Turistlər İtaliyanın əsas fəvvarəsinə il ərzində 1,4 milyon avro pul atıblar
Tarix: 13-04-2017, 08:41 |
Çap et
Roma şəhərinin Trevi fəvvarəsində turistlər ora 2016-ci il ərzində pul atması nəticəsində 1,4 milyon avro yığılıb.
"Report" xəbər verir ki, "La Repubblica" qəzeti yazıb.
Ölkə hökuməti bütün vəsaitin xeyriyyə təşkilatlarına köçürüləcəyini bəyan edib. Vəsait yoxsullar üçün sığınacaqlar, aztəminatlılar üçün yeməkxanalara yönləndiriləcək.
Fəvvaradə bir çox ölkələrin valyutaları aşkar olunub. Lakin turistlər daha çox ora dollar, avro və iena atıblar.