ABŞ-ın bu hissəsində fövqəladə vəziyyət elan olundu - Ölənlər var
Tarix: 3-03-2018, 09:41 |
Çap et
ABŞ-ın Merilend ştatında kəskin hava şəraiti və güclü küləklə əlaqədar fövqəladə vəziyyət elan edilib.
Trend-in məlumatına görə, Merilenddə, eləcə də qonşu Virginiya ştatında 3 nəfər həlak olub.
Bildirilir ki, ümumilikdə ABŞ-ın şərq sahilində 5 nəfər kəskin havanın qurbanı olub.
Virginiya ştatında fövqəladə vəziyyət ötən gündən elan olunub.
Paytaxt Vaşinqtonda isə dövlət idarələri və məktəblər işləyməyib. Ümumilikdə 700 min adam işıqsız qalıb.