İrəvan Türkiyə ilə əlaqələr qurmağa can atır, amma "şərtsiz"
Tarix: 2-03-2018, 08:42 |
Çap et
Türkiyə ilə münasibətlərin nizama salınması lazımdır.
Axar.az xəbər verir ki, bu açıqlama ilə Ermənistan parlamentinin vitse-spikeri Eduard Şarmazanov çıxış edib.
"Türkiyə addım atmalıdır. Ermənistan və Türkiyə arasındakı münasibətlər heç bir şərt olmadan həll olunmalıdır. Şərtlər bizim üçün qəbuledilməzdir", - Şarmazanov söyləyib.
Qeyd edək ki, 2009-cu il oktyabrın 10-da Sürixdə Türkiyə və Ermənistanın xarici işlər nazirləri Əhməd Davudoğlu və Edvard Nalbəndyan diplomatik münasibətlərin yaxşılaşdırılmasına dair protokolları imzalamışdı. Ermənistan prezidenti Serj Sərkisyan imzalanan protokolları bir müddət öncə ləğv etdi.