Cavid Qurbanovun adamına qarşı ittihamlar... - ŞİKAYƏT VAR
Tarix: 11-12-2015, 10:09 | Çap et
Masallı Dəmir Yol Stansiyasının yeni rəisi Məhərrəm Musayevlə bağlı maraqlı iddialar ortya çıxıb.
Bir qrup sahibkarın Arqument.Az-a verdiyi məlumata görə, onlar Musayevin qanunsuz əməllərindən bezdiklərini qeyd edirlər. Belə ki, Rusiyadan toxumluq kartof gətirənlərə rəis "tas” qoyub və bu yolla qısa müddətdə xeyli pul qazanıb: "Məhərrəm Musyevin öz rüşvət cədvəli var: hər vaqona görə dövlət rüsumundan və digər rəsmi xərclərdən əlavə ona ən azı 250-300 manat rüşvət verilməlidir. Nəzərə alsaq ki, 2 ay müddətində Masallı Dəmir Yol Stansiyasına 408 vaqon daxil olub və bunu 300 manata vuranda 120 min manatdan artıq pul edir, Məhərrəmin ustalığına heyran qalmaya bilmirsən. Onun əsas ustalığından biri də odu ki, malı mala məharətlə qarışdırır. Vətəndaş bilmir ki, onun ödədiyi pulun nə qədəri dövlət rüsumu, yaxud dəmir yol idarəsinə ödəniləndir. Çünki vətəndaşa qəbz verilmir. Vətəndaş bilmir ki, Bakida ödəməli olduğu rüsum nəqdərdir, burada dəmir yoluna ödəniləsi haqq nə qədər, "lev” verdiyi nə qədərdir.
Hələ bu harasıdır. 100 min manatdan gözü doymayan yeni rəis vaqon boşaldılanda hər vaqona görə 7 kisə kartof götürür. İndi 408-ü 7-yə vuranda 2856 kisə edir. Hər kisədə 30 kiloqram kartof olduğunu nəzərə alıb 2856-i 30-a vuranda məlum olur ki, bizim hörmətli rəis bu sezon ən azı bir vaqon - 8,5 tondan artıq kartof çırpışdırıb. Bunu da pula çevirəndə (kartofun hər kiloqramı 0,50 qəpik) 40 min manatdan artıq pul edir. Beləliklə, Məhərrəm Musyevin kartof mövsümü ən azı 150 min manata düşür (bununla bağlı foto görüntülər də var).
Bəs Məhərrəm Musyevdə bu güc haradandır? Onun ən yaxınlarının bildirdiyinə görə (ortada sübutlar da var) Məhərrəm Musyevin qardaşı Rusiyadan 17 min dollar pul gətirib ki, burada torpaq alsın. Lakin Məhərrəm Musyev deyib ki, sən pulu mənə ver, burada torpaqdan da sərfəli işlər var. Həmin pulu verim, dəmir yolunun rəisliyə sahib olum. Elə belə də edir. Dəmiryol QSC-nin Yükdaşımalar Departamentinin kadrlar şöbəsinin müdiri qohumu və həmyerlisi olan cəlilabadlı Rasim Rzayevlə iş birlyi qurur. Bir qədər sonra Rasim Rzayev əvvəki rəisi onu təhdid edərək işdən çıxmaq üçün ərizəsini verməsini tələb edir və istədiyinə nail olur. Belə ki, ali təhsilli, Rostov Dəmir Yolu Mühəndisləri Institutunu bitirmiş mühəndisi işdən çıxardıb, orta təhsilli Məhərrəm Musayevi onun yerinə rəis təyin edirlər.
M. Musayev öz işini bilmir. Hərəkətin təhlükəsizliyini təmin etmir. Yüklü vaqonların stansiyanın birinci qəbul göndərmə yolunda boşaltdırır. Belə halda, vaqonlar hərəkətə gəlib baş yoldan keçən sərnişin və digər yük qatarları ilə toqquşa, insan tələfatına səbəb ola bilər. O puldan başqa heç nə fikirləşmir. Qazandı yüz min manatdan 500-600 manat xərcləyib bərbad vəziyyətdə olan 10-cu yolu abadlaşdırmır. Maşınlar 10-cu yoldan keçib 1-ci yolda kartof boşaldır (bu barədə şəkillər də vardır).
Yeri gəlmişkən, Məhərrəm Musayevin bir özəlliyini də xatırladaq. Məhərrəm Musayev çox qəribə bir xəstəliklə, Qarabağ döyüşləri gedən zaman hərbidən yayınıb. İndi sual olunur - hərbi xarakterli, strateji bir obyekt olan Dəmir Yolu Stansiyasin vətəni müdafiə etməkdən yayınan bir şəxsi rəhbər vermək olarmı? Hələ onun digər mənəvi cəhətlərini, hədsiz kobudluğunu, ən kiçik işlərdən belə pay ummasını, rəhbərliyin dalınca hədyanlar danışmasını demirik. M. Musayev yaxın ətrafında belə fikir formalaşdırır ki, guya o, hamının yenilikçi və bacarıqlı bir kadr kimi tanıdığı Cavid Qurbanova külli miqdarda haqq verib və indi də qazandığının xeyli faizini ona ötürür (kadrlar şöbəsinin müdiri Rasim Rzayev vasitəsi ilə) və buna görə ona heç kim toxuna bilməz.
Ölkə rəhbərliyinin korrupsiyaya qarşı kəskin mübarizə apardığı bir vaxtda belə əliəyri və səriştəsiz bir insanın vəzifədə qalması hazırda ölkədə ciddi nüfuza malik Dəmir Yol idarəsini, onun rəhbərliyi haqqında olduqca mənfi fikirlər formalaşdırır.
Biz inanırıq ki, hörmətli Cavid müəllimin bu işlərdən xəbəri yoxdur və o belə hallara qarşı kəskin mübarizə aparır. Ümid edirik ki, Cavid Qurbanov ölkə televiziyasında korrupsiya ilə bağlı verdiyi bəyanatlarına uyğun olaraq Masallı Dəmiryol Stansiyasının saxtakar rəisi Məhərrrəm Musyevi layiqincə cəzalandıracaqdır.
Qeyd edək ki, Məhərrəm Musyevin əməlləri barədə bir müddət öncə mediada ətraflı tənqidi yazılar çap olunmuşdu. Bir sıra mətbu orqanların əməkdaşı Rasim Rzayevlə də əlaqə saxlamışdılar, ancaq R.Rzayev deyilənləri təkzib etmişdi. Biz isə onun bütün işlərin başında yanadığını bilirik və bunu təsdiqləməyə hazırıq".
Müraciətdə əksini tapan iddialarla bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Milli Qəhrəman Salatın Əsgərovanın anım günüdür
Bu gün, 01:11 |
|
|
|
• "Ali təhsilli qızıma xadimə işi təklif olunur" - BU NƏDİ BELƏ?
Bu gün, 00:59 |
|
|
|
• Paşinyan Qərbi Azərbaycana qayıdışdan imtina edə bilməyəcək... ÇÜNKİ... - Öhdəliyi var...
Bu gün, 00:55 |
|
|
|
• “Cəmi 2 ay 170 manat aliment ödəyən biri ata sayıla bilərmi?” - QARADAĞ SAKİNİ NƏVƏSİNİN QƏYYUMLUĞUNUN ONA VERİLMƏMƏSİNDƏN ŞİKAYƏTÇİDİR
Bu gün, 00:53 |
|
|
|
• Azərbaycanda dövlət müəssisəsində kütləvi ixtisar: 100-ə yaxın əməkdaş işdən çıxarıldı - HƏLƏ DAVAM EDƏCƏK...
Bu gün, 00:51 |
|
|
|
• ATƏT-in yeni sədri Kiyevdə Zelenski ilə görüşüb
Bu gün, 00:49 |
|
|
|
• Vətəndaş AZƏRİQAZ-dan narazılıq edir - MÜRACİƏT
Bu gün, 00:47 |
|
|
|
• Dələduzlar tərəfindən 100 minlərlə vətəndaş aldadılıb: İşə düzəltmə agentlikləri ləğv olunmalıdır - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 00:40 |
|
|
|
• Tıxacda “boğulan” Bakı: “Yol infrastrukturundan kiçik məmurlara qədər...” - NƏ ETMƏLİ?
Bu gün, 00:34 |
|
|
|
• Trampın Qrenlandiya ilə bağlı sözləri Avropada təşviş yaradıb - Bild
Bu gün, 00:31 |
|
|
|
• "Bütün müraciətlərimə rədd cavabı verilir" - GİLEY
Bu gün, 00:29 |
|
|
|
• Azərbaycanın yeni dünya vizyonu - İNCƏLƏMƏ
Bu gün, 00:21 |
|
|
|
• “Liv Bona Dea Hospital”-da müəmmalı ölüm işi - Abbasəli Abbasəliyev Şahini səhv müalicə etdi
Bu gün, 00:19 |
|
|
|
• Ermənilər sərhədimizdə daha bir dayaq məntəqəsi tikir - "Bez Tormozov"
Bu gün, 00:17 |
|
|
|
• "El üçün yox, ev üçün yaşamaq lazımdır"
Bu gün, 00:14 |
|
|
|
• Yardımlı rayon icra hakimiyyətinin başçısı barədə rüşvət ittihamı - "Tikinti aparmaq üçün 3500 pul istəyirlər"
Bu gün, 00:10 |
|
|
|
• Bu şirkət tikinti işlərindən 683 min manat - QAZANC GÖTÜRƏCƏK
Bu gün, 00:05 |
|
|
|
• Nazirlik 9 milyonluq mühafizə xidmətini bu şirkətlərdən alacaq – MƏBLƏĞLƏR
Bu gün, 00:02 |
|
|
|
• Ağstafada polis vətəndaşa xuliqanlıqla işgəncə verən ata və oğulu ifşa edib - FOTO
Dünən, 23:05 |
|
|
|
• Əliyevin mesajının şifrələri: - Zəngəzur dəhlizinin önəmi...
Dünən, 23:00 |
|
|
|
• "Bəlkə də onların daha vacib işləri var idi... Bu da bir dərsdir..." - İlkin Həsəni KİMLƏRİ QINADI?
Dünən, 22:58 |
|
|
|
• Naxçıvan gömrüyü belə talan olunurmuş - CİNAYƏT MƏSULİYYƏTİNƏ CƏLB OLUNAN SABİQ SƏDR AÇIQLADI
Dünən, 22:55 |
|
|
|
• "Pul xərcləməyən kişi ilə görüşməyə dəyməz, cinsəllikdən sonra..." - Məşhur psixoloqdan ŞOK AÇIQLAMALAR
Dünən, 22:38 |
|
|
|
• Papikyan nələr yazıb: Bakını alacağıq, Naxçıvan, Cavax... - VİDEO
Dünən, 22:31 |
|
|
|
• Fransanın təlim keçdiyi əsgərlər fərarilik edirlər - Poroşenko
Dünən, 20:18 |
|
|
|
• Tehran hakimiyyəti Amilinin səhvini düzəltməyə səy göstərir - ALINACAQMI?
Dünən, 20:14 |
|
|
|
• "Düşünürəm ki, bunu etsəm, nə deyərlər?.. - Uşaqlarım var axı.."
Dünən, 19:59 |
|
|
|
• İrandan Azərbaycana qarşı hədyan – Əmr oradan verilib
Dünən, 19:51 |
|
|
|
• UNDP-nin Bakı ofisində milyon dollarlıq qanunsuz qrant əməliyyatları - İFŞA
Dünən, 19:49 |
|
|
|
• "Əhd eləmişəm Zəngəzur dəhlizi çəkilsə İrəvana gedəcəm" - Zərdüşt Əlizadə
Dünən, 19:02 |
|
|
|
• “Elmanado” MMC ölkədən pul çıxarmaqda ittiham edilir - DETALLAR
Dünən, 19:00 |
|
|
|
• Prezidentdən Zəngəzur mesajı - “Bu bəyanatın arxasında güc dayanır"
Dünən, 18:58 |
|
|
|
• “Beer Muxtar”da alkoqollu içkilərə də HARAM QATIRLAR...
Dünən, 18:09 |
|
|
|
• Bu şirkət Zəngilanda yaşayış məntəqəsini yenidən quracaq - 19 MİLYON QAZANACAQ
Dünən, 18:05 |
|
|
|
• "“Əmrahbank”la məhkəməmiz davam edir..." - QALMAQAL
Dünən, 18:01 |
|
|
|
• Azərbaycan və Türkiyənin maraqları Suriyada da üst-üstə düşür - ŞƏRH
Dünən, 17:58 |
|
|
|
• Tural Abbaslı 150 manatlıq ayaqqabı geyinir, digər siyasətçilər isə... - SORĞU
Dünən, 17:57 |
|
|
|
• Müğənni Samir Bağırov cinsiyyətini DƏYİŞİB? - özündən AÇIQLAMA
Dünən, 17:52 |
|
|
|
• Nazir 16 ildir rəis işləyən polkovniki işdən çıxardı - ƏMR
Dünən, 17:47 |
|
|
|
• Dollar satışı niyə artıb? - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 17:44 |
|
|
|
• Almatıdan Antalyaya uçan təyyarə Aktauda təcili eniş edib
Dünən, 17:42 |
|
|
|
• Vəzifəli şəxsi maşın vurub öldürdü - FOTO
Dünən, 17:40 |
|
|
|
• Azərbaycanda hərbi xidmət müddəti 6 ay olur? - AÇIQLANDI
Dünən, 17:39 |
|
|
|
• Vardanyanı hansı cəza gözləyir? - AÇIQLAMA
Dünən, 17:35 |
|
|
|
• “İpək Yolu Sığorta”nın səhmdarlarının yığıncağının tarixi dəyişdi - YENİ TARİX
Dünən, 17:30 |
|
|
|
• Müşfiq Həşimov həbsdə ÖLDÜ
Dünən, 17:22 |
|
|
|
• Raqif Abbasovun məhkəməsi başladı - DETALLAR
Dünən, 17:17 |
|
|
|
• “Həyatı boyu pul yemərəm, mən ancaq pulu saymışam” - MƏHKƏMƏ
Dünən, 17:16 |
|
|
|
• Hacı İbrahim Nehrəmlinin şirkəti MƏHKƏMƏ QARŞISINDA
Dünən, 17:09 |
|
|
|
• Partiyalar bələdiyyə seçkilərinə neçə namizədlə qatılacaq? – SORĞU
Dünən, 17:06 |
|
|
|
|