Türkiyəli cərrah rəsmən QƏSSAB rolunda... - ŞİKAYƏT VAR
Tarix: 9-12-2015, 09:26 | Çap et
Bir neçə gün əvvəl, Bakı şəhəri Abşeron rayonu, Gənclər şəhərciyi, blok 1, mənzil 41 -də yaşayan Hüseynova Dilşad Hüseyin qızının Azərbaycanda bir çox estetik əməliyyatlara imza atan türkiyəli həkim Hayati Akbaşın onun başına açdığı müsibətlər barədə Binəqədi Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etməsi haqda məlumat vermişdik. Dilşad xanım Məhkəməyə ünvanladığı ərizənin bir nüsxəsini də ictimailəşdirmək üçün saytımıza göndərmişdi. Qeyd edək ki, həmin məktubun yayılmasından sonra, redaksiyamıza türkiyəli həkim Hayati Akbaşın əməllərindən zərərçəkən çoxlu sayda vətəndaş zəng edib. Onların hamısının rastlaşdığı fırıldağın ssenarisi eynidir. Hayati Akbaş tərəfindən bir dəfə əməliyyat olunan həmin xanımlar sonradan Hayati Akbaşın dalınca sürünməyə məcbur olublar. Əksəriyyəti isə, Hayati Akbaşın toruna düşərək, bir neçə dəfə yenidən uğursuz əməliyyat keçirmək kimi “şansı” yaşayıb. Hayati Akbaşın növbəti “qurban”ı olan Bakı Şəhəri, Yeni Yasamal, Şimal binası, mənzil 188-də yaşayan Nəcəfova Həcər Adil qızının başına gələnlər isə əsl müsibəti xatırladır. Bu xanım da, türk həkimin əməllərindən Binəqədi Rayon Məhkəməsinə müraciət edib. Şikayətçi tərəfindən İddia Ərizəsinin bir nüsxəsi də Azinforum.az saytına göndərilib. Həmin şikayəti olduğu kimi təqdim edirik: “Mən, 2014-cü ilin ilin mart ayının 4-də İstanbul FBM Klinikasında həmin klinikaya Türkiyədən dəvət olunmuş Hayati Akbaş tərəfindən süd vəzi və bel nayihəmdən yağ alma əməliyyatı olunmuşam. Həmin vaxt, bu əməliyyatlar üçün mən Hayati Akbaşın tələbi ilə əməliyyat xərci olaraq ona 6000 (altı min) ABŞ dolları nəğd pul ödədim. Lakin əməliyyatlar uğursuz oldu. Bu barədə şikayətlərimi klinikaya bildirdim və Hayati Akbaş mənə zəng vurub şəkillərimi istədi. Mən şəkillərimi göndərdikdə, o mənə təkrar əməliyyatın vacib olduğunu bildirdi. Eyni zamanda, mənə bildirdi ki, daha Azərbaycana gəlməyəcək və mən təkrar əməliyyat olunmaq üçün Türkiyənin Samsun şəhərində yerləşən FBM estetik klinikasına getməliyəm. O mənə bildirdi ki, əgər Samsuna getsəm, təkrar əməliyyatı pulsuz edəcək və heç bir ödəniş almayacaq. Mən ailəmlə məsləhətləşib 2014-cü ilin mart ayının 14-də anam və dayımla birlikdə Türkiyənin Samsun şəhərinə getdik. FBM klinikasında Hayati Akbaşla görüşdük. Hayati Akbaş mənə bildirdi ki, mənim burada vergi xərclərim var və ona görədə mənə əlavə olaraq 2000 (iki min) ABŞ dolları ödəməlisən. Mən pulumuzun olmadığını bildirdim. Lakin, o mənə dedi ki, əgər ödəniş etməsə əməliyyat edə bilməyəcək. Bundan sonra biz çarəsiz qaldıq və aldandığımızı hiss etdik. Azərbaycana zəng vurub 2000 (iki min) dollar göndərmələrini istədik. Yaxın qohumlarımız Bakıdan bank vastəsi ilə Hayati Akbaşın hesabına 2000 (iki min) ABŞ dolları köçürtdülər və bundan sonra, birinci əməliyyatın fəsadlarını aradan qaldırmaq üçün, o məni ikinci dəfə əməliyyat etdi. Əməliyyatdan sonra, mən palatada olarkən, Hayati Akbaşdan mənim süd vəzilərimə qoyulan slikon protezlərin keyfiyyət pasportunu tələb etdim. Lakin bu zaman Hayati Akbaş mənə bildirdi ki, mən sənin süd vəzilərindən çıxarılmış slikon protezləri silib onları yenidən süd vəzilərinə yerləşdirmişəm. Ona görə də, pasport verə bilməz. Mən çox əsəbləşdim və bildirdim ki, axı işlənmiş protezlər yenidən bədən daxilinə yeridilə bilməz, buna səhiyyə imkan vermir. Bu zaman Hayati Akbaş mənim üstümə bağırdı və bildirdi ki, bura Azərbaycan deyil, burda bizim sözümüz keçir. Sənin protezlərini dəyişmək üçün mən pul xərcləyə bilmərəm. Biz 10 gündən sonra Azərbaycana qayıtdıq. Bir neçə ay keçdikdən sonra, süd vəzilərimə su və irin yığılmağa başladı. Təxminən 1 ildir ki, mən yarana biləcək daha qorxulu xəstəliklərə düçar olmamaq üçün, mütəmadi olaraq həkimlərə müraciət edirəm və müxtəlif dozalı dərmanlar içirəm. Eyni zamanda, artıq depresiyaya düşmüşəm və özümə qapılmağa başlamışam. Hayati Akbaş mənim tələblərimə baxmayaraq nə pulumu qaytarmır, nə də gəlib fəsadları aradan qaldırmır. Məni müxtəlif bəhanələrlə Türkiyəyə çağırır. Lakin mən ora bir dəfə gedib maddi və mənəvi, eyni zamanda tibbi terrora məruz qaldığım üçün, daha getmək istəmirəm. Bundan əlavə, Türkiyəyə getmək üçün əlavə olaraq 2-3 min manat pul xərcləməliyəm. Heç bir yerdə işləmədiyim üçün, buna faktiki olaraq maddi imkanım da yoxdur. Hörmətli Məhkəmə! Odur ki, yuxarıda göstərdiklərimi nəzərə alaraq, mənə dəymiş 8.000 (səkkiz min) ABŞ dolları əməliyyata ödədiyim, 5.000 (beş min) ABŞ dolları yol pulu və digər xərclərimin və 50.000 (əlli min) manat mənəvi ziyanın Hayati Akbaşdan alınaraq mənə verilməsi barədə qətnamə qəbul etməyinizi xahiş edirəm”.
Azinforum.az olaraq saytımıza təqdim edilən bu şikayətlərdə adı geçən tanınmış cərrahla əlaqə saxlamaq cəhdlərimiz alınmadı. Onun hazırda Türkiyədə olduğu və artıq Azərbaycandan edilən zənglərə cavab vermədiyi bildirilir. Biz internet üzərindən verdiyimiz sorğularda Hayati Akbaş adı ilə sosial şəbəkələrdə qeydiyyatdan keçən bir çox profilə rast gəldik. Lakin həmin səhifələrə göndərdiyimiz sorğulara da cavab verən tapılmadı. Apardığımız araşdırma nəticəsində həmçinin müəyyən etmişik ki, Hayati Akbaşla bağlı Binəqədi Rayon Məhkəməsinə edilən şikayətlərin ardı-arası kəsilmir. Məhkəmədən bizə bildirdilər ki, bu istiqmətdə onlara daxil olan şikayətlərin çoxluğu səbəbindən ola bilər ki, iddialara qruplaşdırılaraq baxılsın. Azinforum.az olaraq biz bu işin hüquqi perspektivi ilə də maraqlanmışıq. Tanınmış hüquqşunas Mehman Muradlı Azinforum.az-a açıqlamasında bildirdi ki, bu işlə bağlı cavabdeh tərəf müəyyənləşməlidir: ” Barəsində şikayət olunan həkim xarici ölkə vətəndaşıdır və yəqin ki, onun Məhkəmədəki iştirakını təmin etmək çətin olacaq. Həmin halda cavabdeh qismində onun buradakı nümayəndəsi və ya əməliyyatın edildiyi klinika prosesə cəlb ediləcək. Məhkəmə şikayətçilərin ərizəsini təmin edəcəyi halda həmin qərar icraya yönəldiləcək. Sonda isə məhkəmə qərarının icra olunması ilə bağlı Türkiyə hökumətinin əlaqədar qurumları qarşısında vəsatət qaldırıla bilər. Hesab edirəm ki, bu məsələdə cinayət tərkibi daha çox nəzərə çarpır. Edilən şikayətlərin doğruluğunu qəbul etsək burada söhbət: həkim səhlənkarlığı və dələduzluqdan gedir. Özü də bu dələduzluq beynəlxalq səviyyəlidir. Belə halları görən Məhkəmə xüsusi qərarla materialları cinayət işinin başlanması üçün prokurorluğa göndərə bilər”. Hesab edirik ki, vətəndaşlarımızın başına belə oyunların açılmasında yerli televiziyaların da rolu az deyil. Şikayətçilərin hər biri bizimlə söhbətlərində qeyd edir ki, onlar Hayati Akbaşı teleekranlarda gördükdən sonra ona inanıblar. Əksər media ekspertləri hesab edir ki, belə halların yaranmasında özəl klinikaların da təqsiri az deyil. Onlar xərclərinin az çıxması səbəbindən ölkəyə daha az təcrübəsi olan həkimləri gətirirlər ki, bunun da fəsadları göz qabağındadır. Mövzuya qayıdacayıq…
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Milli Qəhrəman Salatın Əsgərovanın anım günüdür
Bu gün, 01:11 |
|
|
|
• "Ali təhsilli qızıma xadimə işi təklif olunur" - BU NƏDİ BELƏ?
Bu gün, 00:59 |
|
|
|
• Paşinyan Qərbi Azərbaycana qayıdışdan imtina edə bilməyəcək... ÇÜNKİ... - Öhdəliyi var...
Bu gün, 00:55 |
|
|
|
• “Cəmi 2 ay 170 manat aliment ödəyən biri ata sayıla bilərmi?” - QARADAĞ SAKİNİ NƏVƏSİNİN QƏYYUMLUĞUNUN ONA VERİLMƏMƏSİNDƏN ŞİKAYƏTÇİDİR
Bu gün, 00:53 |
|
|
|
• Azərbaycanda dövlət müəssisəsində kütləvi ixtisar: 100-ə yaxın əməkdaş işdən çıxarıldı - HƏLƏ DAVAM EDƏCƏK...
Bu gün, 00:51 |
|
|
|
• ATƏT-in yeni sədri Kiyevdə Zelenski ilə görüşüb
Bu gün, 00:49 |
|
|
|
• Vətəndaş AZƏRİQAZ-dan narazılıq edir - MÜRACİƏT
Bu gün, 00:47 |
|
|
|
• Dələduzlar tərəfindən 100 minlərlə vətəndaş aldadılıb: İşə düzəltmə agentlikləri ləğv olunmalıdır - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 00:40 |
|
|
|
• Tıxacda “boğulan” Bakı: “Yol infrastrukturundan kiçik məmurlara qədər...” - NƏ ETMƏLİ?
Bu gün, 00:34 |
|
|
|
• Trampın Qrenlandiya ilə bağlı sözləri Avropada təşviş yaradıb - Bild
Bu gün, 00:31 |
|
|
|
• "Bütün müraciətlərimə rədd cavabı verilir" - GİLEY
Bu gün, 00:29 |
|
|
|
• Azərbaycanın yeni dünya vizyonu - İNCƏLƏMƏ
Bu gün, 00:21 |
|
|
|
• “Liv Bona Dea Hospital”-da müəmmalı ölüm işi - Abbasəli Abbasəliyev Şahini səhv müalicə etdi
Bu gün, 00:19 |
|
|
|
• Ermənilər sərhədimizdə daha bir dayaq məntəqəsi tikir - "Bez Tormozov"
Bu gün, 00:17 |
|
|
|
• "El üçün yox, ev üçün yaşamaq lazımdır"
Bu gün, 00:14 |
|
|
|
• Yardımlı rayon icra hakimiyyətinin başçısı barədə rüşvət ittihamı - "Tikinti aparmaq üçün 3500 pul istəyirlər"
Bu gün, 00:10 |
|
|
|
• Bu şirkət tikinti işlərindən 683 min manat - QAZANC GÖTÜRƏCƏK
Bu gün, 00:05 |
|
|
|
• Nazirlik 9 milyonluq mühafizə xidmətini bu şirkətlərdən alacaq – MƏBLƏĞLƏR
Bu gün, 00:02 |
|
|
|
• Ağstafada polis vətəndaşa xuliqanlıqla işgəncə verən ata və oğulu ifşa edib - FOTO
Dünən, 23:05 |
|
|
|
• Əliyevin mesajının şifrələri: - Zəngəzur dəhlizinin önəmi...
Dünən, 23:00 |
|
|
|
• "Bəlkə də onların daha vacib işləri var idi... Bu da bir dərsdir..." - İlkin Həsəni KİMLƏRİ QINADI?
Dünən, 22:58 |
|
|
|
• Naxçıvan gömrüyü belə talan olunurmuş - CİNAYƏT MƏSULİYYƏTİNƏ CƏLB OLUNAN SABİQ SƏDR AÇIQLADI
Dünən, 22:55 |
|
|
|
• "Pul xərcləməyən kişi ilə görüşməyə dəyməz, cinsəllikdən sonra..." - Məşhur psixoloqdan ŞOK AÇIQLAMALAR
Dünən, 22:38 |
|
|
|
• Papikyan nələr yazıb: Bakını alacağıq, Naxçıvan, Cavax... - VİDEO
Dünən, 22:31 |
|
|
|
• Fransanın təlim keçdiyi əsgərlər fərarilik edirlər - Poroşenko
Dünən, 20:18 |
|
|
|
• Tehran hakimiyyəti Amilinin səhvini düzəltməyə səy göstərir - ALINACAQMI?
Dünən, 20:14 |
|
|
|
• "Düşünürəm ki, bunu etsəm, nə deyərlər?.. - Uşaqlarım var axı.."
Dünən, 19:59 |
|
|
|
• İrandan Azərbaycana qarşı hədyan – Əmr oradan verilib
Dünən, 19:51 |
|
|
|
• UNDP-nin Bakı ofisində milyon dollarlıq qanunsuz qrant əməliyyatları - İFŞA
Dünən, 19:49 |
|
|
|
• "Əhd eləmişəm Zəngəzur dəhlizi çəkilsə İrəvana gedəcəm" - Zərdüşt Əlizadə
Dünən, 19:02 |
|
|
|
• “Elmanado” MMC ölkədən pul çıxarmaqda ittiham edilir - DETALLAR
Dünən, 19:00 |
|
|
|
• Prezidentdən Zəngəzur mesajı - “Bu bəyanatın arxasında güc dayanır"
Dünən, 18:58 |
|
|
|
• “Beer Muxtar”da alkoqollu içkilərə də HARAM QATIRLAR...
Dünən, 18:09 |
|
|
|
• Bu şirkət Zəngilanda yaşayış məntəqəsini yenidən quracaq - 19 MİLYON QAZANACAQ
Dünən, 18:05 |
|
|
|
• "“Əmrahbank”la məhkəməmiz davam edir..." - QALMAQAL
Dünən, 18:01 |
|
|
|
• Azərbaycan və Türkiyənin maraqları Suriyada da üst-üstə düşür - ŞƏRH
Dünən, 17:58 |
|
|
|
• Tural Abbaslı 150 manatlıq ayaqqabı geyinir, digər siyasətçilər isə... - SORĞU
Dünən, 17:57 |
|
|
|
• Müğənni Samir Bağırov cinsiyyətini DƏYİŞİB? - özündən AÇIQLAMA
Dünən, 17:52 |
|
|
|
• Nazir 16 ildir rəis işləyən polkovniki işdən çıxardı - ƏMR
Dünən, 17:47 |
|
|
|
• Dollar satışı niyə artıb? - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 17:44 |
|
|
|
• Almatıdan Antalyaya uçan təyyarə Aktauda təcili eniş edib
Dünən, 17:42 |
|
|
|
• Vəzifəli şəxsi maşın vurub öldürdü - FOTO
Dünən, 17:40 |
|
|
|
• Azərbaycanda hərbi xidmət müddəti 6 ay olur? - AÇIQLANDI
Dünən, 17:39 |
|
|
|
• Vardanyanı hansı cəza gözləyir? - AÇIQLAMA
Dünən, 17:35 |
|
|
|
• “İpək Yolu Sığorta”nın səhmdarlarının yığıncağının tarixi dəyişdi - YENİ TARİX
Dünən, 17:30 |
|
|
|
• Müşfiq Həşimov həbsdə ÖLDÜ
Dünən, 17:22 |
|
|
|
• Raqif Abbasovun məhkəməsi başladı - DETALLAR
Dünən, 17:17 |
|
|
|
• “Həyatı boyu pul yemərəm, mən ancaq pulu saymışam” - MƏHKƏMƏ
Dünən, 17:16 |
|
|
|
• Hacı İbrahim Nehrəmlinin şirkəti MƏHKƏMƏ QARŞISINDA
Dünən, 17:09 |
|
|
|
• Partiyalar bələdiyyə seçkilərinə neçə namizədlə qatılacaq? – SORĞU
Dünən, 17:06 |
|
|
|
|