MƏHKƏMƏLƏRİMİZ QATİLİ XULİQAN KİMİ MÜHAKİMƏ EDƏCƏK
Tarix: 19-10-2013, 10:49 | Çap et
Bu il yanvarın 29-da Nərimanov rayonu, Faiq Yusifov küçəsində qanlı cinayət hadisəsi baş verib. Həmin küçədə yerləşən “Günəş” saunasının yaxınlığında düşən kütləvi davada iki qardaş - 38 yaşlı Vüqar Orucov və 35 yaşlı Bəxtiyar Orucov bıçaqlanıblar. V.Orucov aldığı xəsarətdən hadisə yerindəcə dünyasını dəyişib, qardaşı isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Qatil kimdir?
Dəmir satışı ilə məşğul olan Bəxtiyar və Vüqar Orucov qardaşları satdıqları malın pulunu götürməyə gəliblər. “Günəş” saunasının qarşısında dayanıb söhbət edəndə qətli törədən onlara eyvanın altında dayanmalarını irad tutub. O, sonradan aşağı düşüb və mübahisə böyüyüb. Həmin şəxs az sonra gedib, bir neçə nəfərlə yenidən qayıdıb və bıçaqla qardaşlara zərbələr endirib.
Nərimanov rayon Polis İdarəsi və rayon prokurorluğunun keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində qətlin iştirakçıları Emin Səfərov və Münasib Xəlilov tutulublar.
Fakt üzrə Nərimanov rayon Prokurorluğunda cinayət işi başlanıb, E.Səfərov Cinayət Məcəlləsinin 221.2-ci (xuliqanlıq), M.Xəlilov isə 120.1-ci (qəsdən adam öldürmə) maddələri ilə ittiham edilərək barələrində həbs-qətimkan tədbiri seçilib.
Oğlu öldürülən ana ölkə başçısına müraciət edib
Zərərçəkən Bəxtiyar Orucov redaksiyamıza müraciət edərək istintaqın qərəzli aparıldığını bildirib. O iddia edir ki, qardaşını qətlə yetirən Emin Səfərovdur. Onun sözlərinə görə, hadisə yerində olan tanışı Mülayim Əsgərov da ifadəsində Emin Səfərovun əlində bıçaq gördüyünü qeyd edib.
Hadisə ilə bağlı zərərçəkən prezidentə, Daxili İşlər Nazirliyinə, Baş Prokurorluğa və Bakı Şəhər Prokurorluğuna müraciət edib. Onun müraciətinin bir nüsxəsi də redaksiyamıza daxil olub. Mərhum Vüqar Orucovun anası Atlas Orucova ölkə başçısına ünvanladığı müraciətdə istintaqın qərəzli aparıldığını bildirib: “3 oğlum var idi. Onların atası əslən Xocalıdan olan Ənvər Orucov 1992-ci ildə ürək çatışmazlığından dünyasını dəyişdi. O vaxtdan 3 oğlumu təkbaşına böyütmüşəm, çox əziyyətlər çəkmişəm. Bu da əzablı günlərimin nəticəsi. Bu il yanvar ayının 7-də böyük oğlum Bilal Orucov uzun sürən xəstəlikdən sonra vəfat etdi. Bilalın ölümünün 21-ci günü axşam kiçik oğlum Vüqar Orucov halal zəhməti ilə toplayıb verdiyi qara metalın pulunun ardınca getdiyi zaman qətlə yetirildi, ortancıl oğlum Bəxtiyar Orucov isə ölümcül yaralandı.
“Yaralı oğlum cinayəti öz gözləri ilə görüb”
Bu cinayəti törədən Emin Səfərovdur. Bu hadisənin şahidi və zərərçəkən oğlum Bəxtiyar hər şeyi öz gözləri ilə görüb. Amma bu qanlı cinayəti müstəntiq öz bildiyi kimi aparır və cinayətkarı gizlətməyə çalışır. Səbəbsə odur ki, Emin Səfərovun Nərimanov rayon Polis İdarəsinin birinci müavini Nadir Məmmədovla hansısa yaxınlıq əlaqələri var. Oğlum hadisədən sonra polislər tərəfindən qanı axa-axa hadisə yerinə aparıldığı zaman oradakı meyvə-tərəvəz satıcısının köməkliyi ilə Emin Səfərovun evinin yeri müəyyənləşdirilib. Polislər onun qapısına gedəndə anası oğlunun evdə olmadığını deyib. Polislər ondan Eminin foto şəklini istəyiblər. Şəkildə iki nəfərin fotosu olub. Bəxtiyar Eminin şəklini göstərərək onu və qardaşını məhz bu adamın vurduğunu deyib. Ertəsi gün polis işçiləri Bəxtiyarı xəstəxanadan Nərimanov rayon Polis İdarəsinə ”tanınma" adı ilə aparıblar.
“Rəis müavini deyib ki, qardaşının qatili budur”
Heç bir tanınma olmadan Nərimanov rayon Polis İdarəsinin rəis müavini Nadir Məmmədov birbaşa Bəxtiyarı otağa salaraq ona bir nəfəri (digər təqsirləndirilən Münasib Xəlilovu nəzərdə tutur-red.) göstərərək, “sənin qardaşını öldürən və səni yaralayan budur”, - deyib. Münasib dillənmək istədikdə Nadir Məmmədov onu sillə ilə vurub. Digər otağa daxil olduqları zaman Emin Səfərovu orada görərkən oğlum onu yaralayanın, qardaşının qatilinin məhz bu şəxs olduğunu söyləsə də, xeyri olmayıb".
Düyünə düşən istintaq
Mərhumun anası müraciətində istintaqın düyünə düşməsindən gileylənib: “Nərimanov rayon prokurorluğunun baş müstəntiqi Vüqar Kərimov qanun pozuntusuna yol verib, tanıtma etmədən Nadir Məmmədovun istintaqın gedişinə müdaxiləsinə şərait yaradıb, cinayətkarı yayındıraraq digər şəxsi ölüm işini boynuna qoymasına göz yumub. O gündən istintaqın gedişi sanki düyünə düşüb. Cinayət hadisəsindən bu qədər vaxt keçməsinə baxmayaraq Vüqar Kərimov Eminin başçılıq etdiyi cinayətkar dəstənin üzə çıxarılmasına laqeyd yanaşır. Bu barədə vəsatət vermişik. Bir dəfə də olsun 10 nəfər cinayətkar dəstənin üzvlərini tanıtmaya təqdim etməyib. Onları üzə çıxarmaq Vüqar Kərimova sərf etmir. Oğlum Vüqar öldürülən zaman onun arxadan qolunu tutaraq köməksiz hala salan cinayətkarlarla Bəxtiyar dəfələrlə qarşılaşıb. Bizim ailəyə qarşı çox haqsızlıqlar baş verir. Buna şərait yaradan Nadir Məmmədov və Vüqar Kərimovdur”.
“Cinayəti ört-basdır edənlər qanun qarşısında cavab verməlidirlər”
Sonda mərhumun anası ailəsinə qarşı olunan haqsızlıqlara son qoyulmayacağı təqdirdə ictimaiyyətin gözü qarşısında intihar edəcəyini vurğulayıb: “Əgər bu özbaşınalığa son qoyulmasa Nərimanov rayon Polis İdarəsinin qabağında, bütün ictimaiyyətin gözü qarşısında intihar edəcəyəm. Mən daha 5 atasız uşağın üzünə baxa bilmirəm. Bizim ailəyə qarşı törədilən haqsızlıqlardan bezmişəm. Onsuz da 21 günün içərisində iki oğlum öldü. Digər oğlumu da bıçaqla yaraladılar. İndi də nə yolla olur-olsun cinayət hadisəsinin zərərçəkəni və yeganə şahidi olan oğlumu da şərə salaraq başını qatırlar ki, öz hüququnu tələb etməsin, ölüm işini tələb edən olmasın. Mənim pulum yoxdur deyə yeganə övladım da ölməlidir? Bu nə qanundur? Bu Emin Səfərovun birinci cinayəti deyil. Nə üçün maraqlanan yoxdur, üstündə iki cinayət hadisəsi, məhkumluğu olan azadlıqda nə gəzir ki, mənim oğlumu öldürsün? Bu cinayəti öz şəxsi mənafeləri üçün göz yumaraq ört-basdır edənlər qanun qarşısında cavab verməlidirlər”.
Onu da qeyd edək ki, artıq sözügedən cinayət işinin istintaqı yekunlaşıb. Cinayət işi üzrə materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Bu necə olur, Məmməd Abbasbəyli? - Riskli vergi ödəyicisi, vergi borcu olan “İnpeks.N” MMC tenderdə qalib seçilib
Bu gün, 09:07 |
|
|
|
• Nazir xəstə heyvan məsələsindən necə yayınır? - İLGİNC GƏLİŞMƏ
Bu gün, 09:03 |
|
|
|
• Göyçay sakini dərdini KİMƏ DESİN? - VİDEO
Bu gün, 08:52 |
|
|
|
• “Nar” və “NETTY” ölkənin ən yaxşı rəqəmsal təşəbbüslərini mükafatlandırdı - FOTO
Bu gün, 08:47 |
|
|
|
• Azərbaycana qarşı qarayaxma: Qaz uğrunda geosiyasi mübarizə - NƏ ETMƏLİ?
Bu gün, 08:41 |
|
|
|
• Estetik əməliyyatlar epidemiya şəklini alıb - Qazanan yalnız plastik cərrahlardır
Bu gün, 08:37 |
|
|
|
• Azərbaycanda şirkət açmağın xərci nə qədərdir?
Bu gün, 08:30 |
|
|
|
• Feministlərin “xaç anası”nı Emin Əmrullayevlə nə bağlayır? - 700 min, nazirlik, vəzifə…
Bu gün, 08:28 |
|
|
|
• "Xoşbəxtəmsə, söhbət bağlanıb..."
Bu gün, 08:23 |
|
|
|
• Pentaqon silahlanır - 12 milyarda 145 ədəd “F-35” sifariş verib
Bu gün, 08:21 |
|
|
|
• Avtomobil bazarında bu maşına tələbat artdı... - "Dəmir tabutlar"ın bahalaşma səbəbi budur...
Bu gün, 08:19 |
|
|
|
• Xankəndidə “cızılan plan” Tiflisə yönəldi - Bakı 4 tərəfli hədəfdə
Bu gün, 08:14 |
|
|
|
• “Bunsuz sülh olmayacaq!” - FAKT BUDUR!
Bu gün, 08:12 |
|
|
|
• Makronun təşəbbüsü keçmədi - AB liderləri razılaşmır
Bu gün, 08:09 |
|
|
|
• Sülh heç üfüqdə də görünmür - Azərbaycan və Ermənistan liderləri o zaman masaya oturacaqlar ki....
Dünən, 20:22 |
|
|
|
• Üçtərəfli görüşdə fiasko: - Son plan işə düşdü, o ərazilər vurulacaq
Dünən, 20:19 |
|
|
|
• Simvolik məbləğ: artan əmək haqqımız sevindirici deyil - FAKT BUDUR!
Dünən, 18:00 |
|
|
|
• Milli kimliyimizə təhlükə: - Öz dilində danışmağı ar bilən, fasonlu ədəbazlar...
Dünən, 17:56 |
|
|
|
• “Məktəb məsələsində hər kəs diqqətli olmalıdır” - deputat
Dünən, 17:53 |
|
|
|
• Ermənistanı Maskın “Starlink”i də xilas etməyəcək – İrəvanın 2025 dilemması
Dünən, 17:48 |
|
|
|
• “4 ildir Şuşada işləsəm də, müavinət ala bilmirəm...” - GİLEY
Dünən, 17:46 |
|
|
|
• Naxçıvanda ÇÖRƏK BÖHRANI: İşçilər tətil edir... - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 17:43 |
|
|
|
• Xaçmaza yeni polis rəisi təyin olunub - ƏMR
Dünən, 17:43 |
|
|
|
• “Bu məsələ nəzarətdə saxlanılmalıdır, çünki böyükməkdə olan nəsil...” - Misir Mərdanov
Dünən, 16:31 |
|
|
|
• “Müəllimlər İnstitutunun açılması yanlış təşəbbüs idi...” - MÜTƏXƏSSİS
Dünən, 15:10 |
|
|
|
• Canilərə ən ağır cəza tələbi: terrorçuların mühakiməsindən gözləntilər - AKTUAL
Dünən, 15:02 |
|
|
|
• “Paşinyan ictimaiyyəti aldatmaq, sülh prosesini uzatmaq üçün...” - ŞƏRH
Dünən, 15:00 |
|
|
|
• Yeni il qabağı SEVİNDİRİCİ XƏBƏR açıqlandı - Artım ikirəqəmli OLACAQ
Dünən, 14:58 |
|
|
|
• Bəşər Əsədin həyat yoldaşının Moskvada xərçəngdən müalicəsi başlayıb
Dünən, 13:01 |
|
|
|
• MAHMUDOVLARI VİDEOKONFRANSLA DİNDİRİBLƏR! - Eldar Mahmudovun övladlarının 60 obyekti ilə bağlı cinayət işi
Dünən, 12:57 |
|
|
|
• Paşinyan Makronu iki il ərzində 5-ci dəfə Ermənistana dəvət etsə də, səfər baş tutmur - KİV
Dünən, 12:50 |
|
|
|
• “Baha getmək üçün soyunmaq lazımdır, kaş ki...” - Mənzurə Musayeva
Dünən, 12:26 |
|
|
|
• Avropa Parlamentinin riyakar qətnaməsinin arxasında Makron durur - deputat
Dünən, 12:22 |
|
|
|
• Sement ixracı bu il Azərbaycana 48 milyon dollar - GƏLİR GƏTİRİB
Dünən, 12:12 |
|
|
|
• Polkovnik-leytenantın 14 yaşlı qızı Türkiyədə vəfat etdi
Dünən, 12:07 |
|
|
|
• Tokayev milli iqtisadiyyat nazirini vəzifəsindən azad edib
Dünən, 12:03 |
|
|
|
• "Vəsiyyət etmişəm ki, vida mərasimində məni aparanda..."
Dünən, 11:48 |
|
|
|
• Axşam.az 12 yaşında!
Dünən, 11:47 |
|
|
|
• 27 il talayasan... VƏ CƏZASIZ QALASAN... - ƏFSUS!!!
Dünən, 11:42 |
|
|
|
• “LukOyl” benzin əvəzinə su satır? - VİDEOFAKT
Dünən, 11:34 |
|
|
|
• Rəsul Rzanın ev muzeyini hostelə çeviriblər? – Oğlu danışdı
Dünən, 11:27 |
|
|
|
• İkinci şərt aradan qalxdı: Sülh üçün son tələb qaldı - GƏLİŞMƏ
Dünən, 11:25 |
|
|
|
• Ağdaşda torpaqlar qanunsuz satılır, vətəndaşa gəlincə isə... - GİLEY
Dünən, 11:20 |
|
|
|
• Rusiyanı, Türkiyəni, İranı gözardı edənlərin axmaq planı - ŞƏRH
Dünən, 11:02 |
|
|
|
• ABŞ Senatı büdcə haqqında qanun layihəsini gecikmə ilə qəbul edib - PRİME
Dünən, 11:00 |
|
|
|
• Rus general Bakı və İrəvana nəyin mesajını verir? - İNCƏLƏMƏ
Dünən, 10:48 |
|
|
|
• Bank kart kodlarını naməlum şəxslərə verməyin - DİN-dən ÇAĞIRIŞ
Dünən, 10:38 |
|
|
|
• `Azəriqaz` yanvarın borcunu indidən yazır? - AXI NİYƏ?..
Dünən, 10:37 |
|
|
|
• AMXM-da "Füzuli eşqi" adlı tədbir keçirilib - FOTO
Dünən, 10:18 |
|
|
|
• Həmin direktorun diplomu saxta imiş - 98 minlik dələduzluq
Dünən, 10:10 |
|
|
|
|