BMT Suriyadakı hücumu araşdıracaq
Tarix: 5-04-2017, 08:41 |
Çap et
BMT-nin hərbi cinayətlər üzrə təhqiqatçıları Suriyanın İdlib vilayətində azı 58 nəfərin ölümüylə nəticələnmiş, kimyəvi olduğu deyilən hücumu araşdırmağa başlayıb.
BMT-nin Suriya üzrə Təhqiqat Komissiyası aprelin 4-də hücumu pisləyib və təhqiqata başladığını bildirib. Bəyanatda tibb ocağına şübhəli hücum da pislənilib. Həmin məkanda yaralılar müalicə olunurmuş. Komissiya hər iki hərəkətin hərbi cinayətə bərabər olduğunu, insan haqları qanununu kəskin pozduğunu bildirib.
BMT-nin Suriya üzrə elçisi Staffan de Mistura Brüsseldə jurnalistlərə deyib ki, bütün əlamətlər bunun kimyəvi hücum olduğunu, havadan həyata keçirildiyini göstərir.
BMT-nin Təhlükəsizlik Şurası fevralın 5-də fövqəladə iclasında insidenti müzakirə edəcək.