Trampı seçkilərdə qalib edən rusiyalı hakeri 30 il həbs gözləyir
Tarix: 5-04-2017, 10:18 |
Çap et
FaktXəbər-in verdiyi məlumata görə, ABŞ-ın Federal Təhqiqatlar Bürosunun (FTB) sorğusu ilə İspaniyada həbs olunan rusiyalı proqramçı Stanislav Lisov Amerikaya ekstradisiya oluna bilər. ABŞ-ın Ədliyyə Nazirliyi rusiyalı hakerin ekstradisiya edilməsi üçün sənədləri İspaniya hökumətinə təqdim edib.
ABŞ rəhbərliyi Stanislav Lisovu zərərli proqramları yaymaq və 855 min dollar dəyərində ziyan vurmaqda ittiham edir. Rusiyalı proqramçının ABŞ-a ekstradisiya ediləcəyi təqdirdə onu 30 il həbs cəzasının gözlədiyi bildirilir.
Qeyd edək ki, Stanislav Lisov 2013-cü ildən İspaniyada yaşamış və “Taqanroq” şirkətində keyfiyyət təminatı proqramı üzrə mütəxəssis kimi çalışırdı. Qeyri-rəsmi məlumatlara görə, İspaniyada saxlanılan rusiyalı proqramçı Amerikada keçirilən prezident seçkiləri zamanı Hillari Klintona elektron poçt qalmaqalını təşkil etməkdə ittiham olunur. Məhz Klinton barəsində yayılan məlumatlar onun nüfuzuna təsir etmiş və Donald Trampın qələbəsini təmin etmişdi.