:10
ABŞ İrəvanın qarantı ola bilməz: heç xəritədə tapmırlar… - Karden
Dünən, 09:07
“Qadınlarımız ulduz xəstəliyinə tutulub, daha rahat həyat yaşamaq istəyirlər”
Dünən, 07:11
İrana qarşı “silah” Türkiyəyə keçir: Razılaşma pozula bilər – Yeni münaqişə anonsu
Dünən, 07:08
Bu gün 800-ə yaxın bakalavr magistraturaya sınaq imtahanı verəcək - DİQQƏT
Dünən, 07:05
Bayden-Paşinyan anlaşması Tramp üçün nə qədər əhəmiyyətlidir? - İNCƏLƏMƏ
Dünən, 01:43
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru