İsmayıllının gənc başçısı nə işə yarayır ki?.. - "Gümanım ölkə başçısına, bir də Mehriban Əliyevayadır"
Tarix: 19-09-2020, 10:49 | Çap et
“Bu qışdan salamat çıxacam, ya yox, bilmirəm. Hər gün ümidim kəsilir. Ölməkdən qorxmuram, bu yaşda daş-kəsəyin altında qalmaqdan, o dəhşəti yaşamaqdandır qorxum...” DİA.AZ bildirir ki, İsmayıllının Basqal qəsəbəsində yaşayan 75 yaşlı Əsmər Abbasovanı belə ümidsizləşdirən qəzalı eviylə bağlı aidiyyəti qurumlara yazdığı məktubların cavabsız qalmasıdır.
İki il əvvəl baş vermiş zəlzələ nəticəsində Əsmər Abbasovanın evi qəzalı vəziyyətə düşüb. O, iki il ərzində İsmayıllı Rayon İcra Hakimiyyətinə, Fövqəladə Hallar Komissiyasına, ölkə başçısına, vitse-prezidentə müraciətlər edib. Hər dəfə bir bəhanə gətirilib. Deyir, rayon mərkəzinin abadlıq işlərinə milyonlarla vəsait ayrılır, sadə vətəndaşların təbii fəlakətdən dağılan ev-eşiklərinə isə əl gəzdirən yoxdur.
“Zəlzələdən sonra bircə dəfə gəldilər, evə baxış keçirdilər, gedəndə dedilər, nənə, zirzəmiyə girmə, qorxuludur, dağılar, qalarsan altında... Elə bunu deyib getdilər, sonra nənəni yada salmadılar. Evin dam örtüyü günbəgün aşağı yatır. Döşəmədə qorxa-qorxa yeriyirəm”.
Qadın tək yaşayır. Ailəsi, övladı yoxdur. Onu qorxudan həm də budur ki, qalar daş-kəsəyin altında, xəbər tutanı da olmaz. Əsmər xanım sözünə davam edir: “Səksəkə içərisində yaşayıram. Əsas da gecələri qorxuram. Hər gecə yatmamışdan Allaha yalvarıram, deyirəm, məni bu gecədən də salamat çıxar, daşın-kəsəyin altında qalmayım. Qorxuram, bu ev üstümə dağılsa, sümüyüm də ələ gəlməz. Belə dəhşətli ölüm yaşamaq istəmirəm”.
Əsmər Abbasovanın İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısına və aidiyyəti üzrə başqa qurumlara, Prezidentə, vitse-prezidentə saysız-hesabsız məktub və teleqramları var. Ancaq bu məktub və teleqramların bir qisminə gələn cavabda ümidverici heç nə yoxdur, bir qismi isə ümumiyyətlə, cavabsız qalıb. Əsmər xanım deyir, son ümidi ölkə başçısı İlham Əliyevədir: “Gümanım bircə ölkə başçısına, bir də Mehriban Əliyevayadır. Aldığım pensiyayla ev tikəsi deyiləm, çörəyimə dərmanına zorla çatır. Bu yaşdan sonra küçədə qalası da deyiləm, bunun bir çarəsi olmalıdır axı... Neçə dəfə ayağım döşəmənin taxtalarının arasına düşüb, ağrı çəkə-çəkə qalmışam. Deşiklərdən evə ilan, qurd-quş girir. Axı bu ahıl yaşda mən bunları niyə yaşamalıyam? Yəni mənim daxmamı əsaslı təmir etməyə bu boyda hökumətdə pul olmadı?”.
Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Əsmər xanıma göndərdiyi 27 avqust 2019-cu il tarixli məktubda qeyd edib ki, təbii fəlakətdən qəzalı vəziyyətə düşmüş evlərə baxış keçirilməsi üçün siyahını rayon icra hakimiyyətləri tutub Nazirliyə təqdim edir. Fövqəladə Hallar Komissiyası da həmin siyahı üzrə evlərə baxış keçirir. Vətəndaşa tövsiyə edib ki, qəzalı evinin siyahıya alınması üçün İsmayıllı Rayon İcra Hakimiyyətinə müraciət etsin. Bundan təxminən 20 gün sonra eyni qurum vətəndaşa göndərdiyi məktubda qeyd edib ki, qəzalı tikililərə icra hakimiyyətlərinin təqdim etdiyi siyahılar əsasında baxış keçirilib və bu proses yekunlaşdığı üçün onun evinə baxış keçirilməsi mümkün deyil.
Əsmər Abbasovanı düşündürən odur ki, əgər təbii fəlakətdən qəzalı vəziyyətə düşmüş mənzili vətəndaş özü təmir-bərpa etməlidirsə, o zaman təbii fəlakətlər baş verəndə dövlət büdcəsindən niyə milyonlarla pul vəsaiti ayrılır...
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Neftçilərdən SOS: Heç birimizin ərzağı qalmayıb!!! - NƏ BAŞ VERİR?
Bu gün, 11:18 |
|
|
|
• Şərurda valideynlər məktəbdən İMTİNA EDİR? - "Siniflərdə oturmaq mümkün deyil..."
Bu gün, 11:08 |
|
|
|
• İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti jilet, papaq, dəbilqə, eynək alacaq - 343 min xərcləyəcək
Bu gün, 11:03 |
|
|
|
• Paşinyan gecikmiş etirafından peşmandır - KİV
Bu gün, 10:59 |
|
|
|
• Elvin Məmmədova yeni vəzifə verildi - ƏMR
Bu gün, 10:58 |
|
|
|
• Qardaşına görə arvadının başını kəsdi – Xırdalanda dəhşət
Bu gün, 10:55 |
|
|
|
• Bakıda daha bir lizinq şirkəti təsis edilib
Bu gün, 10:49 |
|
|
|
• Bakı həbsxanasında DAHA BİR ÖLÜM
Bu gün, 10:41 |
|
|
|
• Emin Əmirullayevin `skoç`lanan və tüstülənən məktəbləri... - AXI NİYƏ?..
Bu gün, 10:34 |
|
|
|
• 4 günlük gecikməyə görə İŞDƏN QOVULDU VƏ... - İTTİHAM VAR...
Bu gün, 10:30 |
|
|
|
• “Soyuqdan donsam da, heç vaxt qazı yanılı qoyub yatmıram” – Razi Nurullayev
Bu gün, 10:16 |
|
|
|
• Fakt istəyən nazirə FAKT YAĞIŞI davam edir... - Nəticəsi OLACAQMI?
Bu gün, 10:14 |
|
|
|
• Afaqın verilişi nə vaxt yayımlanacaq?
Bu gün, 10:10 |
|
|
|
• Dələduzluqda ittiham olunan “Moon Kids” uşaq bağçasının direktoru özünü təqsirli bilməyib
Bu gün, 10:06 |
|
|
|
• Naxçıvanda ÇÖRƏK BÖHRANI: İşçilər NİYƏ İŞLƏMİR? - Vasif Talıbovun da adı çəkilir...
Bu gün, 10:03 |
|
|
|
• Ermənistanın dəmir yolu təklifi: Paşinyan əslində nə istəyir? - AKTUAL
Bu gün, 09:50 |
|
|
|
• Geri çağrılan səfirdən GERİYƏ QALANLAR... - İLGİNC İDDİA
Bu gün, 09:45 |
|
|
|
• AMEA-nın hər köşəsi BAZAR İMİŞ... - BU NƏDİ BELƏ?..
Bu gün, 09:32 |
|
|
|
• Ermənistanda “iqtisadi sıçrayış” bitdi: nələr gözlənilir? - "...çıxılmaz vəziyyətə düşüb"
Bu gün, 09:27 |
|
|
|
• Zəngəzur dəhlizi uğrunda gərgin SAVAŞ - İNCƏLƏMƏ
Bu gün, 09:26 |
|
|
|
• Zurabişvili İvanişvilini öz iqamətgahında danışıqlara çağırdı... - "Newsgeorgiya"
Bu gün, 09:22 |
|
|
|
• `Armada` şirkəti də ÖLKƏDƏN VALYUTA ÇIXARIBMIŞ... - TƏFƏRRÜAT
Bu gün, 09:16 |
|
|
|
• Bu həftə ardıcıl 7 gün iş olacaq - DİQQƏT!
Bu gün, 09:09 |
|
|
|
• "Siyasi istəklərdə yenidən güc amili ön plana çıxır" - deputat
Bu gün, 09:07 |
|
|
|
• Qrenlandiya Amerikanın mülkiyyətinə keçməlidir - Tramp Kanadadan sonra yeni ərazi iddiası İRƏLİ SÜRDÜ
Bu gün, 09:03 |
|
|
|
• Müştərilər üçün KAPTAL BANK məngənəsi... - AXI NİYƏ?..
Bu gün, 08:59 |
|
|
|
• "`Kristal Abseron`dan ev alanda 100 ölcüb, 1 biçin..." - "Dərəbəylikdir!!!"
Bu gün, 08:55 |
|
|
|
• Kartına 400 manat yüklədi... YOXA ÇIXDI! - GİLEY
Bu gün, 08:47 |
|
|
|
• Ərdoğanın Suriya səfəri... GÖZLƏNİLƏNDİR!
Bu gün, 08:39 |
|
|
|
• "Bu əsasla Əmək müqaviləsinin ləğv edilməsi..." - Ekspert danışır...
Bu gün, 08:35 |
|
|
|
• BU FAKTDIR: `Azəriqaz` işçiləri öz hesablarına avadanlıq alır... - "Deyirsiniz `Azəriqaz` ziyanla işləyir, AMMA..."
Bu gün, 08:31 |
|
|
|
• Suriyanın yeni sahibi NECƏ DAVRANACAQ... - Hər kəsi YAXŞI TANIYIR...
Bu gün, 08:19 |
|
|
|
• Ceyhun Bayramov Serbiyaya səfər edib
Bu gün, 08:17 |
|
|
|
• `Azercell` istehlakçı hüquqlarını NECƏ POZUR... - NARAZILIQ VAR...
Bu gün, 08:14 |
|
|
|
• Makronun BATIRDIĞI FRANSA... - İNCƏLƏMƏ
Bu gün, 07:15 |
|
|
|
• İranın sərhəddə 150 minlik ordusu var, ancaq Azərbaycan… - GƏLİŞMƏ
Bu gün, 07:11 |
|
|
|
• "HƏMAS, Hizbullah, İslami Cihad bizim deyil" - Xamenei İranın proksi qüvvələrindən imtina etdi
Bu gün, 06:19 |
|
|
|
• Ermənilərdən “Dubay şokoladı” ilə bağlı ŞOK iddia: Şuşa detalı - Rəsmən xəstədirlər...
Bu gün, 06:17 |
|
|
|
• "Valmarket Şəbəkə Supermarket" dövlətə külli miqdarda vergi borcu üzə çıxdı - FOTO
Bu gün, 06:12 |
|
|
|
• Dezinformasiya ilə necə mübarizə aparaq? - AÇIQLAMA
Bu gün, 00:48 |
|
|
|
• Gürcüstan Prezidenti hakimiyyətə 1 HƏFTƏ VAXT VERDİ - "Sputnik Georgia"
Bu gün, 00:43 |
|
|
|
• İsrail və Türkiyə arasında MÜHARİBƏ riski artdı: Azərbaycan isə... - NƏ BAŞ VERİR?
Bu gün, 00:36 |
|
|
|
• Bəzi Qərb dairələrinin “qarın ağrısı” nədir? - COP29-a qarşı HİBRİD HÜCUMLAR
Dünən, 22:39 |
|
|
|
• "İçim parça parçadır"
Dünən, 22:34 |
|
|
|
• "Mahnını ilk eşidəndə oxumaq istəmədim..." - AUDİO
Dünən, 18:37 |
|
|
|
• Ukrayna xüsusi xidmət orqanları İsrail “Mossad”ından nümunə götürür - ARAŞDIRMA
Dünən, 18:35 |
|
|
|
• Doğrudanmı ruslar "əli qanlı" Stalinə pərəstiş edirlər? - “Möhkəm əl” axtarışı
Dünən, 18:33 |
|
|
|
• Qərb hərəkətə keçdi: 90-larda Bakını qarışdıran taktika işə düşür - NƏ BAŞ VERİR?
Dünən, 18:28 |
|
|
|
• Trampın Ukrayna ilə bağlı PLANI VAR - KİV
Dünən, 13:57 |
|
|
|
• Aqrar universitetdə rəsmən BAZAR AÇIBLAR... - "... əvvəlki rektorun ölənlərinə rəhmət oxuyurlar"
Dünən, 13:55 |
|
|
|
|