Gürcüstanda yeni nazirlik yaradıldı .....                     Bayden Messiyə “Azadlıq” medalı verəcək .....                     "Toyda əlini göyə qaldırıb dedi ki, haqqımı halal etmirəm" .....                     Tehran Əsədi qoruya biləcək? .....                     Trampın yeni prezidentliyi Azərbaycana nə vəd edir? .....                     Polşanın AB-yə sədrliyi dövründə Azərbaycan-Ermənistan... .....                     Deputatlara keçən ildən "miras qalan" .....                     Berbok və Barronun Suriyaya birgə səfəri “burada bizdə varıq” mənası daşıyır .....                     Varşavadan mesaj: .....                     Dəməşq aeroportu yanvarın 7-dən beynəlxalq uçuşları bərpa edəcək .....                     AZAL-ın təyyarəsinin dərc olunmuş eksklüziv fotoşəkilləri xarici müdaxilə olduğunu göstərir .....                     "Baboş"un milyonçu fanatının ailəsi Canan adlı müğənniyə görə dağılmaq ərəfəsində .....                     Gürcüstana qarşı yeni sanksiyalar hazırlanır .....                     Gəncəli Mübarizin oğlunun ermənilərlə şərikli biznesi… .....                     “Yekun hesabat 3 ildən gec olmayaraq təsdiqlənəcək” .....                     Azərbaycan Gimnastika Federasiyasının sabiq prezidenti vəfat edib .....                     Ermənistanda milli qəhrəman həbs edilib .....                     2025-ci ildə Azərbaycanın xarici siyasətinin istiqamətləri .....                     “Toy sahibləri xahiş edir ki, məclisimizə barbi geyimində gəlin, .....                     "Dilarə Kazımova və Nigar Camala deyim ki, niyə belə geyinirsiniz?" .....                     Akopyan həmin oteldə 3 min manata qalıb? .....                     Qroznıda AZAL-ın təyyarə qəzası ilə bağlı araşdırmanın “hərbiyə aid hissəsi” gizliləşdirilib .....                     İrəvan ordusunu "süni intellekt"li etmək istəyir .....                     Azər Baxşəliyevin həyat yoldaşı: .....                     Öcalan PKK-ya nə zaman tərk-silah çağırışı edəcək? .....                     AZAL-ın təyyarəsinə görə idarə rəisi dindirildi: .....                     Putin nüvə silahını işə salmağa hazır imiş: Rusiyanı Çin dayandırıb! .....                     Putin yenidən "Qarabağ klanı"na "stavka" edir? .....                     "Rusiya Azərbaycan Prezidentinin səsləndirdiyi şərtləri yerinə yetirəcək” .....                     Bayden korrupsiyada günahlandırılır .....                     Ukrayna Rusiyaya döyüş PUA-ları ilə hücum edib .....                     Nazarbayevin həmin sammitdə iştirakı ölkəni qarışdırdı .....                     Gürcüstan Milli Bankı ABŞ dolları ilə bağlı yeni qərar qəbul edib .....                     Bakı həbsxanasında .....                     “Söz versələr də etmədilər, küsdü..” .....                     İran Suriyadakı silahlarını Ermənistana GÖNDƏRİR .....                     İYİ Partiya DEM heyətini qəbul etmədi .....                     AŞPA-nın qış sessiyasının gündəliyi açıqlanıb .....                     Dnestryanı “donur”: Kremlin əmri ilə yardımdan imtina etdi .....                     Yeni il süfrəsini qurmaq neçəyə başa gəldi? .....                 

Nazir oğlunun rəhbərlik etdiyi "DDLAR GROUP" milyardlıq layihələri necə "udur"? - Azad Rəhimovun biznesi haqda bilmədiklərimiz
Tarix: 14-05-2015, 10:53 | Çap et
Nazir oğlunun rəhbərlik etdiyi "DDLAR GROUP" milyardlıq layihələri necə "udur"?
Son illərdə ölkəmizdə idmanın inkişafına xüsusi diqqət yetirilir və bu sahəyə külli miqdarda vəsait ayrılır. Bütün beynəlxalq idman federasiyaları və assossiasiyalarının rəsmi hesabatlarında Azərbaycanda bu sahəyə ayrılan diqqət öz əksini tapıb. Tikilən idman-sağlamlıq komplekslərinin, idman komandalarının saxlanmasına, onların bütün beynəlxalaq yarışlarda iştirakının təmin edilməsinə hər il büdcədən on milyonlarla manat vəsait ayrılır.

Amma yenə müxtəlif idman federasiyaları və komandalar yarışlara getmək üçün maliyyə problemləri ilə üzləşir, idman komplekslərində yaranan kommunal və ya texniki problemlərə görə məşqlərini davam etdirə bilmirlər. Aparılan araşdırmalar göstərir ki, hər idman kompleksinin saxlanması, işlək vəziyyətdə olması üçün böyük vəsaitlər sərf edilir. Əksər idman komplekslərində isə vəziyyət elə də ürəkaçan səviyyədə deyil. Bununla yanaşı, Gənclər və İdman Nazirliyinin sifarişi əsasında həyata keçirilən bir sıra layihələrdə qeyri-şəffaflıq nəzərə çarpır, həmçinin tenderlərin keçirilməsi zamanı mövcud qanunlara riayət olunmur. Yadınızdadırsa, ötən saylarımızdan birində idman arenalarının tikilməsi işlərinin gənclər və idman naziri Azad Rəhimovun oğlu Arif Rəhimovun nəzarəti altında olduğunu bildirmişdik. Qısaca vurğulayaq ki, Arif Rəhimov gənclər və idman nazirinin yeganə övladıdır. Orta məktəbi Bakıda bitirən, daha sonra Azərbaycan Dövlət İqtisad Universitetində oxuyan nazir oğlu bunun ardından ali təhsilini İngiltərənin paytaxtında davam etdirib. O, 2011-2012-ci illərdə Londondakı Cass Business School-da neft və energetika sənayesi ixtisasına yiyələnib. 2009-cu ilin oktyabrından 2011-ci ilin noyabrınadək Azərbaycan Dövlət Neft Şirkətində maliyyə meneceri vəzifəsində işləyib, sonradan "DDLAR GROUP" adlı özəl şirkətini qurub və hazırda da ona rəhbərlik edir. Bununla yanaşı, məmur oğlu 2014-cü ilin yanvarında yaradılmış "Baku Grand Prix" şirkətinin də rəhbəridir. Yeri gəlmişkən, "Baku Grand Prix" şirkəti 2016-cı ildə Bakıda keçiriləcək dünyada avtomobil idmanının ən bahalı növlərindən birinin - "Formula 1"in "Qran Pri" yarışının təşkilatçısıdır. Xarici mətbuata verdiyi müsahibəsində "Baku Grand Prix" şirkətinin rəhbəri Arif Rəhimov "Qran Pri" yarışının Bakıda ən yüksək səviyyədə keçəcəyinə əmin olduğunu bildirib. Bununla da Azərbaycan postsovet məkanında Rusiyadan sonra "Formula 1" yarışına ev sahibliyi edəcək ikinci ölkə olacaq.

Nəzərinizə çatdırmaq istəyirik ki, hələ indiyə qədər nazirin və oğlunun sahibi olduğu biznes sahələri haqda mətbuatda elə də geniş məlumat getməyib. Apardığımız araşdırmalar nəticəsində bəlli oldu ki, "DDLAR GROUP" şirkəti Gəncər və İdman Nazirliyi tərəfindən həyata keçirilən tender layihələrinin əsas qalibidir. İlk öncə sizə şirkətin yaranma tarixi haqda qısa məlumat vermək istəyirik. 1999-cu ildən fəaliyyətə başlayan "İnşaatçı" tikinti firması sonradan "DDLAR Group"a çevrilib. Qrupun tərkibinə tikinti və onu müşayiət edən xidmətlər, memarlıq həlqələri, interyerlərin dizaynı, beton istehsalı və bir çox başqa sahələrlə məşğul olan şirkətlər daxildir. "DDLAR Group" "Hər şey bir əldə" prinsipi ilə işləyir. Bu qrupa "İnşaatçı", "Mega Dizayn" və "Monolit Beton" şirkətləri daxildir. Araşdırmalara görə, Azad Rəhimov nazir vəzifəsinə keçdikdən sonra biznes sahəsindəki əlaqələrini daha da genişləndirib və idman sahəsinə ayrılan vəsaitlərin böyük hissəsini oğlunun rəhbərliyi altında fəaliyyət göstərən şirkətə yönəltməyi bacarıb. Belə ki, Bərdə, Şirvan, Xaçmaz, Daşkəsən, İmişli, Cəlilabad, Mingəçevir, Ağcabədi, Tovuz və Göygöl rayonlarındakı idman olimpiya kompleksləri məhz "DDLAR GROUP" tərəfindən layihələndirilib və tikilərək istifadəyə verilib. Əldə etdiyimiz məlumatlara görə, sadalanan rayonlarda olimpiya komplekslərinin tikilməsi məqsədilə dövlət büdcəsindən milyonlarla manat vəsait ayrılıb. İddialara əsasən, nazir oğlunun şirkəti tərəfindən həyata keçirilən tikinti işləri zamanı maliyyə pozuntularına yol verilib ki, nəticədə rəhimovların sərvəti qısa müddətdə çoxalıb. Bakı Su İdman Sarayının tikintisi, "Crystal Hall"un Birinci Avropa Oyunları üçün hazırlığı, Bakı Stend Atıcılığı üzrə İdman Kompleksinin tikintisi işlərini də Arif Rəhimovun şirkəti aparıb. Bütün bunlar qrupun rəsmi İnternet səhifəsində qeyd olunub. Hələ bu harasıdır. Məlumatlı mənbənin bildirdiyinə görə, nazir postuna təyin olunana qədər biznes sahəsində ciddi uğurlar qazanmış Azad Rəhimov oğlunun da özü kimi tanınmış biznesmen olmasına lazımi təkan verir: "Gənclər və İdman Nazirliyinin sifarişi ilə icra edilən layihələrdə maliyyə fırıldaqları mövcuddur. Müvafiq qurumlar yoxlama aparmaqla həmin maxinasiyaların üstünü aça bilər. Nədənsə bəzi qüvvələr bu işdə maraqlı deyillər. Onu da demək lazımdır ki, Gənclər və İdman Nazirliyinin rəhbəri tikinti sektorunda əsas pay sahiblərindən biridir. "DDLAR GROUP" tərəfindən təhvil verilmiş layihələrə nəzər salsaq bunu görə bilərik. "Green park", "İzmir", "Green Palace", "Astoriya", "Megacity" kimi böyük yaşayış kompleksləri məhz nazir oğlunun tikinti biznesinin tərkib hissəsidir. Tenderlərin şəriksiz qalibi olan "DDLAR GROUP" şirkətinin illik gəliri bəlkə də milyardlara bərabərdir. Əlbəttə, bu işdə nazirin böyük rolu var. Çünki o rəhbərlik etdiyi qurumun tenderlərinin böyük hissəsini oğlunun şirkətinə istiqamətləndirir. Beləliklə, dövlət büdcəsinin vəsaitləri nazirin himayəsindəki şirkətin bank hesablarına köçürülür".

Nazirin və oğlunun biznesi təkcə ölkə hüdudları ilə kifayətlənmir. "DDLAR GROUP" sərmayə layihəsi çərçivəsində Səudiyyə Ərəbistanında 2 və 3 mərtəbəli kotteclər layihələndirərək inşa edib. 96 kottecin inşası yerli landşaft nəzərə alınmaqla yerinə yetirilib. Məmur oğlunun həmçinin İtaliya və İspaniya kimi ölkələrdə də nəhəng biznes obyektlərinin olduğu bildirilir". Deyilənə görə, "Şadurvan" çay evi, " Green Park" elit yaşayış kompleksində yerləşən "Royal Club" da nazirin nəzarəti altındadır.

Qeyd edək ki, bizim heç kimin malında, var-dövlətində gözümüz yoxdur. Bizi maraqlandıran sadəcə büdcə vəsaitlərinin düzgün qaydada xərclənməməsidir. Dövlət qurumlarının həyata keçirdikləri tenderlərdə bir qayda olaraq bu quruma rəhbərlik edən şəxslərə yaxın adamların şirkətlərinin qalib gəlməsi artıq ənənə halını alıb. Bunu görmək üçün keçirilən tenderlərə nəzər salmaq kifayət edir. Tender elan edən qurumun orada iştirak edən şirkətlərlə əlaqəsinin olması isə yolverilməzdir. Bu məqamlar qanunvericilikdə öz əksini tapıb. Əfsus ki, gənclər və idman naziri qanunların tələbini kobud şəkildə pozaraq tenderlərin yetərli hissəsini oğlunun rəhbərlik etdiyi şirkətə verir. Hesab edirik ki, bu kimi hallar aidiyyəti dövlət qurumları- Hesablama Palatası, Maliyyə Nazirliyi, Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən araşdırılmalı və büdcəyə divan tutan şəxslər qanunamüvafiq qaydada cəzalandırılmalıdır.
\\ gundelik-baku.com \\









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Gürcüstanda yeni nazirlik yaradıldı – 13-cü oldu
Bu gün, 00:09
Bayden Messiyə “Azadlıq” medalı verəcək
Bu gün, 00:07
"Toyda əlini göyə qaldırıb dedi ki, haqqımı halal etmirəm"
Dünən, 22:30
Tehran Əsədi qoruya biləcək? – Onun üçün ən təhlükəsiz ölkə...
Dünən, 22:27
Trampın yeni prezidentliyi Azərbaycana nə vəd edir? - AKTUAL
Dünən, 19:02
Polşanın AB-yə sədrliyi dövründə Azərbaycan-Ermənistan... - GƏLİŞMƏ
Dünən, 19:00
Deputatlara keçən ildən "miras qalan" qanun LAYİHƏLƏRİ
Dünən, 18:10
Berbok və Barronun Suriyaya birgə səfəri “burada bizdə varıq” mənası daşıyır -ŞƏRH
Dünən, 18:03
Varşavadan mesaj: - “Məqsəd Ukraynanın bu müharibədə qalib gəlməsidir”
Dünən, 18:00
Dəməşq aeroportu yanvarın 7-dən beynəlxalq uçuşları bərpa edəcək
Dünən, 17:56
AZAL-ın təyyarəsinin dərc olunmuş eksklüziv fotoşəkilləri xarici müdaxilə olduğunu göstərir - “AnewZ”
Dünən, 17:49
"Baboş"un milyonçu fanatının ailəsi Canan adlı müğənniyə görə dağılmaq ərəfəsində - TƏFƏRRÜAT
Dünən, 17:26
Gürcüstana qarşı yeni sanksiyalar hazırlanır - “Novosti Qruzii”
Dünən, 16:16
Gəncəli Mübarizin oğlunun ermənilərlə şərikli biznesi… - TƏFƏRRÜAT
Dünən, 16:13
“Yekun hesabat 3 ildən gec olmayaraq təsdiqlənəcək” – Qazaxıstan Nəqliyyat Nazirliyi BELƏ DEYİR...
Dünən, 16:10
Azərbaycan Gimnastika Federasiyasının sabiq prezidenti vəfat edib
Dünən, 16:00
Ermənistanda milli qəhrəman həbs edilib
Dünən, 15:51
2025-ci ildə Azərbaycanın xarici siyasətinin istiqamətləri NECƏ OLACAQ?
Dünən, 14:00
“Toy sahibləri xahiş edir ki, məclisimizə barbi geyimində gəlin, imic yaratmışam...”
Dünən, 13:58
"Dilarə Kazımova və Nigar Camala deyim ki, niyə belə geyinirsiniz?" - Niyaməddin Musayev
Dünən, 13:11
Akopyan həmin oteldə 3 min manata qalıb? – Paşinyan VİDEO yaydı
Dünən, 13:00
Qroznıda AZAL-ın təyyarə qəzası ilə bağlı araşdırmanın “hərbiyə aid hissəsi” gizliləşdirilib - "ВЧК-ОГПУ"
Dünən, 12:49
İrəvan ordusunu "süni intellekt"li etmək istəyir - TƏBİİ AĞILLA NƏ QƏLƏT ETDİLƏR Kİ...
Dünən, 12:47
Azər Baxşəliyevin həyat yoldaşı: - "Oyanmadın"
Dünən, 12:44
Öcalan PKK-ya nə zaman tərk-silah çağırışı edəcək?
Dünən, 12:42
AZAL-ın təyyarəsinə görə idarə rəisi dindirildi: - Qroznı aeroportundakı çatışmazlıq ÜZƏ ÇIXDI
Dünən, 12:30
Putin nüvə silahını işə salmağa hazır imiş: Rusiyanı Çin dayandırıb! - İLGİNC İDDİA
Dünən, 12:28
Putin yenidən "Qarabağ klanı"na "stavka" edir? - GƏLİŞMƏ
Dünən, 12:21
"Rusiya Azərbaycan Prezidentinin səsləndirdiyi şərtləri yerinə yetirəcək” - Sergey Markov
Dünən, 12:20
Bayden korrupsiyada günahlandırılır
Dünən, 12:00
Ukrayna Rusiyaya döyüş PUA-ları ilə hücum edib
Dünən, 12:00
Nazarbayevin həmin sammitdə iştirakı ölkəni qarışdırdı - Tokayev şok detalları açıqladı
Dünən, 11:42
Gürcüstan Milli Bankı ABŞ dolları ilə bağlı yeni qərar qəbul edib
Dünən, 11:34
Bakı həbsxanasında MƏHKUM ÖLDÜ
Dünən, 11:31
“Söz versələr də etmədilər, küsdü..” - Rafael Dadaşov kimdən incik getdi?
Dünən, 11:17
İran Suriyadakı silahlarını Ermənistana GÖNDƏRİR - NƏ BAŞ VERİR?
Dünən, 11:14
İYİ Partiya DEM heyətini qəbul etmədi
Dünən, 11:13
AŞPA-nın qış sessiyasının gündəliyi açıqlanıb - DETALLAR
Dünən, 11:11
Dnestryanı “donur”: Kremlin əmri ilə yardımdan imtina etdi - "Politiko”
Dünən, 11:07
Yeni il süfrəsini qurmaq neçəyə başa gəldi? - ARAŞDIRMA
Dünən, 11:06
Qazax RİH-də NƏ BAŞ VERİR? - Birinci müavin başçıya qarşı...
Dünən, 10:47
Həkimin cərrahi əməliyyat zamanı canlı yayım açması QANUNİDİRMİ?
Dünən, 10:38
“Made in China 2025” işə düşüb - NƏ BAŞ VERİR?
Dünən, 10:36
Kirayəpulunu ödəyə bilməyən Qarabağ əlili ilə məmur arasında qalmaqal - TƏFƏRRÜAT
Dünən, 10:33
Əl-Culani ABŞ-dan qoşunlarını Suriya ərazisindən çıxarması üçün İsrailə təzyiq göstərməyi tələb etdi...
Dünən, 10:29
Blinken Koreya, Yaponiya və Fransaya səfər edəcək
Dünən, 10:26
Müəllimlər üçün ictimai nəqliyyat pulsuz olacaq? - AKTUAL
Dünən, 10:15
Braziliyalı mütəxəssislər AZAL-ın təyyarəsinin qara qutularının təhlilinə başlayıblar - Braziliya mediası
Dünən, 10:10
Haftonidəki YAŞIL TERROR: Niyə səsini çıxaran yoxdur? - ETİRAZ VAR...
Dünən, 10:09
Erməni ordusunda “süni intellekt tağımı” yaradılır - KİV
Dünən, 09:59
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru