“Gədəbəyin dağ kəndlərində də kilsələr tikilsin, biz də qaz üzü görək” .....                     Qulu Məhərrəmliyə Prezidentin fərdi təqaüdü verilib .....                     Bakıda həbsxanada .....                     Prezident İlham Əliyev Mayıl Əhmədovu 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif etdi .....                     Dəməşqdə mitinq .....                     AYNA bir “texniki" nasazlığın əlində qalıb .....                     Tramp Aİ-ni hədələyir, ABŞ-dan daha çox neft və qaz almağı tələb edir .....                     “Saf Farma“-nın “əldən satış“ biznesinin gizlinləri .....                     Fuad Nəcəfli ÖZÜNDƏN PADŞAH DÜZƏLDİR? .....                     Putin müsahibədə Əliyevdən bu iki cavabı gözləyirdi .....                     Azərbaycanda 3600 manata bayramı qeyd edənlər var .....                     32 yaşlı Səmra çılpaq şəkli ilə gündəmdə .....                     Bayramqabağı əfv sərəncamı gözlənilir? .....                     İndiyə qədər belə müəllim-şagird gərginliyi olmayıb: .....                     Rusiyanın NATO ilə müharibə aparacaq qədər gücü yoxdur .....                     Mingəçevirdə sərxoş kişi qonşu evinə girdi: "Hamamdan təzə çıxmışdım..." .....                     Ağalı kənd məktəbinə yeni direktor təyin olunub .....                     BU NƏDİ BELƏ: Təbii qazın olduğu kəndlərdə məktəbləri odunla qızdırırlar .....                     Rəşad Məcid: Tənqiddə kor-təbii yanaşma yolverilməzdir: .....                     Oruc Zalovun polkovnik oğlu Gömrükdəki vəzifəsindən çıxarıldı .....                     Nikolun söz oyunu arxasındakı .....                     Müharibə tezliklə bitməyəcək .....                     Fransanın Azərbaycana batırmaq istədiyi dişləri artıq sınıb .....                     Siyasətçilər Yeni ili harada qarşılayacaq? .....                     “Doğru xəbərlə dezinformasiyanı ayırd etmək səbir, tənqidi yanaşma və məlumatlılıq tələb edir” .....                     Azərbaycanda 10 manat sərmayə ilə daha bir audit şirkəti .....                     “Sosial şəbəkədə hamı məni söyür" .....                     “Aqressiyalaşan” MƏKTƏBLƏR .....                     "E-Kredit" BOKT-a yaxın iki yeni şirkət yaradılıb .....                     Azərbaycanlılar hakimiyyətə qarşı ETİRAZA QALXDI .....                     Erməni hərbi cinayətkarların işinə baxacaq hakim .....                     Paşinyan saman çöpündən yapışır: amma nə vaxtadək? .....                     Bəzi yerlərdə qısamüddətli yağıntılı olacağı ehtimalı var .....                     “Expressbank”da yeni təyinat olub .....                     Bakıda ÖZBAŞINALIQ: Evimin bütün əşyaları yağışın altında qalıb... .....                     İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI .....                     Müdafiə naziri Türkiyə nümayəndə heyətini qəbul edib .....                     Vətən Müharibəsi Qəhrəmanı Kənan Seyidovun müavini oldu .....                     Xaricdə təhsil, yoxsa "beyin axını"? .....                     Paşinyanın müavini Moskvaya gedib .....                 

Təhsilimiz nə vaxt ağ günə çıxacaq? – Ziddiyyətlər toqquşması
Tarix: 21-10-2022, 10:33 | Çap et
Təhsilimiz nə vaxt ağ günə çıxacaq?
Elm və təhsil naziri Emin Əmrullayevin müəllimlərin sertifikasiya imtahanları ilə bağlı söylədiyi fikirlər cəmiyyətdə ciddi müzakirə mövzusuna çevrilib. Nazirin “Sertifikasiya imtahanlarında iştirak edən 11 min müəllimdən 2 mini kvadratın perimetri veriləndə onun sahəsini hesablaya bilmir” bəyanatı fonunda, Nazirliyin də idarəetmə böhranı yaşadığı barədə tənqidlər tirajlanmağa başlayıb.

İddiaçılar hesab edirlər ki, Elm və Təhsil Nazirliyinin regional idarələri və onların nəzdində olan rayon təhsil sektorları faktiki fəaliyyətsizdir. Dərs cədvəllərinin hazırlanmasında meydana çıxan problemlər, onların gecikdirilməsi, təhsil səviyyəsinin yüksəldilməsindən danışan nazirlik rəsmilərinin buna həyata keçirə bilməməsi tənqid olunur.

Nazirin “Çox ciddi problemlə üz-üzəyik” açıqlaması da diqqətdən yayınmır: “Lakin bir qrup müəllim də oldu ki, bu gün tədrisi aparmaqla bağlı müəyyən bacarıqlarında problemləri var. Bu zaman sual ortaya çıxır ki, müəllim öz fənnini bilmirsə, onda sinif otağındakı azyaşlı şagirdə nə öyrədəcək? İmtahanda iştirak edən 2 min müəllim kvadratın perimetri veriləndə onun sahəsini hesablaya bilmir. Burada güzəşt etmək mümkündürmü? Əlbəttə, yox. Təhsildəki bu tip güzəştlər vətənə xəyanətdən daha ciddi problemdir. Yəni öz fənnini bilməyən müəllim 6 yaşlı uşağın gələcəyini əlindən alırsa, bundan pis nəsə təsəvvür edə bilmirəm”.

DİA.AZ-ın məlumatına görə, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın məsul katibi İlqar Orucov AYNA-ya açıqlamasında deyib ki, iki min müəllimin sertifikasiya imtahanlarında biabırçı nəticə göstərməsi uzun illər təhsil sektorunda mövcud olmuş rüşvətlə əlaqədardır: “Bilirsiniz ki, mən Elm və Təhsil Nazirliyinin rəsmi işçisi deyiləm. Bu nazirliyə yalnız ictimai bağlılığım var. Bir ictimai fəal və vətəndaş olaraq elm və təhsil naziri Emin Əmrullayevin fikirləri ilə tam razıyam. Uzaq olmayan keçmişdə təhsil, səhiyyə və digər sektorlarda rüşvətxorluq faktları olub və bunun nəticəsidir ki, bu gün bəzi müəllimlər çox aşağı nəticə göstərirlər”.

“Lakin bununla yanaşı, peşəkar pedaqoqlarımız da az deyil və “Azərbaycanda müəllimlərin səviyyəsi aşağıdır” iddiası ilə də çıxış etmək olmaz. Hər bir valideyn istəyər ki, övladı sağlam və keyfiyyətli təhsil alsın. Kim istəyər ki, öz fənnini bilməyən müəllim övladına dərs desin?! Yəqin ki, bunu istəyən yoxdur. Nazir də bu problemi qabardıb və burada qeyri-adi məqam axtarmağa da dəyməz. Çox təəssüf ki, sosial şəbəkələrdə bununla bağlı müzakirələr əsasən qeyri-ciddi səviyyədədir və təhsildən anlayışı olmayan adamlar da bu məsələyə rəy verirlər”, - deyə həmsöhbətimiz bildirib.

Onun sözlərinə görə, Elm və Təhsil Nazirliyinin fəaliyyətində həllini gözləyən problemlər var: “Təhsil strateji bir sahədir. Elə bir ailə yoxdur ki, bu sahəyə hər hansı formada aidiyyəti olmasın. Təbii ki, problemlər mövcuddur və bu, nazir səviyyəsində də etiraf olunur. Lakin Regional təhsil idarələrinin fəaliyyəti ilə yaxından tanış olan, onların rəhbərlərini tanıyan biri kimi deyə bilərəm ki, təhsil məmurları problemləri həll etməyə çalışırlar. Yəni, son illər neqativ yollarla bu sahədə vəzifəyə yüksələn məmurların olduğunu söyləyə bilmərik. İşə qəbul prosesi ədalətli formada aparılır”.

“Düzdür, iddialar var ki, bu sektorda yalnız təhsil işçiləri çalışmalıdır. Lakin təhsil ictimaiyyətinin nümayəndəsi, bir pedaqoq olaraq bu fikirləri bölüşmürəm. İdarəetmə menecerləri müxtəlif sahələrdə çalışmalı və onların potensialından istifadə edilməlidir. Hesab edirəm ki, təhsildə islahatlar aparılır və bunun real nəticələrini görmək üçün zamana ehtiyac var. Təkcə ümumtəhsil məktəblərində deyil, ali və orta ixtisas məktəblərində də problemlər mövcuddur”, - deyə Orucov vurğulayıb.

DİA.AZ-ın məlumatına görə, təhsil eksperti Kamran Əsədov isə fərqli düşünür. Nazirin son açıqlamasını AYNA-ya şərh edən ekspert söyləyib ki, nazirlik rəsmiləri məsuliyyəti sələflərinin üzərinə atmaq istəyirlər: “Onların dediyindən belə anlaşılır ki, bütün problemlər sabiq təhsil naziri Misir Mərdanovun günahı üzündən baş verib. Düzdür, onun dövründə ciddi problemlər mövcud olub. Müəllimlərin işə qəbulu zamanı ciddi qanunsuzluqlara yol verilib. O dövrdə diplomların elektron formada yoxlanılması mümkün olmayıb. Təhsildə kifayət qədər ciddi böhran yaşanıb”.

“Bunu başa düşdük, qəbul etdik. Bəs siz bu 10 ildə nələr etmisiniz? Bəlkə, bunun hesabatını verəsiniz?.. Axı bu illər ərzində 80 min müəllim işə qəbul etmisiniz”, - deyə müsahibimiz bildirib.

Əsədov iddia edir ki, ötən 10 il ərzində böyük miqdarda dövlət vəsaiti təhsilin inkişafı adı ilə xərclənib: “Amma nə dəyişib? Hansı dəyişikliklər baş verib? Əgər bu gün nazir özü təhsildən çox ciddi problemlərin olduğunu elan edirsə, deməli, dəyişən heç nə yoxdur. Daha nə qədər illər keçməlidir ki, Azərbaycan təhsili “ağ günə” çıxsın? Bəlkə, bundan danışasınız, cənablar! Bu müddətdə hansı kompleks yoxlamalar aparmısınız? Hansı zəruri islahatlar həyata keçirmisiniz? Əvvəlcə öz üzərinizə düşəni edin, sonra tənqid edin”.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Gədəbəyin dağ kəndlərində də kilsələr tikilsin, biz də qaz üzü görək” - SAKİNLƏR ÇARƏSİZDİR
Bu gün, 16:23
Qulu Məhərrəmliyə Prezidentin fərdi təqaüdü verilib - SƏRƏNCAM
Bu gün, 16:17
Bakıda həbsxanada MƏHKUM ÖLDÜ
Bu gün, 16:13
Prezident İlham Əliyev Mayıl Əhmədovu 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif etdi - SƏRƏNCAM
Bu gün, 16:12
Dəməşqdə mitinq – Colani administrasiyasına ETİRAZ
Bu gün, 16:06
AYNA bir “texniki" nasazlığın əlində qalıb – Problem niyə həll olunmur?
Bu gün, 16:02
Tramp Aİ-ni hədələyir, ABŞ-dan daha çox neft və qaz almağı tələb edir - "Bloomberg”
Bu gün, 15:59
“Saf Farma“-nın “əldən satış“ biznesinin gizlinləri - Şirkət vergidən belə yayınır...
Bu gün, 15:57
Fuad Nəcəfli ÖZÜNDƏN PADŞAH DÜZƏLDİR? - BU NƏDİ BELƏ?..
Bu gün, 15:50
Putin müsahibədə Əliyevdən bu iki cavabı gözləyirdi – Daniyelyan
Bu gün, 15:47
Azərbaycanda 3600 manata bayramı qeyd edənlər var - "Tələbat olacaqsa, qiyməti daha da qaldıracaqlar..."
Bu gün, 15:41
32 yaşlı Səmra çılpaq şəkli ilə gündəmdə - FOTO
Bu gün, 15:37
Bayramqabağı əfv sərəncamı gözlənilir? - AÇIQLAMA
Bu gün, 15:35
İndiyə qədər belə müəllim-şagird gərginliyi olmayıb: - Bu düşmənçilik haradandır?
Bu gün, 15:06
Rusiyanın NATO ilə müharibə aparacaq qədər gücü yoxdur - FAKT BUDUR!
Bu gün, 15:03
Mingəçevirdə sərxoş kişi qonşu evinə girdi: "Hamamdan təzə çıxmışdım..." – Şok təfərrüat
Bu gün, 15:01
Ağalı kənd məktəbinə yeni direktor təyin olunub - ƏMR
Bu gün, 14:58
BU NƏDİ BELƏ: Təbii qazın olduğu kəndlərdə məktəbləri odunla qızdırırlar - NAZİRİN NƏZƏRİNƏ!
Bu gün, 14:56
Rəşad Məcid: Tənqiddə kor-təbii yanaşma yolverilməzdir: - Bundan bütöv jurnalistika itirir
Bu gün, 14:52
Oruc Zalovun polkovnik oğlu Gömrükdəki vəzifəsindən çıxarıldı - ƏMR
Bu gün, 14:48
Nikolun söz oyunu arxasındakı İLGİNC səbəb
Bu gün, 14:45
Müharibə tezliklə bitməyəcək – Yeni ərazi iddiaları var
Bu gün, 14:02
Fransanın Azərbaycana batırmaq istədiyi dişləri artıq sınıb - ŞƏRH
Bu gün, 14:00
Siyasətçilər Yeni ili harada qarşılayacaq? - "Onlar Dubaya getsin, mənim yolka almağa pulum yoxdur..."
Bu gün, 13:58
“Doğru xəbərlə dezinformasiyanı ayırd etmək səbir, tənqidi yanaşma və məlumatlılıq tələb edir” - Vüqar Zifəroğlu
Bu gün, 13:10
Azərbaycanda 10 manat sərmayə ilə daha bir audit şirkəti - FƏALİYYƏTƏ BAŞLAYIB
Bu gün, 13:08
“Sosial şəbəkədə hamı məni söyür"
Bu gün, 13:06
“Aqressiyalaşan” MƏKTƏBLƏR – Valideynlərin yalnış tərbiyəsi, yoxsa müəllimlərin metodikasızlığı?
Bu gün, 12:56
"E-Kredit" BOKT-a yaxın iki yeni şirkət yaradılıb
Bu gün, 12:53
Azərbaycanlılar hakimiyyətə qarşı ETİRAZA QALXDI - FOTO
Bu gün, 12:45
Erməni hərbi cinayətkarların işinə baxacaq hakim MƏLUM OLDU
Bu gün, 12:38
Paşinyan saman çöpündən yapışır: amma nə vaxtadək? - GƏLİŞMƏ
Bu gün, 12:32
Bəzi yerlərdə qısamüddətli yağıntılı olacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:31
“Expressbank”da yeni təyinat olub - BUNDAN SONRA...
Bu gün, 12:30
Bakıda ÖZBAŞINALIQ: Evimin bütün əşyaları yağışın altında qalıb... - Nərimanov rayonu SURİYANI XATIRLADIR...
Bu gün, 12:22
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
Bu gün, 12:14
Müdafiə naziri Türkiyə nümayəndə heyətini qəbul edib
Bu gün, 12:10
Vətən Müharibəsi Qəhrəmanı Kənan Seyidovun müavini oldu - ƏMR
Bu gün, 12:09
Xaricdə təhsil, yoxsa "beyin axını"? - AKTUAL
Bu gün, 12:06
Paşinyanın müavini Moskvaya gedib
Bu gün, 12:02
Milli Məclisdə Prezidentə istintaq altında olan şəxsləri əfv etmək səlahiyyətinin verilməsi təklif olunub
Bu gün, 11:50
“Sülh üçün konstitusiyamızı dəyişməliyik” - Erməni blogerdən ETİRAF
Bu gün, 11:42
Ramiz Vəliyev haqda SENSASİON BİLGİLƏR - XİN-dəki casus...
Bu gün, 11:38
Azərbaycanda general vəzifəsindən AZAD EDİLDİ - ƏMR
Bu gün, 11:36
Köçəryan hazırlığa başladı: Ohanyan və Baqrata tapşırıq verilib - “Joxovurd”
Bu gün, 11:33
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
Bu gün, 11:30
Yəhudilərin Azərbaycan kimi dosta hər zaman ehtiyacı olacaq - “The Jerusalem Post”
Bu gün, 11:26
Mərkəzi Bank hansı bankları tez-tez “yoxlamalı” olacaq - DETALLAR
Bu gün, 11:24
Azərbaycandakı bəzi səfirlər diplomatik deyil, siyasi fəaliyyətlə məşğul olmağa başlayıb - GÖRÜNƏNİ BUDUR
Bu gün, 11:23
Rəsmi Bakının Ermənistandan iki tələbi var - ƏGƏR...
Bu gün, 11:20
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru