Fizuli Ələkbərovun kadrı Səlim Müslümova necə problem yaradır... - ŞİKAYƏT VAR
Tarix: 22-10-2014, 11:39 | Çap et
Heç kimə sirr deyil ki, keçmiş nazir Füzuli Ələkbərov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN) rəhbərlik etdiyi illərdə qurumun fəaliyyət istiqamətlərinə daxil olan bir çox sahələri iflic vəziyyətə saldı. Vəzifəsində müxtəlif nöqsanlara yol verən, vətəndaşları yuxarılardan incik salan və digər qanunsuz əməllərə qol qoyan Füzuli Ələkbərov nəhayət, ötən ilin oktyabr ayında tutduğu vəzifə ilə vidalaşdı.
Cənab prezidentin sərəncamı ilə onun yerinə Səlim Müslümov nazir postuna təyin edildi. İnsaf naminə qeyd etmək lazımdır ki, Səlim müəllim nazir təyin ediləndən bu sahədə mövcud olan rüşvət və korrupsiya halları əvvəlki illərə nisbətən xeyli səngidi. ƏƏSMN rəhbərinin daha çox diqqət ayırdığı sahələrdən biri də əlillik dərəcələrinin verilməsi ilə bağlıdır. Təsadüfi deyil ki, nazir vəzifəsinin icrasına başlayandan bir müddət sonra bir neçə tibbi-sosial ekspert komissiyalarının (TSEK) rəhbər şəxslərini vəzifədən azad etdi. Nazir onların yerinə təyin etdiyi şəxslərə rüşvətdən və korrupsiyadan uzaq olmağı tapşırdı. Həyata keçirilən bu qədər tədbirlərə baxmayaraq, bəzi TSEK-lər hələ də müxtəlif problemlərin məngənəsində sıxılır. Ki, bunlardan biri də Nizami rayon Tibbi-Sosial Ekspert Komissiyasıdır. Xatırlayırsınızsa, qəzetimizin ötən saylarından bir neçəsində komissiyada üzə çıxan neqativ məqamlar, o cümlədən sədr Kamil Məmmədovun qeyri-qanuni işlərə baş qoşması barədə faktları dərc etmişdik. Dərin təəssüf hissi ilə demək istəyirik ki, ƏƏSMN rəhbərliyi və əlaqədar dövlət qurumlarının rəsmiləri qanunvericiliyin tələblərinə məhəl qoymayan TSEK sədrinin barəsində aidiyyəti üzrə tədbir görmədilər. Cəzasızlıqdan arxayınlaşan Kamil Məmmədov isə qanunsuz işlərinin sayını vaxt keçdikcə daha da artırır. Etibarlı mənbələrdən əldə etdiyimiz məlumatlara görə, Nizami TSEK-in sədri Səlim Müslümovun bu sahədə həyata keçirdiyi müsbət işləri yerə vurur. Belə ki, o şəxsi maraqlarını təmin etmək məqsədilə əlillik dərəcələrini qanunda göstərilən şəkildə yox, özünə sərf edən, yəni xeyir gətirən formada verir: "Nizami rayonunda qeydiyyatda olan gənclərin bir hissəsi hərbi xidmətdən yayınmağın rahat yolunu tapıblar. Onlar əsgərliyə getməməkdən ötrü saxta yollarla əlillik vəsiqələri əldə edirlər. Bu məsələdə onların köməyinə Kamil Məmmədov çatır. Komissiya sədri nəyinsə qarşılığında bəzi gənclərə saxta əlillik dərəcəsi düzəldərək onların hərbi xidmətdən yayınmasına yardımçı olur. Azərbaycanın Ermənistanla müharibə şəraitində yaşadığı, orduya əsgərin lazım olduğu bir vaxtda, komissiya rəhbəri sağlam gəncləri "əlil" edir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndələri Kamil Məmmədovun TSEK-ə rəhbərlik etdiyi dövr ərzində əlillik dərəcəsi alan şəxslərin siyahısını yoxlasalar, bütün qaranlıq məqamlara aydınlıq gəlmiş olar. Lakin hansısa səbəblərə görə nazirliyin səlahiyyətli şəxsləri adıçəkilən məmurun fəaliyyətini araşdırmırlar. Sabiq nazir Füzuli Ələkbərovun kadrı olan Kamil müəllim qanunları saymır. Vətəndaşlar komissiyaya düşmək üçün həftələrlə, bəzən aylarla gözləyirlər. Sədr onun "şərtlərini" qəbul etməyən insanların sənədlərini araşdırmadan rədd cavabı verir. Məmura nəysə verənlərin işi tez düzəlir, amma imkanı olmayanlar qapıdan qovulur. Nizami Tibbi-Sosial Ekspert Komissiyasında elə işlər cərəyan edir ki, adam buranın bazar, yoxsa dövlət qurumu olmasına şübhə ilə yanaşır. Sağlamlığında həqiqətən qüsurlar olan insanlar əlillik dərəcəsi ala bilmir". Məlumatda bildirilir ki, tam sağlam olan şəxslər saxta yollarla əlillik vəsiqələrinə sahib çıxırlar: "Nizami TSEK-də əlillik qruplarının təyinatında şəffaflıq prinsipləri gözlənilmir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmiləri bəyan edir ki, əlillik dərəcəsini almaq üçün TSEK-lərə 88 saylı forma və şəxsiyyət vəsiqəsinin sürətini təqdim etmək kifayətdir. Kamil Məmmədov isə əlillik dərəcəsi almaq ümidi ilə bura gələn vətəndaşları sənəd bəhanəsi ilə get-gələ salır, süründürür". Mənbəmiz deyir ki, Nizami TSEK-in sədri açıq-aşkar şəkildə Səlim Müslümovun həyata keçirdiyi işlərin əksinə addımlar atır: "O sabiq nazir Füzuli Ələkbərovun kadrı olduğuna görə yeni nazirlə işləmək ona sərf etmir. Çünki Səlim Müslümov rüşvət və korrupsiyadan uzaq bir mühit yaratmaq istəyir. Bu isə Nizami Tibbi-Sosial Ekspert Komissiyasının sədrinə, eləcə də digər işçilərinə qətiyyən sərf etmir. Kamil Məmmədov əksər vaxt "Heyf deyildi Füzuli Ələkbərovun dövrü, hər istədiyimi rahatlıqla edirdim" deyir. Halbuki, nazirin dəyişməsi sədrin fəaliyyətinə hər hansı təsir göstərməyib. Komissiya rəhbəri yenə də köhnə əməllərini davam etdirir". TSEK rəhbəri ilə bağlı əldə etdiyimiz məlumatların bir hissəsi araşdırma tələb etdiyindən həmin məsələləri növbəti saylarımızda diqqətinizə çatdıracağıq. Biz mətbuat orqanı olaraq Səlim Müslümova bu sahədə gördüyü işlərdə kömək etmək istəyirik. Əminik ki, cənab nazir "Gündəlik Bakı"nın qabartdığı məsələyə tezliklə reaksiya verəcək və Kamil Məmmədovun vəzifədən çıxarılması istiqamətində konkret addımlar atacaq.
Yazı ilə bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq... \\ gundelik-bakı
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Prezident ARDNF-in 2025-ci il büdcəsini təsdiqləyib
Bu gün, 18:00 |
|
|
|
• Təyyarə qəzası ilə bağlı ballistik ekspertiza təyin edilib, 17 beynəlxalq ekspert cəlb olunub - Qazaxıstan hökuməti
Bu gün, 17:59 |
|
|
|
• AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı Rusiyada cinayət işi açılıb
Bu gün, 17:58 |
|
|
|
• Putin Azərbaycan Prezidentinə zəng edib, təyyarə qəzasına görə üzr istəyib
Bu gün, 17:57 |
|
|
|
• Zelenski İlham Əliyevə zəng edib
Bu gün, 17:54 |
|
|
|
• Təzyiqlərin heç bir nəticəsi olmayacaq -ŞƏRH
Bu gün, 14:02 |
|
|
|
• Paşinyan niyə keçmişə qayıdır? - İNCƏLƏMƏ
Bu gün, 14:00 |
|
|
|
• “Azəripək”in bundan sonrakı fəaliyyəti necə olacaq? - TƏFƏRRÜAT
Bu gün, 12:05 |
|
|
|
• Gəncə şəhər stadionunun yenidən qurulmasına 21,4 mln. manat ayrıldı
Bu gün, 12:03 |
|
|
|
• Ərdoğan Kadırovun əlini niyə havada saxlamışdı: - Putinin Qafqazdakı adamının yaramazlıqları
Bu gün, 12:01 |
|
|
|
• Bakıda yumurtanın qiyməti artıb? - AÇIQLAMA
Bu gün, 11:59 |
|
|
|
• Aİ missiyasının taleyi ilə bağlı MÜƏMMA – Gedəcəklər, yoxsa QALACAQLAR?
Bu gün, 11:57 |
|
|
|
• “Faciədən siyasi məqsəd üçün şou düzəltmək yolverilməzdir” - Qulamhüseyn Əlibəyli
Bu gün, 11:56 |
|
|
|
• "Ehtiyatsızlıqdan baş verən hadisələr də cinayət sayılır" - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:41 |
|
|
|
• "Düzgün qərar kimi dəyərləndirmək olar" - AÇIQLAMA
Bu gün, 11:39 |
|
|
|
• Bakı Ağır Cinayətlər Məhkəməsinin yeni inzibati binasını yarım milyondan çox vergi borcu olan şirkət tikəcək - 25.7 milyon xərclənəcək
Bu gün, 11:38 |
|
|
|
• Nazirlik bu işə görə Harvard Universitetinə 1,7 milyon manat ödəyəcək
Bu gün, 11:32 |
|
|
|
• Prokuror Bəxtiyar Hacıyevin 11 il azadlıqdan məhrum edilməsini istəyib - DETALLAR
Bu gün, 11:29 |
|
|
|
• Təyyarə yerə 100 metr qalmış… – Bu detallar ilk dəfə açıldı
Bu gün, 11:27 |
|
|
|
• Belarus Prezidenti 20 nəfəri əfv edib
Bu gün, 11:24 |
|
|
|
• Şok cinayət: 299 şirkətə rəhbərlik edən musiqiçi kimlərlə əlbir olub? - TƏFƏRRÜAT
Bu gün, 11:21 |
|
|
|
• Paşinyan-Lukaşenko “savaşı” dərinləşir - “Sputnik Ermənistan”
Bu gün, 11:18 |
|
|
|
• Azərbaycanda tibbi avadanlıq şirkəti “maya”sını milyonlarla manat artırdı
Bu gün, 11:15 |
|
|
|
• Rusiyada terror planlaşdıran islamçılar GÜLLƏLƏNDİ - VİDEO
Bu gün, 11:02 |
|
|
|
• “Bakının həmsöhbəti Qroznı yox Moskvadır, üzr də Rusiya rəhbərliyindən gəlməlidir” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:57 |
|
|
|
• Saxta bayram endirimlərinə aldanmamaq üçün nə edək - ekspertlərdən çağırış
Bu gün, 10:56 |
|
|
|
• İrəvan səfirini Belarusa qaytarmaq niyyətində deyil
Bu gün, 10:54 |
|
|
|
• "Azərbaycanda pensiya sistemi yoxdur, lotoreya-qumar sistemi var..." - Tanınmış ekspertdən ilginc açıqlamalar
Bu gün, 10:52 |
|
|
|
• Həlak olan pilot millimizin üzvünün atası imiş - FOTO
Bu gün, 10:44 |
|
|
|
• Təcrübəli təhsil işçisi Əmrullayevə ismarıc yolladı - VİDEO
Bu gün, 10:42 |
|
|
|
• BAKI RUSİYAYA NOTA VERMƏKDƏ YUBANIRMI? - Əgər sükut davam edərsə...
Bu gün, 10:36 |
|
|
|
• “Pomidor məhbusları” məsələsi yaxın həftələrdə həll olunacaq - Natiq Cəfərli
Bu gün, 10:31 |
|
|
|
• İşğalçının qarşısında geri addım? - NƏ BAŞ VERİR?
Bu gün, 10:28 |
|
|
|
• Robert Köçəryan tərəfdarlarını topladı - KİV
Bu gün, 10:17 |
|
|
|
• Azərbaycanlı pilotlar həqiqi möcüzə göstərdilər - Fransa portalı
Bu gün, 10:12 |
|
|
|
• Şəfəq qəsəbəsinə günəş nə zaman doğacaq... - Burada 8 mindən çox insan yaşayır...
Bu gün, 10:02 |
|
|
|
• “Azəriqaz” Prezidentin 207 saylı fərmanını sabotaj etmək istəyir - BU DA FAKT!
Bu gün, 09:52 |
|
|
|
• Proses pozulur: Ermənistan bundan imtina etdi - GƏLİŞMƏ
Bu gün, 09:48 |
|
|
|
• Moskvadan Bakı və İrəvana “sürpriz” təklif - NƏ BAŞ VERİR?
Bu gün, 09:46 |
|
|
|
• 326 milyonluq qaçaqmalçılıq edənlər nə üçün məhkəmənin qapalı keçirilməsini istəyib?! - TƏFƏRRÜAT
Bu gün, 09:45 |
|
|
|
• Kazan hava limanı fəaliyyətini dayandırıb - KİV
Bu gün, 09:41 |
|
|
|
• Azərbaycanın sülh şərti yerinə yetirilir - İNCƏLƏMƏ
Bu gün, 09:40 |
|
|
|
• Paşinyan Lukaşenkoya ictimai sillə vurdu - Pavel Latuşka
Bu gün, 09:38 |
|
|
|
• Müttəfiqlik üçün KRİTİK SINAQ: Moskva izi itirmək istəyir - SENSASİON DETALLAR AÇIQLANDI
Bu gün, 09:37 |
|
|
|
• Paşinyanın “xəstə” siyasəti - ŞƏRH
Bu gün, 09:35 |
|
|
|
• `166 Cargo`nun ÇATDIRILMA ŞOUSU... - GİLEY
Bu gün, 09:32 |
|
|
|
• Bura məktəbdir, `Biznes Center` deyil axı... - BU NƏDİ BELƏ?..
Bu gün, 09:27 |
|
|
|
• Qaz limiti ilə BAĞLI ÇAĞIRIŞ: Ləğv edilir? - AKTUAL
Bu gün, 09:22 |
|
|
|
• Bibiheybət məscid-ziyarətgah Kompleksində şəhid ailələri və qazilərlə görüş keçirilib - FOTO
Bu gün, 09:19 |
|
|
|
• Bayram günlərində işə çağırılan və işləyən işçiləri bir sual maraqlandırır... - Ekspert danışır...
Bu gün, 09:12 |
|
|
|
|