"Bəs hakim niyə bu cür aşkar tərəfkeşliyi özünə rəva görür?" - GİLEY
Tarix: 24-12-2021, 11:56 | Çap et
2019-cu il fevralın 5-dən 6-na keçən gecə episentri Şamaxının Pirqulu qəsəbəsində olan zəlzələdən ətraf rayonlar da ziyan çəkdi.
Onların arasında İsmayıllı rayonunun Tircan kəndinin sakinləri də var.
Həmin vaxt evləri dağılan kəndlilər deyir ki, hadisənin üstündən iki ilə yaxın vaxt keçsə də, indiyə qədər sığorta ödənişini ala bilməyiblər.
İcra başçısı: "Dövlət tərəfindən heç bir yardım olunmayıb”
DİA.AZ xəbər verir ki, zərərçəkənlərdən Cahan Əhmədov, İslam Nəsirov Meydan TV-yə bildirib ki, onların evləri icbari qaydada sığortalanmışdı. Ona görə də hadisədən sonra dağılan evlərinə görə ödənməli pulu almaq üçün "Günaysığorta”ya üz tutublar. Amma sığorta şirkəti ödənişdən imtina edib.
İslam Nəsirov deyir ki, əllərində İsmayıllının o vaxtkı icra başçısı Mirdaməd Sadıqovun arayışı var. Orada yazılıb ki, zəlzələ nəticəsində hər iki vətəndaşa ziyan dəyib.
"Dəymiş ziyanın aradan qaldırılması üçün təmir-bərpa işlərinə ehtiyac var. Baş vermiş təbii fəlakət (zəlzələ) ilə bağlı vətəndaşa dövlət tərəfindən heç bir yardım olunmayıb”, – icra başçısının arayışında vurğulanıb.
İslam Nəsirovun sözlərinə görə, onların sığorta şirkətinə çoxsaylı müraciətləri nəticə vermədiyinə görə məcbur olub, məhkəməyə üz tutublar.
"Məhkəmədə bu işə baxılanda ekspertiza təyin olundu. Tikinti-texniki və məhkəmə-mühəndis geoloji ekspertizası rəy verdi ki, zəlzələ nəticəsində hər iki evə ciddi ziyan dəyib. Təmir-bərpa işlərinə görə Cahan Əhmədovun evinə 16 min 606 manat, mənim evimə isə 15 min 220 manat vəsait lazımdır”, – İslam Nəsirov bildirib.
"Günaysığorta” nə deyir?
Məhkəmə Tircan kənd sakinlərinin ikisinə ümumilikdə 28 min manat sığorta ödənişi haqda qərar çıxarıb.
"Günaysığorta” bu qərardan apelyasiya şikayəti verib.
"Günaysığorta”nın nümayəndəsi Bayram Xanlarzadə isə Tircan sakinlərinin şikayətlərilə razılaşmır.
Deyir ki, zəlzələ nəticəsində əmlaka dəymiş ziyanı müəyyənləşdirmək üçün "İntegris” MMC qiymətləndirmə aparıb və hesabat hazırlayıb. İslam Nəsirovun evinə dəyən zərər 278 manat, Cahan Əhmədovun evinə dəyən zərərə isə 551 manat olub.
Bayram Xanlarzadənin dediyinə görə, evlərə baxış zamanı cüzi çatlar aşkarlanıb. Onların da tikilinin əsas konstruksiyasını zədələmədiyi məlum olub: "Sığorta şəhadətnaməsinə əsasən, 150 manat azadolma məbləği çıxılıb və şirkət Cahan Əhmədova 401 manat, İslam Nəsirova isə 128 manat ödəniş edib. Bu vəsaitlər onların "Kapitalbank”dakı hesablarına köçürülüb. Onlar əvvəl bu məsələni mübahisələndirməyib. Uzun müddət keçəndən sonra məhkəməyə müraciət ediblər”.
"Günaysığorta”nın nümayəndəsi məhkəmə zamanı verilən ekspert rəyindən də narazıdır. Deyir ki, ekspert təkcə yaşayış evinə yox, həyətdəki digər tikililərə də dəymiş ziyanı hesablayıb, məbləği şişirdib.
Onun sözlərinə görə, Cahan Əhmədovun 3 otaqdan ibarət evi cəmi 86.4 kvadrat metrdir. Lakin onun 210 kvadrat metrlik həyətyanı sahəsində başqa özbaşına tikililər var: "İslam Nəsirovun 2 otaqlı evinin ümumi sahəsi 41,5 kvadrat metrdir. Amma həyətdə özbaşına tikililər var”.
"Belə çıxır ki, hamam-tualeti bizim əmlakımız saymırlar”
"Günaysığorta”nın şikayəti əsasında bu işi təkrar araşdıran apelyasiya məhkəməsində sığorta şirkətinin nümayəndəsi vəsatət verib ki, yenidən ekspertiza keçirilsin, yalnız əmlakların çıxarışlarında ("kupça”) göstərilən sahələrə dəymiş ziyan hesablansın.
Kənd sakinlərinin etirazlarına baxmayaraq, apelyasiya məhkəməsinin hakimləri şirkətin təkrar ekspertiza barədə vəsatətini təmin edib. Təkrar ekspertiza nəticəsində evlərə 5 min manat ziyan dəyməsi barədə rəy alınıb.
"Kənd yeridir, hamam-tualet həyətdə yerləşir. Yardımçı tikililər var. İndi bunlar bizim əmlakımız sayılmır? Bu, nə absurd yanaşmadır. Belə çıxır ki, hamam-tualeti bizim mülkiyyətimiz saymırlar. Hakim Məmməd Məmmədov da sığorta şirkətinə qoşulub, tualetə görə bizdən kupça tələb edir. Məntiq olmalıdır axı. Sığorta şirkətini hardasa, başa düşdük, pulu ödəmək istəmir, hər yola əl atır. Bəs hakim niyə bu cür aşkar tərəfkeşliyi özünə rəva görür?", – İslam Nəsirov belə deyir.
Şikayətçi deyir ki, birinci instansiya məhkəməsində bu işə baxılanda rəy vermiş ekspert Teymur Məmmədov da çağırılaraq dindirilib.
O bildirib ki, verdiyi rəyi müdafiə edir: "Texniki pasporta uyğun olaraq, evlərə baxış keçirilib və dəymiş ziyan hesablanıb”.
"İcbari sığortalar haqqında” qanuna istinad edən şikayətçi deyir ki, bu qanuna görə vətəndaşın faktiki sahib olduğu əmlak sığortalanır.
Onun sözlərinə görə, "Çıxarış” mülkiyyət hüququnun rəsmiləşməsini təsdiqləyən sənəddir. Bu mübahisədə ona əsaslanmaq doğru deyil: "Hamam-tualet çıxarışda yoxdur. Faktiki onların da sahibi mənəm, onları necə ayrı götürmək olar?! Bizi evsiz-eşiksiz qoyub, çətin şəraitdə yaşamaqdan bezib onların təklif etdiyi qəpik-quruşla razılaşmağımıza çalışırlar”.
İslam Nəsirov həyətində yerləşən daşınmaz əmlakların özbaşına tikili kimi qələmə verilməsindən də narazıdır: "Tircan kənd icra nümayəndəliyinin arayışı var. Oradan görünür ki, bizim evlərimiz tikinti məqsədləri üçün ayrılan torpaq sahəsində yerləşir. Bunun üçün lazımi icazələr alınıb. Bizim yaşayış sahəsində heç bir özbaşına tikili yoxdur. Bunu icra hakimiyyəti də öz sənədilə təsdiqləyib”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Baha getmək üçün soyunmaq lazımdır, kaş ki...” - Mənzurə Musayeva
Bu gün, 12:26 |
|
|
|
• Avropa Parlamentinin riyakar qətnaməsinin arxasında Makron durur - deputat
Bu gün, 12:22 |
|
|
|
• Sement ixracı bu il Azərbaycana 48 milyon dollar - GƏLİR GƏTİRİB
Bu gün, 12:12 |
|
|
|
• Polkovnik-leytenantın 14 yaşlı qızı Türkiyədə vəfat etdi
Bu gün, 12:07 |
|
|
|
• Tokayev milli iqtisadiyyat nazirini vəzifəsindən azad edib
Bu gün, 12:03 |
|
|
|
• "Vəsiyyət etmişəm ki, vida mərasimində məni aparanda..."
Bu gün, 11:48 |
|
|
|
• Axşam.az 12 yaşında!
Bu gün, 11:47 |
|
|
|
• 27 il talayasan... VƏ CƏZASIZ QALASAN... - ƏFSUS!!!
Bu gün, 11:42 |
|
|
|
• “LukOyl” benzin əvəzinə su satır? - VİDEOFAKT
Bu gün, 11:34 |
|
|
|
• Rəsul Rzanın ev muzeyini hostelə çeviriblər? – Oğlu danışdı
Bu gün, 11:27 |
|
|
|
• İkinci şərt aradan qalxdı: Sülh üçün son tələb qaldı - GƏLİŞMƏ
Bu gün, 11:25 |
|
|
|
• Ağdaşda torpaqlar qanunsuz satılır, vətəndaşa gəlincə isə... - GİLEY
Bu gün, 11:20 |
|
|
|
• Rusiyanı, Türkiyəni, İranı gözardı edənlərin axmaq planı - ŞƏRH
Bu gün, 11:02 |
|
|
|
• ABŞ Senatı büdcə haqqında qanun layihəsini gecikmə ilə qəbul edib - PRİME
Bu gün, 11:00 |
|
|
|
• Rus general Bakı və İrəvana nəyin mesajını verir? - İNCƏLƏMƏ
Bu gün, 10:48 |
|
|
|
• Bank kart kodlarını naməlum şəxslərə verməyin - DİN-dən ÇAĞIRIŞ
Bu gün, 10:38 |
|
|
|
• `Azəriqaz` yanvarın borcunu indidən yazır? - AXI NİYƏ?..
Bu gün, 10:37 |
|
|
|
• AMXM-da "Füzuli eşqi" adlı tədbir keçirilib - FOTO
Bu gün, 10:18 |
|
|
|
• Həmin direktorun diplomu saxta imiş - 98 minlik dələduzluq
Bu gün, 10:10 |
|
|
|
• Bu ölkələr Ermənistanı SAVAŞA HAZIRLAYIR - NƏ ETMƏLİ?
Bu gün, 10:08 |
|
|
|
• "Bizə heç nə demirlər, sadəcə deyirlər ki, yanvarın 1-də çıxmalısız" - NARAZILIQ VAR...
Bu gün, 10:06 |
|
|
|
• Amerikadan Azərbaycana görünməmiş ŞANTAJ - BU NƏDİ BELƏ?..
Bu gün, 10:03 |
|
|
|
• Elm və təhsil naziri Tərtərdə vətəndaşları qəbul edib - FOTO
Bu gün, 09:59 |
|
|
|
• Dillər Universitetinin SEÇKİ-MEÇKİ ŞOUSU... - ÖZBAŞINA QALIB...
Bu gün, 09:52 |
|
|
|
• Avropa Parlamentindən Bakıya növbəti hücum - Sanksiya şantajının görünməyən tərəfləri
Bu gün, 09:44 |
|
|
|
• Sülh sazişinin vaxtı açıqlandı: Bu ölkədə imzalanacaq - TƏFƏRRÜAT
Bu gün, 09:42 |
|
|
|
• Dövlətin verdiyi mal-qara KÜTLƏVİ ŞƏKİLDƏ QIRILIR - NAZİRİN NƏZƏRİNƏ!
Bu gün, 09:18 |
|
|
|
• Bayram günlərində hotellərinqiyməti fantastik həddə - “O qiymətə Avropada istirahət etmək olar”
Bu gün, 09:07 |
|
|
|
• Əliyev Rusiyanı başa saldı ki, bu, qəbuledilməzdir! - Markedonov
Bu gün, 09:06 |
|
|
|
• İrəvan “Zəngəzur dəhlizi olmayacaq” deyir, amma olacaq, çünki... - "...MƏCBUR OLACAQ"
Bu gün, 09:00 |
|
|
|
• 4 milyon manat necə ələ keçirilib? - Zeynal Usubovun da pulu gedib
Bu gün, 08:58 |
|
|
|
• Güzəştli şərtlərlə yaranan pensiya hüququ... - Ekspert danışır...
Bu gün, 08:52 |
|
|
|
• İxtisar etmək istəyirlərsə, yuxarı maaş alan müavinləri ixtisara salsınlar... - ETİRAZ VAR...
Bu gün, 08:49 |
|
|
|
• Deputatımızın bahalı obyekti XARABA GÜNƏ QALDI - FOTO
Bu gün, 08:36 |
|
|
|
• Naxçıvanda ÜÇ DƏFƏ AZ pərakəndə ticarət dövriyyəsi... - Rəqəmlər düz gəlmir, cənab Nəcəfli...
Bu gün, 08:30 |
|
|
|
• Azərbaycanda aktyor vəfat edib
Bu gün, 08:27 |
|
|
|
• Qərb Azərbaycanın müstəqil siyasət həyata keçirməsinə mane olmağa çalışır - deputat
Bu gün, 07:32 |
|
|
|
• Zaur Hüseynov niyə işdən çıxarıldı? - İLGİNC DETALLAR
Bu gün, 07:27 |
|
|
|
• İllər öncə sənətə gəlsə də...
Bu gün, 07:24 |
|
|
|
• Hindistandan Bakıya silah satmaq üçün gülünc “şərt” - BU NƏDİ BELƏ?
Bu gün, 07:20 |
|
|
|
• Qərb Moskvaya qarşı bu “silahı” işə salır – “Rusiyanı çökdürmək… “
Bu gün, 07:18 |
|
|
|
• Kiyev rus qazını kəsir: Avropa istilik problemi ilə üz-üzə - NƏ BAŞ VERİR?
Bu gün, 03:11 |
|
|
|
• Məktəblərdə istilik problemi varmı? - AKTUAL
Bu gün, 03:09 |
|
|
|
• Suriyanın “açarı” kimdədir? - Türkiyədə, ya da 300 milyard dolları kim versə, onda...
Bu gün, 03:06 |
|
|
|
• MİDA hamını BOĞAZA YIĞIB... - öz qaydaları ilə...
Bu gün, 03:04 |
|
|
|
• "Cəmiyyət və dövlət susur deyə əxlaqsızlığın sayı artır" - - ETİRAZ
Bu gün, 02:59 |
|
|
|
• 'Expargo' karqoları BELƏ GECİKDİRİR - Yolda olan bağlama yenidən çeşidləməyə necə qayıtdı?
Bu gün, 02:55 |
|
|
|
• Elçin Lənbəranski hüquq-mühafizə orqanlarına səsləndi - "Bu binamusları həbs edin..."
Bu gün, 02:51 |
|
|
|
• Azərbaycanda 24 illik şirkət - LƏĞV EDİLİR
Bu gün, 00:05 |
|
|
|
• Azərbaycanda 10 manat nizamnamə kapitalı olan kredit şirkəti yaradılıb
Bu gün, 00:02 |
|
|
|
|