Saatlı rayonu: Burada saatlar başçının istəyi ilə dövr edir... - NARAZILIQ VAR...
Tarix: 3-12-2015, 10:48 | Çap et
Arzumuz budur ki, Allah-Təala bizləri bədniyyətli vəzifə sahiblərindən və bir də ki, pula “sitayiş edib” ona həris olan məmurlardan qorusun! Axı, bundan başqa əlimizdən nə gəlir etməyə, dilimizdən nə gəlir deməyə? Düzdür, müstəqillik əldə etdik, özü də minbir əzab əzab-əziyyətlə. Vəzifə və iş başına isə, Vətən, torpaq təəssübü çəkməyən “hazırın naziri” olan kəslər gəldilər, nə gəldilər! Düz 20 ildən çoxdur ki, ölkəmizin sərvətlərini talan edən həmin kəslər, bu gün də vətəndaşlara əməlli-başlıca qənim kəsilməkdədirlər. Belə ki, paytaxt Bakıdan 180 km aralı məsafədə yerləşən Saatlıda, qanunların işləmədiyi hər kəsə gün təki aydındır. El arasında adı çəkilən bu rayona, məmurların “cənnət yaylağı” da deyilir. Rəhbər vəzifələrə təyin olunan vəzifə sahibləri, çox keçmir ki, istədikləri hər şeyə nail ola bilirlər. Bahalı maşınlara, 100 hektarlarla torpaq sahələrinə, sayı-hesabı bilinməyən obyektlərə vəilaxir. Saxtakarlıq və talançılıq yolu ilə əldə olunan bu cür sərvətlər, hüquqları əllərindən alınmış adi vətəndaşları qul təki itismar etməklə əldə olunur.
Bu gün Saatlı rayonu açıq-aydın desək, səlahiyyət sahibləri olan icra başçısı Siraqəddin Cabbarovun və polis rəisi Cəbrayıl Vəliyevin “girovluğundadır”. Rayonda boşanmaların sayı günü-gündən artmaqdadır, işsizlik baş alıb gedir. İş yerlərinin bağlanması, ümumi vəziyyəti kritik həddə çatdırıb. Saatlıda kimi dindirirsənsə, hər kəs bu rayonda yaşamağın mümkün olmadığını bildirir. Əvvəllər kredit öhdəçiliyi olanlar 30-40 faiz təşkil edirdisə, indi bu rəqəm 99 faizə çatıb. Bank və kredit təşkilatlarına rəhbərlik edən şəxslər, vətəndaşların imkansız və arxasız olmalarından istifadə edərək, bank faizlərini istədikləri qədər artırırlar.
Bəli, Saatlıda hər cür dərəbəyliyə, haqsızlığa və qanunsuzluğa rast gəlmək mümkündür. İşbazların rəhbərlik etdikləri bank və kredit təşkilatları, “qara bazar”dan heç nə ilə fərqlənmir. Saxtakarlıq, fırıldaqçılıq və soyğunçuluq əsas iş prinsiplərindən birinə çevrilib. Sakinlər bank və bank olmayan kredit təşkilatları tərəfindən soyulduqda, yaxud da mənəvi haqsızlığa məruz qaldıqları halda, hüquq-mühafizə orqanlarının rəhbərləri isə “eyş-işrət” içərisində yaşamaqdadırlar. Bu şəxslərin yaşayış tərzi, bu gün Saatlıya səpələnmiş ərəblərdən heç də əskik deyillər. Məsələn, bir müddət bundan əvvəl rayonun mərkəzində yaşadıqldarı evi “priton” kimi istifadə edən ərəblərdən, polisin şefi C. Vəliyev 60 min dollar “xərrac” aldıqdan sonra,
sərbəst buraxması haqda məlumatlar da yayıldı. Hansı məqsədlə Saatlıya gəldikləri dəqiq bilinməyən ərəblər, bu gün də əməlli-başlıca kef çəkməkdədirlər. Qırmızı kitaba düşmüş nadir quş və heyvanların kökünü də kəsirlər. Amma, yerli sakinlərdən biri quş ovlayan kimi, çox keçmir ki, Cəbrayıl Vəliyevin qəzəbinə tuş gəlirlər, silahları müsadirə olunur və onlardan yüksək məbləğdə “haqq-hesab” da alınır. Pulun “şah olduğu” bu rayonda, yaxşı nəsə gözləmək sadəlövhlükdən başqa bir şey olmaz. Cəbrayıl Vəliyev rayonun “Qasımbəyli çölü” adı ilə tanınan ərazisini, heç də ərəblərdən geri qalmayaraq, sanki “Ağcaqum çölü”nə də döndərib. Vətəndaşları mənəvi-psixoloji və fiziki təsirlərə məruz qoyan polis rəisi, bu gün dilsiz-ağızsız quşlara və çöl heyvanlara sanki qənim də kəsilib. Bir çöl quşuna görə adi vətəndaşdan 2500-3000 manat pul alan C.Vəliyev, özü bir gündə bəlkə də yüzlərlə quşu uf demədən gülləboran edir.
Bundan əlavə, Saatlıda indi elə bir durum əmələ gəlib ki, ölkənin gələcəyi hesab olunan sağlam, savadlı gənclik yetişdirməli olan təhsil ocaqları da, sanki “qumara qoyulub”, hərraca çıxarılıb. Məsələn, “Kapital Bank”ın rayon filialının yaxınlığında yerləşən və ikimərtəbəli olan univermğın binasında fəaliyyət göstərən peşə liseyinin direktoru vəzifəsi, artıq 10 aya yaxındır ki, hərraca çıxarılıb. Verilən məlumatda o da bildirilir ki, ilk olaraq həmin vəzifə 30 min manata qiymətləndirilib. Bir müddət bundan öncə Şamil Nurəliyev də vəzifəsindən kənarlaşdırıldı. Görəsən təhsil şöbəsinin sabiq müdirinin günahı nə idi? Guya ki, o, 25 illik fəaliyyəti dövründə təhsil şöbəsini özbaşına və təkbaşına rüşvət və korrupsiya yuvasına döndərmişdi. Tutaq ki, belədir. Axı, rayonun digər idarə, təşkilat və müəssisə rəhbərləri kimi, Şamil müəllimin də aylıq hesabları olub. İcra başçısının polisə, prokurora, məhkəməyə, bundan əlavə təhsil və maliyyə nazirliklərinin pul yığanlarına yığılan pulları demirəm. İndi özünüz düşünün ki, Şamil müəllim nə etməli idi? Torbalarının ağzını açıb günlük və aylıq “hərrac” tələb edən səlahiyyət sahiblərinin kisələri, hansı vəsaitlər hesabına doldurmalı idi. Təbii ki, bu da orta məktəblərdə müxtəlif adlar adı altında yığılan pulların hesabına, rüşvət, korrupsiya və saxtakarlıq, həmçinin maliyyə vəsaitlərinin silinməsi yolu ilə doldurulmalı idi.
Onu da qeyd edək ki, son bir ildə Şamil müəllim elə bir acınacaqlı vəziyyətə salınır ki, hətta orta məktəb müəllimləri də “Kapital Bank”ın filialında faizə otuzdurulur. Təqribən 100 min manat məbləğində götürülən kreditlərin adı müəllimlərin olsa da, “dadı isə” rayonun səlahiyyət sahiblərinin olur. Onu hər kəs də bilməlidir ki, Şamil müəllimin maşını, Bakıdakı evlərinin hamısı, səlahiyyət sahiblərinin yolunda getdi. Bir tərəfdən də “Kapital Bank”dan götürdüyü 30 min manat pulu, “o olmasın, bu olsun” filmində, hambalın Məşədi İbada dediyi kimi, “sənin bir manatın cəhənnəm,
mənim bir abbasım necə oldu?” Şamil Nurəliyevin başağrısına çevrilən 30 minin mübahisəsi, deyilənlərə görə bir neçə dəfə icra hakimiyyətində də aparılır. Maliyyə idarəsinin müdiri Namiq Bağırov isə, həmişə olduğu kimi özünə çatası payını götürür. 30 min manat pulun təqribən 25 faizinin taleyi məlum olsa da, qalan pulun aqibəti bu gün də bəlli deyil. “Kapital Bank”a gəldikdə isə, bankı qınamaq olmaz. Çünki, bank verdiyi pulunu tələb edir. Problemlərin varlığı Namiq Bağırovun heç vecinə də deyil. Rayonun maliyyəsini “zülmətə qərq edən” bu şəxs “harda aşdı, orda da başdı”.
Şamil Nurəliyev getdi, bu gün Saatlı təhsilində nə dəyişdi? Demək olar ki, heç nə!. Saatlının bu günü və gələcəyi üçün savadsız, aciz, qorxaq, Vətən və dövlətçilik hissindən çox uzaq cəmiyyət formalaşdıran Saatlı təhsili, yalnız bir şeyə yarayır. O da yalnız səlahiyyət sahiblərinin özəl maraqlarına xidmət etməyə.
Bazar da yandı, başıbəlalı olan bazarın ərazisində 80-ə yaxın qarışıq malların satış nöqtələri də yanaraq külə döndü. Sahibkarlara yüzminlərlə manat ziyan dəydi. Bununla bağlı aidiyyatı qurumların rəhbərləri, artıq öz mövqelərini də açıqlayıblar, “heç bir ziyan ödənilməyəcək”. Yaxşı, səslərini çıxartmağa belə cürət edə bilməyən iş adamlarının günahı nə idi? Səhərdən axşamadək çətinliklə qazandıqları pulları, bazarın müdiri Ayəddin adlı şəxs və polis rəisi Cəbrayıl Vəliyev aldıqları halda, bəs sahibkarların bu məsələdə günahı nə idi? Atalar deyib ki, “iki qoçun başı bir qazanda qaynamaz”. Belə olan halda rayonda hər bir səlahiyyət sahinin öz hesabı var, bu da mütləqdir. C.Vəliyev rayona polis rəisi təyin olunduğu gündən, bazarın gününü qara, alverçilərin isə “çörəyini para” edib. Üç ildən çoxdur ki, bazarın qarşısında fövqəladə vəziyyət yaradılıb, avtomobillərin hərəkəti məhdudlaşdırılıb və avtomobilini saxlayıb dükana daxil olan sürücülər, çox keçmir ki, saxlanılaraq polis şöbəsinə aparılırlar. C. Vəliyevin tətbiq etdiyi belə bir qaydaları pozan sürücülər, sərt şəkildə də cəzalandırılırlar. Bir tərəfdən məmur oliqarxların Saatlıda yaratdığı çirkli ab-hava, digər tərəfdən isə din adı altında mola və axundların soyğunçuluğu, yaltaqlığa söykənən əməlləri, hətta geniş ictimaiyyətdə qul psixologiyasının formalaşmasına səbəb olan şərtlərdən birinə də çevrilir. Məhərrəmlik ayı da getdi, seki də bitdi. Allah-Təala sənə rəhmət eləsin ey Cəlil Məmmədquluzadə! Biz hələ də, o dövrün insanlarının şüur səviyyəsindən uzağa gedə bilməmişik.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Azərbaycanda dövlət müəssisəsində kütləvi ixtisar: 100-ə yaxın əməkdaş işdən çıxarıldı - HƏLƏ DAVAM EDƏCƏK...
Bu gün, 00:51 |
|
|
|
• ATƏT-in yeni sədri Kiyevdə Zelenski ilə görüşüb
Bu gün, 00:49 |
|
|
|
• Vətəndaş AZƏRİQAZ-dan narazılıq edir - MÜRACİƏT
Bu gün, 00:47 |
|
|
|
• Dələduzlar tərəfindən 100 minlərlə vətəndaş aldadılıb: İşə düzəltmə agentlikləri ləğv olunmalıdır - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 00:40 |
|
|
|
• Tıxacda “boğulan” Bakı: “Yol infrastrukturundan kiçik məmurlara qədər...” - NƏ ETMƏLİ?
Bu gün, 00:34 |
|
|
|
• Trampın Qrenlandiya ilə bağlı sözləri Avropada təşviş yaradıb - Bild
Bu gün, 00:31 |
|
|
|
• "Bütün müraciətlərimə rədd cavabı verilir" - GİLEY
Bu gün, 00:29 |
|
|
|
• Azərbaycanın yeni dünya vizyonu - İNCƏLƏMƏ
Bu gün, 00:21 |
|
|
|
• “Liv Bona Dea Hospital”-da müəmmalı ölüm işi - Abbasəli Abbasəliyev Şahini səhv müalicə etdi
Bu gün, 00:19 |
|
|
|
• Ermənilər sərhədimizdə daha bir dayaq məntəqəsi tikir - "Bez Tormozov"
Bu gün, 00:17 |
|
|
|
• "El üçün yox, ev üçün yaşamaq lazımdır"
Bu gün, 00:14 |
|
|
|
• Yardımlı rayon icra hakimiyyətinin başçısı barədə rüşvət ittihamı - "Tikinti aparmaq üçün 3500 pul istəyirlər"
Bu gün, 00:10 |
|
|
|
• Bu şirkət tikinti işlərindən 683 min manat - QAZANC GÖTÜRƏCƏK
Bu gün, 00:05 |
|
|
|
• Nazirlik 9 milyonluq mühafizə xidmətini bu şirkətlərdən alacaq – MƏBLƏĞLƏR
Bu gün, 00:02 |
|
|
|
• Ağstafada polis vətəndaşa xuliqanlıqla işgəncə verən ata və oğulu ifşa edib - FOTO
Dünən, 23:05 |
|
|
|
• Əliyevin mesajının şifrələri: - Zəngəzur dəhlizinin önəmi...
Dünən, 23:00 |
|
|
|
• "Bəlkə də onların daha vacib işləri var idi... Bu da bir dərsdir..." - İlkin Həsəni KİMLƏRİ QINADI?
Dünən, 22:58 |
|
|
|
• Naxçıvan gömrüyü belə talan olunurmuş - CİNAYƏT MƏSULİYYƏTİNƏ CƏLB OLUNAN SABİQ SƏDR AÇIQLADI
Dünən, 22:55 |
|
|
|
• "Pul xərcləməyən kişi ilə görüşməyə dəyməz, cinsəllikdən sonra..." - Məşhur psixoloqdan ŞOK AÇIQLAMALAR
Dünən, 22:38 |
|
|
|
• Papikyan nələr yazıb: Bakını alacağıq, Naxçıvan, Cavax... - VİDEO
Dünən, 22:31 |
|
|
|
• Fransanın təlim keçdiyi əsgərlər fərarilik edirlər - Poroşenko
Dünən, 20:18 |
|
|
|
• Tehran hakimiyyəti Amilinin səhvini düzəltməyə səy göstərir - ALINACAQMI?
Dünən, 20:14 |
|
|
|
• "Düşünürəm ki, bunu etsəm, nə deyərlər?.. - Uşaqlarım var axı.."
Dünən, 19:59 |
|
|
|
• İrandan Azərbaycana qarşı hədyan – Əmr oradan verilib
Dünən, 19:51 |
|
|
|
• UNDP-nin Bakı ofisində milyon dollarlıq qanunsuz qrant əməliyyatları - İFŞA
Dünən, 19:49 |
|
|
|
• "Əhd eləmişəm Zəngəzur dəhlizi çəkilsə İrəvana gedəcəm" - Zərdüşt Əlizadə
Dünən, 19:02 |
|
|
|
• “Elmanado” MMC ölkədən pul çıxarmaqda ittiham edilir - DETALLAR
Dünən, 19:00 |
|
|
|
• Prezidentdən Zəngəzur mesajı - “Bu bəyanatın arxasında güc dayanır"
Dünən, 18:58 |
|
|
|
• “Beer Muxtar”da alkoqollu içkilərə də HARAM QATIRLAR...
Dünən, 18:09 |
|
|
|
• Bu şirkət Zəngilanda yaşayış məntəqəsini yenidən quracaq - 19 MİLYON QAZANACAQ
Dünən, 18:05 |
|
|
|
• "“Əmrahbank”la məhkəməmiz davam edir..." - QALMAQAL
Dünən, 18:01 |
|
|
|
• Azərbaycan və Türkiyənin maraqları Suriyada da üst-üstə düşür - ŞƏRH
Dünən, 17:58 |
|
|
|
• Tural Abbaslı 150 manatlıq ayaqqabı geyinir, digər siyasətçilər isə... - SORĞU
Dünən, 17:57 |
|
|
|
• Müğənni Samir Bağırov cinsiyyətini DƏYİŞİB? - özündən AÇIQLAMA
Dünən, 17:52 |
|
|
|
• Nazir 16 ildir rəis işləyən polkovniki işdən çıxardı - ƏMR
Dünən, 17:47 |
|
|
|
• Dollar satışı niyə artıb? - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 17:44 |
|
|
|
• Almatıdan Antalyaya uçan təyyarə Aktauda təcili eniş edib
Dünən, 17:42 |
|
|
|
• Vəzifəli şəxsi maşın vurub öldürdü - FOTO
Dünən, 17:40 |
|
|
|
• Azərbaycanda hərbi xidmət müddəti 6 ay olur? - AÇIQLANDI
Dünən, 17:39 |
|
|
|
• Vardanyanı hansı cəza gözləyir? - AÇIQLAMA
Dünən, 17:35 |
|
|
|
• “İpək Yolu Sığorta”nın səhmdarlarının yığıncağının tarixi dəyişdi - YENİ TARİX
Dünən, 17:30 |
|
|
|
• Müşfiq Həşimov həbsdə ÖLDÜ
Dünən, 17:22 |
|
|
|
• Raqif Abbasovun məhkəməsi başladı - DETALLAR
Dünən, 17:17 |
|
|
|
• “Həyatı boyu pul yemərəm, mən ancaq pulu saymışam” - MƏHKƏMƏ
Dünən, 17:16 |
|
|
|
• Hacı İbrahim Nehrəmlinin şirkəti MƏHKƏMƏ QARŞISINDA
Dünən, 17:09 |
|
|
|
• Partiyalar bələdiyyə seçkilərinə neçə namizədlə qatılacaq? – SORĞU
Dünən, 17:06 |
|
|
|
• Adil Əliyev də KÖHNƏ YOLU GEDİR... - İTTİHAM VAR...
Dünən, 17:03 |
|
|
|
• Mirzoyan Qarabağdan köçən ermənilərin geri qayıdacağına İNANMIR
Dünən, 16:56 |
|
|
|
• Mirzoyan Hakan Fidanla telefon danışığının təfərrüatlarını açıqlayıb - “news.am”
Dünən, 16:53 |
|
|
|
• AZƏRİQAZ ÇİLƏSİ: `Soyuğa görə məcbur olub Bakıya qayıtdıq...` - NARAZILIQ VAR...
Dünən, 16:51 |
|
|
|
|