"O, qurumun vitse-prezidenti deyil" .....                     Azərbaycan təyyarəsinin qəzaya uğraması ilə bağlı hamıya həqiqət lazımdır .....                     “ABŞ-Ermənistan sazişi Rusiyaya təhdiddir” .....                     7 saylı həbsxanada məhkum özünü asdı .....                     Şagirdlərə mobil telefon qadağası .....                     Azərbaycanda qonşusunu güllələyən kişinin nitqi tutuldu .....                     Bu icra başçıları özlərinə köməkçi axtarır .....                     Nə üçün Aİ-nin Ermənistandakı missiyasının müddətinin uzadılmasında Bakının rəyi nəzərə alınmır? .....                     "Yutubla əməkdaşlıq edən şirkətlər saxtakarlıqla məşğuldur" .....                     Müştərinin hesabındakı pul ondan xəbərsiz Türkiyədə otelə necə köçürülüb? .....                     Elm və Təhsil Nazirliyi körpələrimizin qidalanmasını kimə etibar etdi .....                     Cənubi Qafqazda xaos ssenariləri planlaşdırılır... .....                     Goranboyda evlənmək məqsədilə qaçırılan 10-cu sinif şagirdi ata evinə qaytarılıb .....                     "Su Meliorasiya Xidməti"nin 770 minlik tenderi ləğv edildi .....                     "Təcili Tibbi Yardımı 7 il gözləməliyik?!" .....                     İstəsəydim icra başçısı, nazir olardım .....                     Rusiya XİN Ermənistanın Zəngəzur dəhlizinə reaksiyasını anlaşılmaz sayır .....                     Müsadirə olunmuş Bakı Oksford Məktəbini icarəyə götürdülər .....                     Orduda qadınların potensialından istifadə etməliyik .....                     Şuşa Bəyannaməsindəki detal sazişdə yoxdur .....                     Almaniya Ermənistana 20 milyon avro bağışlayır .....                     Bank sektorunun SARI ÇÖKÜŞÜ... .....                     Toyun toy, vayın da vay yeri var: .....                     Nazirlik 10 manat kapitalı olan şirkətlə 77 milyonluq müqavilə imzaladı .....                     Ramiz Mehdiyevin qızına şikayət etmək icazəsi verildi .....                     Mərkəzi Univermağın qızıl alverçilərinin .....                     İvanişviliyə qarşı sanksiyalarla bağlı təklif Britaniya İcmalar Palatasına təqdim olunub .....                     Müharibə bitəcək, amma necə... .....                     Minsk qrupunun ləğvi, Konstitusiya dəyişikliyi qaçılmaz prosesdir... .....                     Məktəblərdə hazır yemək təminatının təşkili ilə bağlı 77 milyon manatlıq tenderi .....                     Afaq Məsuda Azərbaycan Prezidentinin fərdi təqaüdü verilib .....                     Moskva gözləntiləri doğruldur .....                     “Gemini Group”un rəhbəri Rəşad Süleymanov ölkədən nə qədər valyuta çıxarıb? .....                     Əmlak bazarında durğunluq hökm sürür .....                     Müdafiə Nazirliyindən QADAĞA GƏLDİ .....                     Əfqan Sadıqovun Azərbaycana ekstradisiyası qadağan edildi .....                     İlham Əliyev və Nikol Paşinyan .....                     “Fikrimdə qalıram, Tramp sülh gətirəcək” .....                     Xaricdə azərbaycanlıları qeydiyyata alana cinayət işi açıldı .....                     Bəzi yerlərdə arabir duman olacaq .....                 

Putinin seçkiqabağı proqramı hazırdır - TƏHLİL
Tarix: 21-12-2017, 10:26 | Çap et
Putinin seçkiqabağı proqramı hazırdır
Vladmir Putinin növbəti dəfə Rusiya prezidentliyinə namizədliyi rəsmən dekabrın 26-da irəli sürüləcək. Bu barədə Rusiya Sənaye və Sahibkarlar İttifaqının rəhbəri Aleksandr Şoxin bildirib. O, dekabrın 26-da Ümumrusiya Sərgi Mərkəzində (VDNX) keçiriləcək təşəbbüs qrupunun iclasında Vladimir Putinin Rusiya prezidentliyinə namizədliyinin irəli sürüləcəyini söyləyib. Bu barədə qərar Putinin prezidentliyə namizədliyinin irəli sürülməsi ilə bağlı yaradılan təşəbbüs qrupunun təşkilat komitəsinin iclasında verilib. Təşəbbüs qrupuna 600 nəfərə yaxın tanınmış ictimai xadim, elm adamları, incəsənət xadimləri daxildir. Təşəbbüs qrupunu hakim Vahid Rusiya Partiyası, Ümumrusiya Xalq Cəbhəsi, "Qələbə Könüllüləri”, Rusiya İctimai Palatası dəstəkləyir. Qeyd edək ki, Vladimir Putin deyib ki, namizədliyini fərdi qaydada irəli sürəcək, "Vahid Rusiya” partiyasının xətti ilə yox. Putin seçkiqabağı proqramının hazır olduğunu da vurğulayıb. Amma sənədin təqdimatı üçün vaxtın yetişmədiyini bildirib: "Mən, ölkənin inkişafına baxışlarımı bölüşən və mənə etibar edən siyasi qüvvələrin və vətəndaşların geniş dəstəyinə ümid edirəm”. Rusiyada prezident seçkilərində iştirak etmək üçün namizədliyini fərdi qaydada irəli sürən şəxs azı 300 min tərəfdarının imzasını toplayıb Mərkəzi Seçki Komissiyasına təqdim etməlidir. Bununla yanaşı, həmin namizədi dəstəkləyən və ən azı 500 nəfərdən ibarət təşəbbüs qrupu formalaşdırılmalıdır.

Beləliklə, sürpriz baş vermədi və Rusiya prezidenti 2024-cü ilə kimi prezident postunda qalacağını təsdiqlədi. Hazırda dünya mediası Rusiya prezidentinin gələcək strategiyasının nədən ibarət olacağı üzərində ehtimallar qurur, bu siyasətin əvvəlki dövrlərdən nə ilə fərqlənəcəyi ilə bağlı proqnozlar verir. Prezident də ilk açıqlamasında bildirib ki, dövlətçiliyin, sabitliyin və cəmiyyətdə birliyin qorunub saxlanılması prioritet kimi saxlanılacaq. Əlavə edib ki, ölkə yoxsulluq həddini aşmayıb, cəmiyyətdə hələ də yüksək həddə olan bərabərsizlik aradan qalxmayıb. Rusiya Statistika İdarəsi ötən gün təsdiq edib ki, hökumət əhalinin real gəlirlərinin aşağı düşdüyünü qarşısını ala bilməyib. Bununla yanaşı, artıq dövlət başçısının seçkiqabağı proqramının əsas tezisləri də hazırdır. Tezisin əsas müddəaları infrastrukturun inkişafı, səhiyyə, təhsil, yüksək texnologiyalar, əmək qabiliyyətinin artırılması və əhalinin gəlirlərinin çoxalmasıdır. Prezident onu da bildirib ki, Rusiyanı dünyanın intellektual ölkələri sırasına çıxarmağın vaxtı çatıb. Amma Rusiya mediası, ekspertlər bu ideyanın mümkünsüz olduğunu düşünürlər. Onların gəldiyi qənaət budur ki, prezident heç özü də nəyin hesabına liderliyə çatmağın yolunu bilmir. Büdcə kəsiri, ölkədə sosial problemlərin kəskin həddə çatması, neft və qazdan asılılıq güclü olaraq qalır. Vətəndaşlar köklü dəyişikliklər tələb edir. Əhalinin gəlirləri kəskin şəkildə azalır, təhsil, tibb və səhiyyə sahəsində islahatlar insanları qane etmir. Rusiya Elmlər Akademiyası Sosiologiya İnstitutunun keçirdiyi sorğunun nəticələrinə görə, beş il ərzində sabitlik tərəfdarlarının sayı 70 faizdən 51-ə düşüb. Bir çoxları başa düşür ki, indiki sabitlik sünidir və böhran onu dərhal poza bilər.

Ən önəmli məsələlərdən biri də Rusiyanın xarici siyasət prioritetləri ilə bağlıdır. Hazırda əsas diqqət Rusiya-Qərb münasibətlərinin necə olacağıdır. Məsələn, "Levada” Mərkəzinin keçirdiyi sorğu zamanı respondentlərə "Rusiya ABŞ və Qərbin digər ölkələri ilə münasibətlər qurmalıdırmı” sualı verilib. Sorğuda iştirak edənlərin 24 faizi "bəli” cavabı verib. Halbuki, 2014-cü ildə bu rəqəm 13 idi. Yəni artıq əhali arasında özünütəcrid siyasətini dəstəkləyənlərin sayı azalmaqdadır. Ekspertlər hesab edirlər ki, prezidentin xaricdən kömək almamaq barədə çağırışını ciddi qəbul etməmək gərəkdir. Məsələn, Almaniyanın "Deutschlandfunk” nəşrinə müsahibəsində Sankt-Qallen Universitetinin professoru Ulrix Şmidt bildirib ki, prezident olmaq istəyənlərin sayı 23-ə çatsa da, artıq indidən Putinin qalibi olduğunu söyləmək olar. "Bəs gərəsən, Putinin bu qədər əhali arasında rəğbət qazanmasının, ona rəqibin ortaya çıxmamasının səbəbi nədir” sualına ekspert orijinal cavab verib. O, bunu Rusiyada funksiyalaşmış partiya sisteminin mövcud olmaması ilə əlaqələndirib: "Məsələn, Rusiyada Liberal-Demokratik Partiya var. Lakin bu partiyanın liberal sözündən xəbəri yoxdur, bu partiya sağ-millətçi siyasətçilərin partiyasıdır”. Ekspert Rusiya prezidentinin 2014-cü ildən bəri reytinqinin başgicəlləndirici sürətlə artığını təsdiq edir. "Lakin paradoksal olan odur ki, əhali hökumətin fəaliyyətindən narazıdır. Yəni əhali prezidenti qüdrətli sayır, hökuməti isə işinin öhdəsindən gələ bilməməkdə ittiham edir. Axı prezident istəsə, bu hökuməti dərhal buraxar. Ümumiyyətlə, belə hal Rusiyada əsrlər boyu hökm sürür. Rəhbər yaxşıdır, ətrafı isə pis. İndiki prezident də bundan məharətlə yararlanır. Yəni problem ortaya çıxanda, günahı kiminsə üstünə yıxmaq mümkün olsun”.

Norveçin "ABC Nyheter” nəşrində dərc edilən məqalədə isə yazılır ki, prezident seçkilərinin nəticələri artıq bəllidir. "Bu gün Putini əhalinin 70-80 faizi dəstəkləyir, Nə parlamentdə, nə parlamentdənkənar heç kim ona rəqib olmaq iqtidarında deyil. Əsas intriqa nə qədər insanın seçkilərə qatılacağıdır. Yəni seçkilərin nəticələrinin bəlli olacağı səbəbindən, bir çoxları, hətta Putinin tərəfdarları səsverməyə getməyə bilərlər. Analoji hal 2013-cü il Moskvada keçirilən mer seçkilərində yaşanmışdı. O zaman əksəriyyət Sergey Sobyaninin mer seçiləcəyini bildiyindən, seçkilərə getməmişdi. Nəticədə, müxalif namizəd Aleksey Navalnı 27 faiz səs toplamağa müvəffəq olmuşdu. Nəticədə hazırkı mer ikinci turdan canını güclə (51 faiz) qurtara bildi”. Ən maraqlı yanaşmanı isə "Le Monde” yazıb. Qəzet yazır ki, Rusiyada seçkilər martın 18-nə təyin edilib. Həmin tarix isə Krımın işğalı günüdür. Bu isə o anlama gəlir ki, Putinin siyasətində hər hansı bir dəyişiklik baş verməyəcək – Krımın və Ukraynanın digər vilayətlərinin işğalı, Abxaziya və Cənubi Osetiya siyasəti əvvəlki kimi qalacaq.
\\kaspi.az\\









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"O, qurumun vitse-prezidenti deyil" - Rafael Ağayevlə bağlı AKF-dən AÇIQLAMA
Bu gün, 17:03
Azərbaycan təyyarəsinin qəzaya uğraması ilə bağlı hamıya həqiqət lazımdır - Zaxarova
Bu gün, 17:02
“ABŞ-Ermənistan sazişi Rusiyaya təhdiddir” - Sobolev
Bu gün, 16:49
7 saylı həbsxanada məhkum özünü asdı - PENİTENSİAR XİDMƏT İŞGƏNCƏ İDDİALARINI TƏKZİB EDİR
Bu gün, 16:46
Şagirdlərə mobil telefon qadağası – Nələrə səbəb olar?
Bu gün, 16:43
Azərbaycanda qonşusunu güllələyən kişinin nitqi tutuldu – İfadə verə bilmədi
Bu gün, 16:41
Bu icra başçıları özlərinə köməkçi axtarır - ADLAR
Bu gün, 16:38
Nə üçün Aİ-nin Ermənistandakı missiyasının müddətinin uzadılmasında Bakının rəyi nəzərə alınmır? - Rəsmi Moskva
Bu gün, 16:33
"Yutubla əməkdaşlıq edən şirkətlər saxtakarlıqla məşğuldur" - VİDEO
Bu gün, 16:30
Müştərinin hesabındakı pul ondan xəbərsiz Türkiyədə otelə necə köçürülüb? - BU NƏDİ BELƏ?..
Bu gün, 16:16
Elm və Təhsil Nazirliyi körpələrimizin qidalanmasını kimə etibar etdi – Tanıyan varmı?
Bu gün, 16:11
Cənubi Qafqazda xaos ssenariləri planlaşdırılır... - İNCƏLƏMƏ
Bu gün, 16:07
Goranboyda evlənmək məqsədilə qaçırılan 10-cu sinif şagirdi ata evinə qaytarılıb - TƏFƏRRÜAT
Bu gün, 15:50
"Su Meliorasiya Xidməti"nin 770 minlik tenderi ləğv edildi - SƏBƏB
Bu gün, 15:49
"Təcili Tibbi Yardımı 7 il gözləməliyik?!" - İlqar Mikayıloğlu
Bu gün, 15:44
İstəsəydim icra başçısı, nazir olardım - Elza Seyidcahanla MÜSAHİBƏ
Bu gün, 15:41
Rusiya XİN Ermənistanın Zəngəzur dəhlizinə reaksiyasını anlaşılmaz sayır
Bu gün, 15:36
Müsadirə olunmuş Bakı Oksford Məktəbini icarəyə götürdülər - DETALLAR
Bu gün, 15:34
Orduda qadınların potensialından istifadə etməliyik - Paşinyan
Bu gün, 15:28
Şuşa Bəyannaməsindəki detal sazişdə yoxdur - İrəvana pis xəbər
Bu gün, 15:24
Almaniya Ermənistana 20 milyon avro bağışlayır
Bu gün, 15:18
Bank sektorunun SARI ÇÖKÜŞÜ... - Şirkətlər “Yelo Bank”dakı depozitlərini geri götürürlər
Bu gün, 15:12
Toyun toy, vayın da vay yeri var: - İslama görə müsiqi ilə dəfn mərasimi icazəli deyil
Bu gün, 15:09
Nazirlik 10 manat kapitalı olan şirkətlə 77 milyonluq müqavilə imzaladı – Tendersiz
Bu gün, 15:05
Ramiz Mehdiyevin qızına şikayət etmək icazəsi verildi - TƏFƏRRÜAT
Bu gün, 15:00
Mərkəzi Univermağın qızıl alverçilərinin 186 min manatı necə ələ keçirilib?
Bu gün, 14:57
İvanişviliyə qarşı sanksiyalarla bağlı təklif Britaniya İcmalar Palatasına təqdim olunub
Bu gün, 14:55
Müharibə bitəcək, amma necə... - GƏLİŞMƏ
Bu gün, 14:02
Minsk qrupunun ləğvi, Konstitusiya dəyişikliyi qaçılmaz prosesdir... - və gec-tez baş verəcək
Bu gün, 14:00
Məktəblərdə hazır yemək təminatının təşkili ilə bağlı 77 milyon manatlıq tenderi - BU ŞİRKƏT UDDU
Bu gün, 13:58
Afaq Məsuda Azərbaycan Prezidentinin fərdi təqaüdü verilib - SƏRƏNCAM
Bu gün, 13:26
Moskva gözləntiləri doğruldur – yenə həqiqəti danır
Bu gün, 13:09
“Gemini Group”un rəhbəri Rəşad Süleymanov ölkədən nə qədər valyuta çıxarıb? - DETALLAR
Bu gün, 13:07
Əmlak bazarında durğunluq hökm sürür - NƏ BAŞ VERİR?
Bu gün, 13:04
Müdafiə Nazirliyindən QADAĞA GƏLDİ - xüsusi AÇIQLAMA
Bu gün, 12:59
Əfqan Sadıqovun Azərbaycana ekstradisiyası qadağan edildi - son söz Anri Oxanaşvilidə qalır
Bu gün, 12:57
İlham Əliyev və Nikol Paşinyan Davosa gedəcəklər
Bu gün, 12:53
“Fikrimdə qalıram, Tramp sülh gətirəcək” - Natiq Cəfərli
Bu gün, 12:50
Xaricdə azərbaycanlıları qeydiyyata alana cinayət işi açıldı - TƏFƏRRÜAT
Bu gün, 12:47
Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:42
Trend mahnısının cümləsi qalmaqallı oldu: -"Aygün Kazımovaya hər şey olar"
Bu gün, 12:41
"Bank Avrasiya"nın xalis mənfəəti 3 mln. manata yaxın azalıb - HESABAT
Bu gün, 12:39
Sumqayıtda təşkilat sədri hücuma məruz qaldı: Polis hərəkətə keçdi - TƏFƏRRÜAT
Bu gün, 12:30
3 il əvvəl başlayan sürüşmənin qarşısı niyə ALINMIR? - Şəki sakinləri TƏHLÜKƏ ilə ÜZ-ÜZƏ
Bu gün, 12:28
Vaşinqton İrəvana necə "hamilik" edəcək? - Elçin Alıoğlu yazır...
Bu gün, 12:21
Azərbaycan Ordusunun Baş Qərargah rəisi NATO və tərəfdaş ölkələrin Baş Qərargah rəislərinin iclasında iştirak edib
Bu gün, 12:17
Bakıda restoranda baş verən cinayətin görüntüləri yayılıb - VİDEO
Bu gün, 12:15
Paşinyan Rusiyanın təhdidlərindən narahatdır - “Hraparak”
Bu gün, 12:13
316 saylı orta məktəbin yanındakı torpaq sahəsinə KİM GÖZ DİKİB? - İLGİNC İDDİALAR
Bu gün, 12:11
Blinken Mirzoyanla bunu razılaşdırıb: "Soros" bölgəyə gəlir - Seyidov danışdı
Bu gün, 12:01
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru