"Yorğunluğum yoldaşımın nəvazişi, qayğısı ilə bitir" .....                     "AYNA oradan hər gün cəriməliyir, banklar burdan pul qoparır" .....                     Daha bir 'əmlakçı' Cəlilabadda vəzifəyə təyin olundu .....                     'Həm maddi, həm də mənəvi zülm verirlər" .....                     Məktəb direktoru pulyığmanı DANMADI... .....                     Əhaliyə xəbərdarlıq: “Hazır olun!” .....                     Zelenski anasına müraciət etdi .....                     Gömrükdəki köhnə iddialar və kölgələr... .....                     İcra başçısı rüşvət alan işçisini BELƏ QORUDU .....                     Çin Putinə arxa çevirdi: Rusiya lideri geri çəkilmək məcburiyyətində qalıb .....                     Dünya qorxu içində: Hindistan-Pakistan nüvə müharibəsi olacaqmı? .....                     TDT prioritet olsa da, Cənubi Azərbaycan daha vacibdir .....                     "Bu proses hazırda da mərhələli şəkildə davam etdirilir" .....                     "Məni qarşıda ağır xərçəng xəstəliyi gözləyirmiş" .....                     “Dodağını şişirdən müğənnilər xalqı məhv ediblər” .....                     Ermənistanda Azərbaycana qarşı terror aktlarına intensiv hazırlıq gedir .....                     Bakıda daha bir gizli Rusiya-Almaniya görüşü .....                     Hindistan iyulda Ermənistana “Akash” sistemlərinin ikinci partiyasını göndərəcək .....                     Rusiyanın Ukrayna ilə sülh danışıqlarına ev sahibliyi etməyə hazırıq .....                     Trampdan Azərbaycanla bağlı mühüm tapşırıq .....                     Paşinyanın gizli müqaviləsi .....                     Paşinyan müharibədə məğlub olduğu üçün belə deyir .....                     “Ramiz Fətəliyev və İhsan Nəcəfov nakişi hərəkət ediblər, Elmira Axundova isə…” .....                     Dollara tələbat artır, rəsmilər susur: Örtülü bazar .....                     Putin üçün 22 bəndlik ÇIXIŞ YOLU .....                     Xanım Qafarovanın anası dünyasını dəyişib .....                     "Onkoloji xəstə üçün 811-ci növbə nə deməkdir?" .....                     Paşinyan üçün 3 kritik ssenari cızıldı .....                     Xalq artistinin keçmiş həyat yoldaşı axtarışa verildi .....                     Qaradağda 15 yaşlı qıza restoranda toy ediblər .....                     Tramp Kəşmir probleminin həllinə çalışacaq .....                     «Gold Residence»lə KİMSƏ BACARMIR? .....                     “Elm ocağı hara, çayxana hara?!” .....                     Azərbaycanlı müğənni açıq-saçıq fotoları ilə gündəmə gəldi .....                     “Bu, Makron rejiminin öz vətəndaşlarına qarşı ədalətsiz siyasətinin təzahürüdür” .....                     ABŞ-ın Rusiya qazı ilə bağlı hədəfi... .....                     Bu gün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı keçiriləcək .....                     Pakistanda 150 uçuş reysi ləğv edildi .....                     "Həbsxanada əlacsızlıqdan ağladığım o günü xatırladım" .....                     Saat hesabı qazanc: həm aylıq maaş sistemi qalır, həm də... .....                 

MƏMURLARIN PARLAMENT TOQQUŞMASI
Tarix: 23-01-2012, 12:03 | Çap et
MƏMURLARIN PARLAMENT TOQQUŞMASI

KƏMALƏDDİN HEYDƏROV ÖZ DEPUTATLARI İLƏ MƏXFİ TOPLANTI DÜZƏNLƏDİ

DİA.AZ: - Hakimiyyətin «korrupsiya məngənəsindən» sağ-salamat baş çıxaran təhsil naziri Misir Mərdanov artıq ikinci dəfədir ki, «kəfəni yırtmış olur». İlk dəfə olaraq 2005-ci ilin 17 Oktyabr hadisələri zamanı Misir Mərdanovun da hazırda həbsdə saxlanılan keçmiş səhiyyə naziri Əli İnsanovla birgə çıxdaş ediləcəyi gözlənilsə də, bu baş tutmadı. Misir Mərdanov dünənə qədər «ağsaqqalım» deyərək əlini öpdüyü Əli İnsanovu «baqaca» qoymaqla hətta həbsdən belə canını qurtardı.

Əslində təhsil naziri o zaman qolları qandallanan Əli İnsanovun ən yaxın adamlarından biri idi və hazırda siyasi mühacir həyatı yaşayan keçmiş vitse-spiker Rəsul Quliyevlə bağlı həmin müdhiş «bağ toplantısında» Misir Mərdanov da iştirak edmişdi. Bildirək ki, Prezidentin işlər idarəsinin sabiq rəisi Akif Muradverdiyev məhz həmin toplantıya qatılması səbəbindən həbs edildi. Amma Misir Mərdanov daha «ayıq» tərpənərək Əli İnsanovun əleyhinə nəinki ifadə verdi, hətta hakim Yeni Azərbaycan Partiyasın tərəfindən hazırlanan «antiçevriliş şousunun» ən fəal zəhmətkeşlərindən biri kimi də diqqətə gəldi.

Amma buna rəğmən Misir Mərdanov hələ də iynə üstündə oturmuş kimidir və onun korrupsiya ilə mübarizə kampaniyası çərçivəsində həyata keçirilən birinci böyük tarama əməliyatından yaxasını salamat qurtarması heç də o demək deyil ki, nazir üçün hər şey geridə qalıb. Əksinə, daha acınacaqlı günlər irəlidədir. Bunu həm də Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadənin iki gündən bir Misir Mərdanovu top atəşinə tutması faktı da təsdiqləyir. Yəni TQDK sədri naziri «tempdən düşməyə» qoymur və onun rəhbəri olduğu sahənin ayıblarını davamlı olaraq gündəmdə saxlayır. Bu isə Misir Mərdanov üçün heç də arzuolunan hadisə deyil.

Onu da bildirək ki, korrupsiya ilə mübarizənin ikinci böyük dalğasının start götürəcəyi haqda çoxdandır məlumatlar yayılmaqdadır. Və daxil olan məlumatlarda deyilir ki, bu proses fevral ayından - yəni hökumətin rüşvətxorluğa «müharibə elan etdiyi» tarixin ildönümündən etibarən start götürəcək.

Gələn məlumatlar da təsdiqləyir ki, korrupsiyaya qarşı mübarizənin ikinci dalğası deyəsən, hakimiyyət daxilində sözün həqiqi mənasında parçalanma yaradacaq. Əldə etdiyimiz məlumata görə, hazırda bəzi oliqarx-məmurlar rəqiblərini sıradan çıxarmaq üçün millət vəkillərindən istifadə etməkdədirlər. Bildirilir ki, millət vəkillərinə ötürülən faktlar parlament tribunasından səsləndiriləcək və bununla da ictimai rəyə təsir göstərilmiş olacan. Bu da bildirilir ki, hazırda bəzi məmurların durumu daha ağırdır. Bunlardan biri də əgər Misir Mərdanovdursa, digəri də elə onun «aktuallığını qorumaqda olan» Tələbə Qəbulu Dövlət Komissiyasının sədri Məleykə Abbaszadədir. Hər halda, Misir Mərdanov da rəqibinə qarşı əliyalın deyil və o da müdafiə olunmaqla məşğuldur. Qeyd edək ki, komissiya sədri ilə Təhsil naziri Misir Mərdanov arasında illərdir ki, konflikt yaşanır və görünür, artıq hesablaşmaq zamanı çatıb.

Onu da xatırladaq ki, keçən il Misir Mərdanov parlament yolu ilə rəqibinə bir dəfə badalaq vurmağa cəhd etdi. Xatırlayırsınızsa, M.Abbaszadəyə ilk zərbə millət vəkili Fəzail Ağamalıdan gəldi.

"Necə olur ki, savadsız uşaqlar ali məktəblərə daxil olurlar? Bu gün repetitorluq ali məktəbdən hörmətli olub. Axı bu necə olur? Tibb Unversitetinə daxil olmaq üçün 150 min manat rüşvət verilir. Ölkədə korrupsiyaya qarşı mübarizə aparılırsa, bunu yaddan çıxarmaq olmaz. TQDK-da milyonlarla rüşvət alınır"-deyən F.Ağamalı ölkədə aparılan antikorrupsiya tədbirlərindən danışarkən Məleykə Abbaszadəni hədfə aldı ki, həmin ərəfədə bu məlumatlara reaksiya verən TQDK sədri də yaxşı bildi ki, Fəzail Ağamalını danışdıran kimdir və onu əslində kimlər hədəfə alıb.

Müşahidəçilərin fikrincə, Fəzail Ağamalının məhz Məleykə Abbaszadəni hədəfə alması təsadüfi deyil. Çünki millət vəkili ilə Təhsil naziri Misir Mərdanov müttəfiqdirlər və o, dəfələrlə nazirin maraqlarını parlamentdə qorumağa çalışıb.

Onu da bildirək ki, həmin ərəfədə Fəzail Ağamalı eyni zamanda ağacın bir neçə budağını silkələmiş oldu ki, bu da oliqarxların millət vəkillərindən bir-birilərinə qarşı istifadə meyillərinin artmasının ilkin təzahürü kimi qəbul olundu. AVP sədri gözlənilmədən radikallaşanraq həmin çıxışında həm də Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini İlqar Rəhimovu da hədəfə almışdı: "Məmurlar seçki vasitəsi ilə 5 ildən bir seçilmirlər. Prezident tərəfindən təyin olunurlar. Buna baxmaq lazımdır. Bu olmayanda isə hətta italyan mafiya filmlərinin personajlarını çətin vəziyyətdə qoyan, bu personajlarda belə heyrət doğuran İlqar Rəhimov kimi beynəlxalq səviyyəli fırıldaqçıların bu cür varidat toplamasına şərait olur. Elələri var, məmur olana qədər yamaqlı şalvar geyiniblər. İndi isə onların qarderoblarında dünyanın tanınmış firmalarının paltarlarını yığmağa yer yoxdur. Maaşları ilə müqayisədə mindikləri maşının, həyat tərzinin arasında çox böyük fərq var. Var bunlar. Kim deyir ki, bunlar yoxdur? Mən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində birinci müavin işləyəndə İlqar Rəhimov müavin işləyib. Nazir olanda isə mənim müavinim olub. Bu adamın hansı imkanlara malik olduğu mənə bəllidir. Mətbuatda İlqar Rəhimov barədə yazılanları oxuyuram, görürəm ki, özünə böyük bir iqtisadi imperiya yaradıb. Bunun artıq super marketləri, qızıl mağazaları şəbəkəsi var. Sual olunur; haradan almısan bunu? Bunu necə əldə etmisən? Ünvanlı sosial yardımdan əldə olunan, daha dəqiqi imkansızların və çörəyə ehtiyacı olanların pulunu mənimsəməklə bunlara sahib olub! Və yaxud da Tibbi-Sosial Ekspert Komissiyasından əldə olunmuş pulla! Bu bir şəbəkə qurub varlanıb. İndi onun genişbiznes şəbəkəsi var. Hardandır bu? Əlbəttə oğurluqla, rüşvət və korrupsiya ilə əldə olunub".

Hər halda, bununla Fəzail Ağamalının kimin bostanına daş atmaq istədiyi də məlum idi. Beləliklə, millət vəkillərinin məmurlara qarşı ilk triumfu nəticəsiz qalsa belə, artıq keçən ilki proseslərdə özünə yer tapa bildi.

Redaksiyamızın əldə etdiyi məlumatlardan isə aydın olur ki, parlament yenə də MƏMURLARIN MÜNAQİŞƏ OCAĞINA ÇEVRİLƏCƏK. Artıq bu yöndə ciddi planların işləndiyini bildirən mötəbər qaynağımız iddia edir ki, millət vəkillərindən bəzilərinin təlimalandırılması prosesi gedir: «Məsələn, müəyyən qrup var ki, onlar Misir Mərdanovun əleyhinə kökləniblər və parlamentin əsasən, yaz sessiyasında təhsil nazirinə qarşı böyük bir dalğa yenidən milli məclisin tribunalarında tüğyan edəcək».

Mənbəmiz bildirir ki, Bu dalğa ilə hətta nazirin istefaya məcbur edilməsi də nəzərdə tutulur: «Misir Mərdanov keçən ilin sentyabr ayında «istefa verməyə hazıram» kəlməsini dilinə gətirdi. Doğrudur, nazir bunu yaş senzi ilə balı məsələdə söylədi. Amma artıq istefa məsələsi gündəmdədir». Mənbəmizə görə, əslində həmin ərəfədə Misir Mərdanovun gedişi planlaşdırılırdı, lakin onu himayə edən qüvvələr 3 nazir müavinini yola salınması, Misir Mərdanovun səlahiyyətlərinin bəzilərinin alınaraq yeni müavinə verilməsi şərtləri ilə onu qorumağa müvəffəq oldular. Bu dəfə isə TN şefinin müdafiəsinin qeyri-mümkün olacağı da söylənilir.

Onu da bildirək ki, parlament tribunalarından təkcə Misir Mərdanova qarşı istifadə olunmayacaq. Bu barədə əldə etdiyimiz informasiyalardan aydın olur ki, digər oliqarx-məmurlar da eyni qaydada rəqiblərini susdurmağa və rəqibləri üçün problemlər yaratmağa hazırlaşırlar. Bu barədə redaksiyamıza verilən xəbərdə bildirilir ki, bu günlərdə konkret olaraq fövqəladə hallar naziri Kəmaləddin Heydərova yaxın olan 24 deputatın Bakı kənarındakı bağ evlərinin birində məxfi görüşü olub. Həmin görüşün birbaşa olaraq FHN şefinin arzusu ilə təşkil edildiyini bilidrən mənbəmiz vurğulayır ki, Kəmaləddin Heydərov öz deputat qrupuna böyük bir ziyafət məclisi verdikdən sonra onları öz komandasının gələcək planları yönündə təlimatlandırıb.

Doğrudur, mənbəmiz FHN şefinin parlamentin iclaslarında kimlərlə döyüşəcəyi barədə konkret bilgi verməsə də, Kəmaləddin Heydərovun hədəfində kimlərin ola biləcəyini təxmin etmək o qədər də çətin deyil. Hər halda, bu barədə bu günə kimi qəzetlərdə yetərincə bilgilər verilib. Mənbəmiz onu da bildirdi ki, məxfi bağ toplantısı zamanı Kəmaləddin Heydərovun şəninə təriflər də yağdırılıb və hətta millət vəkillərindən biri onu baş nazir görmək istədiyini də bəyan edib.

Mövzu diqqətimizdədir…










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Yorğunluğum yoldaşımın nəvazişi, qayğısı ilə bitir" - Xalq artisti
Bu gün, 06:56
"AYNA oradan hər gün cəriməliyir, banklar burdan pul qoparır" - ETİRAZ
Bu gün, 06:49
Daha bir 'əmlakçı' Cəlilabadda vəzifəyə təyin olundu - BUNDAN SONRA...
Bu gün, 06:46
'Həm maddi, həm də mənəvi zülm verirlər" - NARAZILIQ VAR...
Bu gün, 06:38
Məktəb direktoru pulyığmanı DANMADI... - "... könüllüdür"
Bu gün, 06:32
Əhaliyə xəbərdarlıq: “Hazır olun!” – Qarşıdakı 3 ayda…
Bu gün, 06:23
Zelenski anasına müraciət etdi - “... narahat olma!”
Bu gün, 02:12
Gömrükdəki köhnə iddialar və kölgələr... - Yeni sistem də bir işə yaramırsa...
Bu gün, 01:59
İcra başçısı rüşvət alan işçisini BELƏ QORUDU - TƏFƏRRÜAT
Bu gün, 01:53
Çin Putinə arxa çevirdi: Rusiya lideri geri çəkilmək məcburiyyətində qalıb - ŞƏRH
Bu gün, 01:48
Dünya qorxu içində: Hindistan-Pakistan nüvə müharibəsi olacaqmı? - AKTUAL
Bu gün, 01:44
TDT prioritet olsa da, Cənubi Azərbaycan daha vacibdir - İNCƏLƏMƏ
Bu gün, 01:42
"Bu proses hazırda da mərhələli şəkildə davam etdirilir" - deputat
Bu gün, 01:38
"Məni qarşıda ağır xərçəng xəstəliyi gözləyirmiş"
Bu gün, 01:32
“Dodağını şişirdən müğənnilər xalqı məhv ediblər”
Dünən, 23:33
Ermənistanda Azərbaycana qarşı terror aktlarına intensiv hazırlıq gedir - VİDEO
Dünən, 23:32
Bakıda daha bir gizli Rusiya-Almaniya görüşü – Azərbaycan qlobal dialoqların yeni ünvanına çevrilir
Dünən, 23:27
Hindistan iyulda Ermənistana “Akash” sistemlərinin ikinci partiyasını göndərəcək
Dünən, 23:24
Rusiyanın Ukrayna ilə sülh danışıqlarına ev sahibliyi etməyə hazırıq - Ərdoğan
Dünən, 15:57
Trampdan Azərbaycanla bağlı mühüm tapşırıq - AÇIQLAMA
Dünən, 15:52
Paşinyanın gizli müqaviləsi - Hamilə, uşaq, qoca və əlillər üzərində ÖLÜM SINAĞI
Dünən, 15:00
Paşinyan müharibədə məğlub olduğu üçün belə deyir - FAKT BUDUR!
Dünən, 14:57
“Ramiz Fətəliyev və İhsan Nəcəfov nakişi hərəkət ediblər, Elmira Axundova isə…” - Əli Ömərov
Dünən, 14:52
Dollara tələbat artır, rəsmilər susur: Örtülü bazar - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 11:52
Putin üçün 22 bəndlik ÇIXIŞ YOLU - “NBC News”
Dünən, 11:49
Xanım Qafarovanın anası dünyasını dəyişib
Dünən, 11:47
"Onkoloji xəstə üçün 811-ci növbə nə deməkdir?" - ETİRAZ
Dünən, 11:44
Paşinyan üçün 3 kritik ssenari cızıldı – Yaxın günlərdə…
Dünən, 11:42
Xalq artistinin keçmiş həyat yoldaşı axtarışa verildi - TƏFƏRRÜAT
Dünən, 11:40
Qaradağda 15 yaşlı qıza restoranda toy ediblər - Hər kəs göz yumub
Dünən, 11:38
Tramp Kəşmir probleminin həllinə çalışacaq
Dünən, 09:24
«Gold Residence»lə KİMSƏ BACARMIR? - NARAZILIQ VAR...
Dünən, 09:22
“Elm ocağı hara, çayxana hara?!” - BU NƏDİ BELƏ?
Dünən, 09:10
Azərbaycanlı müğənni açıq-saçıq fotoları ilə gündəmə gəldi - FOTO
Dünən, 09:01
“Bu, Makron rejiminin öz vətəndaşlarına qarşı ədalətsiz siyasətinin təzahürüdür” - deputat
Dünən, 08:58
ABŞ-ın Rusiya qazı ilə bağlı hədəfi... - “Voll Strit Jurnal”
Dünən, 08:54
Bu gün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı keçiriləcək
Dünən, 06:15
Pakistanda 150 uçuş reysi ləğv edildi
Dünən, 06:08
"Həbsxanada əlacsızlıqdan ağladığım o günü xatırladım"
Dünən, 02:48
Saat hesabı qazanc: həm aylıq maaş sistemi qalır, həm də... - ARAŞDIRMA
Dünən, 02:45
“Milyonluq saray”ın sahibi Bəxtiyar Dali çəkiliş etməməsi üçün jurnalistə pul TƏKLİF EDİBMİŞ
Dünən, 02:43
İranı nüvəsizləşdirmək yalnız danışıqlar yolu ilə mümkündür - GƏLİŞMƏ
Dünən, 02:36
İnformasiya “fırtınası” - AKTUAL
Dünən, 02:33
"Hər bir sənət adamı buna fikir verməlidir"
Dünən, 02:30
Ermənistan MN-in keçmiş sözçüsündən SƏRSƏM AÇIQLAMA - "Hitler "Böyük Ermənistan"ı qura bilərdi"
Dünən, 02:23
"Prezident Tofiq Yaqublunu əfv edə bilər" - Qüdrət Həsənquliyev
10-05-2025, 19:08
“Türkiyədə işləyir, niyə gəlib burada iş axtarsın ki?” - Cahangir Novruzov Azərbaycana gələcək?
10-05-2025, 19:05
Putin hesab edir ki... - GƏLİŞMƏ
10-05-2025, 16:20
“Paşinyana qarşı impiçment məsələsi boş və mənasızdır...” - GƏLİŞMƏ
10-05-2025, 16:16
“Türkiyədə işləyir, niyə gəlib burada iş axtarsın ki?” - Cahangir Novruzov Azərbaycana gələcək?
10-05-2025, 15:51
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru