Şirvanda vəzifəli şəxs cərimələndi .....                     AVROSƏRSƏMLİK... .....                     Yaxşı maaş verilirsə: Həkimlər niyə bölgəyə getmir? .....                     Razılaşdırılmayan iki bənd və iki tələb: Prezidentin mesajlarının şifrələri .....                     Dövlət qurumundan “Teymur-M” şirkətinə 12 milyon manatlıq .....                     Özəl, yoxsa ÖZBAŞINA bağçalar? .....                     Elmar Məmmədyarov həbs olunan diplomatı işdən çıxarıbmış .....                     İDDİA: Bank kartlarından pullar buna görə oğurlanır... .....                     Sülh prosesini pozan addım: .....                     Sabiq deputatdan qalmaqallı açıqlama: .....                     Daha bir məhkum həbsdə ölüb .....                     Ermənistanın dövlətsizləşdirilməsi planı var .....                     Oğlunu əfv etdiyinə görə Baydeni qınamıram .....                     Dövlət büdcəsindən `qoparılan` milyonlarla dollara başa gələn idman kompleksləri... .....                     Sumqayıtda polis profilaktik tədbir keçirib .....                     Toydan çıxıb küçədə yüksək səslə musiqi qoyub, rəqs etdilər .....                     “Kağızdan açanda ələ yapışırsa, suludursa, üzərində müxtəlif rənglər varsa...” .....                     Putindən Vaşinqtona “duel” təklifi .....                     İtaliyanın hərbi nümayəndə heyəti ölkəmizə səfər edib .....                     Əliyev bunu ilk dəfə açıqladı .....                     Azərbaycanda ən çox şikayət olunan internet provayderləri .....                     Neftçala DOST filialında təmir işləri bu şirkətə .....                     “Paşinyan iki şeyi yaxşı bacarır: .....                     DSX əməkdaşı general-leytenant Araz Məmmədovdan şikayətçidir .....                     Putin niyə ELƏ DEDİ? .....                     Dövlət qurumunun 6,3 milyon manatlıq tenderini bu şirkət .....                     Axı məktəblərimiz niyə bu gündə olmalıdır? .....                     Məhkəmə bir sıra ukraynalı qaçqına Aİ-də müvəqqəti qoruma statusunun verilməsindən imtina etməyə icazə verib .....                     Mərkəzi Bank 6 sığorta şirkətinə məcburi göstəriş verib .....                     Bağlar massivində olay: 33 yaşlı kişi 9 yaşlı qıza qarşı əxlaqsızlıq etdi... .....                     Bakı-Naxçıvan-Bakı marşrutu üzrə səfər planlaşdıran sərnişinlərin nəzərinə .....                     Zaqatala sakinlərinin problemi nə vaxt HƏLL olunacaq? .....                     Azərbaycan -Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçirilib .....                     TƏBİB-in məsul şəxsinin gəlini faizə pul verdiyini məhkəmədə etiraf etdi .....                     "Dünya hamıya çatacaq qədər böyükdür" .....                     Suriyada qalib hansı ölkədir? .....                     "Pulların gəlişi, bölüşdürülməsi, ümumiyyətlə, bütün detalları aydın şəkildə qeyd ediblər" .....                     Başçıdan şəhid ailəsinə sayğısızlıq... .....                     "Azərbaycanın ərazi bütövlüyünün bərpası - Şəxsiyyət faktoru” kitabının .....                     Vəzifəli şəxs HƏBS OLUNDU .....                 

AUDİOYAZI TƏHRİF OLUNUB
Tarix: 24-01-2012, 18:07 | Çap et
AUDİOYAZI TƏHRİF OLUNUB

ƏVƏZ ZEYNALLININ İŞİNDƏ YENİLİK VAR

“Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının guya rüşvət tələb etməsi ilə bağlı YAP-çı millət vəkili Gülər Əhmədovanın Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə təqdim etdiyi audioyazı barəsində ekspert rəyi açıqlanıb.

Bu haqda hazırda Bakı İstintaq Təcridxanasında olan Ə.Zeynallıya vəkillərin iştirakı ilə məlumat verilib. Baş redaktorun vəkili Elçin Sadıqovun sözlərinə görə, ekspert rəyinə baxdıqdan sonra müdafiəçi tərəf bir daha əmin olub ki, Ə.Zeynallı iddia olunduğu kimi Gülər Əhmədovadan heç bir məbləğdə pul istəməyib. O cümlədən də istintaqın iddia etdiyi kimi hədə-qorxu faktı da aşkarlanmayıb: “Biz Ə.Zeynallı həbs olunduqdan az sonra həmin audioyazının stenoqrammını mətbuata yaymışdıq. Ekspert rəyi də təxminən o stenoqrammla eyni xarakterlidir. Lakin ekspert rəyində təhriflərə yol verilib, çatışmamazlıqlar da var. Bununla bağlı biz təkrar ekspertiza keçirilməsilə əlaqədar vəsatət qaldırdıq. Yaxın günlərdə vəsatətin təmin olunub-olunmamasına münasibət bildiriləcək. Yəni audioyazıda rüşvət tələb olunması haqda heç bir fakt qeydə alınmasa da, linqvistik ekspertiza belə bir rəy verib ki, guya Ə.Zeynallı ilə G.Əhmədova arasında hansısa razılaşma əldə olunub. Halbuki G.Əhmədovanın təqdim etdiyi diskdə belə bir şey ümumiyyətlə yoxdur. Əlavə olaraq G.Əhmədovanın da dedikləri ekspert rəyində ixtisar olunub, danışıq məntiqsiz və əlaqəsizdir. Bu məqam faktiki olaraq G.Əhmədovanın səsinin təhrifedilməsi deməkdir, bu isə tam qanunsuzluqdur. Ona görə də biz təkrar ekspertiza məsələsini qaldırdıq. Təkrar ekspertizanın Azərbaycanda keçirilməsinə də etiraz olundu. Çünki Ədliyyə Nazirliyi Əvəz Zeynallıya qarşı qərəzli mövqe tutan və onun haqqında başqa məzmunlu cinayət işi qaldıran bir orqan olduğu üçün Azərbaycanda təkrar ekspertiza birincidən fərqlənməyəcək. Hal-hazırda Ə.Zeynallının Ədliyyə Nazirliyi ilə məhkəmə çəkişməsi var, ona görə də biz xahiş etmişik ki, təkrar ekspertiza başqa bir ölkədə – Azərbaycanın hüquqi yardıma dair müqavilə bağladığı xarici dövlətlərin birində keçirilsin. Bundan əlavə biz bildirmişik ki, həmin audioyazı müdafiə tərəfinə də təqdim olunsun ki, biz də təkrar ekspertiza keçirə bilək. Onlar bizim dəfələrlə etdiyimiz tələblərə, qaldırdığımız vəsatətlərə baxmayaraq həmin audioyazını bizə təqdim etməyiblər və bunu da onunla izah edirlər ki, biz həmin disk yazısını hansısa kütləvi çıxışlarda yaya bilərik, bu da istintaqın gedişinə mane ola bilər. Mən dəfələrlə istintaqda bildirmişəm ki, əgər həqiqətən də Ə.Zeynallı iddia olunduğu kimi, G.Əhmədovadan rüşvət istəyibsə və bu da lentə yazılıbsa, o zaman bizim bu audioyazını mətbuata çıxarmağımız məntiqi olaraq öz əleyhimizə işləməlidir və biz bununla Ə.Zeynallının cinayət etmiş olduğunu özümüz təsdiqləmiş olarıq. Yox, əgər iddia olunduğu kimi rüşvət faktı yoxdursa, o zaman həqiqətən də indiki dövrdə audioyazının ictimailəşməsi iddiaçı tərəfin özünün ziyanına işləyəcək. Ona görə də bizə diski vermirlər. Ekspertiza rəyindən o da açıq-aşkar aydın olur ki, mətn tam ayrı formadadır.”

Ekspert rəyindən o da məlum olub ki, millət vəkili G.Əhmədova heç bir səbəb olmadan Ə.Zeynallıya qızıl komplektini təklif edir. Ə.Zeynallı isə, “bu nə söhbətdir edirsiniz, belə söhbətlər etməyin, yoxsa münasibətləri tamam kəsərəm” deyib. Bu danışığın özündə belə hədə-qorxu faktı yoxdur, əksinə rüşvətə təhriketmə faktı var.

Ekspert rəyində həm də göstərilir ki, CD -də yazılan danışıqlar əsli deyil, köçürülmüş variantda ekspertizaya təqdim olunub. Birinci variant isə nə ekspertizaya, nə də istintaqa verilməyib ki, bu da səs yazılarının mantaj ehtimalını artırır.

Xatırladaq ki, 2011-ci il dekabrın 8-də müstəntiqin səs nümunəsi götürməsi üçün müraciətinə Ə.Zeynallı etiraz edib və bunu da onunla əlaqələndirib ki, səs nümunəsinin verilməsi qarşılığında lent yazısının bir surəti ona və vəkillərinə təqdim olunmalıdır. Çünki hazırkı texnologiya səsdən istənilən məzmun yaratmaq imkanındadır. Buna görə də Əvəz Zeynallı əvvəlcə lent yazısının ona, mətbuata və cəmiyyətə açıqlanmasını tələb edib. Müstəntiq, «biz bunu edə bilmərik, çünki siz dərhal onu «Youtube»da yerləşdirəcəksiniz» cavabını verib. Ə.Zeynallı imtina etdikdən sonra onun səs nümunəsi “30 İyun – Sevgililər Günü” tədbirində etdiyi çıxışın videokasetindən götürülüb.

Məlumat üçün bildirək ki, həbsindən dərhal sonra Əvəz Zeynallı saxlanıldığı BİT -dan millət vəkili Gülər Əhmədova ilə görüşünün stenoqramını mətbuata açıqlamışdı. Çoxsaylı xahişlərdən sonra Gülər Əhmədovanı qəbul etdiyini xatırladan Əvəz Zeynallı millət vəkili ilə aralarındakı söhbətin belə olduğunu deyib:

«Gülər Əhmədova «Xural» qəzetinin redaksiyasındakı iş otağıma daxil olan kimi dərhal dedi:
G.Əhmədova: – Əvəz, sənə nə qədər pul lazımdır, de, mən verim.
Mən: – Sizdən kim pul istəyir? Pulunuz-zadınız lazım deyil!
G.Əhmədova: – Mən qəzetin çapına kömək etmək istəyirəm.
Mən: – Bizə sizin köməyiniz lazım deyil.
G.Əhmədova: – “Mərkəz” qəzetinin çapını öyrənmək istəyirəm. Sən qəzetin bir nömrəsinin çapına nə qədər xərc çəkirsən?
Mən: – Təxminən 500 manat.
Fasilə yaranır. Gülər Əhmədova hesablayır…
G.Əhmədova: – Mən sənin bir illik yox, 6 aylıq xərcini ödəyə bilərəm. Bu da 10.000 manat eləyir.
Mən: – Xahiş edirəm, çıx get, bura elə söhbətlərin yeri deyil!
Söhbət burda da yekunlaşır və mən Gülər Əhmədovanı otaqdan çıxarıram”.

Xatırladaq ki, Gülər Əhmədova 19 oktyabr 2011-ci ildə Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə ərizə ilə müraciət edərək «Xural» qəzetinin baş redaktoru Əvəz Zeynallının ondan hədə-qorxu yolu ilə 10.000 manat pul istədiyini bildirmiş və yuxarıda stenoqrammı verilən lent yazısını “dəlil” kimi təqdim etmişdi. 28 oktyabr 2011-ci il tarixdə Nəsimi rayon məhkəməsində lent yazısının dinlənilməsi zamanı Əvəz Zeynallının səsi eşidilməsə də, məhkəmə «Xural» qəzetinin baş redaktoruna qarşı 3 aylıq həbs qəti-imkan tədbiri seçib. Əvəz Zeynallı barəsində CM-nin 311.3.3 və 311.3.4-cü maddələri ilə cinayət işi açılıb. Sonradan işə CM-nin 311.3.2. və 306.2 maddələri də əlavə edilib.

XuralTAC









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Şirvanda vəzifəli şəxs cərimələndi - Qərardan narazı qaldı
Bu gün, 19:23
AVROSƏRSƏMLİK... və Bakıdan REAKSİYA
Bu gün, 19:21
Yaxşı maaş verilirsə: Həkimlər niyə bölgəyə getmir? - AKTUAL
Bu gün, 19:02
Razılaşdırılmayan iki bənd və iki tələb: Prezidentin mesajlarının şifrələri - İNCƏLƏMƏ
Bu gün, 19:00
Dövlət qurumundan “Teymur-M” şirkətinə 12 milyon manatlıq – SİFARİŞ
Bu gün, 18:58
Özəl, yoxsa ÖZBAŞINA bağçalar? – “İlk müəllim travması”
Bu gün, 18:52
Elmar Məmmədyarov həbs olunan diplomatı işdən çıxarıbmış - AÇIQLAMA
Bu gün, 18:06
İDDİA: Bank kartlarından pullar buna görə oğurlanır... - Yeni maliyyə sisteminə keçilir?
Bu gün, 18:05
Sülh prosesini pozan addım: - Ermənistan revanş istəyir
Bu gün, 18:02
Sabiq deputatdan qalmaqallı açıqlama: - “2-3 növ araq, konyak, şərab...”
Bu gün, 17:56
Daha bir məhkum həbsdə ölüb
Bu gün, 17:52
Ermənistanın dövlətsizləşdirilməsi planı var - İşxan Saqatelyan
Bu gün, 17:49
Oğlunu əfv etdiyinə görə Baydeni qınamıram - Putin
Bu gün, 17:47
Dövlət büdcəsindən `qoparılan` milyonlarla dollara başa gələn idman kompleksləri... - gənclərin işinə yarayırmı?
Bu gün, 17:43
Sumqayıtda polis profilaktik tədbir keçirib - FOTO, VİDEO
Bu gün, 17:41
Toydan çıxıb küçədə yüksək səslə musiqi qoyub, rəqs etdilər - Məhkəmə qərarı
Bu gün, 17:34
“Kağızdan açanda ələ yapışırsa, suludursa, üzərində müxtəlif rənglər varsa...” - kolbasadan gələn BÖYÜK TƏHLÜKƏ
Bu gün, 17:25
Putindən Vaşinqtona “duel” təklifi
Bu gün, 17:16
İtaliyanın hərbi nümayəndə heyəti ölkəmizə səfər edib
Bu gün, 17:14
Əliyev bunu ilk dəfə açıqladı – Paşinyanla danışıqlar zamanı…
Bu gün, 17:10
Azərbaycanda ən çox şikayət olunan internet provayderləri - SİYAHI
Bu gün, 17:06
Neftçala DOST filialında təmir işləri bu şirkətə - HƏVALƏ EDİLDİ
Bu gün, 17:05
“Paşinyan iki şeyi yaxşı bacarır: - sosial şəbəkələrdə statuslar yazmaq və əraziləri vermək”
Bu gün, 17:00
DSX əməkdaşı general-leytenant Araz Məmmədovdan şikayətçidir – ELÇİN QULİYEVƏ MÜRACİƏT
Bu gün, 17:00
Putin niyə ELƏ DEDİ? - Elxan Şahinoğlu ŞƏRH EDİR
Bu gün, 16:42
Dövlət qurumunun 6,3 milyon manatlıq tenderini bu şirkət – UDDU
Bu gün, 16:39
Axı məktəblərimiz niyə bu gündə olmalıdır? - Nazirə açıq məktub
Bu gün, 16:30
Məhkəmə bir sıra ukraynalı qaçqına Aİ-də müvəqqəti qoruma statusunun verilməsindən imtina etməyə icazə verib - KİV
Bu gün, 16:27
Mərkəzi Bank 6 sığorta şirkətinə məcburi göstəriş verib
Bu gün, 16:24
Bağlar massivində olay: 33 yaşlı kişi 9 yaşlı qıza qarşı əxlaqsızlıq etdi... - TƏFƏRRÜAT
Bu gün, 16:23
Bakı-Naxçıvan-Bakı marşrutu üzrə səfər planlaşdıran sərnişinlərin nəzərinə - DİQQƏT!
Bu gün, 16:18
Zaqatala sakinlərinin problemi nə vaxt HƏLL olunacaq? - Yararsız yollar, işləməyən avtobuslar...
Bu gün, 16:16
Azərbaycan -Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçirilib
Bu gün, 16:07
TƏBİB-in məsul şəxsinin gəlini faizə pul verdiyini məhkəmədə etiraf etdi - Mələk Zeynalovaya ağır cəza istənildi
Bu gün, 16:06
"Dünya hamıya çatacaq qədər böyükdür"
Bu gün, 16:03
Suriyada qalib hansı ölkədir? - “Nezavisimaya qazeta”
Bu gün, 16:01
"Pulların gəlişi, bölüşdürülməsi, ümumiyyətlə, bütün detalları aydın şəkildə qeyd ediblər" - deputat
Bu gün, 15:55
Başçıdan şəhid ailəsinə sayğısızlıq... - "Döşəməm də torpaqdır..."
Bu gün, 15:48
"Azərbaycanın ərazi bütövlüyünün bərpası - Şəxsiyyət faktoru” kitabının Pirallahı rayonunda təqdimatı keçirildi
Bu gün, 15:38
Vəzifəli şəxs HƏBS OLUNDU - TƏFƏRRÜAT
Bu gün, 15:34
Nəsimi RİH-də kitab təqdimatı oldu - FOTO
Bu gün, 15:33
2025-ci ildə Zəngəzur dəhlizinin açılmasının şahidi olacağıq - ANONS EDİLDİ
Bu gün, 15:07
“Ağıllı kişi silikonlu, vulqar qadına aşiq olmaz” - “Vətəndaş A”nın “Almaz”ı
Bu gün, 15:04
Erməni politoloqdan Azərbaycanla bağlı SƏRSƏM AÇIQLAMA
Bu gün, 15:00
Rusiya Suriyada məqsədinə nail olub - Putin
Bu gün, 14:55
AzGerneft işçilərinin taleyi SUAL ALTINDA... - NƏ BAŞ VERİR?
Bu gün, 14:53
2 nəfərin öldüyü tuneli tikən şirkət 138 milyonluq tender uddu - TƏFƏRRÜAT
Bu gün, 14:10
İsrail və Türkiyə arasında yeni SURİYA ÇATI... - Bakıdan ŞƏRH
Bu gün, 14:02
Makron Fransası sülh prosesini əngəlləyir - FAKT BUDUR!
Bu gün, 14:00
“RM Medicare Klinika”sında sertifikasiyadan kəsilənlər həkimlik edir - BU NƏDİ BELƏ?..
Bu gün, 13:58
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru