Cahangir Əsgərovundan adamından prezidentə şok şikayət - "Aeroportu Allah qoruyur”
Tarix: 21-12-2015, 09:41 | Çap et
Bakının Suraxanı rayon sakini TİA.AZ-a müraciət edib. Yeni Günəşli qəsəbəsi, S.Cəfərov küçəsi, ev 9A, mənzil 162-də yaşayan Xalıqverdi Məmmədov Məmməd əmək hüquqlarının pozulmasından şikayətçidir. Qanunsuzluq Şikayətçi bildirir ki, Heydər Əliyev adına Beynəlxalq Hava Limanının Təhlükəsizlik İdarəsinin rəisi Elxan Orucov işçilərə qarşı kobud rəftar edir, qanuni iş saatından artıq işlədir. Şikayətçi bildirir ki, Əfqanıstan və Qarabağ müharibələrinin veteranı və ailə başçısıdır: “16.02.1998-ci ildən aviasiya sahəsində müxtəlif vəzifələrdə çalışmışam. 2003-cü ildə Prezident seçkilərində Xəzər rayonu 14-cü dairə 12-ci məntəqədə müşahidəçi olmuşam. Sonuncu iş yerim, Heydər Əliyev Beynəlxalq Aeroportunda Buraxılış Nəzarət Xidməti rəisinin rejim üzrə köməkçisi vəzifəsində fəaliyyət göstərmişəm. Lakin 10.12.2014 tarixində Aviasiya Təhlükəsizlik İdarəsinin direktoru Elxan Orucov tərəfindən axşam saat 21:30 radələrində buraxılış vəsiqəm alınaraq heç bir qanuni əsas olmadan öz xahişimlə işdən azad olunmağıma məcbur edilmişəm. Qeyd etmək istəyirəm ki, bu günədək mənim işdə heç bir nöqsanım olmayıb. Əksinə əlavə olunmuş sənədlərdə görünür ki, mən 03.11.2009-cu ildə 278 saylı, 16.11.2009-cu ildə 286 saylı əmrlə, 28.02.2012-ci il 35 saylı əmrlə, 09.04.2012-ci il 77 saylı əmrlə, 29.07.2013-cü il 502 saylı, 13.06.2013-cü il 324 saylı, 05.08.2014-cü il 449 saylı əmrləri ilə təşəkkür ilə elan olunmuş, 16.10.2014-cü ildə Terminal-1 tikintisində müəyyən oğurluqların (foto şəkil ) qarşısının alınmasında yaxından iştirak etmişəm. Rəhbərliyin etimadını qazanmaq üçün əlimdən gələni edərək hətta rəhbərliyin göstərişi ilə iş vaxtından kənar gəlib işləmişəm. Bu mənim işə davamiyyətimdə öz əksini tapmışdır. Böyük bir kollektivdə nüfuzum hörmətim olmuşdur. Lakin rəhbərlik məni demonstrativ formada kollektivin gözü qarşısında heç bir əsas olmadan işdən çıxmağa məcbur edib”. "Aeroportu Allah qoruyur” Vətəndaş qeyd edib: “Əmək müqaviləsinə əsasən gündə 8 saat işləməli olduğum halda gündə 10-12 saatdan artıq hətta şənbə, bazar günləri də işləməyə vadar edilmişəm və bütün bunlara ailəmin pula ehtiyacı olduğu üçün razılaşmışam. Mənim iş vaxtından artıq işlədiyim günlərə və saaatlara görə ödənişlərimin nəzərə alınmayacağı bildirilmişdir. "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyəti ilə bağlanmış 05 dekabr 2013 -cü il tarixli 304 saylı Əmək Müqaviləsinə əsasən mən Heydər Əliyev Beynəlxalq Aeroportunda Mühafizə Xidmətinin aviasiya təhlükəsizliyi üzrə təlimatçı vəzifəsinə keçirilmişəm. Əmək haqqı hər ay 510 manat təşkil edir. İş saatı isə 9:00-dan 18:00-dək olmaqla gündə 8 saatdır. "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyəti ilə bağlanmış 16 sentyabr 2014-cü il tarixli Əmək Müqaviləsinə əsasən mən Heydər Əliyev Beynəlxalq Aeroportunda Buraxılış Nəzarət Xidməti rəisinin rejim üzrə köməkçisi vəzifəsinə keçirilmişəm. Əmək müqaviləsi müddətsiz olmaqla aylıq əmək haqqı 670 manat təyin edilib. Nəzərinizə çatdırmaq istəyirəm ki, adı Aviasiya Təhlükəsizlik İdarəsi olmasına baxmayaraq burada heç bir mülki aviasiya təhlükəsizliyindən əsər-əlamət yoxdur. Belə demək mümkünsə, Aeroportu Allah qoruyur”. Emil Süleymanovun müqəddəratı... Şikayətçi əlavə edib: “Bunun isə belə olmasına səbəb düzgün kadr seçiminin, kadr islahatının aparılmamasıdır". Şikayət məktubunda qeyd olunur ki, Aviasiya Təhlükəsizlik İdarəsinin xidmət sahələri sanki özəlləşdirilib: "Bir neçə nəfər tərəfindən arendaya götürülən bu dövlət müəssisəsinin rəhbər heyətinin hal-hazırda mövcud qanunlardan "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununun 27-ci maddəsinin 2-ci və 3-cü bəndləri, "Korrupsiyaya qarşı mübarizə haqqında" Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinin 1-ci və 2-ci bəndlərindən xəbərləri varmı? Qüvvədə olan qanunvericiliyə görəsən nə üçün məhəl qoyulmur? Belə olan halda respublikamızın əsas giriş və çıxışı sayılan aeroportlarda hansısa təhlükəsizlikdən söhbət etmək olarmı? Aviasiya Təhlükəsizlik İdarəsinin direktoru Elxan Orucov 2005-ci ildən bu idarədə işləyib. E.Orucov istefaya göndərilən polkovnikdir. Bu yoldaşı o vaxt idarə rəisi Emil Süleymanov işə qəbul edib. Emil Süleymanovun sonrakı müqəddəratı bəllidir. O vaxt E.Süleymanovun işlərindən E.Orucovun xəbəri olmamış deyildir. Amma nədənsə sudan quru çıxdı. Azərbaycan dilində tam danışa bilməyən (Ulu öndərimiz Heydər Əliyevin məlum 18 iyun və 09 avqust 2001-cil fərmanlarına hörmətsiz yanaşan) rus dilində danışığı başa düşülməyən bu yoldaş məlum Dağlıq Qarabağ ətrafında baş verən hadisələrdə 1992-ci ildə Ağdam rayonunda xidmət edib. 1994-cü ildə Dübəndidə yerləşən poliqonda N saylı hərbi hissənin təzə əsgərlərinə İrandan dəvət olunmuş hərbiçilərlə birgə təlim keçib, helikopterlə döyüş bölgəsinə yollayırmış. Əsgərlər kütləvi surətdə şəhid olduqlarına görə, şəhid analarının şikayəti əsasında E.Orucova cinayət işi qaldırılıb”. Rəis prezidentə qarşı... Xalıqverdi Məmmədovun sözlərinə görə, Prezident İlham Əliyev dəfələrlə çıxışlarında qeyd edib ki, gəncləri işlə təmin etmək və onlara şərait yaratmaq lazımdır: "Lakin E.Orucov qeyd olunanların əksini edir, işçiləri psixoloji təsir altında saxlayır, tez-tez şəxsi heyəti həyəcan siqnalına və imtahan zaçota çağırır. 2013-cü ilin fevral ayında Qəza Xilasetmə və Yanğından Mühafizə Xidmətinə təhkim olunmuş Nərdivan avtomobili həyəcan siqnalı zamanı aşdı, sürücü rəhmətə getdi, yanındakı əməkdaş isə yaralandı. 24.07.2014-cü ildə Mühafizə Xidmətinə həyəcan siqnalı verildi, şəxsi heyət evdən çağırıldı. Postları gücləndirməyə aparan Mitsubishi markalı 90 PL 683 dövlət nömrə nişanlı avtomobil elektron mühafizə hasarının 20 saylı sektoruna çırpılıb qəza törətdi. Keşikçi Əlibəyov Hüseyn Vladimir oğlu (foto şəkil) IMG_0212IMG_0216 müxtəlif bədən xəsarətləri aldı. Bütün həyəcan siqanallarına A.T.İ-nin direktoru E.Orucov rəhbərlik edirdi. Amma rəsmi olaraq heç bir yazılı əmr yoxdur. 2014-cü ilin fevralından bu günə kimi Mühafizə Xidmətindən təqribən 192 keşikçi Mərdəkandakı "Arif Nəzər oğlu Heydərov adına sıravi və kiçik rəis heyəti hazırlayan polis məktəbində" kurs keçiblər. Onların hər birinə təqribən 800-850 AZN pul ödənilməsinə baxmayaraq, 15-20 nəfər işdən çıxarılıb, bir çoxu isə müxtəlif xidmətlərə keçib. Bu israfçılıq kimə lazımdır? Onu da qeyd etmək istəyirəm ki, MTN-də və DİN-də xidmət etmiş sonradan ATİ-də müxtəlif vəzifələrdə işləyən bir neçə polkovniki ştatda dəyişiklik etməklə və söz-söhbət yaratmaqla işdən uzaqlaşdırıb”. Təhlükəsizlik İdarəsində acınacaqlı vəziyyət Şikayəti vurğulayıb: “Onların yerinə Müdafiə Nazirliyindən yüksək pensiya alan, istefaya göndərilən zabitləri qəbul edib. Bərabər xidmət etdiyi Məmmədov Ehtiqam bir vaxt Mühafizə Xidməti rəisinin işin təşkili üzrə müavini oldu. Müəyyən səbəblərə ( Milli Aviasiya Akademiyasını savadsızlar bitirir və ordakılar savadsızdırlar) sözlərini sıra toplantısında dediyinə görə bu vəzifədən uzaqlaşdırıldı və ATİ-nin Koordinasiya şöbəsində İstiqamətlər üzrə Xidmət rəisinin köməkçisi vəzifəsinə təyin olunmasına baxmayaraq, öz vəzifəsində işləməyibdir. ATİ-nin tərkibində fəaliyyət göstərən yardımçı təsərrüfatda (maldarlıq, bağçalıq, meyvə-tərəvəzçilik, arıçılıq və sair) işləmişdi. Bu yoldaş üçün belə söhbət gəzdi ki, komandiri olduğu N saylı hərbi hissənin ərzaq məhsullarını əsasən 5 ton ət məhsulunu kənar adamlara satdığı üçün tutulub işdən çıxarılıb. Deyilənlərə görə Məmmədov təqribən 2011-ci ildə Elektron Mühafizə Hasarının 35 g saylı sektorunu açaraq ərazidən çıxıb yaxınlıqdakı sahədə otlayan bir inəyi əraziyə gətirib. E.Orucovun rəhbərliyi altında kəsib 120 kq əti öz aralarında bölmüşlər. Hava limanında doğranmış hava gəmilərinin əlvan metallarını yük maşınlarına yüklədib yuxarıda qeyd olunan 35 g sektordan çıxardaraq aparıb İran vətəndaşına satmışlar. Onu da qeyd edim ki, hava limanında silinmiş bütün yanacaq və tikinti materiallarının ərazidən çıxarılmasının göstərişini Elxan Orucov yerinə yetirir. Hal-hazırda Ehtiqam Məmmədov Aviasiya təhlükəsizlik İdarəsində daxili təhlükəsizliyin rəisi vəzifəsinə təyin olunub, bütün kameralara nəzarət edir. Təqribən 7-8 il bundan əvvəl ATİ-nin Həmkarlar İttifaqı Komitəsinin sədri işləyib. Etibar Cəbrayılov konkret faktlara əsasən işdən çıxarılmışdır. Hal-hazırda Aviasiya Təhlükəsizlik İdarəsinin direktorunun müavini vəzifəsində işləyir. Müdafiə Nazirliyində kadrlar idarəsində işləmiş ailəsi İsveçrədə yaşayan Vidadi Məmmədov işdən uzaqlaşdırılandan sonra ATİ-də müfəttiş vəzifəsinə qəbul olunmuş və hal-hazırda kadrlar idarəsində işləyir. Ali savadı olmayanları xidmət rəisi, xidmət rəisinin müavini vəzifələrinə təyin edirlər. Məlum təlimatlarda qeyd olunub ki, aviasiya sahəsində üç il müddətində müxtəlif vəzifələrdə çalışmış ali təhsili olan işçilər rəhbər vəzifələrdə işləyə bilər. Heyif ki, təlimatın tələbləri Elxan Orucov və Vidadi Məmmədov tərəfindən pozulur. Bir neçə il bundan əvvəl narkotik qəbul etdiyinə, şəxsi heyəti narahat etdiyinə görə işdən çıxarılan əməkdaşlar yenidən işə qəbul olunublar. Ümidvaram ki, bu "özününküləşdirilmiş" Aviasiya Təhlükəsizlik İdarəsindəki acınacaqlı vəziyyətə diqqət yetiriləcək və ölçü qəbul ediləcək. Qeyd olunanlara əsasən Sizdən xahiş edirəm: İşdən çıxarma əmri ləğv edilməklə işə bərpa edilməyim, mənim məcburi iş buraxma ilə bağlı əmək haqqımın tutulması, iş vaxtından artıq işə cəlb olunma ilə bağlı ödənişin tutulması, mənə ödənilməsinə köməklik edəsiniz".
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Milli Qəhrəman Salatın Əsgərovanın anım günüdür
Bu gün, 01:11 |
|
|
|
• "Ali təhsilli qızıma xadimə işi təklif olunur" - BU NƏDİ BELƏ?
Bu gün, 00:59 |
|
|
|
• Paşinyan Qərbi Azərbaycana qayıdışdan imtina edə bilməyəcək... ÇÜNKİ... - Öhdəliyi var...
Bu gün, 00:55 |
|
|
|
• “Cəmi 2 ay 170 manat aliment ödəyən biri ata sayıla bilərmi?” - QARADAĞ SAKİNİ NƏVƏSİNİN QƏYYUMLUĞUNUN ONA VERİLMƏMƏSİNDƏN ŞİKAYƏTÇİDİR
Bu gün, 00:53 |
|
|
|
• Azərbaycanda dövlət müəssisəsində kütləvi ixtisar: 100-ə yaxın əməkdaş işdən çıxarıldı - HƏLƏ DAVAM EDƏCƏK...
Bu gün, 00:51 |
|
|
|
• ATƏT-in yeni sədri Kiyevdə Zelenski ilə görüşüb
Bu gün, 00:49 |
|
|
|
• Vətəndaş AZƏRİQAZ-dan narazılıq edir - MÜRACİƏT
Bu gün, 00:47 |
|
|
|
• Dələduzlar tərəfindən 100 minlərlə vətəndaş aldadılıb: İşə düzəltmə agentlikləri ləğv olunmalıdır - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 00:40 |
|
|
|
• Tıxacda “boğulan” Bakı: “Yol infrastrukturundan kiçik məmurlara qədər...” - NƏ ETMƏLİ?
Bu gün, 00:34 |
|
|
|
• Trampın Qrenlandiya ilə bağlı sözləri Avropada təşviş yaradıb - Bild
Bu gün, 00:31 |
|
|
|
• "Bütün müraciətlərimə rədd cavabı verilir" - GİLEY
Bu gün, 00:29 |
|
|
|
• Azərbaycanın yeni dünya vizyonu - İNCƏLƏMƏ
Bu gün, 00:21 |
|
|
|
• “Liv Bona Dea Hospital”-da müəmmalı ölüm işi - Abbasəli Abbasəliyev Şahini səhv müalicə etdi
Bu gün, 00:19 |
|
|
|
• Ermənilər sərhədimizdə daha bir dayaq məntəqəsi tikir - "Bez Tormozov"
Bu gün, 00:17 |
|
|
|
• "El üçün yox, ev üçün yaşamaq lazımdır"
Bu gün, 00:14 |
|
|
|
• Yardımlı rayon icra hakimiyyətinin başçısı barədə rüşvət ittihamı - "Tikinti aparmaq üçün 3500 pul istəyirlər"
Bu gün, 00:10 |
|
|
|
• Bu şirkət tikinti işlərindən 683 min manat - QAZANC GÖTÜRƏCƏK
Bu gün, 00:05 |
|
|
|
• Nazirlik 9 milyonluq mühafizə xidmətini bu şirkətlərdən alacaq – MƏBLƏĞLƏR
Bu gün, 00:02 |
|
|
|
• Ağstafada polis vətəndaşa xuliqanlıqla işgəncə verən ata və oğulu ifşa edib - FOTO
Dünən, 23:05 |
|
|
|
• Əliyevin mesajının şifrələri: - Zəngəzur dəhlizinin önəmi...
Dünən, 23:00 |
|
|
|
• "Bəlkə də onların daha vacib işləri var idi... Bu da bir dərsdir..." - İlkin Həsəni KİMLƏRİ QINADI?
Dünən, 22:58 |
|
|
|
• Naxçıvan gömrüyü belə talan olunurmuş - CİNAYƏT MƏSULİYYƏTİNƏ CƏLB OLUNAN SABİQ SƏDR AÇIQLADI
Dünən, 22:55 |
|
|
|
• "Pul xərcləməyən kişi ilə görüşməyə dəyməz, cinsəllikdən sonra..." - Məşhur psixoloqdan ŞOK AÇIQLAMALAR
Dünən, 22:38 |
|
|
|
• Papikyan nələr yazıb: Bakını alacağıq, Naxçıvan, Cavax... - VİDEO
Dünən, 22:31 |
|
|
|
• Fransanın təlim keçdiyi əsgərlər fərarilik edirlər - Poroşenko
Dünən, 20:18 |
|
|
|
• Tehran hakimiyyəti Amilinin səhvini düzəltməyə səy göstərir - ALINACAQMI?
Dünən, 20:14 |
|
|
|
• "Düşünürəm ki, bunu etsəm, nə deyərlər?.. - Uşaqlarım var axı.."
Dünən, 19:59 |
|
|
|
• İrandan Azərbaycana qarşı hədyan – Əmr oradan verilib
Dünən, 19:51 |
|
|
|
• UNDP-nin Bakı ofisində milyon dollarlıq qanunsuz qrant əməliyyatları - İFŞA
Dünən, 19:49 |
|
|
|
• "Əhd eləmişəm Zəngəzur dəhlizi çəkilsə İrəvana gedəcəm" - Zərdüşt Əlizadə
Dünən, 19:02 |
|
|
|
• “Elmanado” MMC ölkədən pul çıxarmaqda ittiham edilir - DETALLAR
Dünən, 19:00 |
|
|
|
• Prezidentdən Zəngəzur mesajı - “Bu bəyanatın arxasında güc dayanır"
Dünən, 18:58 |
|
|
|
• “Beer Muxtar”da alkoqollu içkilərə də HARAM QATIRLAR...
Dünən, 18:09 |
|
|
|
• Bu şirkət Zəngilanda yaşayış məntəqəsini yenidən quracaq - 19 MİLYON QAZANACAQ
Dünən, 18:05 |
|
|
|
• "“Əmrahbank”la məhkəməmiz davam edir..." - QALMAQAL
Dünən, 18:01 |
|
|
|
• Azərbaycan və Türkiyənin maraqları Suriyada da üst-üstə düşür - ŞƏRH
Dünən, 17:58 |
|
|
|
• Tural Abbaslı 150 manatlıq ayaqqabı geyinir, digər siyasətçilər isə... - SORĞU
Dünən, 17:57 |
|
|
|
• Müğənni Samir Bağırov cinsiyyətini DƏYİŞİB? - özündən AÇIQLAMA
Dünən, 17:52 |
|
|
|
• Nazir 16 ildir rəis işləyən polkovniki işdən çıxardı - ƏMR
Dünən, 17:47 |
|
|
|
• Dollar satışı niyə artıb? - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 17:44 |
|
|
|
• Almatıdan Antalyaya uçan təyyarə Aktauda təcili eniş edib
Dünən, 17:42 |
|
|
|
• Vəzifəli şəxsi maşın vurub öldürdü - FOTO
Dünən, 17:40 |
|
|
|
• Azərbaycanda hərbi xidmət müddəti 6 ay olur? - AÇIQLANDI
Dünən, 17:39 |
|
|
|
• Vardanyanı hansı cəza gözləyir? - AÇIQLAMA
Dünən, 17:35 |
|
|
|
• “İpək Yolu Sığorta”nın səhmdarlarının yığıncağının tarixi dəyişdi - YENİ TARİX
Dünən, 17:30 |
|
|
|
• Müşfiq Həşimov həbsdə ÖLDÜ
Dünən, 17:22 |
|
|
|
• Raqif Abbasovun məhkəməsi başladı - DETALLAR
Dünən, 17:17 |
|
|
|
• “Həyatı boyu pul yemərəm, mən ancaq pulu saymışam” - MƏHKƏMƏ
Dünən, 17:16 |
|
|
|
• Hacı İbrahim Nehrəmlinin şirkəti MƏHKƏMƏ QARŞISINDA
Dünən, 17:09 |
|
|
|
• Partiyalar bələdiyyə seçkilərinə neçə namizədlə qatılacaq? – SORĞU
Dünən, 17:06 |
|
|
|
|